Bu depressiyadan əziyyət çəkənlər bir qədər qapalı, bədbin, ümidsiz görünürlər. Mütəxəssislər distimiyanın müalicəsinin zəruri olduğunu qeyd edirlər. Əks halda pasient həm şəxsi, həm işgüzar həyatında, həm də orqanizmində ciddi problemlərlə üzləşəcək.
Psixiatr Ramil Rzayevin sözlərinə görə, distimiyanın yaranma ehtimalı depressiv insanlarda daha çoxdur:
"Belə insanların əsəb sisteminin fizioloji quruluşu bu xəstəliyin inkişafına şərait yaradır. Xəstələrdə beyində serotoninin yaranma prosesi pozulur. Serotonin isə insanın əhvalını yüksəldən hormondur. Yaxın insanların, ailə üzvlərinin dəstəyi olmadıqda, işdə və şəxsi həyatda uğursuzluqlar, yaxın adamını itirmək və başqa problemlər distimiyaya səbəb olur".O qeyd edib ki, distimiyanın dörd əsas variantı qəbul edilib - şəxsiyyətin depressiv pozuntusu, depressiv nevroz, nevrotik depressiya, xroniki təşviş depressiyası: Distimiyanın bütün formalarında depressiya üçün xarakterik olan əlamətlər var. Xəstələrdə vəziyyətlərindən asılı olaraq, xəstəliyin gedişatı zamanı depressiyanın ağır əlamətlərinə də rast gəlmək olar."Distimiyanın qurbanları bədbin görünür, onda olmayan xəstəliklərdən belə şikayət edir. Hər şey ona maraqsız və mənasız gəlir. İnsanlar bu vəziyyətdə həyatdan zövq ala bilmirlər. Onlar işləmək, nəsə etmək də istəmirlər. Tez-tez səhhətləri ilə bağlı şikayətlər etsələr də, heç bir müalicə üsuluna, həkimə inanmırlar. Həkimlər özləri də belə pasientlərlə işləmək istəmirlər. Ona görə ki, pasientlər onları suallarla bezdirir, qorxuları, uydurma xəstəlik əlamətləri ilə (ipoxondriya) yorurlar".
R.Rzayev bildirib ki, distimiyanın əlamətlərinə iştahanın və yuxunun pozulması, intim istəyin aşağı olması, bədbinlik, qapalılıq, ümidsizlik, iş qabiliyyətinin aşağı enməsi aiddir. Xəstələr tez-tez dərs oxumağın, işləməyin, ev işlərini görməyin əzabverici olduğunu deyirlər. Özlərini köməksiz və ümidsiz hiss edirlər.
Müsahibimizin dediyinə görə, distimiya uzun illər davam edə bilər. Belə insanlarla ünsiyyət maraqsız olur. Yaxınları belə onlardan soyuyur. Onlar söhbət zamanı hər şeydən şikayət edə bilərlər. Həm səhhətləri, həm şəxsi və işgüzar həyatları onları qane etmir. Onlar ünsiyyətdə olduğu insanları pisləməyə başlayır, onlar haqqında qeybət edirlər. Bu cür şəxslər əksər hallarda əhvalını qaldırmaq üçün spirtli içkilərə və narkotik vasitələrə əl atırlar.
Həkimin sözlərinə görə, distimiyanın erkən başlaması irsi amillərdən asılı olaraq ağır keçə bilər. Bu depressiyadan əziyyət çəkənlər arasında intihar edənlər də olur: "Distimiya zamanı tutmalar olur. Tutma zamanı xəstəliyin 11 əlamətindən heç olmasa 3-ü müşahidə olunur. Enerji potensialının və ya fəallığın enməsi, yuxusuzluq, özünəgüvənin aşağı düşməsi, diqqətin zəifləməsi, əvvəllər şəxsə məxsus olan intim hisslərin itməsi, emosional kövrəklik və ağlamağa meyl, iş qabiliyyətinin və peşə vərdişlərinin zəifləməsi, həyata pessimist yanaşma, ünsiyyətə meylin azalması, ümidsizlik və peşmançılıq hissi, tənhalığa meyl".
Onun dediyinə görə, hər əhval pozuntusunu distimiya adlandırmaq olmaz. Qeyd olunan tutma, o cümlədən təkrar tutmaların davamiyyəti iki ildən az olmamalıdır.
Mənbə: Ekspres.Az
XƏBƏR LENTİ
Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?
Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?
Vaqif Səmədoğludan xəbər var
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu.
Yaponiya sahillərində güclü zəlzələ olub
İsveçrədən ermənilərə şok!
Meqanla bağlı daha bir saray QALMAQALI-SƏBƏB
Falafel (foto resept)
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Riyazi məntiq
Yeni İphone 6
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycanda internet ticarəti üçün vergi vermək lazımdır?
Yaşlı qadınların gənc kişilərə marağı
Azərbaycan milli uşaq oyunları-5
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
Ariana Beyonsun rekordunu qırdı
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
İstehsal tarixindəki səhvlər
Köhnə şkaflarınızı yeniləyin
Əhaliyə xəbərdarlıq
Neftin qiyməti bahalaşdı
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Koronavirusla bağlı SON STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı
Divar şəkilləri
Miqrantlar üçün ən yaxşı ölkələr
Dünyanı gəzən kirpi Pokee
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Bürclərə görə göz makiyajı
Modern rəf modelləri
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Şirkətimiz reytinqdə birincidir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
3D naxışlar
Hazarın makiyajsız FOTOsu TƏƏCCÜBLƏNDİRDİ
İnsanları ölümdən o qurtaracaq?
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Minlərlə yeni iş yeri açılacaq
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
"İkinci çörək" də bahalaşdı?
Günün qoroskopu: Pozitiv gündür!
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO
- ŞƏRHLƏR