Oyun uşağın əqli və fiziki inkişafının açarıdır. Oyun oynamaq körpənizə hərtərəfli inkişaf etməsinə kömək edəcək. Nədənsə müxtəlif oyuncaqların bol olan bu dövrdə uşaqlarda gözəl fantaziya və yaradıcılıq istiqamətində inkişaf çox azdır. Müasir uşaqlar oyuncaqlarla sujet tapa bilmir, onunla necə oynayacağı barədə anlayışı yoxdur. Uşaqlarımız qeyri-müstəqil olduqları üçün bu oyunlarda da çox passivdirlər. Səbəb isə biz valideynlərik. Biz onların bu həvəsini onlardan alırıq.
Səhv 1: Biz valideynlər çox vaxt uşaqlarımıza onların istədiyini deyil, öz xoşumuza gələn oyuncağı alırıq. Əsasən də uşaq vaxtı oyuncaq qıtlığından əziyyət çəkən valideynlər sərhəd tanımadan, saysız-hesabsız oyuncaqlar alırlar. Lakin öz istədiklərini...
Məsləhət: Qoy övladınızın oyuncağı az olsun, ancaq bu oyuncaq onun yaşına uyğun olsun və onun öz seçdiyi oyuncaq olsun. Ona sadə maşın alın, batareya ilə işləyənini yox, sadə gəlincik alın, danışanını yox. Sadə oyuncaqlar uşağınızın təxəyyül və fantazıyasını gücləndirəcək. Oyuncaqları 3 hissəyə ayırın. 2 hissəsini uşağın gözündən uzaq yerdə saxlayın. Körpəniz hansı oyuncaqdan daha imtina edirsə həmin oyuncağ götürün və o biri oyuncaqların yanına qoyun.
Səhv 2: Biz uşağı azadlıq və təşəbbüslərdən məhrum edirik.
Böyüklər böyük fəallıqla uşaqların asudə vaxtlarını təşkil edir. Onlara elə gəlir ki, uşaq boş vaxtlarına bekar qalarsa, zərəli və pis vərdişlər əldə edə bilər. Ona görə də onların hər addımını əvvəlcədən planlaşdırmağa çalışırlar və nəticədə uşaq özünü itirir. Onu yönləndirən olmadıqda bilmir nə etsin. Öz təxəyyül və fantaziyasını işə salmır.
Məsləhət: Böyüklər uşaqların oyun oynamağı, araşdırmalar aparmağı üçün azadlıq verməlidirlər. Övladınızla parka gedin, orada buludları, quşları və s. təbiəti seyr edin. Gecə yatmazdan əvvəl onunla mütləq söhbət edin. İmkan verin, yaxşı mənada xəyallar qursunlar.
Səhv 3: Biz uşaqlarımızı televizora etibar etmişik.
1,5 yaşından artıq uşaqlar cizgi filmlərinə baxırlar. 3 yaşında isə kompüter oyunlarını mənimsəyirlər. Nəticədə bu, uşaqlarda məntiq və ünsiyyətdə problemlər yaradır. Balaca uzun-uzadı televizor qarşısında oturmağa alışır və qərar qəbul etməkdə, yaradıcı olmaqda çətinlik çəkir. Oyuncaqlarla oynayan zaman fantaziya qura bilmir.
Məsləhət: Övladınızın televizora baxmağını güclü nəzarət altında saxlayın. İzlədiyi çizgi filminin janrını özünüz seçin. Uşaq otağına televizor qoymayın. 2-5 yaş uşaqlar gün ərzində 15-40 dəqiqə televizor izəyə bilərlər. 2 yaşadək uşaqlara isə qəti televizor izləmək olmaz. Çox zərərlidir.
Səhv 4: Valideynlər oyuna deyil, təhsilə üstünlük verirlər.
Həddindən artıq intellektual inkişafa aludə olmaq uşağı psixoloji gərginliyə doğru aparır. Son vaxtlar uşaqlarda dahilik nəzərə çarpacaq qədər azalıb. 5 yaşına qədər uşaqlara nə təlim, nə də təhsil verilməlidir. Bu yaşda uşaqlara daha çox oyuncaqla oynamaq üçün tam sərbəstlik verilməlidir.
Məsləhət: Uşağınıza lazımi qədər oyuncaq verin, onun rahat oynamağı üçün məkan seçin və ya ona bu məkanı seçməkdə yardım edin. Onu vaxtından tez dahi etməyə çalışmayın. Əksinə, ona hər an oyunu necə davam edəcəyi barədə ideyalar verin.
Səhv 5: Biz artıq onlara oyunlarla bağlı yeni fikirlər vermirik. Düşünürük ki, artıq onun 4-5 yaşı var və o özü oyun oynayarkən sujet xətti düşünəcək. Lakin bu fikri onlara vermək bizim borcumuzdur.
Məsləhət: Nəzər yetirirsiniz ki, uşağınız artıq bir neçə saatdır ki, bir maşınla oynayır.
Övladınız böyrəkləri üzərində, xalçanın üzərində uzanıb hər hansı yanğınsöndürən maşınla saatlarla oynamağı da lazım deyil. Hərdən yaxınlaşıb ona yeni fikirlər verin, 5-10 dəqiqə onunla oynayın. Sonra öz işlərinizə qayıdın. Uşaq sizin verdiyiniz fikirlə oynayacaq sonra öz xəyallarını quracaq və davamını özü fikirləşəcək. Beləliklə, övladınızın fantaziyası güclənəcək.
Səhv 6: Biz uşaqlarımızla oyun oynamağı özümüzə bir vəzifə bilirik.
Çox az insan özünü öyüb deyə bilər ki, uşaqlarla oynamağı xoşlayır. Valideynlərin əksəriyyəti bunu özünə bir vəzifə kimi qəbul edir. İnanın ki, uşaqlarınız onlarla könülsüz oyun oynadığınızı həmin an anlayırlar və bununla siz onları oyundan həzz almaqdan məhrum edirsiniz.
Məsləhət: Oyun oynamağı sevmirsinizsə, oynamayın. Lakin övladınızın otağında təhlükəsizlikdə olduğuna əmin olun. Öz işlərinizlə onun otağında məşğul olmağa çalışın. O, sizi tez-tez görə bilsin. Sizinlə oynadığı oyunu bölüşə bilsin. Yaradıcılıq işləri ilə onun otağında məşğul olun. Onun oyuncaqları ilə maraqlanın. Ona kitab oxuyun. Hər gün yatmazdan 10 dəqiqə əvvəl ona sevdiyi nağılı oxuyun.
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR