Rejissorlar üçün Monika filmlərin yaraşığı, aktyorlar üçün əvəzolunmaz tərəf müqabili, planetin bütün kişiləri üçün əlçatmaz ideal və ancaq bir nəfər - fransız aktyoru Vensan Kassel üçün sevimli həyat yoldaşıdır.
Qadınlar üçün isə bu qadın bəzən paxıllıq, bəzən də pərəstiş obyektinə çevrilir.
Başı boş gözəlçə...
Bəlkə də inanmaq çətindir ki, bir vaxtlar Monica öz gözəlliyini bir Tanrı ərməğanı deyil, onun bəxtinə düşmüş çətin bir sınaq olaraq qəbul edirdi. Provinsial bir italyan şəhərciyi olan Çitta-Da-Kastellada böyümüş bu qızcığaz hər zaman paxıllığını çəkən qadınların onun haqqında yaydığı şaiyələr və insanların pis fikirləri ilə üzləşirdi. Sinif yoldaşları və qonşuları onu incitmək, adını pis çıxartmaq üçün onun haqqında demədikləri söz və yaymadıqları şaiyə qalmırdı. Həmçinin zəhləsini tökmüş oğlan pərəstişkarları da onun həyatını ağırlaşdırırdı. Bəlkə də, xarici görünüşünə qarşı olan bu qədər böyük diqqətə görə Monica daha ciddi bir peşəyə - hüquqşünaslıq peşəsinə yiyələnmək istəyirdi. Çünki düşünürdü ki, bəlkə də, hüquqşünas olarsa artıq ətrafdakılar ona "başıboş gözəlçə" kimi yanaşmazlar. O, bütün gücü ilə ətrafdakılara sübut etməyə çalışırdı ki, o, gözəl olmaqla bərabər, həm də çox ağıllıdır: yaxşı oxuyurdu, çoxlu mütaliə edirdi, xarici dillərlə məşğul olurdu.
Məktəbi bitirdikdən sonra, Peruciyaya getdi ki, universitetin hüquq fakültəsinə qəbul olsun. Bəlkə də, tale başqa cür qərar versəydi o qəbul olacaqdı da: model biznesi ona etiraz edə bilməyəcəyi bir təklif etdi. Tezliklə Monica əvvəlcə Milana, sonra isə Parisə köçdü. O, nəinki məşhur fotoqrafların muzasına və məşhur markaların üzünə çevrildi, eyni zamanda, Atlantik okeanın hər iki tərəfində çəkilən filmlərin qəhrəmanı oldu. Baxmayaraq ki, o, ətrafdakılara özünü sübut eləmək üçün hüquq fakültəsinə qəbul ola bilmədi, o elə bir səviyyəyə gəlib çatdı ki, artıq onu bütün dünya tanıyırdı və kiməsə nəyisə sübut eləməyə ehtiyac qalmadı.
Təbiəti aldatmaq olmaz...
Monika bədəninin və üzünün onun "iş alətləri" olduğunu təkrar etməkdən yorulmur heç vaxt. Çünki o, sahib olduğu məhz bu xəzinəyə görə pul qazanır. Aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddən artıq istifadə etmək olmaz. Buna görə də Monika makiyaja ehtiyatla yanaşır. Gündəlik həyatında o dərisinə kosmetika ilə əzab vermir: ona kipriklər üçün bir az tuş və dodaqlar üçün bir az parıltı kifayət edir. Dərinin təbii rəngini qoruyub saxlamaq üçün aktrisa sərin su ilə yuyunur və dərinin hamarlığını qorumaq üçün müxtəlif vasitələrdən, ən əsası da termal spreylərdən istifadə edir.
Yaşlanmaya qarşı kremləri o, ümumiyyətlə qəbul etmir, çünki əmindir ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin incə və ipək kimi olması üçün Monica həftədə 2 dəfə arındırıcı bədən skrablarından istifadə etdikdən sonra bədəninə badam yağı çəkir. Üz üçün isə Monikanın möcüzəli təsirə malik özəl resepti var: avokada kaşası, 6 çay qaşığı qaymaq və 4 çay qaşığı badam yağı. Qarışıq dəriyə çəkilərək 15 dəqiqədən sonra yuyulur - effekt özünü gözləməyə məcbur etmir. Belucci - plastik əməliyyatlara qarşıdır: "Mən heç vaxt hadisələrin təbii gedişatına qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. Əgər 40 yaşlı qadın 20 yaşlı qız kimi görünməyə çalışırsa, bu çox gülməli görünür."
Monika öz yaşından qorxmur, onun fikrincə 46 yaşında da həyatdan həzz almaq olar. Əsas özün kimi görünmək və özünü olduğun kimi sevməkdir. Belucci nümunə olaraq, həmişə nənəsindən danışır ki, qocalana qədər o dodaqlarına qırmızı pamada çəkərmiş və hətta kilsəyə də belə gedərmiş. Sadəcə ona görə ki, beləcə bu özünü əsl qadın hiss edirdi və onun heç nə vecinə deyildi, insanların bu haqqda nə fikirləşəcəyi isə ona ümumiyyətlə maraqlı deyildi. Monica əmindir ki, elə belə də yaşamaq lazımdır: heç kimə fikir vermədən son gününə kimi sadəcə qadın olmaq lazımdır.
Saçlar yağda....
Monikanın heyrətamiz saçları - onun onlara göstərdiyi xüsusi qayğının nəticəsidir. Aktrisa əmindir ki, konsentrantlaşdırılmış şampunlar və fendən istifadə saçlara ziyandır. Ona görə də, Monica çalışır ki, həftə ərzində saçlarını iki dəfədən artıq yumasın və sadəcə xüsusi tədbirlər zamanı saçlarını düzləşdirir. Əslində isə bu italyan gözəlinin saçlarının belə gözəl olmasının bir sirri var: saçlarını yumamışdan öncə saç köklərinə o həmişə zeytun yağı maskası eləyir. Nəticədə onun uzun saçları həmişə parlaq və canlı olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qış ayaqqabıları
Bakıda yeni metro açılacaq
Hava necə olacaq?
Ölüm vaxtını hesablayan şəbəkə yaradıldı - YENİLİK
Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
80-ci illərdən gələn pencək dəbi
Bakıda hava şəraiti kəskin dəyişəcək
Google eksperimental şəhər tikəcək
Gürcü ekspert: "Ermənistan müharibə istəyir"
Putin bu uşağın ən böyük arzusunu reallaşdırdı-FOTO
Günün qoroskopu: İşlərinizi qaydasına salın!
Qeyri-adi gözəllik məsləhətləri
"WhatsApp" bombanı partlatdı
Siqareti atdıqdan sonra bədəndə yaranan dəyişikliklər
17 yaşlı Noa evtanaziyanı seçdi-FOTO
Qazan formasında dron yaradıldı - VİDEO
TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır - RƏSMİ
Pakistan vətəndaşı alnı ilə 243 qoz qırdı – REKORD
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
İzləməli olduğunuz Jim Keri filmləri
Tez hazır olan qəlyanaltı (foto resept)
Yaddaş şkalasında yeriniz
Asan qəlyanaltı (foto resept)
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
Təzyiqin artmasına səbəb olan gündəlik vərdişlər
İbrahim Tatlısesdən vida mesajı
2020 Qızıl Kürə: Qırmızı Xalça
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşaqlar niyə küçəyə düşürlər?
Avropanın ən həyacanlı əyləncə parkı açıld
Vampir adamın SİRRİ AÇILDI-FOTO
Payız geyimləri
Qafqaz Universitetinin bağlanması ilə bağlı açıqlama
Yaponlardan öyrənəcəyimiz vacib qaydalar!
Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!
Əmlakımızı niyə sığortalamırıq?
Pambıq şəkəri necə hazırlanır?
Hamilə xanımlar, oriental rəqs edin
Ət qovurması (foto-resept)
Beyni işləməyə necə məcbur etmək olar?(2)
Dustaqların hansı hüquqları var?
"İnstaqram-da bunu da gördük" - FOTO
Rihannanın Makiyajsız FOTOsu
Hərbi qulluqçularla bağlı qaydalarda dəyişiklik
Aleyna Tilkinin oxşarı-FOTO
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
1800-cü ilin əl çantaları
56 yaşlı Culianna - FOTO
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
- ŞƏRHLƏR