"Qəm ağırdı, diri gözlü əcəldi,
Məni niyə bərəsinə bağladı?
Leysan yağdı, qaya uçdu, sel gəldi,
Taleyimi dərəsinə bağladı!"
Seyrə çıxammadım Kür qırağına,
Yaşılbaş sonalar köçüb dedilər.
Kərəmtək düşdükcə yar sorağına
Gəncliyin karvanı keçib, dedilər.
Yaş ötüb, heç yanda çəkilmir adım,
Ağlasam, qınarlar qohumum, yadım.
Ərşə dayansa da, ahım, fəryadım,
Durna keçəlini seçib, dedilər.
Damla-damla axıb hicran sel oldu,
Üstümdən karvanlar keçdi, yol oldu.
Zülfüqar, hər günün dönüb il oldu,
Fələk ömrü, günü biçib dedilər.
Ey tar
Ya şadlığım olsa, ya da ki, qəmim
Onu bir səninlə bölürəm, ey tar.
Qəmli günlərimdə sənsən həmdəmim,
Səninlə ağlayıb gülürəm, ey tar.
Elə ki, zillərin keçdi bəminə,
Dünyanı yükləsəm, sığır gəminə.
Barmaqlar dəyən sarı siminə,
Dözməyib göz yaşım silirəm, ey tar.
Səsin qarışanda kaman səsinə,
Ürək sığışmayır öz qəfəsinə.
Çatsan Zülfüqarın son nəfəsinə
Bil ki, laylan ilə ölürəm, ey tar.
Bilməzsən
Yalanı, böhtanı yazıb kağıza,
Zibil etsən, bil, süpürə bilməzsən.
Kal armudu əzib alsan ağıza,
Nə udquna, nə tüpürə bilməzsən.
Qanmazların qulaqları kar olar.
Özü cılız, düşüncəsi dar olar.
Naşı olsan, ovçuluqda ar olar,
Düşdün izə, ya ləpirə, bilməzsən.
Ömrün sayğacını dövran ilə qur.
Pis işlərə əl uzatma, geri dur.
Zülfüqar, ac torpaq hamını udur,
Dərd eyləsən, tək götürə bilməzsən.
Müəllif: Zülfüqar Zülfüqarov
XƏBƏR LENTİ
Ağrıya qarşı ən sadə dərmanın adı məlum olub
75 il birgə yaşayıb, bir gündə dünyadan köçdülər
“Instagram”da 200 milyon izləyicisi olan ilk qadın - FOTO
Menstruasiyanın gecikməsinin səbəbləri
Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Gəlin saçı modelləri
Mirşahin koronavirusdan sağaldı - VİDEO
Azərbaycanlı aktrisa "erməni soyqırım"na aid filmə çəkildi
Azərbaycanda erkən nikah problemləri: nə etməli?
Tamlı qatqılar
Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
Gil qab bazarı "ölüb"
Azərbaycanda dönər dəhşəti: yeyək, yoxsa yox
Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir
Dünyanın ən böyük məzarlığı-FOTO
Qadın.netin "xarici" xanımları (III hissə)
Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ
Serdar Ortaç Boşanır
Günün ulduz falı - 22.10.2013
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Qurban bayramınız mübarək!
"VERSACE"-dən son model çantalar
Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar
Gözəl qamətin sirləri
Günün ulduz falı
Rəsədxana işçisi qasırğadan danışdı
Coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
Hava haqqında - 04.02.2014
Dünyada ilk dəfə: nəhəng ilana könüllü yem olacaq
Tuba Büyüküstün Nyu-Yorkda ev alır-FOTO
İnternetdə zibil artıb
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
İdeal ayaqlara sahib olmanın yolları
Yağış, qar, duman, külək
10 yaşlı dahi
"Yer kürə deyil" dedi, raketə minib uçdu - FOTO
Maykl Cekson haqda şok iddia - Ölməyib
Azərbaycanda qızların erkən nikahı ilə bağlı
Sitatlarımız - IV hissə (Son)
Bal pətəyinə diqqət
Sobada tərəvəzli toyuq (foto-resept)
Xanımların sevdiyi bəzək əşyaları
Qəbul imtahanları dörd gün ərzində keçiriləcək - RƏSMİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Vaşinqton Ukraynaya silah göndərəcək
Üzünüzə yaraşan qaş formaları
Leçolu-toyuqlu pide (foto resept)
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi
- ŞƏRHLƏR