Bakıda hava
USD AZN
EUR AZN
10 dekabr 13:46Feride Her kese salam
41215

Qurani-Kərimin Əl-Haqqə surəsi

Qurani-Kərimin Əl-Haqqə surəsi

əl-Haqqə (Haqq olan qiyamət) surəsi 
(Məkkədə nazil olmuşdur, 52 ayədir) 
Bismillahir rəhmanir-rəhim! 

  1. Haqq olan qiyamət!
  2. Nədir qiyamət?!
  3. Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
  4. Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
  5. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
  6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu.
  7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
  8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
  9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
  10. Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
  11. Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
  12. Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
  13. Sur bircə dəfə üfürüləcəyi;
  14. Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
  15. Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
  16. Və (göy) süst düşüb parçalanacaqdır!
  17. Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
    Qurani-Kərimin Əl-Haqqə surəsi
  18. O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
  19. Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: Alın, əməl dəftərimi oxuyun!
  20. Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!
  21. Bundan belə o, xoş güzəran içində,
  22. Yüksək bir Cənnətdə olacaqdır.
  23. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
  24. (Onlara belə deyiləcəkdir: ) Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!
    Qurani-Kərimin Əl-Haqqə surəsi
  25. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: Kaş əməl dəftərim mənə verilməyəydi!
  26. Hesabımın nə olduğunu bilməyəydim!
  27. Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
  28. Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
  29. Mülküm (səltənətim) də məhv olub getdi!
  30. (Allah dərgahından belə bir nida gələcəkdir: ) Onu tutub qandallayın!
  31. Sonra da Cəhənnəmə atın!
  32. Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
  33. Çünki o, böyük olan Allaha inanmırdı.
  34. O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
  35. Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
    Qurani-Kərimin Əl-Haqqə surəsi
  36. İrindən başqa bir yeməyi də yoxdur.
  37. Onu ancaq günahkarlar yeyər!
  38. And içirəm gördüklərinizə,
  39. Və görmədiklərinizə ki,
  40. Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
  41. O, şair sözü deyildir! Nə az inanırsınız!
  42. O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
  43. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
    Qurani-Kərimin Əl-Haqqə surəsi
  44. Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,
  45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
  46. Sonra onun şah damarını qopardardıq!
  47. Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
  48. Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.
    Qurani-Kərimin Əl-Haqqə surəsi
  49. (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
  50. Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
  51. Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
  52. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!
Səslərin sayı: 1
17
2903
loading...
Şərhlər
Offline
Nermin_Guler
Yüksək bir Cənnətdə olacaqdır.
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
27 dekabr 2015 15:48
Offline
Qəribə

49.(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
50.Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
51.Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
30 yanvar 2015 17:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
(Onlara belə deyiləcəkdir: ) Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!
27 yanvar 2015 06:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Allah razi olsun!
10 noyabr 2014 15:23
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
4 noyabr 2014 03:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Deniz N-va
Allah razi olsun!!!!!! give_ros air_kiss
7 avqust 2014 15:55
Offline
Aysel İ.
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
17 iyul 2014 01:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Zehra.
Təşəkkürlər dəniz bacım.
16 iyul 2014 23:42
Offline
Jalə Məmmədli
Allah razı olsun Dəniz səndən
16 iyul 2014 21:28
Offline
Gulnar
Allah razi olsun.
16 iyul 2014 20:41
Offline
Seher Nur
Cox sagolun. Tesekkur edirem.
16 iyul 2014 20:34
Offline
---------------
Tewekkurler cox gozel ALLAH sizden razi olsun cox gozel bu qedr gecesinde yes
16 iyul 2014 19:58
Offline
Aida M-ova
Çox sağ olun Allah razı olsun ... give_ros

birdə əziyyət deyilsə hərə özü şərh yazsın başqa şərhləri kopyalayıb yazmasınlar..
16 iyul 2014 18:24
Offline
Qəribə
Dəniz84
Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
16 iyul 2014 17:50
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Elnure Quliyeva
Allah razi olsun sizden ve rebbimiz bizleri haqq olacaq gunde defterimizi saq eimize verib sevinenlerden etsin amin.
16 iyul 2014 16:58
Offline
kamile
Allah razi olsun cazlisiram oxuyum,amma burda daha yaxsi basa dusmek olur
16 iyul 2014 16:42
Offline
Aysel İ.
Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
16 iyul 2014 16:03
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış