Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa) - fərdin bədən obrazının (öz bədənini dərk edə bilməməsi) pozulması və nəticədə özünü kök hiss etməsi ilə müşahidə edilir. Onlar qidalanmağı rədd edir və bu səbəblə də həddindən artıq çəki itirirlər. Ətrafdakı insanlar onların yetərincə arıq olduqlarını desələr də, ilk baxışdan bunu qəbul edirlər, amma daxilən bunu qəbul etməyərək ciddi pəhrizlər etməyə davam edirlər. Anoreksiya sözünün mənası “iştahın itməsi”-dir.Xəstəliyin adı iştah itirilməsi olsa da, əslində bu cür psixi pozğunluq yaşayan insanların iştahları heç də pisləşmir. Əksinə onların iştahları artır və doyumsuzluq hissi yaşamağa başlayırlar. Amma arıqlasınlar deyə yemək yeməməkdə inadlıq göstərirlər. Çox az hallarda bu cür psixi pozuntu ölümlə nəticələnir.
Asperger sindromu
Bu da psixi pozğunluğun bir növüdür. Onu bəzən autizmin bir forması da hesab edirlər. Bu sindromla əziyyət çəkən insanlar əslində normal və yüksək intellektə sahibdirlər. Amma bununla yanaşı onlarda social qabiliyyətlər zəif inkişaf edib və vərdişləri də zəifdir. Səbəbi isə budur ki, onlarda emosional və social inkişaf ləngiyir. Bu da onların inteqrasiyasını gecikdirir. Bu sindrom Avstriyalı psixiatr və pediatr Hans Aspergerin şərəfinə belə adlandılıb. O, bu pozuqluq barədə cxeyli araşdırmalar etmiş və öz xəstələrini də hər zaman kiçik professorlar adlandırmışdır. Onu da qeyd edim ki bu sindrom autizmdən tamamilə fərqlidir. Onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də inkişafdan geri qalmırlar, sadəcə olaraq bu inkişaf onlarda ləng gedir.
Ayrılmaq pozğunluğu
18 yaşından əvvəl başlayan və evdən və ya bağlı olduğu adamlardan ayrılmaqla əlaqəli əsassız narahatlıqlar yaranan bir qayğı pozğunluğudur. Problemin simptonları içində sevilən adamın başına bir şey gləməsi və ya bu adamları itirmək qırxuları, itmək, qaçırılmaq qorxuları, evdə həmin adamlarla qala bilmək üçün dərsə getməmək, evdə tək qalmağı istəməmək, tək yatmaqdan imtina etmək, ana xətti ayrılmaq üzrə olan kabus yuxuları görmək, ağlamaq, yalvarmaq, depressiya, ayrılma mövzuları olan günlərdə fiziki şikayətlər və s. var.
Bədən dismorfik pozğunluğu
Bu psixoloji pozğunluq özünü hər hansısa bir xəyali fiziki qüsurun yaradılması (məsələn, formasız bir burun) və bu qüsurla əlləşmək və ya çox kiçik bir qüsurun şişirdilib problemə çevrilməsi ilə ğzünü büruzə verir. Bu tip şəxslər psixoloqlardan çox plastic cərrahların, dermotoloqların yanına gedirlər. Bu tip problemin daha çox 15-20 yaş arasında və kişilərdən çox qadınlar arasında yaşandığı araşdırmalar nəticəsində məlum olubdur. Bu problem yaşayan şəxslər əsas etibarilə subaylar olur. Bu cür problemlər şəxsdə özünəinamın itirilməinə və dolayısı yolla da fiziki fəaliyyətin aşağı düşməsi ilə nəticələnə bilir. Unutmamaq lazımdır ki, belə problem yaşayan insanların aldığı hər cür müalicə və etdiyi hər cür əməliyyat uğursuzluqa nəticələnir. Çünki onlar problemin həllini səhv yöndə axtarırlar.
Bipolyar pozuntu
Bu xəstəlik emosiyaların iki əks tərəfli dəyişiklikləri ilə özünü büruzə verir. Hamımız bilirik ki, əhval-ruhiyyənin dəyişməsi normal bir haldır. Amma bipolyar pozuntudan əziyyət çəkən insanlarda bu əhval dəyişikliyi çox güclü şəkildə baş verir və nəticə etibarilə maniakal və ya depressiya vəziyyətlərinə qədər gedib çıxır. Bu xəstəlik əvvəllər “maniakal-depressiv pozuntu” adlanırdı. Bu tip pozuntu yaşayan insanlar həftələrlə, hətta aylarla emosiyalarının əks qütblərində qala bilir. Müxtəlif araşdırmalar nəticəsində müəyyən olunub ki, bu tip pozğunluq ən çox 20-30 yaş arasında özünü büruzə verir.
Bipolyar pozuntunun simptonları bunlardır: Yorğunluq, bitkinlik, enerjisizlik. Bezgin ruh halı və əhval pozuqluğu. Artan istirahət ehtiyacı. Özünəgüvənin və özünəinamın azalması. Kefsizlik və marağın azalması. Günlük məsuliyyətlərin sonraya saxlanılması. Diqqət pozuqluğu. Düşünməyin çətinləşməsi. Azalan cinsi istək. Qorxaqlıq və əsəbilik. Hər şeyi öz üzərinə alma və başqalarının daim onun haqqında pis danışdığı düşüncəsinə qapılmaq. Fiziki rahatsızlıqlar. Spirtli içki qəbulunun artımı. Gərgünlik, hüzursuzluq. Həddindən artıq hissiyyatlı olmmaq.
Bu problem müalicə edilmədikdə həddindən artıq ağırlaşa bilir. Duyğu hallarının vəziyyəti, dərinliyi və müddəti adamdan-adama dəyişir. Bu xəstəliyin müalicəsi zamanı litium karbonat, valproate və s. bu tip dərmanlar qəbul edilir. Hətta bəzi antiepilepsiya dərmanları da bu xəstəliyin müalicəsi zamanı istifadə edilir. Əsas olan odur ki, simptonlarını erkən görmək və erkən müalicə olunmaq lazımdır. Bu problem asanlıqla müalicə edilən bir xəstəlik deyil. Bəzən illərlə həkim nəzarəti altında qalmaq lazım ola bilir. Dərmanla müalicə xəstəliyin nəzarət altına alına bilinməsi üçündür. Bu problemlə əziyyət şəkənlər bir psixoloqun və ya həkimin köməkliyi ilə depressiya hallarına qarşı mübarizə aparmalı və iradəsini gücləndirməlidir. İnsan hər zaman güclü iradəli, inamlı və imanlı olmalıdır. Əks halda bu tip xəstəliklərlə mübarizə aparmaq ya olduqca şətin olur, ya da qəti mümkün olmur.
Daim sağlam olmağınız diləyi ilə.
XƏBƏR LENTİ
Sevginin qarşılığında qazandıqlarımız
Qazlı içkidənsə, zəhər için
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
Diqqət! İnfeksion xəstəliklər yayılır
Elmdə sensasiya: Ay məhv ola bilərdi
Koronavirusun asimptomatik gedişinin səbəbi bəlli oldu
Batareya texnologiyasında inqilab olacaq
Vineqret (foto resept)
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Avqustda ilan sancmaları artıb
Ordumuz itki verməyib
Hazal Kaya gəlin olacaq-FOTO
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Səbət modelləri
Baletin ruhu
Prezident: “Düşmən şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdı”
Vanda tullantılardan rəsm əsərləri
Model 57 gündür koronavirusdan sağala bilmir-FOTO
İrem Derici pilləkənlərdən yıxıldı
Yeni ipoteka təklifi
Berkay tənqid olundu - FOTO
“Instagram” da bu funksiyanı aktivləşdirdi
Məşhur reperin saç stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Nikol Paşinyan: “Mən bacarmadım”
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: "Vaxt çatıb"
Texnologiyanın uşaqlara zərəri
Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Uşaq otağı dekorasiyası üçün maraqlı nümunələr
Burak Özçivitin 150 minlik maşını-FOTO
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Qadın.net ulduzlarının tarixi kökləri (I hissə)
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Rəngarəng geyimlər
Məşhur cütlüyün Toy Tarixi Bəlli oldu-FOTO
Kəvərli kolbasalı piroq(foto-resept)
Bu yol 25 gün bağlı olacaq
Məşhur aktrisadan gözlənilməz cavab
Facebook-dan Azərbaycana zərbə
“Bakı-2015” əhali arasında fotomüsabiqə elan edir
Məşhur alim 120 yaşa qədər sağlam yaşamağın sirlərini açdı
Saat neçədir?
Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO
Sənsizəm...
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
- ŞƏRHLƏR