Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Balalarımızın şirin sözləri

 Balalarımızın şirin sözləri

Ayan,Abiyeva

Deyəcəyəm, gülməli olacaq. Ən birinci maşınlara "enqo" deyirdi. Qarpıza "apuz" deməyi daha çox bizi güldürürdü, bir o qədər də sevindirirdi ki, balamız dil açıb.

Ulker.Agamali

Uşağın ailəyə daxil olması evdəki atmosferi kökündən dəyişir. İstər-istəməz hər kəs öz hərəkətinə, davranışına və hətta danışığına da ölçü qoymağa başlayır. Körpənin hər hərəkəti, gülüşü, qığıltısı ailə üzvlərinin bir ayrı sevincinə səbəb olur. Allah bütün körpələri saxlasın. Mənim də ailəmdə körpə sevinci 2 dəfə yaşanıb. Artıq onlar sərbəst danışa bilsələr də təzəcə dil açdıqları vaxtlar işlətdikləri bir neçə söz var ki, biz hələ də onları yada salırıq. Böyük balam İsgəndər yumşaq ədyalını çox sevirdi və ona "Çamça" deyirdi. Süd içdiyi şüşəyə isə "Toka". Balacam Aqşinin ən çox sevdiyimiz sözü "все" (rus dilində) "hoso", şirəyə  " xua"  və qardaşım əvəzinə "dardaşım" deməsidir. 

Balalarımızın şirin sözləri

Xəyalə Murad

Muradım dil açanda hər kimi səsləsə mütləq "hı-hi" əlavə edərdi. Məsələn: babaya, nənəyə, əmiyə, bibiyə, ataya bu cür səslənirdi: "Babahı, əmihi, nənəhi, bibihi, atahı". Mənə isə ana əvəzi -"anya" deyirdi. İndi də xatırlayıb gülürük. Qızımın ilk sözü "ata gəl" oldu. Təsadüfmü deyim, qəsdənmi deyim bilmirəm. Məhz hamamda əl-üzünü yuyanda dayanmadan bir nəfəsə "ata, gəl, ata, gəl" deyir. Suyu və suyun səsini çox sevir. Hamam otağında məhz sevincini dilə gətirmək üçün danışa bildiyi sözü tez- tez deməklə rahatlaşır. 

Balalarımızın şirin sözləri

Esna

Oğlumun ilk sözlərinin çoxu demək olar ki, yadımdadır. Amma mənə ən çox təsir edən bir şeyi yazmaq istəyirəm. 2 yaşı vardı oğlumun. Azan səsi eşidəndə qorxub ağlayırdı. Mən gördüm ki, uşağın qorxmaması gərəkən bir şey olmalıdı müqəddəs Azan səsi və ondan sonra başladım ona laylay yerinə azan oxumağa. Sonra bir gün məni çox sevindirən bir şey oldu. Gördüm oğlum çıxıb öz balaca stolunun üzərinə Azan oxuyur. Tez videoya çəkdim. İndi də telefonumda durur həmin video. Bax, bu sözlərlə "allao əppər, allao əppər" deyə oxuyurdu. Allah bütun övladları qorusun , içində də  bizimkiləri.

Balalarımızın şirin sözləri
Husna

Uşaqlar evin sevincidir. Böyük Yaradan mənə də bu sevinci yaşatdığına görə sonsuz xoşbəxtəm. Onların ilk addımı, şirin gülüşü və ilk söylədikləri sözləri unutmaq mümkün deyil. Təbii ki, bütün körpələr ilk "ana" sözünü deyirlər. Mənim İlkin balam da mənə ana deyəndə elə bil dünyalar mənim olmuşdu. Qızımın ağaca "acax" deməsi, ağcaqanada  "axcanakkad" deməsi bizi çox güldürmüşdü. Balacam südü çox sevdiyinə görə mətbəxdən süd iyi gələndə "uyaaaaa, süd lili dəliy" deyə qışqırırdı. Allah heç bir evi körpəsiz etməsin, Amin!!! 

Balalarımızın şirin sözləri
Hacət-i Vuslat
Ana üçün balasının ən şirin sözü ilk sözüdür yəqin. Şükür Rəbbimin məsləhətinə, iki qızım var. Böyüyünün ilk sözü "ədə" idi. Xüsusi bir intonasiya ilə deyirdi. Kiçiyinin ilk sözü isə təbiətinə uyğun olaraq (bir az qarınquludur ) "məm-məm" - yəni "nəm-nəm" idi. Böyüdükcə çox məzəli sözləri olub. Hamısı da şirin və əzizdir. Yer çatmaz yazmağa. Amma, indi ən şirin, dəyərli sözləri var mənim üçün - onların "Allah" deməsi. Hətta mənə də xatırladırlar. Məsələn, kiçik qızımın bədii qimnastika üzrə çıxışından əvvəl: "Ana, mən çıxış edəndə sən "Allah, Allah..." deyərsən a" deməsi. Və ya bir dəfə şahid oldum ki, iki bacı qaranlıq otaqda qorxmamaq üçün əl-ələ tutub "Allah, Allah..." deyirlər. İnşallah "Allah" sözü onlar üçün də ən şirin söz olacaq.
Balalarımızın şirin sözləri
Sonay Quluzade
Mənim oğlum körpə vaxtı bir qədər susqun və adamayovuşmaz olub. Həm də artıq 9 ilə yaxın bir vaxt keçib deyə, gülməli əhvalat xatırlamıram. Bircə badımcan sözünə “bacımcan” deyirdi. Mən hələ də evdə badımcana “bacımcan” deyirəm.  Amma qızımın hələ 4 yaşı olmayıb. Çox danışan uşaq olduğuna görə bir-iki əhvalat yadıma düşdü. Biz hər səhər Sonayla bağçaya getməmişdən əvvəl gəzirik. Bir dəfə yenə gəzirdik, birdən avtobus hündürdən siqnal verdi. Əlini başına atıb, dedi ki:”Of ay Allah, başım beynimə düşdü”. Deyirəm, ay qızım, nə oldu? Deyir: “Başım beynimə düşdü də”.

Televizora heç baxan deyiləm, amma bir neçə ay əvvəl bir kinoya rastladım və çox bəyəndim. Müharibə ilə əlaqəli kino idi. Sonay da sağa fırlandı, sola fırlandı (kino da AzTV-dən idi deyə reklam vermədilər) bezdi. İki əlli başını tutub, atasına dedi: “Ata, get televizoru söndür, mənim başım ağrıdı”.
Evdə şaftalı yeyirdi, bir qohum buna dedi ki, Sonay, al, şaftalı ye. Dedi ki, “yemişəm”. O da bunu dolamaq istədi, soruşdu: “Sonay, sən yemişsən?” Sonay cavab verdi ki, “Yemiş demirəm ey, deyirəm ki, şaftalı yemişəm”. O dedi, bu dedi. Axırda qayıtdı ki, “Yaxşı mən yemişəm, onda sən balqabaqsan”. Mən də dedim: “Di cavabını aldınmı, nə uşaq dolayan çıxmısan”.
Əslində çox olub, gülməli əhvalatlar, amma indi yadıma düşən bunlar oldu. 

Balalarımızın şirin sözləri

PƏRVANƏ ƏLİYEVA......

Böyük oğlumun ilk sözü "maşın" oldu. O qədər ki, maşında gəzdirirdi atası onu uşağın ilk sözü də maşın oldu. Onda həm bir az xətrimə dəydi, həm də güldüm. Sonra atasının adını "Yafi" dedi. Adı Raufdu. Zeynəb Xanlarovaya "Zenab Xamada". Çox sözlər var. Balacam isə ilk dəfə mənə "Pəyiş" dedi. Sonra su istiyəndə "vdi -vdi" ,yeməyə "mna-mna", gəzməyə istiyəndə "dəz- dəz dedəy". Yadımda qalanlar bu qədərdir. 

Balalarımızın şirin sözləri

Dəniz84

Mənim böyük oğlum bir az gec dil açıb. Buna səbəb 11 aylıq olarkən mədə-bağırsaq xəstəliyi keçirməsi olub. Və səhv tətbiq olunan müalicə səbəbindən oğlum 4 yaşında dil açdı, 2 yaş yarımda yeridi. Çox şükür indi heç bir problemi yoxdur. Maşallah zehninə söz ola bilməz. Onun bir sözünü hələ də mən işlədirəm. Ehtiyatlı ol sözünü "ehtalı ol" deyərdi. Avtobusa həmişə "kamaz" deyirdi. Çünki avtobus sözünü deyə bilmirdi. 2-ci oğlum maşallah 1 yaş olmamış dil açıb. Həkim uşaqlara vitamin yazmışdı. Vitamin 3 rəngdə idi. Yaşıl, mavi və çəhrayı rəngdə. 2-ci oğlumun da 2 yaşı var idi. Deməli yaşıl və mavi olan həbi qəbul edirdi, çəhrayı rəngli olanı qəbul etmirdi. Deyirdi ki, "Mən qızam ki, mənə qıymızı dəyman veyiysən?"lol 3-cü oğlum isə hələ danışmır. Mənə gah mama, gah ana, gah da ama deyir. Demək istədiklərini hələ ki, işarələrlə başa salır. Allah hər kəsin övladını qorusun. Valideynləri də bu körpələrin üstündən əskik etməsin. Amin! 

Balalarımızın şirin sözləri

Narin

Ana və ataların, nənə və babaların, dayı və əmilərin, xala və bibilərin doğumuna çox şad olduqları, sevindikləri körpələr. Həyatın bəzi anlarında söylədikləri kiçik kəlmələrlə bizi göz yaşlarına boğan, bəzən də bizi qəhqəhələr ataraq gülməyə vadar edən körpələr. Analıq hissini yaşamasam da gözəl və böyük Allahım mənə xala olmağı nəsib edib. Analıq hissini az da olsa dadmağı nəsib edib (necə deyərlər xala ananın yarsıdır). Bir dəcəl qızım var. O, qızım ki, düz 2 yaşına qədər suyun dadına güclə davayla baxıb (amma indi suyu onun əlindən ala bilənə eşq olsun). Elə ilk sözü də "ana, şu" olub.  Bir dənə də qara böcəyim var (mən ona helə deyirəm), nəfəsim, hər şeyim, körpəlikdən düz 5 yaşına qədər onu özüm saxlamışam. Şükür indi 3-cü sinifdə oxuyur. Onun ilk sözü isə "Nayın" olub.  Allah hər birinizin körpəsini qorusun, daim nəzərində saxlasın. Amin İnşAllah. 

Səslərin sayı: 10
54
6028
loading...
Şərhlər
Offline
......
ALLAHIM sen ozun butun korpeleri qoru. girl_ang ALLAH hec bir evi korpesiz qoymasin.Xebere tewekkurler give_ros
4 oktyabr 2015 21:53
Offline
♥Mira♥
Kicik usaqlara cox xosum gelir...Danisanda da sirin danisirlar..ALLAH hec bir evi korpesiz qoymasin...ALLAH butun balalari saxlasin girl_ang
30 noyabr 2014 22:41
Offline
Xalidə Həsənzadə
Ayyyyy uşaqlar ele şirin danişanda ureyim gedirdeeeeeeeee
14 sentyabr 2014 11:22
Offline
איסון ממדוב.
yagmur, give_ros
Marika,
give_ros
13 sentyabr 2014 22:36
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Marika
Ne gozəl xəbərdi həqiqətən çox xoşuma gəldi yahoo
13 sentyabr 2014 12:25
Offline
zara
Tesekkurler Aysunum maraqli xeberdi
22 avqust 2014 09:35
Offline
איסון ממדוב.
Melek,
PƏRVANƏ ƏLİYEVA......,
Cox saqolun xanimlar
22 avqust 2014 09:23
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
PƏRVANƏ ƏLİYEVA......
Caann ne gozel xeber alinib..Allah butun balalarimizi saxlasinQurvban olub sizi verene..Qizlar yazilarinizi oxudum yaq kimi yayildi..Allah balalarimizin xeyir ishlerini nesib etsin bizlere..Aminnnn.Canim Aysun coxsaqol gozel poztiv xebere gore.. give_ros

Pərişcan kaş ki o balacanı Peyiş deyendə görəydim yeyerdim onun dillerin

Caaan gozel xalasi INSHALLAH bir gun neven olar sene Guyum deyer ondada men istiyerdim yeyim onu..Baci Allah sene neve netice nesib etsin..Aminn
12 avqust 2014 17:07
Offline
Melek
Çox ela xeberdi heqiqetende,bezilerinde cox guldum girl_ang give_ros
11 avqust 2014 19:24
Offline
איסון ממדוב.
Hacət-i Vuslat, give_ros
aysel mammadova, give_ros
Memmedova Elmira, give_ros
9 avqust 2014 13:54
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Memmedova Elmira
Ne sirinnnnnnn feel
8 avqust 2014 19:11
Offline
aysel mammadova
cox pozitiv yazi alinib... winked
4 avqust 2014 17:41
Offline
Hacət-i Vuslat
Ayy nə maraqlı,şirin alınıb xəbərin bacım girl_ten Davamlı olsun, sən də yığıb tökəsən şirin sözləri bura
2 avqust 2014 20:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
איסון ממדוב.
《YEGiŞ》,
Can bacim Allah razi olsun
30 iyul 2014 18:53
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aminim
Aysunum cox gozel xeber hazirlamisan.Insan uzunden tebessum eskilmedi sona qeder oxuduqca.Allah butun balari gozumuze ciraq omrumuze yarawig etsin Amin.
30 iyul 2014 11:40
imza: qadin.net
Offline
איסון ממדוב.
Asi,
Sonay Quluzade,
Can sene qurban sene yazdiqim kimi her xanima eyni yolladim kopya edib tumu xanimlara yolladim

Ilk sirin sozleri sizin gulduren sozleri
30 iyul 2014 11:06
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Sonay Quluzade
AYSUN MEMMEDOVA,
A bajı, sən mənə mesajda yazmışdın ki, uşaqlarınla bağlı gülməli hadisələri paylaş. Amma xəbərdə körpələrin ilk sözlərindən bəhs olunur ki.
Allah hamının balasını saxlasın, xatadan-bəladan qorusun, içində də bizimkilər.
Aysun, çox sağ ol ki, məni də nəzərə almışdın give_ros
30 iyul 2014 10:21
Offline
Asi
Amin canim amin.Bu bayram gununde Allahdan dileyin tez zamanda sevindirsin seni insallah amin

Cox sagol bacm ALLAH razi olsun
29 iyul 2014 15:58
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
Nigar, give_ros
seni sevirem ask,
give_ros
29 iyul 2014 15:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
nigar dadasova
Menim oglum meni ze ze ze ze caxirir
29 iyul 2014 15:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış