Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyul 19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 18 iyul 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Ruh nədir?

 

Ruh nədir?

 

 

Biz – müsəlmanlar, yəhudilər, xristian və s. inanırıq və beləcənə bilirik ki, insan bu dünyada özünü necə aparırsa, öz hərəkətləri, yaxşı və pis işlərinə görə müəyyən olunur ki, rəhmətə gedəndə, öləndə o dünyada yeri cəhənnəm, ya da cənnət olacaq. Bunu hamımız bilirik. Hətta cənnətin və cəhənnəmin neçə qat olduğunu, cəhənnəmdə və cənnətdə nələr baş verdiklərini, bunların hamısından dinlərdə məlumat var. Bircə, buddizmdə bir az fərqli fikir səslənir – insanın öz daxili aləmi və hisslərindən asılıdır o cəhənnəmdə olacaq, ya cənnətdə, yəni cənnəti düşün ki, cənnətdə olasan.  Bunu da qoyduq bir qırağa. Bu dəfə şəsxən məni çox maraqlandıran, bəlkə də sizin də çoxlarınızı heç də düşündürməmiş bir məsələyə toxunmaq istədim – bu dünyada ilişib qalmış ruhlar.

Ruhlar cürbəcür olur: poltergeyslər (canlıları narahat edən mənfi fikir və enerji daşıyan ruhlar) və  yaxşı enerji daşıyan ruhlar. Hər ikisini insanlar görə bilərlər, onlara ruhlar hətta toxuna da bilərlər. Bu – bizi qorxudur. Çünki, qeyd etdiyim poltergeyslər insanın canını ala biləcək qədər güclü ola bilirlər. Onları mümkündür bu dünyadan öz dünyalarına aparmaq, bu müəyyən rituallarla, dualarla mümkündür. Amma mənim baxdığım sənədli filmlərə əsasən bu heç də həmişə asand olmur, və ya mümkün belə olmaya da bilər. Bilmirəm, bəlkə də bu ritualı keçirdən, duaları oxuyan insandan asılıdır?

Baxdığım proqramlarda bir sual məni düşündürdü: insan əgər yaşadığı həyatda elə də bunu qazandıracaq qədər günah işlətməyibsə, nəyə görə onun ruhu bu dünyada ilişib qalır, illərlə, hətta əsrlərlə belə? Kim mənə qarantiya belə verə bilər ki, mən öləndən sonra bu dünyada ilişib qalmayacam? Axı bu mənim yaxşı, və ya pis işlərimdən asılı deyil. Desək ki, ölmüş insanın bədəni, yəni cəsədi lazımi qaydalarla torpağa verilməyib (yuyulmayıb, kostyumda basdırılıb, duasız o dünyaya göndərilib, yasini oxunulmayıb, cəsədi itkin qalıb), belə halda ola bilər ki, səbəb elə budur ki, ruh narahat halda bu dünyada ilişib qalıb, bəs bəlkə o bu dünyada yaxşı insan olub? Bir bədəninin lazımı qaydada basdırılmamağı ilə əlaqədar onun nə günahı var ki, bu dünyada qalsın?

Dünən baxdığım başqa sənədli filmdə bir şeyi gördüm, bu da məndə çox suallar yaratdı. Qeyd edim ki, baxdığım filmlər olmuş hadisələr əsasında çəkilib də bunları danışan insanlar həqiqətən o hadisələrdə olmuş, istəmədən şahidi olmuş, iştirak etmiş insanlardır, yəni burada yalan yoxdur. Filmdən danışım. Deməli, bir məkan olur – pub. O yerdə bir qız uşağı, yəni ruhu qorxaq vəziyyətdə kömək diləyir hamıdan. Bütün filmi yazmayacam. Onu qeyd edim ki, qızın ruhu 100 il idi ki, onun qatili olan kişinin ruhundan qaçır. Yəni bir düşünün, qızı o kişi bu dünyada qətlə yetirməyi azmış kimi, hələ o dünyada da onu rahat buraxmır və ikisi də o məkanda, yəni qızın öldürülmüş, meyini divarda gizlədilmiş məkanda ilişib qalıblar. İndi gəlin dində bildiyimiz cümlələri yada salaq: “14 yaşına çatmamış uşaq rəhmətə gedəndə birbaşa cənnətlik olur”, “bu dünyada ən böyük günah insan canına qəsd etməkdir, qatillərin yeri cəhənnəmdir”, Hanı bu cümlələri doğruldan şeylər? Axı fakt başqa şey deyir. Bəlkə də, bu dünyada ilişib qalmaq tamam başqa məsələdir ki, bu barədə dində qeyd edilməyib? Niyə bu məsələ belə sirr olaraq qalıb? Bəlkə, insanları həvəsdən salmamaq üçün? Qatili anladıq, bu dünyada qalmağı özü onun günahlarının ödəməsi kimi ola bilərdi. Bəs qız uşağının ruhunun günahı nədə idi? Nə isə, bir görücü qadın 100 ildən sonra gəlib təsadüfən bu hadisədən xəbəri olmasaydı, o ruhunu o dünyaya göndərməklə o qızın ruhunu azad etməsəydi, hələ də hadisələr bir 200 il də o cür davam edərdi və o qızın ruhu bu dünyada hələ də o qatilin əsarəti altında qalardı.

Keçdim başqa məsələyə. Qəbirstanlıqda bir çoxlarımız bilirik ki, ruhlar olur, onlar orada gəzirlər, belə desək, yaşayırlar. Bəs onlar niyə bu dünyada qalıblar? Cəhənnəm, cənnət bəs nə üçündür? Bu da bir müəmmalı məsələ.

Bir çox evlərdə rəhmətə getmiş insanlar o evin içində qalmış olurlar. O evi əvvəlki kimi öz evləri hesab edirlər və orada qalan hər bir insanı narahat edirlər. Bu cür hadisələr hər bir ölkədə var, istər müsəlman, istər xristian, istər də yəhudi, və ya başqa din olan ölkə olsun var. Yəni hadisələr var ki, bu dünyada bir məkanı canlılar və ruhlar öz aralarında bölüşdürə bilmirlər. Amma dində bu məsələyə tonuna məqamları mən nəsə görməmişəm.

Sonra ruh barədə Qurani Kərimdən olan kəlamları qeyd edim:

17. İsra: Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.

7. Əraf:  Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!

Bəlkə də, “qəbir əzabı” deyilən şey elə bu dünyada ilişib qalmaq mənasını verir?

Suallar çoxdur, amma cavablarını tapmaq hər halda indi mümkün deyil. Mümkün olsaydı, Allah özü bu bilikləri bizə verərdi. Amma O, bəlkə də yaxşılığımıza görə, bizə ancaq xeyir gətirə bilən şeyiləri açıqlayıb, qalanlarını sirr olaraq bilirik...

Bu yazını oxuyub qorxanlara sözüm var: ruhlar bizim yerimizdə olublar, biz də nə vaxtsa onların yerində olacayıq, bəlkə də olmuşuq da, sadəcə yaddaşımızdan silinib, bu amma artıq reinkarnasiya (ölüb, yenidən başqa bədəndə doğulmaq)  barədə olan başqa mövzudur, ona görə qorxmağın yeri yoxdur.

Bəs siz, ruz barədə nələr bilirsiniz? Ruhların bu dünyada ilişib qalamaları barədə, bizdən bu dünyada qalmamaq üçün nəyin asılı olduğunu bilirsinizsə, paylaşın, və ya fikrimdə hansısa səhvim varsa yazın, maraqlı olar, yeni biliklər əldə etmiş olar(ıq)am.

Səslərin sayı: 18
78
10996
loading...
Şərhlər
Offline
Gülbəniz
Allah sonumuzu xeyirli elesin insAllah amin
23 iyun 2014 23:10
Offline
♥NiLuFeR♥
Xəbərə görə təşəkkürlər
25 may 2014 20:37
Offline
Selvi
OXUMAGA UREYIM GELMEDI.IMZA
HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIE MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR..
18 oktyabr 2012 14:20
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Gunel Alizade
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
15 yanvar 2012 01:26
Offline
Məryəm.
ruhlardan çox şey danışmaq olar mən görməmişəm
24 avqust 2011 12:58
Offline
creativka
oxuya bilmedim ureyim gelmedi
1 avqust 2011 21:05
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
gulya_samed
men ruh gormuwem..dayim qizi yayda bize gelmiwdi..onnan bir yerde sesler ewidirdik,gorurduk..amma men qorxmurdum..cunki dayim qiziynan bir yerdeydik..tek deyildim.amma 1 hefte bunnan evvel metbexde qab silende qapinin arasindan 1 wey gordum..uzumu firlatdim.sora qapiya baxanda hec ne yoxuydu..cixdim cole..sora yene girdim iceri..bilmirem..belke de hec ruh deyil..belke de gozumuze gorsenirdi..amma bilmirem...sadece sizle paylawdim

birde size olmuw bir hadise daniwim..bizim bir taniwimiz var.onlar evveller cox uzaqda,colluk kimi bir yerde yawiyirdilar.imkanli idiler..evin qadini her axwam yatanda elebil kimse onun yaninda nefes alir.yorganini qaldirir.onun yanina girir.ama qadin evlidir.3 uwagi var.sora bunlar gedibler gorucu yanina.gorucu deyibki sizin evinizin evvel yerinde cinlerin yuvasi olur..siz burani tikende onlarin yuvasini dagitmisiz..cinin bir uwagi ölüb..o da sizden qisas cixir..hemdeki erkey cin evin qadinini sevir.sora qadina bir dene baxici da deyibki,sen bu axsam evdən sədəqə cixarmalisan,yoxsa pis hadise bas.verecey arvadin da yadinnan cixir.axsam isiqlar sonur.evde bir otaq var qaranliqdi gedir ora lampa goturmeye.birden kimse ona arxadan yumruq vurur.qorxub qapini zerbnen acmaq isteyende əli qapının şüşəsinə kecir.sora elinə tikiş zad deydi.sorada o evden kocduler....

ama yumruğu vuran da bəlli olmur...onlara gedən qonaqlar da hiss ediblər ki bu evde nese var..biz de onlara getmisik amma hec ne gormemiüik...bele..amma ruhlarin,seytanlarin,cinlerin varlığını əhatəli təfərrüatları ilə yəqin öləndən sora biləciyik..səbirsiz olmayin..
9 iyun 2011 18:45
Offline
CandyGirl
ruh var ve men ruhlara inaniram heckimin fikri mene maraqli deyil
13 may 2011 16:08
Offline
Happysim ))
men rayonda qalanda hec neden qorxmuram birce ruhlardan Allah Sukur ki,menim gozume gorunmeyib ama bibim deyirki,yuxudan duranda (rehmete geden anasini) nenemi divanda oturan gordu yaxinlasdi o (nenem ) yox oldu.ona gore de Hemise Allaha yalvariramki Gozume hec ne gorunmesin(ruh nezerde tuturam) deli olaram yoxsa...Allah hamimizi qorusun Amin
8 aprel 2011 20:30
Offline
Naza
Sitat: Selin
Ayda qizlar qorxuzduze meni!bu sohbetdir daniwirsiz!oyyyyyyyyyyy

Adindan belli idi ki, qorxacaqdun, nöşun xebere daxil oldun? wink
25 fevral 2011 13:18
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
24 fevral 2011 14:20
Offline
Naza
dream_,
Dediyimi onlara çatdır, onlarda ruh deyil. O evdə çoxdan yaşayırlar? O evin tarixcəsi nədir, heç bilirlər?
Sitat: doktor-69
ONLARDAN QORUNMAQ ÜÇÜN İSƏ EVƏ GƏLƏNDƏ İÇƏRİ GİRƏN KİMİ ``ƏUZİBİLLAHİ MİNƏÇÇEYTANİ RƏCİM BİSMİLLAHİM RAHMƏNİRRAHİM`` DESƏNİZ KİFAYƏTDİR.

Axı deyir ki, o evdə namaz qılan var, bildiymiz kimi o kəlmələri hər namaz başlayanda deyirlər, gündə 5 dəfə o kəlmə deyilir o evdə, amma təsiri olmur. Bu nəsə yaman güclü şeydir.
22 fevral 2011 19:51
Offline
_dream_
O evdə namaz qılan var?

he NAMAZ qilan var.Ne bilim vALLAH.onlara gedenler ele o barede danisir.da bilmirem nedi.AMMA deyirlerki ruh du.Amma ruh da adamin sacini yola biler??? yada gorune bilerki??Amma tek o qizin basina gelmire.kim gedir deyirki o evde neyse var. sad
22 fevral 2011 16:46
Offline
qelbane
Butun dovrlerde dusundurucu ve aktual movzu olmusdur.
22 fevral 2011 09:35
Offline
Seva
Qəbirstanlıqda bir çoxlarımız bilirik ki, ruhlar olur, onlar orada gəzirlər, belə desək, yaşayırlar. Bəs onlar niyə bu dünyada qalıblar? Cəhənnəm, cənnət bəs nə üçündür?
Bu barede men bildiyim qederiyle insanlarin cennete ve ya cehenneme getmesi axiret gunu Tanri terefinden mueyyen olunacaq. O zamana qeder ruhlar da insanlar da oz aqibetini gozleyir.
22 fevral 2011 08:56
Offline
Shabnam Rahimova
Nazuletta,
deymez sende sag ol
22 fevral 2011 08:22
Offline
Naza
Sitat: şabnam_betul
Axiret alemine seyahet kitabini oxumaqi tovsiyye ederdim

Tapsaydım maraqla oxuyardım. smile

Amma yox, googledə axtarıb vvord formatında tapdım, artıq gecdir, sabah yavaş-yavaş oxuyaram. Çox sağ ol! smile
22 fevral 2011 03:40
Offline
Naza
dream_,
Canım, qorxudmaq istəmirəm, amma bu ruh deyil deyəsən, söhbət şeytandan gedir. Və insanın cildinə girir də, deməli insan özü-özünü, yəni o şeytan vasitəsilə öldürə də bilər, mümkün dərəcədə o evdən ya köçsünlər, ya da molla yox, bu işlə məşqul olan xüsusi insan axtarıb tapsınlar. sad O evdə namaz qılan var?

Sitat: leylahuseynova
Bu olmus hadisedir.

Bir olmuş hadisəni mən də yazım, maraqlı olar yəqin. Bunu mənə başına gəlmiş insan özü şəxsən danışıb. Əsgərlikdir. Hərbi hissənin yanında bir atılmış, yarı tikilmiş bina var. Hər gün əsgərlərdən biri gecə vaxtı ora gedib bilmirəm işıq söndürürmüş, ya nə. Axırda bir gün deyir vsyo, mən daha ora getməyəcəm, nə qədər olaree? Bu dəfə bu hadisəni mənə danışan insanı göndərirlər. Təsəvvürünə gətir, atılmış yarı tikilmiş bina, qaranlıq, heç kim yoxdur da ətrafda, sakitçilik və birdən bir oğlanın əzabçəkici səsi ilə qışqırlması. Bu əsgər təbii ki, qorxusundan qaçılr gəlir və panika içində deyir bu nədiree belə? Axırda danışırlar. Həmən o məkanda bir əsgər oğlanı öz əsgər yoldaşları nə üçünsə baltalayıb öldürüblər, o andan bəri o oğlanın əzabçəkici qışqırığı hər gecə o yerdən gəlir. Bu da bu dünyada ilişib qalmış ruhdur da. Axı o ruhun günahı nə idi ki, qalıb bu dünyada ölümünün səbəbindən hələ də əzab çəkir????? Allah bizə göstərməsin belə şey!

Sitat: Mehluqe
insanların yaşamadıqları evlərdə

Lider kanalından bir proqramda göstərmişdilər. Yaşlı kişidir, işdə gecə vaxtı simendə olur həmişə və həmişə evə qayıdanda qonşular şikayət edir ki, bu nədir belə, hər gecə sənin evində çoxlu camaat hoppanıb düşür, qoymurlar bizi yatmağa. Kişi deyir vAllah mən işdə simendə oluram səhərə kimi, evdə də heç kim olmur, tək yaşayıram. Axırda kişinin işindən olan cavan işçilər deyirlər gəl sənin evində bir noutbook qoyaq və kameranı açıq saxlayaq görək nədiree belə sənin evində. Bir gecə kamera çəkir, sabahsı gün işdə baxıb şoka düşüblər. Yeri gəlmişkən, eyni video fraqmenti verdilər proqramda mən də baxdım. Elə bil dolu insanlardır amma qara kölgə kimidirlər, ora-bura qaçırdılar, divanın üstündən, hətta balışlar da yerindən oynadı, sonra divara girib yox oldular. Şərhsiz bu ruh deyil idi.
Yoldaşımgil danışırlar mənə ki, İrandakı evlərində cinlər var idi. Hətta evin damında toy da edirdilər, o evdə qəribə pişiklər var idi, bir dəfə onları azdırmaq istədilər, uzun yol gedib azdırdılar, amma evə qayıdanda gördülər pişiklər artıq evin həyətindədirlər. Mistika! Bu zaman da onları azdıran mənim yoldaşımın babası hirslənir, ya nədir, pişiyin biri onun adını çağırır "Əli!". Bundan sonra pişikdən o, artıq qorxmağa başlayır. Həm də eşitmişəm ki, cinlər pişik cildinə girə bilirlər. Amma nə qədər cinli ev olsa da ora, dediklərinə görə o ev çox bərəkətli ev idi, varlanmışdılar o evdə. O evi satdılar, var-dövlət də əldən getdi. İnanmaq çətindir, amma yoldaşımgil bunu danışırlar və deyirlər olan şeydir.
21 fevral 2011 23:10
Offline
_dream_
Sitat: Nazuletta
ruh çağırıb fala baxmayın! Bu günahdır və pis işdir

he bilirem.bibimgil Sumqayitda qalirlar.amma onlar eve ruh cagirmayiblar.Dediklerine gore nenesinin ruhudu onlardan getmir.hetta Mollada cagiriblar,quranda oxudublar amma getmir.size bir sey danisim.emim qizi bir gun gedib onlara .bununda ruhdan xeberi yoxdu.axsam yatiblar.deyir yatdigim yerde gordum kimse sacimi dartir.ele bilib ki bibim qizidi.deyir gozumu acdim yanimdan neyse kecdi.amma fikir vermedimki yeqinn evdekilerdidaa.seher qizdan sorusubki axsam sacimi niye yolurdun??? qiz sonra deyibki bes onlarda ruh var.sacini men yox o, yolub... sad
21 fevral 2011 21:03
Offline
Allah bendesi
Ruh haqda 3 hedis yaziram. Amma ozum bele seylerle cox maraqlanmiram duzu.
İmam Əli (ə): «Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. Ruh da belədir: həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və oyaqlığı onun dərrakəsidir.» (Biharul-Ənvar,c. 61, səh.40 , hədis 10)
Allahın Peyğəmbəri (s): «Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar.» (Kənzul-Ummal, hədis 24660)
. İmam Əli (ə): «Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. Ruh da belədir: həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və oyaqlığı onun dərrakəsidir.» (Biharul-Ənvar,c. 61, səh.40 , hədis 10)
21 fevral 2011 18:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış