Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.
Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Sümüklərdəki qüsursuz quruluşu dövrümüzün tikililərilə müqayisə etmək də mümkündür.
XX əsrin ikinci yarısına qədər böyük və hündür binalar inşa etmək insan üçün böyük xərc və uzun vaxt tələb edən çətin bir işi idi. Lakin texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul inkişaf etdirilmişdir. Bu üsulların ən mühümlərindən biri “qəfəs sistemlər” kimi məlum olan sistemdir. Bu üsula əsasən konstruksiyanı saxlayan dayaqlar tək hissədən deyil, bir-birinin içinə keçmiş, qəfəs formasındakı dirəklərdən ibarətdir. Kompyuterlərdə işlənən mürəkkəb hesablamalar sayəsində bu üsuldan istifadə edilərək tikilən böyük körpülər və sənaye obyektləri daha möhkəm və ucuz başa gəlir.
Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə əsasən qurulmuşdur. Bir sümüyü kəsib tədqiq etdikdə daxili quruluşunda olduqca maraqlı sistem görmək olar. Minlərlə kiçik çubuq iç-içə keçərək mürəkkəb sistem əmələ gətirir. Məhz bu forma sümüklərin içində qurulmuş qəfəs sistemidir. Bu sayədə sümüklər həm çox möhkəm, həm də insanın asanlıqla hərəkət etməsinə imkan verəcək qədər yüngüldürlər. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi xarici kimi bərk və tamamilə dolu olsaydı, həm sümüklərin ağırlığından insan hərəkət edə bilməzdi, həm də sümüyün quruluşu bərk olduğundan ən kiçik zərbədən çatlayar və sınardı.
İnsanın dövrümüzün texnologiyası vasitəsilə təqlid etməyə çalışdığı sümüklərdəki quruluş yaradılış nümunələrindən sadəcə biridir.
İzhar Kazımov
XƏBƏR LENTİ
Klimaks dövründə xəstəliklərdən qorunmaq üçün ...
Bir az gülək
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
Müəllimlərlə bağlı yeni qaydalar
Zərif aksesuarlar
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Prezident İlham Əliyev veteranlar üçün 500 min manat ayırdı
Utancaqlıq
Kimsəsiz ölən məşhur aktrisa
Ermənistanın PUA-sının məhv edilmə görüntüləri - ANBAAN VİDEO
Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)
Yeni serial başlayır-FOTO
Bakı Bulvarına elektrikli velosipedlər gətirildi
Qadınlar kişilərdə olmasını istədiyi 5 xüsusiyyət
Prezident ailəsi Peyğəmbər məscidində
Bu rayonlar üzrə pensiyalar köçürülür - SİYAHI
ABŞ-da xəbərdarlıq
Kakaolu paxlava(foto-resept)
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Ermənistan MN: Hadrutda döyüş başladı
Övladınızı internetdə gözləyən təhlükələr
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
Azərbaycanda haqsız rəqabət hallarının qarşısı alındı
Ölüm oteli
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
"Günəbaxan" piroqu (foto resept)
Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib
Kəbənin ətrafında nə yerləşir?
Türkiyədə qar yağdı
Gənc xanımlara ziyafət geyimləri
Payız fəslinin ən aktual rəngləri
Hamiləlik üçün ən uyğun yaş dövrü
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Tənbəlliyin bilinməyən faydaları
Albert Eynşteynin tüklü "qohum"u tapıldı
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Qadin.Net - 5 YAŞ
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Mətbəx aksessuarı hazırlayaq
Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”
Sonuncu buraxılış imtahanı keçirilir
İlanların yuva saldığı məktəb
Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoydu
Utancaq uşaqlar
- ŞƏRHLƏR