Nə üçün biz bir neçə gündən sonra vacib bir hadisəni yada sala bilmirik, ancaq hansısa əhəmiyyətsiz bir vaqiə daim fikrimizi məşğul edir? Yaddaşın seçmə qabiliyyətinə ilk dəfə ciddi olaraq alman psixoloq Kurt Levin və onun rusiyalı tələbəsi Blyuma Zeyqarnik 1920-ci illərin əvvəllərində diqqət yetirmişdir. Problemi həll etmə fikri tədqiqatçılarda təsadüfən yaranır. Bir dəfə tədqiqatçılar qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq... yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.
Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir. Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır. Sonralar РҐРҐ əsrin ən məşhur psixoloji açılışı olan Zeyqarnik effekti dəfələrlə nəzəri və təcrübi sınaqlara məruz qalmış və nəticədə natamam fəaliyyətlərin tamam fəaliyyətlərə nisbətdə yadda saxlama qabiliyyəti 1,8 olaraq təsdiq olunmuşdur. Bu gün Zeyqarnik tərəfindən kəşf edilmiş bu qanunauyğunluğa əsasən informasiyanın yadda saxlanılması üçün bir sıra metodikalar yaradılmışdır.
Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir. Zeyqarnik effektinə həmçinin başdan çıxarma texnikası da əsaslanır. Aldadan şəxs əvvəlcə münasibət qurur, sonra ani olaraq münasibəti yarımçıq kəsir və beləcə qurban qarmaqdadır! O, daim nə baş verdiyini anlamağa çalışır və daim fikirlərini baş verən hadisə üzərində cəmləşdirir. Faktiki olaraq insan asılılıq dərəcəsində olur. Həmçinin bu cür emosional asılılıqlardan xilas olmaq üçün də Zeyqarnik effektindən istifadə olunur. Psixoloqlar bu şəxslərə məhz onların natamam olduqlarını, yarımçıq qaldıqlarını aşılmağa çalışır və müxtəlif üsullarla tam bir tablonu yaratmağa və münasibəti bitirməyə kömək edirlər.
XƏBƏR LENTİ
Saç botoksu
Depressiyadan rəsm çəkərək xilas oldu
3D divar rəsmləri
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Türkiyədə oxumaq istəyənlərin NƏZƏRİNƏ
Omba və ayaqlar üçün hərəkətlər
Koronavirusu yarım dəqiqəyə məhv edən üsul tapıldı
İki körpə atasız qala bilər!
Angela Merkel karantindən çıxdı
Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı
Metabolizmanı sürətləndirən içkilər
Bu robot 19 dildə danışır
Tuba hamam səhnəsi ilə gündəmə gəldi - VDİEO
Silahı olanlar narkoloji testdən keçiriləcək
Fərqli görünüşlü iki tort (foto resept)
İrem Dericiyə QADAДћA Qoyuldu-SƏBƏB
Günün ən xoşbəxt anı
Oğlu Bred Pitti bağışlamır-SƏBƏB
Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Qaragiləli peçenye (foto resept)
Lincoln yeni modeli göstərdi - FOTO
Qara tutun faydaları
Vardi mövsümün ən yaxşı futbolçusu seçilib
Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB
Rəfiqənin xəyanəti
"ASAN xidmət"də yenilik
Kiyev döyüş meydanına çevrilib
Dünyanın dahi məşqçisinin adını küçədə əbədiləşdirdilər
Permdə doğulan Ömər Xəyyam
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Azərbaycanda yaxın üç gündə hava necə olacaq?
Ərikli küftə (foto resept)
Aliks - The Cherry Blossom Girl
Rəngarəng donlar
Xüsusi souslu toyuq (foto resept)
Cobs haqqında film bəyənilmədi
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulublar
Kartof qovurması (foto-resept)
Vasif Talıbov "4 günlük" müharibədə şəhid olanların ailələrinə mənzil hədiyyə etdi
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Sadə lazanya (foto-resept)
Qat-qat salat (foto resept)
"Rusiya-Türkiyə müharibəsi ehtimalı artır"
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO
Sabahın HAVAsı
Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək
Əlamətdar gecə üçün OBRAZLAR TOPLUSU
Daha bir türk serialı başlayır
Facebook-da daha bir yenilik
- ŞƏRHLƏR