Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14:26Ayla Ayla Qızlar istilərlə neyniyirsiz? 09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40598

Qeysəriyyə əməliyyatından sonra

Qeysəriyyə əməliyyatından sonra
Ana namizədləri qeysəriyyə əməliyyatından bir və ya iki gün sonra körpə ilə birlikdə xəstəxanadan çıxır. Bundan bir həftə sonra təkrar xəstəxanaya müayinəyə gəlir. Bu vaxt evdə keçirəcəyi bir həftə ərzində və sonrasında diqqət etməsi lazım olan bəzi məqamlar var: 
- Körpənizi tez-tez və hər istədiyində əmizdirin. "Qeysəriyyə əməliyyatı olanlarda süd dərhal gəlməz və ya az gələr" - fikri doğru deyil. Bu sizin əmizdirməyinizlə əlaqədar bir vəziyyətdir. Əmizdirmə körpə və ana baxımından çox əhəmiyyətli bir mövzudur. 
Qeysəriyyə əməliyyatından sonra
- Əməliyyatdan 3 gün sonra duş qəbulu və tikiş bölgəsinə su dəyməsinə icazə verilir, ancaq bu mövzu tikişinizin vəziyyətinə və həkiminizin təkliflərinə görə dəyişə bilər. 
- İstirahət və yatmağa vaxt ayırın. Bu dövr körpədən ötrü yorucu bir dövr olduğu üçün körpə yatan kimi siz də yatıb dincəlməlisiniz.
- Hər gün 20-30 dəqiqə təmiz havada gəzməyə çalışın. Bu hamiləlik sonrası bədəninizin köhnə halına dönməsinə, qarın-göbək şişliyinin düzəlməsinə faydalı olacaq. İlk həftələrdə təmiz havada gəzməkdən başqa ağır məşq və idmanlardan çəkinin.
Qeysəriyyə əməliyyatından sonra 
- Qeysəriyyə əməliyyatından sonra az miqdarda vaginal qanama olması normaldır. Bu bir ay ərzində azalaraq davam edir. Bunun üçün yalnız gigiyenik qadın bezləri istifadə edilməlidir, tampon istifadə edilməməlidir. Vagina içi əsla yuyulmamalıdır.
- Həkiminiz icazə versə, əməliyyatdan 4-6 həftə sonra cinsi fəaliyyətə başlaya bilərsiniz. 
- Nizamlı və sağlam bəslənməyə diqqət göstərməlisiniz. Bol su və mayeli qidalar istehlak etməlisiniz.
 Qeysəriyyə əməliyyatından sonra
- Çox miqdarda qanama, pis qoxulu vaginal axıntı, tikiş yerlərində açılma və ya axıntı, sinələrdə həddindən artıq ağrı və qızarma, ayaqlarda ani şişmə və qızartı görülməsi kimi vəziyyətlərdə dərhal həkimə müraciət edilməlidir. Heç bir şikayət olmasa belə, həkiminizin təyin etdiyi tarixdə mütləq müayinəyə getməlisiniz. Bu, əməliyyatdan 7-10 gün sonra olar. 
- Xəstəxanada olarkən həkimin məsləhət gördüyü dərmanları mütləq axsatmadan istifadə etməlisiniz.
Səslərin sayı: 8
37
77662
loading...
Şərhlər
Offline
Mələksima
İnternetdə videosuna baxdim bir dəfə ondan sonra qorxdum qeyseriyyədən.
25 yanvar 2016 16:32
Offline
Cavadova Xedice
Təbii doğuşa üstünlük verirəm
24 yanvar 2016 17:39
Offline
. : . Sonta_Xatun . : .
Məlumatsizam.ama məncə ehtiyac yoxdusa bu yola,əgər hərşey yolundadisa normal dogush olmasi daha yaxsi
22 yanvar 2016 22:30
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Fatma xanım
Bu gün bizim bir qızımız bu yooola gəldi həyata
20 yanvar 2016 22:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Bir problem yoxdursa, qeysəriyyə əməlyatı məsləhətli deyil. Ən yaxşısı təbii doğuşdu.

give_ros
20 yanvar 2016 21:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Bir problem yoxdursa, qeysəriyyə əməlyatı məsləhətli deyil. Ən yaxşısı təbii doğuşdu.
20 yanvar 2016 16:47
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gultekin
Tebii dogus daha meslehetlidir.Calisdiginiz qeder tebii dogus edin
20 yanvar 2016 15:37
Offline
أحبك
Maraqli melumatlardir. Xanimlarimiz oxuyub faydalansin. Menim bacimda qeyseriyye emeliyyati olub, yuksek teyziqi oldugu ucun hekimler meslehet gorubler. Amma mence bu qeyseriyedense tebii dogus yaxsidir.
20 yanvar 2016 12:46
imza: فراق
Offline
Narmin Guliyeva
Mende fevralin 21-i keyseriyye emeliyyati oldum. Tebii dogusdan qorxduqum ucun oz isteyimle,hami deyirdi agir olacaq amma hec de qorxulu bir shey deyil,en cox insan orqanizmden aslidir,kimine agir kimine yungul tesir ede biler,ilk 2gun agrili ilk 1 hefte azca agrili ola biler.men cox yaxsiyam hec bir problem agri yoxdur,artiq her sheyi unutmusham, Allah butun xanimlara komek olsun...
18 mart 2015 23:13
Offline
gunay
Lazimli melumatlardi. Tebii dogusdan qorxurdum men,ama gorurem qeyseriyyede qorxuludu
21 yanvar 2015 22:42
Offline
Ayka Nəcəf
Mende yenice ana oldum. mecbur qeyseriyye emeliyyati ile. sargi gelisi diaqnozu qoyuldu.qizimin ayagi canaga dusmusdu deye,
amma hec istemezdim emeliyyati olum.
3 noyabr 2014 15:04
Offline
Aysel İ.
Ola biler kimse beyensin kimese rahatdi keyseriye.Amma men bu gune kimide ezabini cekirem.cunki pis terefini gordum

Əlbəttə təbii doğuş daha yaxşıdır. Qeysəriyyə o zaman lazımdır ki, uşağın və ya ananın həyati təhlükəsi olsun. Təəssüf ki, indiki gəncələr asandır dyeə buna gedirlər.
29 oktyabr 2014 20:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
unknown
men bu derecede agir oldugun bilmirdim keserin.heyf deyil tebii.menim keserim videoya cekilib urek elemirem baxmaga
29 oktyabr 2014 20:05
Offline
Gunel GE
Menimde dogusa bir nece heftem qalib,tebii dogus isterdim ancaq cox şişkinliyim var hekim deyir ozun doga bilmiyeceksen, insallah keserim sag-salamat olsun,xebere gore tesekkurler give_ros
12 sentyabr 2014 14:57
Offline
Deniz N-va
Mecbur qalmadiqca qeyseriyye emeliyyati olunmaq hec gozel deyil bunun hec terefdari deyilem negative
1 avqust 2014 19:29
Offline
AyLiN
14 heftelik hamileyem. birinci hamilelyimdi. cox qorxuram. ferqi yoxdu esas sag salamat olag. amin
19 iyul 2014 23:15
Offline
♥NiLuFeR♥
.,
melek angel,
Shefeq N.,
Xəyalə Murad,
mira-kerim,
Dəniz84,
Ulker.Agamali,
Farida_Asadova,
Gulum,
ESNA,
meryem eliyeva,
Gülşən29,
《YEGiŞ》,
PƏRVANƏ ƏLİYEVA......,
,...ღ♥ღALLAHIN bu,♥ღ gunune Wukur,...ღ♥ღ,
AYSUN MEMMEDOVA,
Elvina Sayar,
Q,
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm give_ros
9 iyul 2014 02:04
Offline
Qəribə
Bu xəbər bir çox xanımlar üçün faydalıdır. Allah butun ana olmaga hazirlasan qadinlara komek olsun. Faydalı məskləhətlərin üçün təşəkkürlər Nilufər xanım. give_ros girl_ang
2 iyul 2014 00:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Elvina Sayar
Paytaxtın en gözel xestexanasında keyser oldum neftçiler xestexanasında..amma ne fayda qismetden qaçabilmedim emelyatdan önce klizma olundum..bağırsağıma infeksiya saldılar..7 aydı aydı pehrizdeyem.Allah heckime göstermesin..ÖZÜNÜZ normal doğum edin xanımlar.
2 iyul 2014 00:37
Offline
איסון ממדוב.
Allah tala her kese normal doqus qismet etsin insallah
2 iyul 2014 00:04
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış