Xəstəliyin epidemiologiyası
Xəstəliklərin epidemiologiyasına, yəni onların müxtəlif coğrafi ərazilərdə və yaşayış sahələrində yayılmasına nəzər salsaq, onda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ciddi fərqin olması aydın görünür. İnkişaf etməkdə olan ölkələrdə insanların tez-tez ölümünə səbəb infeksiya və invaziyadırsa, inkişaf etmiş və üçüncü dünya ölkələrində daha çox ürək-damar və onkoloji xəstəliklərdir. Üçüncü dünya ölkələrində hələ də qızılcadan uşaq ölümünə tez-tez rast gəlinsə də, həmin ölkələrdə peyvənd proqramının həyata keçirilməsi ölüm hallarının azalmasına səbəb olmuşdur. Qızılca insanların əksəriyyətinin fikrincə, çox ağır xəstəlikdir. O, nəinki bədəndə səpmə və titrəmə yaradır, onun virusu ağciyərin pnevmaniyasına, korluğa, karlığa və ensefalitə (baş beyinin iltihabına) səbəb olur. Yaxın keçmişədək qızılca inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Məsələn, qızılcadan İngiltərədə və Uelsdə 1930-cu ildə 4188 uşaq ölmüşdürsə, 1980-ci ildə isə cəmi 26 uşaq bu xəstəlikdən ölmüşdür.
İnkişaf etmiş və etməkdə olan ölkələr arasındakı bu fərqi nə ilə izah etmək olar? Məntiqi yanaşdıqda hər şeydən öncə tibbi xidmətin yüksək olması vacibdir, belə ki, İngiltərədə çiçəyə qarşı peyvəndi 1968-ci ildən başlayıblar. Bir neçə ildən sonra isə xəstəlik minimuma enib. Oxşar misalı göy öskürək və vərəm xəstəliyinə də aid etmək olar. Bu xəstəliklərdən XX əsrin əvvəllərində çoxsaylı insanlar vəfat edib.
Yuxarıda qeyd etdiyimiz sualın bir cavabı da insanların sosial və iqtisadi yaşayış şəraitinin ağır olmasıdır. Bu amil tibbi xidmətdən heç də az əhəmiyyət daşımır. Bəzi qorxulu infeksiyalar, məsələn, vəba, qarın yatalağı və difteriya xəstəlikləri qidanın və suyun nəcislə çirklənməsi hesabına yayılır.
İnsanların həyat rifahının yüksəldilməsi, o cümlədən normal qidalanma və sağlam yaşayış şəraiti bütün yoluxucu xəstəliklərin profilaktikası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, xəstəlik törədicisinə qarşı orqanizmin müqaviməti artır.
Beləliklə, inkişaf etmiş ölkələrdə tibbi xidmətin yüksəlməsi və yaşayış-məişət şəraitinin və qidalanmanın yaxşılaşması hesabına infeksion xəstəliklərə təsadüfi hallarda rast gəlinir. Ancaq yaddan çıxarmaq olmaz ki, xəstəliklərin (hansı formada olmasından asılı olmayaraq) azaldılmasında şəxsi sağlamlığın qorunması, tibbi təbliğatın genişlənməsi, yeni müalicə üsullarının axtarılıb tapılması, tibbi texnikanın güclü inkişafı, müxtəlif antibiotiklərin kəşfi də az rol oynamır. Burada həm də ümumi-sosial, iqtisadi və tibbi amillərin nisbi əhəmiyyətinin konkret şəraitdən asılılığı da nəzərə alınmalıdır. Qeyd etməliyik ki, peyvəndlənmə kompaniyasının aparılması ilə əlaqədar inkişaf etmiş ölkələrdə infeksion xəstəliklərin miqdarı xeyli azalıb. (Peyvəndlər barədə isə növbəti xəbərimizdə geniş məlumat verəcəyik.)
Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) əsas 6 infeksion xəstəliyi xüsusi qeyd edir. Bunlara qızılca, göy öskürək, politmelit, vərəm, difteriya və tetanus aiddir ki, onlar profilaktik tədbirlər tələb edir. İnkişaf etmiş ölkələrdə infeksion xəstəliklərin profilaktikası və ölüm
faizinin aşağı düşməsi digər patalogiyaların, xüsusilə ürək-damar və onkoloji xəstəliklərin qabaqcıl mövqe tutmasına səbəb olur. Cəmiyyət hələ bu xəstəliklərlə lazımi səviyyədə mübarizə apara bilmir.
Müəllif: C.Ə.Nəcəfov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Dünyanın ən bəxtəvər ölkəsinin adı açıqlandı
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Nuh peyğəmbərin Qazqazdakı nəvələri
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyevin doğum günüdür
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Bu gün metro səhərə qədər işləyə bilər - RƏSMİ
Yemək dəstləri
Suda doğuşun faydaları
Gümüşü necə parlaq saxlayaq?
Mən şəkil çəkirəm- 3
Tarixin ən böyük yalanları
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Şaftalı cemi (foto-resept)
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Qan artıran ərzaqlar
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Göçmən börəyi (foto resept)
Hava haqqında
Düşmən hücumundan zərər çəkmiş mülki şəxslərə maddi yardım ödəniləcək - SƏRƏNCAM
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələr
Günün ulduz falı
Cəbhə xəttində atışma
Ödlə bağlı problemlər
Bu körpənin beyni burnundadır
1 yaşına qədər uşaqlara pnevmokok peyvəndlərin tətbiqinə qısa müddətdə başlanılacaq
Saçaqlı geyimlər
Məlahət Abbasova qaynanasından nələr yazdı?
Bu qidaları əsla yeməyin!
Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
DÇ-2014: Braziliya üçün davam, ya tamam?
Pizza dilimləri ilə böyüyən körpə
Millimizin 16 yaşlı cüdoçusu dünyasını dəyişdi
Aleyna Tilki "gül kələminə" eşq elan etdi
Sevgiyə aid ən yaxşı 11 türk filmi
Azərbaycanda yeni pambıq sortu əldə olunub
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
ŞOK: Koronavirusu illər əvvəl yaşayan bu xanımla nə bağlayır? - VİDEO
Pensiyalarda ciddi artım baş verdi - Rəsmi rəqəm
Alişanın Buseyə evlilik şərti var
Bananlı tort (foto resept)
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Ərdoğanın yeni Bakı səfərinin vaxtı bilindi
- ŞƏRHLƏR