İlk məhəbbət
Mən sənin birinci məhəbbətindim,
Bahara qovuşuq, yaza qovuşuq.
Bir şirin sevdalı sözə qovuşuq,
Bəxtinə açılan səadətindim.
Ömürlər baharlı, ömürlər qışlı,
Kövrək budaqlarda açan yarpaqdım.
Könlü məhəbbətli, könlü təlaşlı,
Vüsalçın çağlayan ayna bulaqdım.
Yanan ulduzlardan qoşa güləni,
Taleyə güləni, yaşa güləni.
Biri sənin idi, birisi mənim,
Xatirə çələngli, güllü çəmənim!
Mən sənin min bahar hərarətindim,
Taledə birinci məhəbbətindim.
Ötüşüb o anlar, keçib o illər,
Xatirəm dil açıb danışır indi.
Sevgi bulağından içib o illər,
Yanan ürəyimdə alışır indi.
İndi bahar ötüb, yazın keçibdir,
Tale öz donunu yaman biçibdir.
Gənclik çağımdan təravətindim,
Heç vaxt unudulmaz məhəbbətindim.
Ürəyim
Ürəyim bir təmiz uşağa bənzər,
Haqsız hökmlərə dözə bilmirəm.
Qəlbimə yatanlar qəlbimdə gəzər,
Qəlbə yatmayanla gəzə bilmirəm.
Qəlbimə çatası nizə sözləri,
Tikan sözlülərə taxa bilmirəm.
Min hiylə hökmüylə xain gözləri,
Nikbin gözlərimlə yaxa bilmirəm.
Səbrlə ürəyim kamına çatır,
Bir yaxşı önündə min baş əyirəm.
Sevgisi qəlbimin başında yatır,
Daima yaxşını əzizləyirəm.
Niyə
Məni oda saldın, alovda yaxdın,
Eşqimin gözünə baxmadın, niyə?
Hərdən də şimşəktək qəlbimdə çaxdın,
Sinəmə bir çiçək taxmadın, niyə?
Sevgi yollarında yeltək əsmədim,
Səndən incimədim, səndən küsmədim.
Əlimi əlindən heç vaxt üzmədim,
Qəlbimə bulaqtək axmadın, niyə?
Axtarıram
Gözəlin gözündə təmiz məhəbbət,
Axtarıram, nifrət axtarmıram mən.
Sönməyən eşqinə sonsuz sədaqət,
Axtarıram, xiffət axtarmıram mən.
Dünyaya səs salan xoşbəxt bir həyat,
Daim uça bilən, azad bir qanad.
İnsanı yaşadan gözəl bir murad,
Axtarıram, şöhrət axtarmıram mən.
Yaranan yaşayar ömrü bir dəfə,
Gərək yol verməsin həyatda səhvə.
Şirin, mehribanlıq sevənə tövhə,
Axtarıram, ziynət axtarmıram mən.
Səni sevəndən
Sevgi nədi, indi duydum,
Xoş xəyala dalıb uydum.
Canımı bu yolda qoydum,
Səni sevəndən, əzizim.
Oldum odlara pərvanə,
Təkdim, qoşuldum karvanə.
Eşqdə sayıldım divanə,
Səni sevəndən, əzizim.
Həsədlə göründüm gözdə,
Gəzmədim mənasız sözdə.
Bəslədim gül-çiçək düzdə,
Səni sevəndən, əzizim.
Yorulmadan yollar yordum,
Qəlbdə sevgi evi qurdum.
Eşq yolunda mayak durdum,
Səni sevəndən, əzizim!
Müəllif: Rafiq Məhərrəmli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İlbiz yedi, 3 il komada qaldı-FOTO
Badamlı, çiyələkli keks (foto-resept)
Mətin Şəntürk
Türk serialı dünyada səs-küy yaratdı – FOTO
Karyera, yoxsa ailə həyatı?
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
Günün qoroskopu: prioritetləri müəyyənləşdirin
Dünya belə yanğın görməmişdi
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Prezident və xanımı parkda - FOTO
Sizə yaraşan rəngi tapın
Evsizlər üçün xüsusi palto hazırladı
Yeri təhlükə gözləyir-Foto
Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
Məşhur aparıcı intihar etdi-FOTO
Pambıq şəkəri necə hazırlanır?
Marsda cırtdan məxluq tapıldı? - FOTO
Zəncirli ayaqqabı dəbi
Bakıda keçiriləcək Yeni İl yarmarkalarının ünvanları açıqlandı
Balıq kotleti (foto resept)
Ali məktəblərə keçid balları açıqlandı
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Barselonada dünyanın ən böyük məscidi tikilir
Tkemali sousu (Gürcü mətbəxindən )
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Almalı, nanəli şirə (foto resept)
Birinci xanım: "Bağışla, əzizim"
Evdə paltar yumuşaldıcısı hazırlayaq
Lənkəranda bayram namazı qılındı, qurbanlar kəsilib, dualar oxundu
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (2)
Yaponiyada görünməmiş istilər
Məktəblilər üçün şad xəbər
Bengünün toyu üçün 5 yük maşınında gül gətiriləcək
Ebru Gündeş Bakıda konsert verəcək
Apple və Google-un dühası
Mikrodünyanın canlıları: Planktonlar
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
"Whatsapp"dan möhtəşəm YENİLİK
Hindistanda "turşu" qanunu qəbul edildi
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Çiyələkli dondurma (foto resept)
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
Bu il 10 min ailə dağılıb
İranda 8 narkotacir asıldı
''İlan'' salatı
Dünyanın ən sürətli prosessoru hazırlanıb
Zövqlü don modelləri
85 yaşlı qadın fenomen oldu - VİDEO
- ŞƏRHLƏR