əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
- Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
- Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
- Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
- And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.
- Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
- Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
- O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi? deyə soruşacaqlar.
- Onlar deyəcəklər: Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!
- Onlar: Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! deyəcək,
- Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
- Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir!
- (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
- Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
- Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
- (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!
- Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.
- Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu.
- Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
- Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
- Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
- Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!
- (Ya Peyğəmbər!) De: Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!
- De: Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!
- Onlar (müşriklər) deyirlər: Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu vəd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?
- De: Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
- Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur! deyiləcəkdir.
- (Ya Peyğəmbər! Bu müşriklərə) de: Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır!)
- De: O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!
- De: Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ebola banan bazarına da "yoluxdu"
Möcüzə enerji-6 (son)
Prezident İlham Əliyev Rene van der Lindeni ordenlə təltif etdi
Məktəblilərin qış tətilinin vaxtı açıqlandı
Sevgilisi Hadisəyə qalmaqallı görüntüləri sildirdi - VİDEO
Ramazanın 12-ci gününün duası
Bir günlük gündəlik
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA
Kakaolu un halvası (foto-resept)
Bananlı, şokoladlı keks (foto resept)
Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
“İmamzadə” ilə bağlı sərəncam
Yorğunluğun qarşısını alan məhsullar
Gözətrafı qırışlar üçün yağlar (1)
Diş daşlarını aradan qaldıran möcüzəvi RESEPT
TQDK imtahan keçirəcək
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Hava haqqında
Uşaqlar üçün ad günü tortları(2)
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bu gün Bakıda 23 dərəcə isti olacaq!
Günün ulduz falı
Azərbaycan Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edir
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Günün qoroskopu:Aktiv olun!
İlk dəfə kosmik taksi sınaqdan keçiriləcək
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Neftin qiyməti Azərbaycanı sevindirdi
Foqtsun istefa səbəbi
Ən böyük bina bu olacaq
İranla AEBA arasında nüvə danışıqları başladı
Sıla yeni il gecəsi çıxış etməyəcək-SƏBƏB
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Thai masajının vətəni Tayland
Qreypfrut toxumunun eksraktı kosmetologiyada
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Sami Yusifdən azərbaycanlılara böyük jest
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
Balqabaq çempionatı keçirildi
Xocalı-sağalmaz yaram mənim(2)
- ŞƏRHLƏR