Yer öz oxu ətrafında tam dövrünü 1 sutkaya – 24 saata başa vurur. Bu zaman o, 3600 dönür. Yerin ayrı-ayrı coğrafi uzunluqlarında sutkanın müxtəlif vaxtları yaranır. Müxtəlif coğrafi uzunluqlarda sutkanın vaxtını təyin etmək üçün Yer kürəsi saat qurşaqlarına bölünür. Yer kürəsi 1 saat ərzind öz oxu ətrafında 150 dönür (3600 : 24=150). Nəticədə hər biri 150 olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Əslində, eyni qurşaq daxilində müxtəlif coğrafi uzunluqlarda Günəşin çıxmasına əsasən vaxt fərqi yaranır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır.
Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saat olur. Solda yerləşən qurşaq sağdakından 1 saat geri qalır və əksinə. Yer kürəsi qərbdən şərqə doğru fırlandığı üçün Günəş şərqdə tez çıxır, tez də batır.
1924-cü il Beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı 0-cı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yerin qərbdən şərqə fırlanması ilə bağlı şərqə doğru saat qurşaqlarının nömrəsi və müvafiq olaraq qurşaq və yerli vaxt artır. Beləliklə, 0-cı saat qurşağı 7030`q.u ilə 7030`ş.u arasında yerləşir. 7030`ş.u ilə 22030`ş.u arasında I, 22030`və 37030` ş.u arasında II qurşaq və s. yerləşir. 1800-lik meridian XII saat qurşağının ortasında yerləşir və beynəlxalq təqvim vaxtının dəyişilməsi xətti adlanır. Belə ki, şərq yarımkürəsindən 1800-lik meridianı kəsərək qərb yarımkürəsinə keçərkən vaxtı bir sutka geri (məsələn, 1 yanvardan 31 dekabra) və əksinə, qərb yarımkürəsindən şərq yarımkürəsinə keçərkən isə təqvim vaxtını bir sutka irəli çəkmək qəbul olunmuşdur. Quruda saat qurşaqlarının sərhədi heç də bütün hallarda müridianlar üzrə aparılmır. Dövlət və ya vilayət daxilində vaxtdan səmərəli istifadə məqsədilə qurşağın sərhədi müvafiq dövlər və ya vilayətin inzibati sərhədi üzrə aparılır.
0-cı (XXIV) və XII saat qurşaqları həm şərq, həm də qərb yarımkürələrində, I-XI saat qurşaqları bütövlükdə şərq yarımkürəsində, XIII-XXIII saat qurşaqları bütövlükdə qərb yarımkürəsində, Azərbaycan isə III saat qurşağında yerləşir.
Məsələlər
Məsələ 1: 200 şm.e., 930 ş.u-da yerləşən A məntəqəsi hansı saat qurşağındadır?
Həlli: Saat qurşaqlarının hesablanması ilə bağlı məsələlərdə coğrafi enlik nəzərə alınmır. Məntəqənin yerləşdiri coğrafi uzunluq 150-yə bölünür. Əgər qalıq 7,50-dən kiçikdirsə, o nəzərə alınmır və tapılan qismət məntəqənin yerləşdiyi saat qurşağını göstərir. Qalıq 7,50-dən böyük olarsa, qismətin üzərinə 1 gəlməklə saat qurşağı tapılır. Verilən məsələdə A məntəqəsi VI (930:150=6 qalıq 3) saat qurşağındadır.
Məsələ 2: VI və XI saat qurşaqlarının orta meridianları arasında coğrafi uzunluq fərqini təyin edin.
Həlli: Məsələnin 2 həlli variantı var. Birinci halda, hər bir saat qurşağının orta meridianını tapıb fərqi hesablayaq. Bunun üçün saat qurşaqlarının nömrəsini (əgər hər ikisi şərq yarımkürəsindədirsə) 150-yə vurub fərqi hesablayırıq: 6x150=900 ş.u., 11x150=1650 ş.u., 1650-900=750, İkinci halda saat qurşaqları arasında fərqi tapıb 15-ə vururuq: (11-6)x150=750
Məsələ 3: A məntəqəsi III saat qurşağının orta meridianından 50 şərqdə yerləşir. O, hansı coğrafi uzunluqdadır?
Həlli: III saat qurşağının orta meridianı 3x150=450 ş.u.-dur. A məntəqəsi isə 450+50=500 ş.u.-dadır.
Məsələ 4: Bakıda (III saat qurşağı) saat 12:30-dur, Tokioda (IX saat qurşağı) saat neçədir?
Həlli: Saat qurşaqları arasında vaxt fərqi, onların sıra nömrələri arasında fərqə uyğundur. Yəni, III və IX saat qurşaqları arasındakı vaxt fərqi 9-3=6 saatdır. Vaxtın hesablanması şərqə doğru artımla, qərbə doğru azalma ilə aparılır. IX saat qurşağı, vaxtı veriən III saat qurşağına nəzərən şərqdə yerləşdiyindən orada saat 12:30 + 6 = 18:30-dur.
Məsələ 5: Ekvator üzərində 250 ş.u-da yerli vaxtla saat 14:30-dur. Ondan 900 azimutda 6993 km məsafədə yerləşən A məntəqəsində yerli vaxtı təyin edin.
Həlli: İlk növbədə bu məntəqələr arasında coğrafi uzunluq fərqini tapaq. Bu məsələdə verilən məsafə 6993:111=630-dir. 630-ni yerli vaxt fərqinə çevirək: 630:150=4(qalıq 30). Yerli vaxtın hesablanmasında qalığı da zaman ifadəsinə çevirmək lazımdır. Yer öz oxu ətrafında 4 dəqiqə ərzində 10 dönür. Odur ki, 30 dönərkən 3x4=12 dəqiqə sərf olunur. Demək, verilən məntəqələr arasında yerli vaxt fərqi 4 saat 12 dəqiqədir. Soruşulan məntəqə verilən məntəqədən şərqə yerləşdiyi üçün orada yerli vaxtla saat 14:30 + 4:12 = 18:42-dir.
Məsələ 6: 1450 ş.u-da yerli vaxtla saat 18:40-dır. A məntəqəsində yerli vaxtla saat 12:20-dirsə, onun yerləşdiyi coğrafi uzunluğu təyin edin.
Həlli: Bunun üçün verilən məntəqələr arasında yerli vaxt fərqini tapaq: 18:40 – 12:20 = 6:20. Vaxt fərqini coğrafi uzunluq fərqinə çevirək. Yer kürəsi 1 saat ərzində 150 dönürsə, 6 saat ərzində 900 (6x150), 20 dəqiqə ərzində isə 50 (20 dəq. : 4) dönür. Deməli, bu məntəqələr arasında coğrafi uzunluq fərqi 950-dir (900 +50). Göstərilən vaxta görə bilirik ki, A məntəqəsi verilən məntəqədən qərbdədir. Onda onun coğrafi uzunluğu 1450 - 950 = 500 ş.u.-dur.
XƏBƏR LENTİ
Hind dekorasiyası
Elastik smartfon bilərzik nümayiş olundu - VİDEO
Azərbaycanlı idmançı dünya çempionu oldu
Əncirli truffel (foto resept)
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
Milyonlar onunla vidalaşır
Məşhur aktyor evləndi-FOTO
"Yer kürə deyil" dedi, raketə minib uçdu - FOTO
Suriya bölünmək təhlükəsi ilə üz-üzə
Ümid elə güclü bir küləkdir ki...
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Eşton 18 il sonra hakim qarşısına çıxacaq-SƏBƏB
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Azərbaycanda ilk - Şagirdlər açıq hava altında
Hadisə ailəsini sosial şəbəkələrdən SİLDİ
"7 numara"nın Rüyasının indiki halı - FOTO
Neslihan və Kadiri otelə buraxmadılar-SƏBƏB
Yanvarda hansı günlər iş olmayacaq?
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
ABŞ ermənilərə "od qoydu"
Sobada püreli küftə (video-resept)
"Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcək"
Kaskadyorlar ÜSYAN etdilər-FOTO
Təhsillə bağlı yeni qərar
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Rusiya tarixində bir ilk
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
Brend çantalar
Azərbaycanda qız köçürmə, yoxsa.....
Türklər Papaya şok yaşatdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Millət vəkili parlamentdə evlilik təklifi etdi
Hava haqqında - 15.03.2014
Stadion həbsxana olacaq
Məşhur aktyor rolu üçün kökəlsə də arıqlaya bilmir-FOTO
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Ofis işinin cəzası
Azərbaycanda Ramazan ayı nə vaxt başlayacaq?
Dünyada ən az danışılan dillər
Özcan Dəniz oğlu ilə FOTO paylaşdı
Azərbaycanlı heykəltəraş İstanbulda 36 büst qoyacaq
QARANQUŞ NAXIŞLI ayaqqabı və yaxalıq düzəldilməsi
Sabahın HAVAsı
Tənbəl heyvanlar
Ermənilərin böyük yalanı ifşa edildi
Xəyal dünyası ilə fərqlənən rəssam
Aqillərin inamına görə...(3)
Mixəkli, cemli kökələr (foto resept)
Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - FOTO
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
- ŞƏRHLƏR