Bənzəyir
Gah dolub, gah da ki, boşalan dünya
Enişli, yoxuşlu yola bənzəyir.
Cəlladtək ürəyi daş olan dünya,
Qayalar uçuran selə bənzəyir.
İnsan var, həyatda xoş günlər görür.
İnsan var, qəm, hicran karvanı sürür.
Kim ölür, kimisi dünyaya gəlir,
Ömür də dövr edən ilə bənzəyir.
Bu fani dünyanın boran, qarı var,
Tərlan oylağında yatan sarı var.
Qəm adlı keçilməz daş hasarı var,
İki quyruqludu, filə bənzəyir.
Zülfüqaram, yandım, sönə bilmədim.
Karvanım köç etdi, dönə bilmədim.
Nə də haray salıb dinə bilmədim,
Kəm bəxtim lal olmuş dilə bənzəyir.
Gözlə sən
Ovun əldən gedər, bərən boş qalar,
Tərlan oylağında sarı gözləsən.
Ərənlər dövrəndə yurd, yuva salar,
Namusu, qeyrəti, arı gözləsən.
Nadanın, nakəsin yurdu dağılar,
Çeşmələri susuzlaşar, soğular.
Üzəmməyən dayazda da boğular,
Qəvvaz olub gur axarı gözlə sən.
Xoş arzu, diləyin axsa qanından,
Çəkdiyibən əzablar çıxar canından.
Bezməzsən ömürün heç bir anından
Bağbantək bağ salıb barı gözləsən.
Zülfüqar, kimlərə sinəni gərdin,
Sel getdi, yerindən qəm, hicran dərdin.
İnan ki, hər işin sonun görərdin
Baxmasan çox şeyə, yarı gözlə sən.
Qorxulu düymələr
"1961-ci ildə N.S.Xruşovla ABŞ-ın prezidenti
Kennedinin mübahisələri az qala ki,
atom silahlara əl atmaqla gətirib
dünya müharibəsinə çıxarmışdı.
O münasibətlə yazılıb."
Dünyanın özütək böyük dərdi var.
Onun dərdlərini düşünən varmı?
Bir deyin, ay müdrik, aqil insanlar,
Gözəl təbiətə qıymaq olarmı?
Deyin, kimə gərək bu ahı-vaylar?
Yoldan azanları yola gətirin.
Hansı bir barmaqsa düyməni basar,
Qorxunc düymələri tamam götürün.
Qırmayın qeybətin sözdə dünyanın,
Ağlayan da bizik, gülən də bizik.
Bu dünya bizimdi, biz də dünyanın
Yaşayıb, ömr edib, ölən də bizik.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kəndlilər kəndi satın aldılar
İspanaqlı qayğanaq (foto resept)
Unutmamalıyıq...
Məşhur modelin FOTOları Diqqət Çəkdi
Fahriye Evcen Şərtlərini Açıqladı
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Məhşurların uşaqlıq şəkilləri
Şəhzadə kababı (foto-resept)
Zəifləmiş saçlar üçün maska
Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“WhatsApp”da yenilik!
Şokoladlı konfet blinilər(foto resept)
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Soyuq su içməyin zərərləri
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Heyvanlar atasına oxşayır, yoxsa anasına?
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Niyə qocalmaq istəmirik...
Hıçqırıqdan xilas olmağın yolları
Günün qoroskopu: Qətiyyətli olun!
Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?
Bakı rəsmən imtina etdi
Dünyanın ən gözəl yerləri (2)
Gülməli ev heyvanları
Qışda sağlam hamiləlik keçirmək üçün...
Yeni doğulan qızı ilə ilk fotosunu paylaşdı
Saç boyanızı bəyənmədiniz?
Dünyanın ən eybəcər kişisi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Küncütdən konfet (foto resept)
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İzləməli olduğunuz möhtəşəm filmlər
Payız peyzajları
Afrikada bir gün
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Uçan fantastik kitablar
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bilirsinizmi?
DİM abituriyentlərə müraciət etdi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Bakıda çox ucuz bazarlar açılıb
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
"Eurovision" da bir ilk
İlham Əliyev Antalyada
- ŞƏRHLƏR