Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
12:50Feride Sima Peri salam qizlar Sagolun Xeyale xanim 11:24PERI sima necesen canim 10:52Sima sabahiz xeyir necesiz bacilar 09:13Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:13Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39333

Demi Murdan gözəllik sirləri

Demi Murdan gözəllik sirləri


Hollivud ulduzu, aktrisa Demi Mur yaşından xeyli cavan görünməsinə baxmayaraq,həmişə formada olmaq üçün xüsusi pəhriz
saxlamaqla yanaşı plastik əməliyyatlara da 100 minlərlə dollarlar xərcləyir.Ancaq bəzi nöqtələr vardır ki,bunları Siz də etsəniz gözəlliyinizi
qorumuş olacaqsınız.

Demi Murdan gözəllik sirləri



1.Çoxlu su için
2.Təzə meyvə və tərəvəzlərdən bol-bol yeyin.
3.Stressdən qaçın.
4.Düz düçən günəş şüalarından dərinizi qoruyun.
5.Əgər artıq 30 yaşınız tamam olmuşsa,qırışlara qarşı kremdən istifadə etməyi unutmayın.
6.Əllərinizə qulluğu ihmal etməyin,çünki,əllər qadının vizit kartoçkasıdır.
7.Hər gün dərinizi yaxşıca təmizləyin və yumşaldın.
8.Özünüzə qulluq ritualının gündəlik qayğısına boyun və dekolite bölgəsini daxil edin.
9.Demi Mur saçalrına çox diqqət edərək onların gözəl görünməsini saxlayır.Bunun üçün o,saçlarını əvvəlcə yumşaq şampunla yuyur,
sonra soyuq su ilə durulayır və kondisioner vurur.Saçlar nəmliykən saç baxım kremi ilə masaj edir.

Demi Murdan gözəllik sirləri


Demi Murun fikrincə qadın şərab kimi ildən ilə daha da yaxşılaşmalıdır.
Onun məsləhətləri:
1.Əntiqə(daha dözümlü olurlar) əşyalar alın.Bunlar geyimlər,aksesuarlar,ayaqqabılar da ola bilər.
2.Klassik rənglərə üstünlük verin.(Demi Murun sevdiyi rənglər qara və boz)
3.Qara rəngli yaxşı bir cins alın.
4.Günəş gözlüklərini seçərkən keyfiyyətinə diqqət edin.
5.Geyimlə bərabər bəzək aksesuarları almaqdan çəkinməyin.
Demi Mur dişlərinin əsrarəngiz ağlığına görə isə o, diş həkiminə minnətdardır. Demi Mur mütəmadi olaraq dişlərini xüsusi emal təbəqə ilə ağardır.
Pəhriz haqda

- Orqanizminizə qulaq asmaq vacibdir, o nə istədiyini sizə xəbər verəcək. Mən yalnız aclıq hiss etdikdə yeyirəm, doyduğum zaman isə dayanıram. Əgər günorta saat 3-də şirniyyat yemək istəsəm, heç bir problem yoxdur, çünki bu, belimdə santimetrin artmasına səbəb ola bilməz. İstədiyimi yeyirəm, yalnız az yemək şərtiylə. Naharda çox yemirəm, yüngül salat, şorba, və ya yalnız ikinci yemək.

Bəzən ərköyünlük də edirəm � bütün qadağa olunmuş təamları dadıram. Əgər bədən formasının pozulması ilə bağlı daim qorxu içində yaşasam, həyata marağım tam itər. Çəki problemi bizim ailədə demək olar ki, müzakirə olunmur. Əgər qızlarımı idman etməyə təhrik edirəmsə, bunu yalnız onların sağlamlığı üçün edirəm, arıqlamaları üçün yox. Ümumiyyətlə, mən övladlarıma təzyiq etməyi xoşlamıram. Onlara başa salıram ki, gözəllik yalnız paltarın ölçüsü ilə xarakterizə olunmur.

Üzə qulluq haqda


- Üzə qulluq üçün yalnız yoxlanılmış markanın, keyfiyyətli məhsullarından istifadə etmək lazımdır. Ən əsası isə dərini yaxşı təmizləmək və nəmləndirməkdir. Pilinqi kosmetoluqumda etməyi üstün tuturam, çünki o, mənim dərim üçün hazırlanıb. Səhər yuxudan oyandığım zaman bir stəkan təmiz su içirəm. Bu həm tonusu qaldırır, həm də aclıq hissini azaldır. Yatmamışdan öncə makiyajı kosmetik südlə təmizləyərək üzümü anamın resepti ilə nəmləndirirəm � pulverizatordan çıxmış mineral su vasitəsilə. Sonra qidalandırıcı krem çəkirəm. Siması olduğum Helena Rubinstein markasına üstünlük verirəm.

Demi Murdan gözəllik sirləri


Makiyaj haqda

- Dekorativ kosmetikanın küpünə girmirəm. Kirşan və tonal vasitələrdən minimum dərəcədə istifadə edirəm. Mən tuş fanatıyam. Çantamda hər zaman tuş olur. Həmçinin gavalı çalarlı göz kölgəsi və dodaq parıltısına üstünlük verirəm. Dırnaq boyasına gəlincə, mən ya təbii şəffaf rəng, ya da parlaq qırmızı rəngi seçirəm.
Saçlar haqda

Saçlar mənim əsas qürur mənbəyimdir. Nəzarət edirəm ki, ucları haçalanmasın, vaxtaşırı onları kəsdirirəm. Həftədə bir dəfə baş dərisi üçün sakitləşdirici masaja gedirəm. Çəkiliş yoxdursa, fen və. s saç zədələyən vasitələrdən istifadə etmirəm. Saçımı tez-tez yumuram. Həftədə 2 dəfə. Hər yumada isə saçımı reyhan məhlulu ilə yaxalayıram - bu saç diblərini möhkəmləndirir ( 1 stəkan qaynar suya 1 xörək qaşığı reyhan ).
Sevimli ətirlər.

- Ətirlərlə münasibətim yaman qəlizdir. Az istifadə edirəm. Daha çox tuberoza yağının ətrini xoşlayıram. Tuberozanın romantik, isti qoxusu �optimistlərin ətri� adlandırılır. Bu da sanki xasiyyətimi əks etdirir. Mən əminəm ki, əgər həyatı sevsən, o kifayət qədər mənalı və gözəl olur.

Səslərin sayı: 10
0
11486
loading...
Şərhlər
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )