Bakıda hava
USD AZN
EUR AZN

Yıldız Tilbe

Yıldız Tilbe

Yıldız Tilbe 1966-cı il iyulunun 16-da İzmirdə anadan olub. 6 uşağın ən kiçiyi olan Yıldız Tilbe Gültepe Liseyində oxuyarkən təhsilini yarımçıq qoyaraq ailə qurub. Bu evlilikdən Sezen adında bir qızı olub. Yoldaşından ayrıldıqdan sonra ailəsinə və qızına baxa bilmək üçün mahnı oxumağa başlayıb. 

Bir gecə işlədiyi kafeyə gələn Sezen Aksu ilə tanış oub və onun dəvəti ilə İstanbula gələrək onun vokalisti olub. İstanbulda bir müddət barlarda işləyib və Aydın Oskayla razılaşaraq "Delikanlım" adlı mahnısı və eyni adı daşıyan albomuyla musiqi bazarına daxil olub. 
İlk klipini "Delikanlım" adlı mahnısına  çəkdirib. Sonrakı albomlarında da müvəffəqiyyətli çıxışlar etsə də, ilk albomundakı məşhurluğuna çata bilmədi. Bu müddətdə adı daha fərqli səbəblərlə yada salındı. Yıldız isə sözü gedən məsələnin musiqilərində əks olunmadığını, "Yaşadıqları ilə yada salındığı üçün mahnılarının nəzərə alınmadığını" bildirib.
Yıldız Tilbe
Yaşadığı hər pis hadisədən dərs çıxardığını və musiqi ilə əlaqədar olan hər şeyin ona böyük xoşbəxtlik verdiyini bildirib. Yıldız gələcəkdə də işini yaxşı görən bir sənətçi olmaq istədiyini və ömrünün sonuna qədər mahnı ifa etmək istədiyini bildirib. Tarkan və Deniz Seki kimi bir çox məşhur müğənniyə mahnı sözləri yazan Yıldız musiqi bazarında yüksək yer tutmasına baxmayaraq, bir şəkildə "fərqli" dayanmağı bacararaq özünə xas yer tutur. Cəmiyyətin müxtəlif insanları tərəfindən bu qədər çox sevilməsi bəlkə də buna görədir. 
Öz diliylə desək, "quru-quru, 45 kiloluq biri" olan Yıldızın sözlərindəki dərin mənanı tutmaq və notlarındakı xeyirxahlığı görmək, o səmimi gülüşündəki həqiqəti hiss etmək o qədər də çətin deyil. 
Yıldız Tilbe təbii, səmimi və etdiklərindən lazım olduğu zaman peşmanlıq keçirən biridir. "Delikanlım" albomundan sonra çıxardığı "Dillərə dastan" (1995) albomu da təriflər aldı və çox satılan bir albom oldu. Yıldız Tilbe irəliləyən illərdə müvafiq olaraq "Aşkperest" (1996), "Salla gitsin dertleri" (1998), "Gülüm" (2001), "Bu məqaləm olsun" (2002), "Yürü anca gidersin" (2003) "Yıldızdan Türkülər" (2004) və yenə 2004-cü ildə "Sevdiyimiz heç pişman olmadım" adlı albomları çıxardı.
Yıldız Tilbe
Türkiyənin hər tərəfindən yığdığı 20 mahnıdan ibarət olan "Yıldızdan Türkülər" adlı albomu apreldə satışa çıxarıldı. Yıldız Tilbe "Suna" adlı türkünün klip çəkilişi üçün kamera qarşısına keçdi. Beykoz Fidanlığında çəkilən klipdəki yazı ilə diqqət çəkən Tilbe göstərilən münasibətdən çox məmnun olduğunu dilə gətirdi: "Çox xoşbəxtəm... Mən deyirəm, insanlar dinləyir, məni sevirlər. Bundan gözəl xoşbəxtlik ola bilərmi? Ən gözəli də məni sevən insanların verdiyi səslərlə aldığım mükafatdır".
Yıldız Tilbe
Fotoqraf Ali Erişmezə yerli paltarlarla poza verən Yıldız Tilbe albomdakı bütün türküləri canlı səslə oxuyub. Karacaoğlandan Aşık Mahzuni və Pir Sultan Abdala qədər bir çox ozandan yığdığı türkülərdə elektron saz aləti çaldırmaq istəməyən Tilbe kürd dilində mahnıya yer verməməsini isə bu sözlərlə dilə gətirib: "Anam tuncelili, atam ağrılıdır. Mən bir kürd qızıyam, bunu hər kəs bilir. Amma albomda kürd türküsü oxumadım. Ana dilimin türkçə olması bir yana, insanların hər hansı bir siyasi məna çıxarmalarını da istəmədim. Ona görə türkçə oxudum. Mənim kürd olduğumu bilməyən yoxdur. Amma bu ölkədə yaşayıram, ana dilim türkcədir və türk insanını çox sevirəm. Albom köhnə albomlarım qədər çox bəyəniləcək və seviləcək. Gənc insanlara türkülərimiz vasitəsilə özümüzü təqdim etmək istədim. Bu türkülər də əminəm ki, hər yerdə oxunacaq".
Musiqi dünyasının bir çox əhəmiyyətli insanlarına bəstələri ilə dəstək verən Yıldız Tilbenin ən böyük çətinliyi isə mahnılarının tamamilə dəyişik olmasıdır: "Məndən bəstə alan bir çox sənətçi var. Mahnılarımı onların ifasında eşitməkdən çox xoşum gəlir. Amma bəzən istədiyim formada olmur, kədərlənirəm. Çox fərqli oxuyurlar, dəyişdirirlər. Sözün düzü, çox vaxt bu cür hadisə məni çox incidir".
Yıldız Tilbe
Ailəsi ilə yaşayan, müvəffəqiyyətində ən böyük pay sahibinin onlar olduğunu bildirən Yıldız Tilbe musiqi dünyasına damğasını eşq mahnılarıyla vursa da bu aralar şəxsi həyatında kimsənin olmadığını bildirib. Tilbe "Mahnılarımı ifa edərkən yaşadığım sevgilərdən təsirləndiyim doğrudur. Amma bu an həyatımda kimsə yoxdur. Sabah nə olar, məlum deyil. Həqiqətən çox sevəcəyim bir insan olarsa, ailə quraram" deyib.
Albomları
Sevdiyimə Heç Pişman Olmadım (2004) 
Yıldız'dan Türküler (2004) 
Yürü Anca Gidersin (2003) 
Xəbəri Olsun (2002) 
Gülüm (2001) 
Salla Gitsin Dertleri (1998) 
Aşkperest (1996) 
Dillere Destan (1995) 
Delikanlım (1994)
Səslərin sayı: 8
31
3519
loading...
Şərhlər
Offline
Aysel İ.
Elədə güclü sesi yoxdu bunun amma deli deli herekətlər edə edə bu günə gəlib çıxıb

biggrin
24 fevral 2015 08:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
S.S.E.
Nəsə bu müğənnini heç
bəyənmirəm
12 yanvar 2015 22:50
Offline
Wirin Qiz
roya kimidi xosum gelmir ama sesi yaxsidi Allah terefi duz demek lazimdi cox gozel oxuyur
8 yanvar 2015 23:57
Offline
H.M
Ozunu beyenmesemde, bezi mahnilarini dinleyirem, melumat ucun tewekkurler.
3 yanvar 2015 01:57
Offline
Pərvanə
Elədə güclü sesi yoxdu bunun amma deli deli herekətlər edə edə bu günə gəlib çıxıb. biggrin
2 yanvar 2015 00:01
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
SEHERshehi
Men cox xowlayiram...cox gozel oxuyur sozlerine de soz ola bilmez bir sozle yarali qelbleri agladir cray
20 dekabr 2014 20:06
Offline
AFƏR
Nəsə bu müğənnini heç bəyənmirəm
19 noyabr 2014 07:15
Offline
איסון ממדוב.
Xanim_Xatun,
give_ros
11 noyabr 2014 22:50
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xanim_Xatun
Bu mugənnini hec xoslamiram.ozunu aparmagini sevmirem.amam səsi gəşəngdi
11 noyabr 2014 22:35
Offline
איסון ממדוב.
Zayka, give_ros
•●Narın●•, give_ros
Nəzrin ,
give_ros
25 avqust 2014 14:02
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Nəzrin
Mən bu qadını anlaya bilmirəm hamı kimi)MaNgayla oxudğu mahnıdan xoşum gəlir təşəkkürlər
24 avqust 2014 16:26
Offline
Narin...
Tək bircə dənə mahnısını sevirəm. Ətraflı məlumat üçün təşəkkürlər Aysun bacım. kiss
My Webpage
12 avqust 2014 00:07
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
°ღ Zayka •.°ღ
He mencede delisovdu
7 avqust 2014 15:20
Offline
איסון ממדוב.
PƏRVANƏ ƏLİYEVA......,
Canim menim ele en aqillisin onlar edir aqilli olub kiminse derdin cekmekdense deli olurlarki onlarin derdin ceksinler
Dəniz84, give_ros
3 avqust 2014 09:38
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Gözəl səsi var. Sağ ol Aysunum.
3 avqust 2014 07:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Beyenirem sesini..ozu biraz delisovdu..Bizde Elza Seyidcahandi..Xaricde ledi Qaqadi,, turklerdede Yildiz Tilibe..Bunlarin her ucunude biraz catmir)))))..Coxsaqol canim..
2 avqust 2014 22:49
Offline
איסון ממדוב.
Ruhəngiz,
Aida M-ova,
Lamiye Esedova,
Ellada Babayeva,
S,
fidan,
Q,
♥Aynişka Gülüm♥,
mira-kerim,
Ask Denizi:),
pari,
Cox saqolun xanimlar.
2 avqust 2014 21:51
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
PERI
BIR AZ DELISOV QADINDIR,AMMA BIR-IKI MAHNISINDAN XOSUM GELIR.TESEKKURLER XEBERE GORE.
2 avqust 2014 20:07
Offline
Deniz N-va
Mahnilarini sevirem tesekkurler yahoo
2 avqust 2014 19:32
Offline
mira-kerim
Canim Yildizim cox beyenirem,amma mence bextsiz insandir heyatda request
2 avqust 2014 19:27
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!