Bakıda hava 18°
USD AZN
EUR AZN

İf qalası

İf qalası

İf qəsri Fransanın cənubunda, Friulski arxipelaqının ən kiçik adalarında yerləşir. Əsası 1527-ci ildə I Fransiskanın əmri ilə qoyulmuş bu qalanın inşası əslində tarixi zərurətdən irəli gəlib. Belə ki, sözügedən ərazi hər tərəfdən dənizlə əhatə olunduğundan onun güclü müdafiəyə ehtiyacı olub. 1531-ci ildə inşa işləri tamamlansa da, qəsr mövcud olduğu illər ərzində bircə dəfə də düşmən hücumu ilə qarşılaşmayıb. Bu səbəbdən qalanı dövrümüzədək qoruyub saxlamaq mümkün olub.

Dahi fransız yazıçısı Aleksandr Düma 1845-ci ildə “Qraf Monte-Kristo” romanını yazmaqla İf qəsrini bütün dünyada məşhurlaşdırır. Buna səbəb əsərin baş qəhrəmanının bu qalada məhbus həyatı keçirməsi olub. Həmin romanın nəşrindən sonra qəsrə əsl turist axını başlayıb. Sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, A. Dümanın romanda işıqlandırdığı məqamlar tarixi həqiqətə əsaslanır. Sən demə, əsərin inandırıcı alınmasından ötrü yazıçı qəhrəmanının dustaq saxlandığı qəsrə yollanmaqdan belə çəkinməyib. İf qəsrindəki ab-havadan təsirlənən Aleksandr Düma sonradan özünü Tanrıya yaxın hiss edən güclü kişi obrazının faciə ilə dolu həyatını qələmə alıb. Kimsə inkar edə bilməz ki, baş qəhrəmanı real obraz olan bədii əsərlər həmişə uğurlu alınır. İngiltərənin Beyker-strit küçəsində Şerlok Holmsun ev muzeyi məhz bu məqsədlə tikilib. Bu günə kimi həmin ünvana tanınmış dedektivə yazılmış məktublar gəlməkdə davam edir. Qraf Monte-Kristonun pərəstişkarları da əsəri oxuyan kimi Edmon Dantesin iztirablı günlər yaşadığı İf qəsrini görməyə can atırlar. Memarlıq xüsusiyyətləri baxımından Fransanın bir çox qalalarından geri qalan İf məhz Aleksandr Dümanın yaratdığı obraz sayəsində şöhrət tapıb. 

İf qalası

Marsel şəhəri yaxınlığında yerləşən qəsr ilk baxışdan qayanı xatırladır. Kvadrat şəklində olan qalanın üç dairəvi qülləsi və balaca həyəti var. Qəsrin divarları adadakı qaya ilə birləşir. Turistlərin diqqətini ən çox cəlb edən qəsrdəki mayakdır. Ada üzərində ucaldılmış bu istehkamı dənizin o biri tayından da görmək mümkündür. XVI əsrin sonlarında onun yerində ətrafı müşahidə etmək üçün gözətçi qülləsi və kilsə olub. Sonradan düşmən hücumundan qorunmaq məqsədilə burada İf qəsri inşa edilib. Müdafiə xarakteri daşımasına baxmayaraq, istehkamın tikintisində bir sıra ciddi nöqsanlara yol verilib. Onun bu günə kimi hücuma məruz qalmamasının səbəbini isə qəsrin yaraşıqlı görünüşü ilə izah edirlər. Deyilənlərə görə, İspaniya kralı V Karl 1531-ci ildə Marseli zəbt etməyə hazırlaşsa da, sonradan qalanın gözəlliyina valeh olub, qərarından vaz keçib. 

XVII əsrdən etibarən qəsr Fransa üçün təhlükə yaradan daxili düşmənləri zərəsizləşdirmək üçün dustaqxana rolunu oynayıb. Tarixi faktlara əsasən, müxtəlif illər ərzində 3500-ə yaxın insan qalada məhbus həyatı yaşayıb. 1689-cu ildə həbs olunmuş protestanların əksəriyyəti ömürlərinin son gününə kimi İf qəsrində saxlanılıblar. Doğma atasının qəzəbinə tuş gələn tanınmış tarixi şəxs Mirabo həyatının altı ayının bu qaranlıq zindanda keçirib. Deyilənlərə görə, onun kamerası digərlərinkindən xeyli fərqlənirmiş. Qəsrdə Mirabonun hətta rəsmi qəbullar keçirməsi üçün də lazımi şərait yaradılıb. “Qrand Müqəddəs Antoni” gəmisinin tonqalda yandırılmış kapitanı - əxlaqsız zahid də bir vaxtlar qəsrdə saxlanılıb. Dümanın digər personajı Dəmir maska və Markiz de Sadın qalada dustaq olması ilə bağlı söylənilənlər isə həqiqətə uyğun deyil. 

İf qalası

1830-cu illərdə İf qalasının dustaqxana kimi istifadəsi qadağan olunur. Uzun fasilədən sonra 1871-ci ildə Paris kommunasının rəhbərlərini qəsrə salırlar. Onların başçısını isə qala yaxınlığında güllələyirlər. Adada cəmi bircə dəfə kral I Fransisk Katrin de Mediçini qarşılayarkən altımış nəfərdən ibarət hərbi qarnizon tərəfindən top atəşi açılıb.

Tarixi mənbələrə əsasən, İf qəsrinin ilk məhbusu öz kamerasında qətlə yetirilmiş zadəgan Anselm olub. Sonradan onun ardınca müxtəlif şəxslər qalaya sürgün edilib. Onların arasında kapitana kobud cavab verdiyi üçün otuz il müddətinə azadlıqdan məhrum edilmiş dənizçi də olub.

Maraqlıdır, görəsən, məhbuslar qala divarları arasında hansı şəraitdə saxlanılıblar? Tarixi mənbələrdə imkanlı dustaqların dənizə açılan pəncərələri olan kameralara yerləşdirildikləri qeyd edilir. Kasıb məhbuslar isə öz cəzalarını pəncərəsiz darısqal kameralarda çəkiblər.

İf qəsri 1890-cı ildə turistlər üçün rəsmi şəkildə açıq elan olunub. Qalanın demilitarizasiyası isə XIX əsrin sonlarına təsadüf edib. 1926-cı ildə isə İf qəsri xüsusi qərara əsasən, Fransa tarixi üçün dəyərli abidələr siyahısına daxil edilib.

İf qalası

Turistlər İf qəsrinə getmək üçün uzun və çətin yol dəf etməli olurlar. Bu yol Marselin taun epidemiyası ilə əlaqədar bir vaxtlar karantin zonası elan edilmiş hissəsindən keçir. Sonra dolama pilləkanlarla qalxıb dar küçəyə çıxırsan. Həmin həyətdə yerləşən ayrı-ayrı dustaqxanalar bir-birindən dəmir barmaqlıqlarla ayrılır. Hər kameranın girişində üzərində maraqlı məlumatlar qeyd edilmiş yaddaş lövhəsi asılıb. A. Dümanın yaradıcılığına və Qraf Monte-Kristonun həyatına yaxından bələd olanlar yaxşı bilirlər ki, İf qəsrində Edmon Dantesin adı qeyd olunmuş kamera yoxdur. Amma bu fakt qalaya gələn turistlərin sayını heç də azaltmır. Onların diqqətini ən çox cəlb edən isə burada satılan və məhbusların saxlandıqları kameraların təsvir olunduğu suvenirlərdir. Xarici qonaqların axın etdikləri İf qəsrindəki kafenin pəncərələrindən isə Marselin ən gözəl yerlərini seyr etmək mümkündür.

Səslərin sayı: 8
24
5370
loading...
Şərhlər
Offline
Mələksima
Çox sağ ol Xəyalə bacı İf qalası barədə məlumatım yox idi sayəndə oldu
15 mart 2015 18:23
Offline
pure love
Çox gözəldi.adını eşitmişdim ancaq özünü görməmişdim. gözəl mənzərəsidə var.
15 mart 2015 18:22
Offline
S.S.E.
Cox gozel qaladir))
7 yanvar 2015 10:21
Offline
Fatma xanım
İf qalası haqda bir filim var e çox xoşum gəlir
5 noyabr 2014 12:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Fidan Məmmədova
Nə gözəl qaladır,çox xoşlayıram bu qalanı,bir getmək nəsib olsaydı.
5 noyabr 2014 12:14
Offline
°ღ Zayka •.°ღ
Bu fort bayird oyunu kecirilen yerdi?yoxsa men oxsatdim
25 oktyabr 2014 17:43
Offline
Deniz N-va
Ayyyyy ne gozel qaladir canim menim cox sevdim kas insan orada yasasa
23 iyul 2014 21:22
Offline
GülnaR
Bu həmən o qala deyilmi 0rada indi yarış kimi çəkilişlər olur.dənizin ortasında Ford-Bayard deyilən veriliş çəkilir,yaxud mən səhv edirəm
6 iyul 2014 13:06
Offline
איסון ממדוב.
Baş üstə bajın qurvan mütləq

Can bacim gozel basin aqri gormesin meleyim.Qurbanin qoyun olsun insallah.
6 iyul 2014 07:56
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥♥S.Nur♥♥
ADINI ESHITMISHDIM,AMMA BASHQA HEC 1 MELUMATIM YOX IDI. COX MARAQLI VE DEYERLI MELUMATLAR TOPLADIM SAYENIZDE.TESHEKKURLER VE TEBRIKLER UQURLU XEBER UCUN,BACIM.
6 iyul 2014 01:29
Offline
Narin...
Çox sağ ol Xəyalə bacı İf qalası barədə məlumatım yox idi sayəndə oldu kiss
Ne gozel yerdi Narin bura tereflere yolun dusse yol qiraqi bacinida gotur

Baş üstə bajın qurvan mütləq biggrin
5 iyul 2014 22:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
איסון ממדוב.
Ne gozel yerdi Narin bura tereflere yolun dusse yol qiraqi bacinida gotur
5 iyul 2014 20:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Qəribə

İf qalası haqda bu qədər məlumatım yox idi.Oxuduğlarım maraqlı oldu təşəkkürlər Xəyalə xanım give_ros
5 iyul 2014 20:22
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
xatire hebibova
Ən boyuk arzumdu DUNYAni seyahet etmek bu gozelliye gore cox saqol
5 iyul 2014 19:04
Offline
Ruhəngiz
Ətraflı məlumata görə təşəkkürlər,Xəyalə bacım.
Bir kobud cavaba görə 30 il cəza almaq....deməyə söz tapmıram
5 iyul 2014 18:37
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Agat_Kris
Ay Agat senin bilmediyin bir şey var bu dünyada?

aa o qədərdi ki bilmədiyim şeylər crazy
5 iyul 2014 18:06
imza: Pozitiv olun!
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Məşhur İf qalası :) Ann və Serj Qolonların "Anjelika" romanlarında da bu qaladan həbsxana kimi danışılır.

Ay Agat senin bilmediyin bir şey var bu dünyada?,
5 iyul 2014 17:56
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Ulker.Agamali
Qalaya baxan mudafiye meqsedile yox ele zindan meqsedile hazirlanmasi ilk aglima geldia,Yuzarsifdeki zindana oxsatdim bu qalani,haqqinda hec bir melumatim yox idi,Maraqli melumat ucun cox sag ol Xeyale xanim
5 iyul 2014 17:42
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
♥NiLuFeR♥
Bu haqda məlumatım yox idi.Təşəkkürlər ətraflı məlumat üçün Xəyalə
5 iyul 2014 17:37
Offline
mira-kerim
TV-də görmüşdüm.Amma hec bir məlumatim yox idi. belay təşəkkür xeber ücün..
5 iyul 2014 16:56
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!