Get
Hər addımda düşün əsli-zatını,
Atalar göstərən doğru yolla get.
Yaxşı övlad ucaldacaq adını,
Nə dar gündə saxla, nə də tulla get.
Ayıq ol, ömrünü vermə güdaza,
Uyma var-dövlətə, qane ol aza.
Bir kəs ki, mənliyi satdın boğaza,
Palanlayıb, noxdayıb çulla get.
Zülfüqar, nə çoxdu oyun dünyada,
Demə, getsən, qalmaz tayın dünyada.
Beş arşın kəfəndi payın dünyada,
Bacarırsan, var-dövlətlə, pulla get.
Olsun
Gül ləçəkdə burulub ki,
Gözəllərdən gözəl olsun.
Su çeşmədə durulub ki,
Onlardan da əzəl olsun.
Hər çiçəyin öz ətri var,
Müdrük sözün, söz ətri var.
Gözəl ömrün yüz ətri var,
Kaş hər ömür gözəl olsun.
Hamıya əzizsə canı,
De, qədrini bilən hanı?
Sevəndə sev o cananı,
Özəlləşib özəl olsun.
Ay Zülfüqar, dinlə məni,
Dağıt, getsin duman, çəni.
Düşünmə olub keçəni,
Qoyma ömrün xəzəl osun.
Yaylaq
Güllüdərə yaylağı
Yoxsa küsüb qonaqların,
Tək qalıbsan nədən, yaylaq?
Xoş günləri yada salıb,
Bağrım başın didən yaylaq.
Bəlkə sən də mənim kimi,
İtirdin öz sevgilini.
Sinən üstə qız, gəlini,
Oğrun-oğrun güdən yaylaq.
Damcı düşdükcə ləçəkdən,
Ətir yayılır çiçəkdən.
Yanıqlı səsi tütəkdən,
Dağlara car edən yaylaq.
Mümkündürmü əhdi danaq,
Köhnə dostam, gəldim qonaq.
Şeh vursun, qızarsın yanaq,
Xəyal olub gedən yaylaq.
Zülfüqar, məhv oldu gülüm,
Oxumur şeyda bülbülüm,
Sənsən, doğma obam, elim,
Qoy, mən alım qadan, yaylaq.
1959
Müəllif: Zülfüqar Zülfüqarov
XƏBƏR LENTİ
“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO
Günün qoroskopu: tələskənlik, qaçaqaç olmayacaq
FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi
Qarındakı şişliyi yox edən qarışım
Yuxu yozmaları - R
Azərbaycanlı müğənni "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub
Ata olmağın məsuliyyəti
Xəyal dünyası ilə fərqlənən rəssam
Azərbaycanda müəllimlərə əməkhaqqı müjdəsi
Azərbaycan hələ belə festival görməyib
Bal və idman masajı
İlin ən yaxşı avtomobili məlum oldu
Bibər və pomidor ilə badımcan(foto resept)
Bakıda cinlər peyda olub - Şok sözlər
Donald Tramp seçkidə qalib gəldiyini açıqladı
Ayrılıq ağrısından necə xilas olmalı?
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Pişiklər haqda bilmədiklərimiz
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var"
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Uşaqlar üçün təhlükəli nağıllar...
Məşhur aktrisa pərəstişkarını həbs etdirdi-SƏBƏB
Düşmənə hərbi sirr vermə! - FOTO
Mövsümlər və dəri rəngi
Bitki çayları ilə arıqlama("Qadın.netlə birgə arıqla" layihəsi çərçivəsində)
Yuxugörmənin öyrənilmə tarixindən
Bakıda 10 mindən çox evin söküntüsünə başlandı
Kalorilər, onların miqdarı
Əfsanəvi Raul karyerasını başa vurdu
Dünyanı bu qadınlar idarə edir
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Coni Depp rekord qırdı - FOTO
Pensiyaların artırılması ilə bağlı işlər yekunlaşdı - Nazir
Bir piramida 5 milyard dollara başa gəlir
Bazar günü yağış yağacaq
Ərdoğan kimdən küsdü?
Həyatı olduğu kimi qəbul edin
Jurnalistlər gözlərini pulsuz müayinə etdirə bilərlər
Mustafa Ceceli
Romantika duyğusu
Əbu Nəsr Əl-Farabi - Şərq fəlsəfəsi (1)
DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun
Letargiya: "Ölüm və həyat" dayanacağının sakinləri
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Uşaqlara əyləncəli peçenye (foto resept)
Koronavirus xəstələri əlil qala bilərmi?
Koronavirusla bağlı ŞAD XƏBƏR
Laçından köçmək istəyən ermənilərə dövlətləri kömək etmir
- ŞƏRHLƏR