Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

Gələcəyimiz hara gedir?

Çox uzun zamandır ki, bu barədə xəbər hazırlayıb sizlərlə paylaşmaq istəyirəm ki, görüm hər kəs mənim kimi düşünürmü? 
Yaxın zaman ərzində 17-18 yaşlı qızlardan ismarıclar alıram. Bir az danışıb tanış olduqdan sonra onlara "Nə üçün belə dərdlisən" sualını verirəm (bu qızlar elə sözlər yazırlar ki, elə bil 7 yetimlə düzdə qalıblar), amma aldığım cavab heç də ürəkaçan olmur. Həmin yazışmalardan birini sizlərlə paylaşmaq istəyirəm, xahiş edirəm, oxuyun və fikir bildirin. Bildirin ki, gənclər daha çox çirkaba batmasın, bu yoldan əl çəkib elmin, təhsilin yolunu tutsun... Fikir bildirin mən də bilim, görüm ki, günah bu qızlara tərbiyə verən valideynlərdədir, yoxsa kor olan cəmiyyətdə? Kimdədir axı günah? 
Mən: "Məktəbə gedirsənmi?" 
O: "Bəli, əlbəttə, gedirəm".
Mən: "Bu il neçənci sinifdə oxuyursan? Hazırlığa gedirsənmi? Ali məktəb üçün imtahan verəcəksən?" 
O: "9 (10-11)-cu sinifdə, hə, hazırlığa gedirəm bütün fənnlərdən. Amma, bacı, heç nə istəmirəm, ölmək istəyirəm".
Mən: "Başa düşmədim? Neçə yaşın var? Niyə ölmək istəyirsən?"
O: "15 (16 və ya 17) yaşım var, sevgilim var idi, ayrılmışam. Bacı, çox pisəm, köməyə ehtiyacım var. Onu unuda bilmirəm".
Mən nə deyim belə zamana, belə dünyaya? Mən nə deyim belə övlada? Valideyn əziyyətlə, zülmlə qazandığı pulları müəllimlərə verərək onları hazırlığa göndərir ki, oxuyub cəmiyyətə faydalı bir insan olsun, onlar isə dərsdən başqa hər şey fikirləşirlər, deyəsən, MaşAllah. Onların yerində olmaq istəyib ancaq ola bilməyən yüzlərlə, minlərlə uşaq var. Görəsən, onlar bu qədər kordur ki, həmin uşaqları görmür? Görəsən, onların geri zəkası bunu dərk etmir? Görəsən, evdə valideynin zülm, zillətə qazanıb evə gətirdiyi bir tikə çörəyə əl uzadanda belə qızlar heç utanıb xəcalət çəkmir? Atalarının, analarının, bəzilərinin qardaşlarının onları heç kimdən əksik etməmək üçün çalışıb-vuruşduğunu görmür? Nə üçün axı bu gənclərin fikri ancaq sevgidə, məhəbbətdədir? Nə üçün onlar dərslərinə, kitablarına sevgiylə bağlanmır? Sizcə də hər şeyin öz vaxtı yoxdurmu? İnanın, elə qızlar tanıyıram ki, gecə-gündüz göz yaşı tökür oxumaq üçün, təhsil üçün, yanlarında kimsə oxumaqdan, universitetdən danışanda gözləri dolub ağlayır. Arzuları ürəyində qaldığı üçün, onların valideynlərinin onlara yaratmadığı şərait üçün Allahdan ölüm diləyir. Azad olmadığı üçün (oxumaq azadlığını nəzərdə tuturam) göz yaşı tökür... Yoxsa bəziləri kimi hansısa bir oğlan üçün göz yaşı tökmür o qızlar. Elə qızlar da var ki, valideyn 12 yaşında uşaq üçün kompüter, planşet, telefon alıb uşağı nəzarətsiz buraxır ki, "Mən qızıma güvənirəm". Həmin valideynlərə müraciət edirəm. Hansı qızına güvərisən, ay özünə "ata" deyib ortalıqda başını dik tutaraq gəzən qardaş? 12 yaşlı qızının internetdə nəyə baxdığından, hansı saytları açıb nə cür məlumatlar oxuduğundan xəbərin varmı sənin? Bir dəfə evə qəfil gəlib qızının kompüterini alıb brauzerinin keçmişini yoxlamısanmı? İnanıram ki, yoxlamısan, amma sənin qızın da sənin sandığın qədər saf deyil ki, baxdığı hər şeyi yaddaşda saxlaya. Sənin hər an onun telefonunu, kompüterini yoxlayacağını bildiyi üçün hamsını silib artıq, sən hələ fil qulağında yat... Səni şirin yuxuya verib 12-13 yaşlı qızın gecə saat 00:01, 00:02, hətta bəzən saat 00:03-də "Bu gecə nədənsə yuxum gəlmir ey, of" yazıb paylaşır...
Belə uşağın gələcəyi nə olacaq? Bu uşaq 22-23 yaşına çatanda neyləyəcək? Kim fikirlərimlə razı deyil? Kim deyir ki, "yazıdıqların doğru deyil, Narın"? Kim cəmiyyət üçün belə övlad yetişdirmək istəyir? Məncə, heç kim. Valideynlərə səslənirəm, xahiş edirəm, övladlarınıza nəzarət edin, "Mən qızıma güvənirəm" deyərək ayaqlarının altına yer verməyin! Unutmayın, qız uşağı ağ bir vərəq kimidir, kiçik bir ləkə belə bütün həyatını məhv edə bilər! Məndən balaca olan əziz bacılarım, ağlınızı başınıza toplayın, dərslərinizlə məşğul olun. Hər şeyin öz zamanı var. Zamanla həyatınızda hər şey olacaq. Sevəcəksiniz də, seviləcəksiniz də! Amma hər şeydən əvvəl oxuyun, bir sənət sahibi olun. Vallah, sizə oxumaq qalacaq. Onsuz da qüsursuz insan yoxdur, hər kəsin səhvləri var. Siz çalışın, o səhvləri bir daha təkrarlamayasınız!
Səslərin sayı: 11
31
3859
loading...
Şərhlər
Offline
Narin...
Werhleriniz ucun her birinize cox tewekkur edirem. Allah ozu qorusun genclerimizi.
18 fevral 2015 01:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
איסון ממדוב.
15 (16 və ya 17) yaşım var, sevgilim var idi, ayrılmışam. Bacı, çox pisəm, köməyə ehtiyacım var. Onu unuda bilmirəm".
Belə sözü oxuyanda əsəbdən partlayıramda.

Hele meni demirsen ele danisirlar sanki dunyanin axridi dash
26 oktyabr 2014 18:52
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xalidə Həsənzadə
Çox gozel ellerinize saqliq good
14 sentyabr 2014 11:04
Offline
Nəzrin
Əla yazmısız mənimdə yaşım çox deyil məktəbi bu il bitirdim qəbul oldumda amma bu vaxta qədər nədi bundan sonra belə sevgi haqda düşünmütəm bəli belə şeylərdə valideyinin rolu böyükdü amma gərək uşağda nəsə anlıya bilsin .təşəkkür edirəm xəbər üçün
24 avqust 2014 16:55
Offline
Sevgi
Cox gizel xeberdi.Teshekkurler Narin give_ros give_ros give_ros
12 avqust 2014 18:53
Offline
Fatma xanım
Gələcəyimizdə keçmişimizdə öz əlimizdədi
7 avqust 2014 17:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Narin...
Dəyərli fikirləriniz və şərhləriniz üçün hər birinizə minnətdaram. Çox sağ olun xanımlar. give_ros
7 avqust 2014 16:51
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Terane Allahverdiyeva
Bu gunumuzun en aktual movzularindan biridi.cox pis zamaneye gelib cixdiq.uwaqlarimizi telefonlar internet kamputer kor eledi.ona gorede bawlari yalanci ewqden acilmir.pozgun vidolara baxan qizlarimiz oglanlarimiz bundan bawqa ne deyecekler.hazirliq adiyla haralara gedirler allah gorur.
3 avqust 2014 11:02
Offline
Nigar
MawAllah olsun Narinim sene cox gozel movzu hazirlamisan
2 avqust 2014 13:38
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Hacət-i Vuslat
Aktual mövzudur, sözsüz, afərin Narinim.
Kimdədir axı günah?

Valideynlərdə,valideynlərin valideynlərində, onların valideynlərində...
Zəncirvari reaksiya. Başda nə idi problem? Allahdan uzaq düşmək. Çünki yeganə ən doğru yol Allahın buyurduğu yoldur. Əksini deyən, susduran kafirdir-bu qədər net.
Valideyn öncə özü Haqq yolunda olmalıdır ki, övladı da ona baxıb nümunə götürsün.Övladlarımız da bizə əmanətdir. düzgün tərbiyə vermədiyimiz üçün,Allahı sevdirmək üçün kifayət qədər çalışmadığımız üçün cavab verəcəyik. Bir alimin sözü çox xoşuma gəldi.Dedi körpəlikdən uşağa Allahı sevdirin və Ondan qorxmalı olduqları məqamları anladın. "Allah hər saniyə səni görür və hətta qəlbindən keçənləri də bilir" - bunları anladın. Gerisindən narahat olmayın. Bu, təməldir, bu varsa - zatən o uşaq düz yolda olacaq.
bir məsələ də var ki, valideyn nə də etsə bəzən çürük övlad çıxır. Hz.Nuh oğula Allahı sevdirə bilmədi. amma üzərinə etmiş oldu.
Keçid dövründə çoxunun başına gələn hadisəsir Narinim, çoxu aşıq olur,SEVMİR! Yenə də gəlirik ALlahın əmrlərinə qarşı gəlməyin törətdiyi problemlərə - cinsi yetişkənlik dövründə qızlar və oğlanlar birlikdə bəzən 6 saat vaxt keçirir. Təbiidir ki, hormonların təsiriylə qarşı cinsə meyl yaranır və bunu "Sevgi" deyə anlayaraq həm günaha batırlar, həm də yaralanırlar. Amma əgər Haqqa uyub qızlar və oğlanlar ayrı təhsil alsaydı belə problemlər olmazdı. Maddiyyatla bağlı ən ən böyük arzum qızların təhsil aldığı məktəb açmaqdır. Bir az araşdırdım, Azərbaycanda qeyri-mümkündür dedilər. recourse Çox məyus oldum. Yenə də dua edirəm,bəlkə bir gün Rəbbim nəsib etdi.
2 avqust 2014 13:14
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nigar
Narin xanim,olduqca aktual movzuya toxunmusuz.Buna gore size cox minnetdaram.Yazdiqlarinizla tamamile raziyam.Gunah bir az valideynlerde,bir az da cemiyyetdedir.Analar,gozuaciq olun,qizlariniza daim tehsil haqqinda tebligatlar aparin.Anamin bir sozu var:er hemiwe var.ALLAH komeyiniz olsun
2 avqust 2014 12:40
Offline
Gulnarə
Mövzu çox aktualdır, yanaşmanız da düzgün, yerində edilən bir yanaşmadır...Sizin bütün fikirlərinizlə əlbəttə ki, razıyam, amma bir əlavəm, daha doğrusu iradım var...O hazırlıq edən müəllimlərə...

Mənə çox maraqlıdır, görəsən o müəllim hiss etmir ki, onun yanına hazırlığa gələn şagirdin proqramı mənimsəmə faizi nə dərəcədədir? Yəni insanda vicdan, insaf yaxşı şeydir və qazandığın pulu da gərək halallıqla qazanasan, yəni ki,şagirdin verdiyi cavablardan, onun dərsə yanaşmasından, hazırlaşmasından müəllim artıq bilir məsələnin nə yerdə olduğunu....Yəni o, şagirdi danışdııb, problemi ilə, mən deyərdim maraqları ilə maraqlana və lazım gələrsə onu səhv yoldan çəkindirə bilər....Əgər buna nail ola bilmirsə, bu barədə valideyninə mütləq məlumat verməlidir, axı o pulu sənə nə yerdən yığıb verirlər, nə də onu sənə elə-belə yalandan, baş aldatmaq üçün vermirlər...

Qaldı ki, 15-16-17 yaşlı uşaqlara....O yaşda olan qız və ya oğlanlar hələ keçid dövrünü yaşayır, həyatı hələ lazımınca dərk edə bilmir, onların həyata baxışı tamam fərqlidir, ona görə də bu yaşlarda uşaqlara nəzarət mütləq vacibdir...

Xəbər üçün təşəkkürlər...
2 avqust 2014 11:21
Offline
sebine ismayilova
Qızlar agıklı olun sevgı geldı gederdı oxumaq savad sahıbı olmaq sızede xeyr olacaq ınanın
2 avqust 2014 10:35
Offline
G.....m
Adını deməyəcəm amma bir nəfər nəticə çıxarıb yazdıqlarımdan deyəsən. Bu məni sevindirmir desən yalan olar.

Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
2 avqust 2014 10:33
Offline
Narin...
Adını deməyəcəm amma bir nəfər nəticə çıxarıb yazdıqlarımdan deyəsən. Bu məni sevindirmir desəm yalan olar. Səhər-səhər bu ismarıcı oxumaq sözün əsl mənasında kefimi yerinə gətirdi. yahoo Çünki ən azından bir nəfər səhvini başa düşür, ən azından peşmanlıq hissi keçirir, yəqinki mən belə düşünürəm ki, atasının üzünə baxanda xəcalət çəkmirdisə bundan sonra çəkəcək, etdiyi səhvləri bir daha təkrarlamamaq üçün xəcalət çəkəcək.
Narın bir xeber hazırlamısan,özün bilirsen hansı xeber.Menim haqda da yazmısan hetta.Bunu ikimizde bilirik ki,beli mene göre yazmısan.İndi öz özüne sual yarana biler ki,niye bunları mene yazırsan.Eger düşünürsense ki,bunu sene hesab sormaq üçün yazıram,xeyr yanılırsan.Narin,bu saytda seni çox yaxsi tanıyıam.Sözü üze deyensen,hazırcavabsan ve s...Aramızda keçenleri ise,yaxşısi budur men heç o mövzünu acmayim,eks teqdirde sen meni yene yuyub sereceksen(ki,haqqın var)men de yene yerin dibine gireceyem.Narın,men bu saytda heqiqeten çox pis tanındım,her kesin belke de nifretini qazandım,ya da yox...Bilmirem...İnanki xeberinin men haqda olan hissesini oxuyandan sonra ele bil üreyime bir şey oturdu(heyacanlananda nece olursa,ele)...Utandımmı?Beli,hem de çox,hedden çox.En çox da bilirsen mi kimden,atamdan.Çunki onu hedsiz sevirem,suphesiz,o da meni sevir.Yazdıqlarını oxuduqda şoka girdim,bilirsen mi niye,çunki yazdıqlarının hamsı dögğru idi....Narin sen heqiqeten de belke gorduyum en realist insansan...Bunu iltifat olsun deye demirem.Ne ise....Men o xoşagelmez hadiselerden sonra tövbe etdim,inanmaya bilersen,amma tövbe etdim men.Ayrıca onu da qeyd edim ki,xeberinde tehsil movzusuna da toxunmusan.Onu deyim ki,(inanmaya bilersen,ancaq men tovbe etmisem)men bir liseyde oxuyuram,ozu de yaxsi oxuyan sagirdem,sinifdeki qizlar 2;3 alarken menim rubliyimde yalniz 5 ve 4 var idi.Ananm muellimedir.Onsuz da menim tehsilimle cox yaxindan maraqlaniroar,eger 2 ve ya 3um olsa,anam ciyerimi cixardar menim,elece de atam.Narin yazdiqlarindan sonra pesman idimse indi 5 qat daha artiq pesmanam her seye gore.Amma bir seyi deyim,tekce men deyilem bele olan,sinifimizde demek ooar ki ekseriyyet qizlar nece deyerler "ozel"movzular haqda bilir.Yeni tek men deyilem.Ele bu sayti mene sinif yoldasim tovsiye gorub,o hetda menden de bir yas kicikdir.Ne ise sozum odur ki,ola biler bir muddet burada olmayim.Burdan uzaqlasmaga calisacagam...

Dəyərli şərhlərinizi bir-bir və diqqətlə oxudum. Hər birinizə sonsuz təşəkkür edirəm. give_ros Oxuyub lakin cəsarət edib şərh yazmayanların isə şərhləri və xəbəri birlikdə oxuyub nəticə çıxaracaqlarına əminəm. Allah gənclərə ağıl, valideynlərə isə səbr versin ki, uşaqlarını düzgün tərbiyyə etsinlər.
2 avqust 2014 10:18
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
2 avqust 2014 10:02
Offline
Aysel İ.
Ah Narinim ürəyimdən xəbər verdin. Nəyinki, qız uşağı elə 11-12 yaşlıoğlan uşağının da bu internetdə nə işi var? Ən böyük səhv valideyndədir. Uşağa tərbiyyə vermirlər, sonra da deyirlər ki, "mən harda səhv etmişəm" GÖRƏSƏN? Çox gözəl yazmısan Narinim. Allah indiki gənclərə və valideynlərə səbr və ağıl versin. Düzü mən gələcəyimizdən çox qorxuram. Bəzən də dəhşət məni bürüyür.
2 avqust 2014 00:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥♥S.Nur♥♥
Halal olsun Narinim.Xeberin elasini hazirlamisan.Senden de bu gozlenirdi vallah.Bu yazini oxuyub 1 netice cixaran olsa da...
1 avqust 2014 22:30
Offline
Lamiyə Əkbər
Ele bunlardir da bosananlar evlenende.
1 avqust 2014 20:21
Offline
Terane Haciyeva
Alsu,
Biz geleceye dogru gedirik axrimizda yaxsi olacaq
1 avqust 2014 19:47
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!