TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, qabiliyyət imtahanı iyul ayının 31-də olacaq.
Bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq.
İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.
Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.
Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən abituriyent:
• mövzunu açmalı və dolğun əhatə etməli;
• yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;
• ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli;
• ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;
• fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
• İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndiriləcək. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:
• verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;
• abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
• çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
• yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
• yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcək. İnşa yazı (esse) 2–4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO
Eser Yenenler bal ayına 120 min xərclədi-FOTO
Hər kəs bu qadından danışır-FOTO
Sağlam qidalanma yolları
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı Taras Şevçenkoya həsr edilib!
Həyatın içindən
Gələn ildən xəz dəri satışı QADAДћAN OLUNACAQ
TQDK universitetlərə qəbul şərtlərini açıqladı
Heyva mürəbbəsi (foto-resept)
"Ustad" dərgisinin xüsusi buraxılışı nəşr olundu
Saxara səhrasına qar yağıb-FOTO
Bu telefonlardan istifadə etməyin
Mobil telefon həftədə 2 günü "yeyir"
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Dünyanın diqqəti Eboladan yayınır
Soyuq havanın faydaları da var
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
Günün qoroskopu: Gün uğurlu alınacaq
"Həyat yoldaşım kompüterdə oyun oynayır, nə edim?!"
Tramp özü haqqında kitab yazacaq
Ordumuzun reytinqi
İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO
Ermənilər atəşkəsi pozmaqda davam edir
Rusiyanı gözləyən fəlakət
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
Gül formalı şirin kökə (foto resept)
Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Bəzi adlar intihara səbəb ola bilər
Bu il Yevlax rayonundan ali məktəblərə 312 nəfər qəbul olub
Çentik kababı (foto resept)
Keyt Holmsun metro "səyahəti"-FOTO
Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi
Məşhurlardan ilham alan yumor ustası
Yeni ayaqqabı trendi
Beyonsun heykəli hazırlandı-FOTO
"Real" dünya çempionatının finalında
Ebru Şallının yoldaşı məhkəməlik oldu-SƏBƏB
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Murad Dalkılıçdan Hande Erçellə bağlı ETİRAF
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Ləkə çıxararkən edilən 7 xəta
Çempionlar Liqasının təqvimi
Fəsil dəyişdikdə nə etməli?
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Qaynanalar üçün ən gözəl toy donları
ABŞ-da qar adamı təsbit edildi – FOTO/VİDEO
Madonna yeni şəkillərini paylaşdı - FOTO
Ağ çayın faydaları
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Çinlilər Nokia-ya etiraz edirlər
- ŞƏRHLƏR