Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Dost dedikdə... (2-ci hissə)

Dost dedikdə... (2-ci hissə)

Şəri Babayeva 

    İndi əsl dost tapmaq çətindir. Əsl dost güvəndiyin, sənin ona verdiyin sirri heç kimə deməyən, dar günündə sənə dayaq olan biri olmalıdır, məncə. Mənim dostlarım anam və bacılarımdır. Onlara güvənirəm. Bilirəm ki, məni heç vaxt yarı yolda qoymazlar.

  Elif

   Əsl dost qiymətli bir xəzinədir. Yaxşı dost insanın aynası, güzgüsü kimidir. Mənim ən yaxın dostum qəlbimi rahatlıqla aça biləcəyim, dərdimi, çətinliyimi, yoxluğumu utanmadan, güvənərək bölüşə biləcəyim biri olmalıdır. Mən 3 dost, 5 dost fikrini də qəbul edə bilmərəm. İnsan bütün dərdini, qəlbini 5 nəfərlə də bölüşə bilməz ki? Mütləq biri sənə, qəlbinə daha yaxın olmalıdır. Sinif yoldaşım olan, 7-ci sinifdən dostuq etdiyim bir qız vardı. Çox yaxın idik... Mən həmişə ona deyirdim ki, ola bilər mən hiss etmərəm, amma yanlış sözüm, hərəkətim olan kimi mənə desin. Mən də həmçinin ona. Hətta hər tətilə çıxanda bir-birimizə məktub yazardıq. Eləcə də tətildən qayıdanda ikimizin də məktubu hazır olardı bir-birimizə verməyə. Amma məktəbi bitirəndən sonra o əyani, mən qiyabi oxuduqdan sonra aramızda soyuqluq yarandı. Ara-sıra danışırdıq, görüşürdük, amma əvvəlki səmimiyyət yoxdu. Mənə qalan keçmişdəki səmimi məktubları oxumaqdır... Yaxşı dost hətta insanı formalaşdıra bilər. Peyğəmbərimiz (s.a.s) demişdir: "Kömürçünün yanında durana his bulaşmasa da, his iyi gələr, müşk satanın yanında durandan da müşk iyi gələr". İndi real həyatda da yaxın yoldaşlarım, burada da çox sevdiyim dostlarım var. Amma yaşım artdıqca "Dost istərsən, Allah yetər" cümləsinə daha da bağlanıram. Qəlbləri bilən Allaha qəlbimi açmaqla daha rahat oluram. Allah hər daim qarşımıza yaxşıları çıxarsın insəAllah.

Dost dedikdə... (2-ci hissə)

Gözel Gözlum

  Mənim bir dostum olub məktəb vaxtı, amma sonra başqa biriylə dost olub və mənim sirlərimi o qıza danışıb. Mən biləndə onunla dalaşdım və 5 ay küsülü qaldıq. Amma mən burnumdan əməliyyat olunanda məni ziyarət etdi. Ona görə onu bağışladım, amma bundan sonra ona sirlərimi demirəm və güvənmirəm. Deməyim odur ki, dost boş şeydir, əsas anadır.

 Ellada Babayeva

   Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. Əsl dost güvəndiyin biri olmalıdır. Səhvin olanda bunu sənə təklikdə deməlidir. Dostu olmayan bu dünyada qəribdir. Realda dostlarım elə çox olmayıb. Amma virtualda dostlarım çoxdur. Düzdür, başıma elə bir hadisə gəlməyib dost tərəfdən.

 Gulum

   Bəlkə də həyatda nə vaxtsa ən çox ehtiyac duyduğum bir kəs olub. Lakin heç vaxt dostum olmayıb. Bəlkə də deyərdim ki, buna ailəm imkan verməyib. Nə qədər də olsa, mən sovet dövrünün uşağıyam. Dost sıxıntıları çəkdiyim bir vaxtlarda anam bunu duymuşdu və təkidlə məni güzgünün qabağında oturdub dedi ki, "dost elə bir insandır ki, sən güləndə gülsün, sən ağlayanda ağlasın, amma üzdə yox, qəlbdə. Güzgüyə bax, belə bir insanı ancaq güzgüdə görə bilərsən". Nə bilim, bəlkə də haqlıymış, bəlkə də yox, amma bir onu bilirəm ki, mənim dost axtarışına son qoyacağım kimi bir qərar verilmişdi artıq. Yadımdadır ki, bir dəfə ədəbiyyatdan dost haqqında inşa da yazmışdım və əla qiymət almışdım. Düzdür, rəfiqəm olub, amma rəfiqə dost demək deyil. Dost nədir? Dost iki canda bir ürək deməkdir və görəsən, hər dostda bu ürək bir döyünürmü? Bu ürərin bir döyünməyi üçün illərin sınağı lazımdır. Bəzən olurdu ki, ürəyimi deşən bir sözü deməyə bir kimsə axtarırdım. Sən demə, o kimsə tapa bilməyəcəyim bir dost imiş. Nə gizlədim, anamla nəinki dost, heç rəfiqə də olmamışam. Onunla münasibətim sadəcə onun öyüdlərinə qulaq asıb bəzən istəməsəm də hörmət olaraq başımı razılıqla tərpətmək olub. Amma ailə həyatı qurduqdan sonra atam bəlkə də mənə ən yaxın dost, sirdaş olub. Əksər hallarda sözümü deyə biləcəyim bir varlıqdır atam. Onunla bölüşməyə qıymadığım hallarımı isə çox şükürlər olsun ki, övladlarımla bölüşə bilirəm. Allah dostlarımı mənə çox görməsin. Yenə də şükürlər olsun ki, Qadın.Netdə virtual da olsa, yaxın bildiyim qızlar var və onları çox sevirəm. Məndən kiçik və ya böyük olmalarına baxmayaraq, onlarçün darıxdığım anlar olur. Bunu onlar özləri də bilirlər, İnşallah bəlkə realda bir gün görüşdük onlarla, nə bilmək olar. Qadın.Netlilər haqqında iştirak etdiyim bir neçə xəbər sanki danışa bilmədiklərim ürəyimdəki sözlərdən olub. Buna görə də təşəkkürlər Qadın.Net!!!

Dost dedikdə... (2-ci hissə)

...ŞiRiN_QıZ...

  Məncə, dostluq qırılmaz bir bağdır, açılmaz bir düyündür. Dostluq mənim üçün çox böyük bir önəm daşıyır, əsas da dostluqdakı hörmət, sədaqət, bir-birinə qarşı inam... Dostluqdakı o inam nəyə desən dəyər. Allahıma min şükür ki, mənə də dostluğun nə demək olduğunu anladıb, mənə də o hissi dadmağıma icazə verib. "Dostsuz insan qanadsız quş kimidir" deyib atalarımız. Dostluğun, dostun nə demək olduğunu sizə heç cürə başa sala bilmərəm. Bu tamam başqa bir şeydir. Ən azından bilirsən ki, səni anlayan, inanan, sənə güvənən birisi var. Onunla çox yaxşı vaxt keçirə bilirsən, ona heç çəkinmədən problemlərini, şəxsi məsələlərini deyə bilirsən və ən önəmlisi isə o, səni çox yaxşı anlayır. Mənim də dostum var, onu, həqiqətən, çox istəyirəm. O necə hər zaman mənim yanımda olursa, mən də onun yanında oluram, ona dayaq oluram.

 PƏRVANƏ ƏLİYEVA......

   Bizim evdə, ailədə mən uşaq olandan eşitmişəm ki, nə rəfiqən olsun, nə də ki, dostun. Yəni bu sözləri hər zaman anam deyərdi. Deyərdi ki, sənin dar günündə də, yaxşı günündə də dostun, rəfiqən, mənəm - anan. Ona görə də anamı eşitdim. Nə dostluğa, nə də ki, rəfiqəyə inandım. Əslində anamın haqlı olduğunu da görürdüm. Amma oğlumla bir sinifdə bir qız oxuyur. Bilmirəm necə oldusa, o qızın anası ilə dost, rəfiqə hətta deyərdim ki, bacı kimi olduq. Artıq bu dostluğun 9 yaşı var. Dost dar günündə də, yaxşı günündə də sənin yanında olmalıdır. Sənin hər dərdinə şərik olmalıdır. Bax, mənim illər sonra tapdığım dost, bacı belələrindəndir. O, həqiqətən də, yaxşı dostdur, bacıdır mənə. Pis günümdə də, yaxşı günümdə də yanımda oldu. Çox sevinirəm ki, bu gün də yanımdadır. Allah onu mənə çox görməsin. Dostluğa heç vaxt inanmayan mən, bu gün tam əminliklə deyə bilərəm ki, dostluğa inanın, güvənin. 

Dost dedikdə... (2-ci hissə)

Dəniz84

    Dostluq haqqında 1-ci hissədə qızlar o qədər gözəl yazmışdılar ki, bu sözlərə mən nə isə əlavə etməyə cümlələr tapmadım. Ancaq bir hekayə paylaşmaq istəyirəm.
Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. Səfər günlərindən birində onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır: "Bu gün uşaqlıq dostum mənə sillə vurdu".
Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlığa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır: "Bu gün dostum həyatımı xilas etdi".
Dostu ondan soruşur;
- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi xilas edəndə isə daşın üzərinə yazırsan. Bunların mənası nədir?
Xilas olan dost belə cavab verir:
- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirində qalsın.
Acıqlarımızı quma, yaxşılıqlarımızı daşlara yazmağı öyrənməliyik. Yaxın dost tapmağa bir neçə dəqiqə sərf etsək də, onu unutmağa bir ömür lazım olur.

Dost dedikdə... (2-ci hissə)

Nely

Dost dostu üçün düşünmədən hər şeyi edəndir. Bax, mən bu hissi dostum tərəfindən yaşadım, mənim üçün ən çox sevdiyi insanları məni üzdükləri üçün həyatından sildi. Bax, budur dostluq! Hər kəsdən dost olmaz. Bu da bir şans işidir. Yaxşı dostu olan bəxtəvərdir, eynən mənim kimi. Sevdiklərimə mənim dostlarım kimi dost qazanmaqlarını arzu edirəm. Yaxşı ki, varsınız, mənim dostlarım, həyatımın ən gözəl insanları.

Qedirova Mətanət

  Əsl dost insanın dar günündə yanında olmalıdır. Başqasının yanında öz dostuna acı söz deməməlidir. Əslində insanın bu dünyada yaxın dosta ehtiyacı olmalıdır. Onunla qəmini, sevincini bölüşməlisən. Onunla sirrlərini bölüşməlisən. Mənim real həyatda dostum var.

Səslərin sayı: 5
21
7031
loading...
Şərhlər
Offline
Asi
HEC SIXILMADAN OXUDUM ..MARAQLI MELUMATDIR...HEQIQETENDE EN YAXWI DOST ANA VE BACI OLMALIDIR..MENIM BACIM OLMADIGIMDAN BEZI SIRLERIMI ANAMLA BOLUWUREM...

Allah anava saglam heyat uzun omur versin AMIN
17 oktyabr 2014 12:48
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Xalidə Həsənzadə
HEC SIXILMADAN OXUDUM ..MARAQLI MELUMATDIR...HEQIQETENDE EN YAXWI DOST ANA VE BACI OLMALIDIR..MENIM BACIM OLMADIGIMDAN BEZI SIRLERIMI ANAMLA BOLUWUREM...
14 sentyabr 2014 13:13
Offline
Asi
♥♥♥BİR GÜN GƏLƏCƏK 1GÜN QALACAQ....,
Irane,
cox sagolun give_ros
27 iyul 2014 21:48
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Irane
Cox maraqli xeberdi good
24 iyul 2014 19:35
Offline
♥♥♥BİR GÜN GƏLƏCƏK 1GÜN QALACAQ....
COOOX GÖZƏLDİİ
YAXŞI BİR XƏBƏR HAZIRLAMISAN AY BACI TŞK
24 iyul 2014 09:02
Offline
Asi
Men iki hisse yollamisdime ayda bekede silinib birinci hisse heyif wsas orda yazmisdime neyse canim menim sefimdi bekede smsi silmisem gormemisen eybiyox can

eybiyoxdur canm sende serhlerde yaz/ikincide ne yazmisdn smile
Asi canim xeberin bu hisseside cox maraqli alinib. Tebrik edirem.menide devet Etdiyin ucun cox saqol. Allah razi olsunn sennen. Qizlarin dostluq haqda yazdiqlarinida oxudum maraqli idi..

cox sagol bacm give_ros
11 iyul 2014 02:55
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Asi canim xeberin bu hisseside cox maraqli alinib. Tebrik edirem.menide devet Etdiyin ucun cox saqol. Allah razi olsunn sennen. Qizlarin dostluq haqda yazdiqlarinida oxudum maraqli idi..
11 iyul 2014 02:46
Offline
SON
Men iki hisse yollamisdime ayda bekede silinib birinci hisse heyif wsas orda yazmisdime neyse canim menim sefimdi bekede smsi silmisem gormemisen eybiyox can
11 iyul 2014 02:31
Offline
Asi
Aaa menim yazdigimin yarsi gelibe bura tam hissesi deyil axi bu bir hossesidi kusdum((((((

ne yazmisan onu qoymusam hec bir deyisiklik etmeden/ ismarclar durur isteyirsen birde orda bax mene gonderdiyivin hamisini qoymusam
11 iyul 2014 02:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
SON
Aaa menim yazdigimin yarsi gelibe bura tam hissesi deyil axi bu bir hossesidi kusdum((((((
10 iyul 2014 02:05
Offline
Asi
Q,
ღNarınღ,
cox sag olun kiss
8 iyul 2014 20:01
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Narin...
Qızların fikirləri çox maraqlı və düşündürücüdür. Çox sağ ol Asi kiss Dəniz84 hekayəyə bayıdım good həqiqətəndə elədir. air_kiss
7 iyul 2014 00:14
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Qəribə
Cox maraqli alinib canim give_ros
6 iyul 2014 22:51
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Asi
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑,
Gulum,
Dəniz84,
Ellada Babayeva,
AYSUN MEMMEDOVA,
 Şəri Babayeva,
xatire hebibova,
COX SAGOLUN give_ros
6 iyul 2014 22:35
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
xatire hebibova
HEMISE GOZEL DOSTLARIN OLSUN
6 iyul 2014 20:55
Offline
Şəri Babayeva
Maraqla oxudum.Biraz kövrəldim cray biraz sevindim. smile Maraqlı xəbərdi davamlı olsun.Xəbərində mənədə yer ayırdığın üçün təşəkkür give_ros kiss
6 iyul 2014 17:39
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
איסון ממדוב.
Cox maraqli alinib canim
6 iyul 2014 17:14
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ellada Babayeva
2-ci hissədə gözəl alınıb.Çox sağ olun mənədə xəbərinizdə yer verdiyiniz üçün.İndiki zamanda hər kəsə güvənmək olmur.Güvəndiyin biri rastına çıxdı gərək qədrini biləsən.Bir şeyi qeyd etməyi unutmuşam.Mənimdə bacım qədər sevdiyim bir rəfiqəm var.3-il bir yerdə oxuduğum qurup yoldaşımdır.. girl_ten
6 iyul 2014 16:45
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Qızların fikirlərini və tövsiyələrini oxudum. Bu bölüm də gözəl alınıb. Təşəkkürlər Asi.
6 iyul 2014 16:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gulum
Asi canım menim növbeti xeberinde yaxşı alınıb İnşallah bu xeberle de günün müellifi olarsan greeting Qızların yazdıqları ise cox maraqlıdı Perişin dotluq taleyini bir az özüme yaxın hiss etdim kiss Deniz yazısı ise bu bölüme bir terif verdi sanki good
6 iyul 2014 16:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış