Bakıda hava 15°
USD AZN
EUR AZN

Balalarımızın şirin sözləri (Son)

Gülbəniz.
Mənim böyük qızım balaca olanda öz dilində o qədər danışırdı ki, heç kim başa düşmürdü onun dilini, hətta mən də. Xoruza quqqala mandalinə bi deyirdi. İkinci qızım isə məndən başqa heç kimlə ünsiyyət qurmurdu. Danışmaz danışmaz, danışanda da hamını şoka salırdı. Ona görə ki, sözləri tam tələffüz edirdi. Balacamın isə elə də məzəli, yadda qalan sözləri olmayıb. Çünki körpəliyindən ağır olub. Əmimin bir oğlan nəvəsi var idi ç hərfini deyə bilmirdi z deyirdi "semiçka çırtlamaq" deyəndə uşağa o qədər gülürdük ki. Axırda başa düşmüşdü niyə güldüyümüzü və o sözü işlətmirdi.
Elman Nurlan Balaşkalarım.
Allah bütün balaları saxlasın, mənim körpələrim də onların işində. Mənim birinci oğlum Elman ilk dəfə dil açan vaxtlarda qay qay, də də deyərək səslənirdi. Sonra isə "baba". Biz də fikirləşirdik ki, ən birinci babasının adını deyir və əlbəttə ki, bu hamımızın sevinci idi. Sevincimizin həddi-hüdudu yox idi. İndi Allaha şükür ki, danışır və 3 yaşı var. İkinci oğlum Nurlan 10 aylıqdır. Onun da "dido" ilk dediyi söz olub və yavaş yavaş Allahın köməkliyi ilə danışar. 
Aynişqa Gülüm.
Vallah bizim uşaqlar yeni dil açanda o qədər şirin sözlər işlədiblər ki, çoxunu unutmuşam. Məsələn, böyük qızım qarpıza qa deyirdi, ikinci qızım gözüm aydın demək yerinə bezim aydın deyirdi, oğlum da yeni-yeni danışır. Topa obidop deyir, bacılarına dızzar deyir. Hər gün yeni bir söz öyrənir və öyrəndiyi o sözləri öz şirin tələffüzü ilə dilə gətirir. Uşaqlar evin sevincidir, hər sözləri, hər hərəkətləri bizləri ruhlandırır.
Rühəngiz.
Allah balalarımızı qorusun, Amin. Mənim də uşaqlarımın ilk dedikləri sözlər yadımda qalmayıb. Amma oğlum bəzi sözlər var idi ki, onları özünəməxsus şəkildə deyirdi. Əl-üzünü gün ərzində o qədər yuyurdu ki, hər dəfə də deyirdi dəslam. Deyirdim, oğlum dəsmal de, yenə öz dediyini təkrar edirdi. Şkafa şfak, qlazoka qzalok deyirdi.
Balalarımızın şirin sözləri (Son)

Zəhra.
Mənim 2 qızım var. Böyük qızımın 2 yaşı var, adı Zəhradır. Balacanınsa, yəni Ruqeyyəmin 1 yaşı bu ay tamam olacaq. Allah hamınınkın qorusun, içində də mənimkilər. Allaha şükr ikisi də çox aktiv uşaqdılar. İkisi də bir yaşları tamam olmamış danışmağa başlayıblar. Düzdür, Ruqeyyə hələ təzə danışır. Zəhra da 1yaşı olmamış danışırdı artıq. İkisinin də ilk sözləri ana olubdu. Düzdü, uşağın ilk sözü nə olursa, olsun o ana üçün ən böyük sevincdi. Zəhranın bizi, yəni atasını və məni adlarımızla çağırması bizimçün, həm də eşidən hamı üçün çox gülməli olubdu. Hamının dilinə düşmüşdü. Ondan sonra hamı atasını Zəhranın diliylə çağırır. Elə indi də elə şirin danışır ki, hamı onun danışmağına gülür. Bax ,belə Ruqeyyədən yaza bilmirəm, çünki hələ təzə danışır. Məndən bu qədər.
S.N.
Menim oğlumun payızda artıq 8 yaşı olacaq, amma elə bilirəm ilk dəfə dünən almışam onu qucağıma. Dünən çəkmişəm onun çiçək kimi təmiz, saf qoxusunu ilk dəfə içimə. Bütün valideynlər kimi biz də onun hər qığıltısına, ağzından çıxan hər kəlməsinə və bu kəlmələrdən düzələn anlaşılmaz cümlələrə sevinib gülmüşük. Onun ilk sözlərindən 1-i "anni" olub ("ana" mənasında). Hamıya "anni" deyirdi. Su və ya çay istəyəndə "aydi istiyir" deyirdi. Bibisinə də "buvvə" deyirdi. Amma ən çox güldüyümüz, bilmirəm azərbaycanca da elədirmi, atvyortka deyilən alət var ona "akurut-makurutun" deyirdi. Bilmirəm bu sözü niyə belə qəlizləşdirirdi öz dilində, amma nə qədər düz dedirtməyə çalışsam da, həmin an düz tələffüz eləyir, sonra yenə bildiyi kimi deyirdi. Təbii ki, çox sözlər olub, amma yadımda qalan ilk sözlər təxminən bunlardır. Allah bütün balaları qorusun, hifz etsin, nəzərində saxlasın. Onların şirin dodaqlarından gülüşü əskik etməsin. Valideynlərin əməyi yerdə qalmasın. Anaların, bacıların gözləri yaşla dolmasın, yolda qalmasın. Amin! Sənə də canım, mələk bacım, bir daha təşəkkür edirəm və xəbərinin uğurlu alınmasını diləyirəm. Allah köməyin olsun.
Balalarımızın şirin sözləri (Son)
Zehra (Sapfir)
Mənim iki qızım var. Hər ikisi də çox şirindilər. Böyük qızım 7 yaşında, kiçik qızım 4 yaşındadır. Hər ikisi bizi gün ərzində yetəri qədər güldürürlər. Ancaq birinci qızım dil açmağa təzə başlayanda ma-ma-ma-am... deyə uzadırdı və bizi o ki var güldürürdü. Sonra tam danışmağa başlayanda elə söz dedi ki, heç bizim evdə o sözdən istifadə edilməyib, belə söz deyilməyib. Yoldaşımın dostu bizə gəlmişdi və nəsə danışıb möhkəm gülürdü. Qızım isə elə qəfil dedi ki, Adamsan, adam balasısan... bəsdid a ta.
Belə ki, bizi öz şirin sözləri ilə çox güldürüb.
Qızıl Gül.
Mənim bir oğlum var. Adı Poladdır. Aprelin 8-i anadan olub. Bütün analar kimi mən də bu sevinci yaşadım. Onun hər gülüşü, sevinci, ağlamağı, danışmağı məni daha da ruhlandırır. Allah arzusunda olan bütün valideynlərə qismet eləsin. Amin. Ona baxıb sevinirəm. İlk dəfə dediyi sözlər çətin sözlər olub. 
Balalarımızın şirin sözləri (Son)
Xatirə Həbibova.
Mən təzə evliyəm. Ona görə hələ balam yoxdur, İnşəallah olar. Amma bacımın 2 şirin balası var. Balaca qızının bir neçə bizim üzümüzdə gülüşlər yaradan sözləri var. Məsələn, hər kəlməsini mahnı ilə ifadə edir. Bibisi həmişə ona deyir ki, sən mənim atamsan, anamsan, qardaşımsan. O da deyir yo ata menimdi. Bibisi zəng vurur anasına o saat deyir ki, bibi dedi sən mənim atamsan,anamsan.
Aysun Məmmədova(yəni özüm)
Mənim 2 şirin balam var. Oğlumun bizi güldürən sözləri çox olub 3 dili qarışdırır bir-birinə və danışır. Anam 1 il idi Bakıda qalırdı. Ancaq skaypla danışırdıq. Anam qayıdanda oğlum baxdı üzünə dedi ki, nənə mən səni gözümlə görürəm. Bir dəfə də gördüm eyvandan sevincək gəldi. Dedim "Asi, nədi?", dedi "Gəldilər.", soruşdum "Kim gəldi?", deyir "Xatış (gəlinimiz)", dedim "Kimlə gəldi?", uşaq sevincdən day-day deməyi unutdu, dedi bir dənə kişiylə. Cıqqılımın da bir neçə sözü var, amma hələ ki, təmiz dil açmayıb deyə hər sözü gülməlidi. Ən çox da əmimdən qorxur deyə deyirəm "Bax, İsi gəldi, am elə". Əvvəllər aldada bilirdim, indi isə deyirəm İsi gəldi, hara gəldi başlayır vuraraq İsi çağırmağa. Artıq ondan da qorxmur.
Səslərin sayı: 6
37
7702
loading...
Şərhlər
Offline
Pərvanə
Allah saxlasın bütün balaları hamısı şirin dillidilər.
22 fevral 2015 13:10
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
ملاك
Allah ovladi olmayan ve ovlad isteyen ailelere xeyirli ovlad nesib elesin
26 noyabr 2014 15:56
Offline
Xanim_Xatun
Bəlkədə hər kəsə qəribə gələcək.Qızımın ilk sözü haycan idi.Xanım deyen kimi haycan deyirdi..uyy şirinim...
16 noyabr 2014 01:26
Offline
°ღ Zayka •.°ღ
Allah butun balalarimizi saxlasin,menim balamin bu gun sekkiz ayi tamam olub mende onun gezmeyini danismagini sebirsizlikle gozleyirem
2 noyabr 2014 10:45
Offline
R....G
give_rosALLAH BUTUN BALALARI QORUSUN AMIIIN
2 noyabr 2014 09:23
Offline
zehra
Canim xebere gore tebrik edirem cox gozel alinib men hele indi gormusem.allah butun korpeleri qorusu. Insallah
4 oktyabr 2014 23:31
Offline
Xalidə Həsənzadə
ALLAH BUTUN BALALARI QORUSUN! aminnnnnnnnnnnnnnn............
14 sentyabr 2014 11:50
Offline
איסון ממדוב.
Dəniz84, give_ros
PƏRVANƏ ƏLİYEVA......,
Amin bacim Amin Allah
give_ros
12 sentyabr 2014 13:37
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
PƏRVANƏ ƏLİYEVA......
Caaaaan Alllah butun balalarimizi qorusun..Allah balalarimizi bashimiza tac etsin..Alla bed nezerden pis xesteliklerden uzaq etsin..Gozel xeberlerinnin davami olsun..cox beyendim xeberini canim.. give_ros
12 sentyabr 2014 13:26
Offline
Aysel İ.
Allah hər birimizin balasını qorusun. Amin. Aysun maraqlı xəbər üçün minnətdaram.
12 sentyabr 2014 08:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
RUM,
Can sene qurban talisi anladim usaqin esli talisdi yani yerliyik girl_smi bes rus dilin niye oyredirsen balamiza bu usaq ana dilini bilmelidide.Mene hemise baxcada deirler usaqla İvritce danis deyirem usaqima oz ana dili bu dilden eziz olmalidi cunki AZERBAYCANLİ dı
11 sentyabr 2014 21:57
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
RUM
Chox maraqlidi ALLAH HER BALALARI SAXLASIN. MENIM QIZIM 9 AYLIK YERIDI AMMA BIRAZ GEC DANISHDI CHUNKI RUS TALISH HERDEMDE AZERBAYCAN DILI YOLDASHIM QOYMUR AZERBAYCAN DILI DANISHIM ONLA TALISH RUSCA DANISHIR ESASEN RUS DILI. ILK DIL ACHANDA EDE DEYIB HECH YADIMDAN CHIXMIR YOLDASHIM QAPINI ORTMUSHDU HESAB KITAB EDIRDI BUNUNDA BOYU QAPININ DESDEYINA CHATMIRDI GEDIB QAPININ BOYRUNDA QALMISHDI EDE EDE CHAGIRIRDI........ SHIKOLADA SHIKOBEBE DEYARDI CHOXLU SHIRIN SOZLERI VARDI......
11 sentyabr 2014 21:41
Offline
איסון ממדוב.
Sevgilina,
ozkay selin,
Agat_♥,
Красивая Девушка,
Ellada Babayeva,
Cox saqolun xanimlar
11 sentyabr 2014 18:59
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ellada Babayeva
Allah hər birinizin övladını saxlasın, bəd-nəzərdən onları qorusun.Uşaqların gülüşü hər bir şeyə dəyər.
11 sentyabr 2014 16:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Kiçik Ürəkdə Böyük Arzular
AYSUN MEMMEDOVA,
Son cunki 2 hisseni hazrlamaq ucun nece aydi ellesirem axirxi min sukur sona catdim can bacim/

Son olmagini istemezdim recourse
11 sentyabr 2014 15:52
Offline
Agat_Kris
Allah hər birinizin balasını saxlasın. Çox maraqlı xəbərdir. smile
11 sentyabr 2014 15:44
imza: Pozitiv olun!
Offline
ozkay selin
Çox maraqli xeberdi tewekkur edrm AYSUN xanm USQLARRRRRR BIZIIMMMMM GELECEYIMIZZZZZZZDDDDDDDIIII!!!! girl_ten
11 sentyabr 2014 12:19
Offline
Sevgilina
Aysun xanim xeberiniz maraqlidi.men hele niwanliyam Inwallah evlendikden sonra Rebbim uwaq qismet ederse ilkleri yazacam bura.Allah herkesin balasin saxlasin...Amin.Bebiw arzusunda yawayanlari Rebbim sevindirsin...Amin.
11 sentyabr 2014 10:53
Offline
איסון ממדוב.
Nurane Kerimova,
ESNA,
Menim  Olan Tekce Menimdi.,
Q,
Cox saqolun xanimlar
11 sentyabr 2014 07:42
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Qəribə
Allah her kesin balasini saxlasin, cox maraqli idi, təşəkkür edirəm. kiss
11 sentyabr 2014 00:22
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )