Əvvəllər düşbərə, xəngəl, şorba bişirmək istəyəndə bir gün əvvəlcədən hazırlıq görür, xəmir yoğurur, xəmir açır, min bir əziyyətlə yemək ərsəyə gətirirdik.
İndi demək olar ki, bütün qidaların yarımfabrikatı satılır. Mağazadan alırsan, qaynadırsan, yemək hazırdır. Bu, bir çox iş xanımlarının həyatını rahatlaşdırsa da, yarımfabrikat qidaların sağlamlıq üçün böyük təhlükə olduğu iddia edilir.
Amerika elm adamlarının araşdırmasına görə, yarımfabrikat və hazır qidalar mədə xərçəngi riskini artırır və sağalmaz həddə çatdırır. Mütəxəssislərin fikrincə, hazır qidalar uzunömürlü olsun deyə, onlara yüksək miqdarda qoruyucu maddələr vurulur. Basdırma, sosiska, sous, turşular, hisə verilmiş və duzlanamış bir çox hazır qidalar mədə xərçənginə səbəb olur.
Onkoloq Samir Hacıbabayevin sözlərinə görə, mədə xərçənginin əsas səbəblərindən biri hazır qidalardır. Hazır qidalar səbəbiylə son illərdə mədə xərçəngi yerini dəyişdirib: "Əgər əvvəllər xərçəng mədənin altında başlayırdısa, zaman keçdikcə yuxarı qalxmağa başladı. Xərçəng altda olanda onu kəsib götürə bilirdik. Mədənin qalan hissəsi fəaliyyətini davam etdirirdi. Son illərdə isə böyük yerdəyişmə müşahidə edilir".
Dediyinə görə, hazır qidaların qoruyucu maddələr ehtiva etməsi, qidaya vurulan müxtəlif kimyəvi maddələr hazırlanması zamanı bişirilmə, fermantasiya, pasterizasiya və s. bu kimi əməliyyatlar mədə üçün təhlükə mənbəyidir.
Tozlu məhsullar, meyvə içkiləri (toz halında), şirniyyatlar, hazır suplar, un məmulatları, hazır çörəklər, düşbərə, xəngəl, vafli, fermentasiya edilmiş pendir, çörək, yoqurt, kərə yağı, turşu, sirkə, şərab, pivə, dondurulmuş qidalar və s. bu kimi məhsullar da mədə üçün təhlükəlidir.
Mütəxəssislər hesab edirlər ki, hazır qidaların hazırlanma şəraiti bəlli olmadığı üçün zəhərlənmə halları da baş verə bilir. Qidalar hazırlanarkən yaxşı yuyulmaması, keyfiyyətsiz məhsullardan istifadə edilməsi qida zəhərlənmələrinin yaşanmasına səbəb olur.
Qida mühəndisi Firudin Məmmədov deyir ki, hazır qida dedikdə, paketdə qablaşdırılmış, qoruyucu maddələr, qida boyaları və kimyəvi maddələrlə zəngin məhsullar nəzərdə tutulur. Ümumiyyətlə, evdə hazırlanmayan, təbii olmayan, marketlərdən alınan bütün məhsullar hazır qidalar sinfinə aiddir. Hazır qidalar, ən çox xərçəng riski daşıdığı üçün mütəxəssislər tərəfindən qəbul edilmir. Qidaların tərkibində olan bəzi qatqı maddələrinin, qida boyalarının və uzunömürlüyü təmin edən kimyəvi maddələrin xərçəng yaradıcı xüsusiyyətdə olduğu, xüsusilə uşaqlar üçün böyük təhlükə daşıdığı bildirlir. Uzun müddət və çox miqdarda istehlak edildiyində xərçəng riski də artır. Buna görə də əsasən uşaqları hazır qidalaradan uzaq tutmaq lazımdır.
Hazır qidalar böyüklərdə xərçəngə tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırır. Hazır qidalar xərçənglə yanaşı şəkər, təzyiq, ürək və damar xəstəliklərini də artırır, uşaqların inkişafına və boy atmasına maneə yaradır:
"Pomidor sousu, bibər sousu, turşu, ketçup və s. bu kimi məhsulların ev şəraitində hazırlanması məsləhət görülür. Hazır məhsulların uzunömürlüyü nə qədərdisə, tərkibinə qatılan kimyəvi maddələrdə o qədər çoxdur. Çoxumuz uşaqlar üçün hazır yoqurtlar alırıq, amma siz bunu evdə də hazırlaya bilərsiniz. Qatıq evdə hazırlana bilən ən asan qidadır. Ona bal və ya meyvə qatıb uşaqlara vermək olar. Hazır yoqurtların 70 faizini kimyəvi maddələr təşkil edir. Konservlər əvəzinə mövsümi tərəvəzlərdən istifadə edə bilərsiniz. Hazır ət və ət məhsulları, un məhsulları da sağlamlıq üçün böyük təhlükə mənbəyidir".
F.Məmmədovun bildirdiyinə görə, hazır bulyonlar, suplar da sağlamlıq üçün təhlükəlidir. Bunun əvəzinə ev şəratində hazırlanmış qidalardan istifadə etmək lazımdır.
Məmmədov bildirir ki, hazır qidaların tərkibində 2000-ə yaxın qatqı maddəsi var və insanlar hər gün bunu müxtəlif qidalarla qəbul edirlər. Dadlandırıcı, konsistensiya qoruyucu, konsistensiya artırıcı, rəng qoruyucu, ağardıcı, xarab olmağın qarşısını alan, boya, qoxulandırıcı və s. kimi maddələr hazır qidalara vurulur. Müsahibimiz məsləhət görürür ki, bütün qidaların təbiisindən istifadə etmək lazımdır: "Açıq süd alınmalı, bu süd qaynadıldıqdan sonra istənilən şəkildə istifadə edilməlidir. Ət alınan zaman qəssabdan sümüklü ət alınmalıdır. Ət bişirilərkən uzun müddət qaynadılmalıdır. Mağazalarda satılan şişirdilmiş toyuqlardan uzaq olmaq lazımdır. Bunun əvəzinə lobya, noxud və ya kartofdan istifadə edə bilərsiniz. Mağazalarda satılan düşbərə, xəngəl, pitsa, qızardılmış qidalardan nə qədər uzaq dursanız, bir o qədər çox və sağlam yaşayarsınız".
XƏBƏR LENTİ
Yeni trend: Gümüşü saçlar
Barış Akarsu
Atlar barədə maraqlı faktlar
Məşhur müğənni Hadisəyə söz atdı-FOTO
Qızılı almaq üçün iki ermənini əzişdirdi
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb
2019 gözəllik trendləri
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Hazal Kaya bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qızarmadan qaralmağın yolları
Bakı 2015-in biletləri satışda
Ebola virusuna qarşı vaksin tapıldı
Prezident ailəsi Peyğəmbər məscidində
Ağdam rayonu işğaldan azad olundu
Rusiyada vulkan püskürdü - VİDEO
3D yataq dəstləri
Xoşbəxt evlilik sizin əlinizdədir
Özbək plovu (foto resept)
8 minə yaxın şəxsin pensiyası artırılıb
2013-cü ilin ən yaxşı payız ətirləri
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Rusiya Qələbə Paradını təxirə saldı
"Ən zövqsüz geyim"...
Ölkədə bankların bağlanma təhlükəsi
Miqrenlə mübarizə aparan qidalar
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Bu müsəlman ölkəsində Həccə getmək QADAДћAN OLUNUR
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
"Instagram"da YENİLİK!
Ledi Qaqa festivala qayıqla gəldi - FOTO
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
BÜRCLƏR bizə nə vəd edir?-7 yanvar
Boliviyada 20 yeni canlı növü tapıldı
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
ABŞ - İran danışıqları başlayıb
2019-cu ilin son iş gününün HAVAsı
"Amazon" 25 dollar müqabilində scan tələb edir
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
Hamiləlikdə dəri dəyişkənliyi
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Cəbhədə erməni təxribatının qarşısı alındı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ
İdmançımız erməni rəqibini “sürüdü”
Təhlükə bir addımlığınızda
Qadınların hislərini ələ verən 9 vəziyyət