əl-Muzzəmmil (Örtünüb bürünən) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
- Gecəni az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl!
- (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
- Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
- Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
- Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
- Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).
- Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.
- O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et!
- (Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!
- (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver! (Tezliklə cəzalarına yetişərlər).
- Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;
- Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!
- O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
- Həqiqətən, Biz - Firona peyğəmbər göndərdiyimiz kimi sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik.
- Firon o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları suda boğduq).
- Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!
- (O gün) göy parçalanaraq, (Allahın) vədi yerinə yetəcəkdir.
- Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!)
- (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
XƏBƏR LENTİ
Köpüklü cupcake (foto resept)
Qızıl-gümüş bazarında vəziyyət necədir? - VİDEO
Sadə gəlin buketləri
Bir-birindən gözəl manikür modelləri
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Pensiya ilə bağlı yenilik
"Matrisa" yenidən çəkilir
"1 həftəyə 5 kq arıqla"
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?
Üz formasına görə qaş formaları
Azərbaycanda bu il nə qədər yol çəkilib?
Aylıq telefon xərcindən necə azad olmaq olar?
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Darçınlı, qozlu piroq (foto resept)
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
"Quş qripi" qayıdır
Spenserin düşüncələri
Gecə üçün uzun ziyafət geyimləri
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
"Tənbəl" dolması (foto resept)
Evlənmədən öncə belə deyildin. Niyə dəyişdin?
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Ac qarına yol verilən 4 xəta
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Hamilələrdə doğuş qorxusu
Hadise yenə "hadisə" yaratdı-FOTO
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Bu insanlara heç vaxt yalan danışmayın!
Leyla Əliyeva "Jara-2017" musiqi festivalına fəxri qonaq qismində qatılıb
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
Yas mərasimlərinin keçirilməsi qadağan edildi
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Dadlı toyuq budları(foto resept)
Güzgüylə dizayn edilmiş otaqlar
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Günün ulduz falı
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Krediti olanlara qoyulan məhdudiyyət aradan götürülür
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Bu qadının sirri nədir?" - FOTO
Zidan evlənir
Santa Klausun qatarı
- ŞƏRHLƏR