Bakıda hava 15°
USD AZN
EUR AZN

Dost dedikdə - 1

Dost dedikdə - 1

Narın  

Canım bacım Asi, gözəl xəbərində mənə yer verdiyin üçün sənə sonsuz təşəkkür edirəm. Xəbərinin mövzusu olduqca dərin və düşündürücüdür. Dostluq zövqlərin və düşüncələrin uyğunluğudur, dostluq iki yad insanın bir-birinə daha doğma olmasıdır. Heç gözləmədiyin bir anda, heç ağlına gəlməyəcək bir zamanda qarşına çıxan bir şansdır yaxşı dost. Sevincdir, kədərdir, anlamaqdır, səni anlayandır və hər zaman yanında olandır əsl dost. Yaxşılarını da, pislərini də, səhvini də, düzünü də sənə deyəndir əsl dost. Bəzən doğru yol göstərən, bəzən də çiynində hönkürüb ağladığın bir bacı (qardaş) qədər sevdiyin insandır, dayağındır dost. Sevincini də, kədərini də böldüyündür dost. Sənin sevincini öz sevinci kimi qəbul edib qəlbdən sevinən və sənin kədərini də öz kədəri kimi mənimsəyib ən az sənin qədər üzüləndir dost. Ən gizli sirrlərini böldüyün, sənin xoş günlərində yanında ola bilməyi bacardığı kimi pis günlərində də səni düşdüyün yerdən qaldırmağı bacarandır dost. Hz. Məhəmməd (s.ə.s) dostluq haqqında gözəl bir söz deyib: Dostunu sevərkən ölçülü sev, bəlkə bir gün düşmən olarsan. İncidiyin zaman da ölçülü ol ki, bir gün yenidən dost olarsan, sonra da etdiyinə peşman olarsan. Bu fani dünyada dostlarım çoxdur ancaq iki dostum var ki, onları çox-çox istəyirəm - Leyla və Samir. Yaxşı ki, sizin kimi dostlarım var. Allah hər kəsi dotlarıyla mehriban etsin, məni də onların içində. Amin İnşAllah.

Dostlardır hər zaman qoruyan bizi,
Allah çəkməsin heç zaman sınağa sizi.
Dord hərfli bu sözün mənasın hər kəs anlamaz,
Əsl dost dostunun qəlbini bilərək qırmaz.
 

Yasəmən

 Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə həm də dayaqdır. Bu sözü əbəs yerə deməyiblər - əsl dosta sahib olan böyük bir xəzinəyə sahib olmuş kimidir. Əsl dost çətin gündə bilinər. Həm realda, həm də virtualda olan dostluqlar mənimçin çox dəyərlidir. Çox insanla ünsiyyət qursam da, hər kəsə dostum deyib ürəyimi açan birisi deyiləm və birinə dostum deyirəmsə, onun üçün gözə ala bilməyəcəyim risk yoxdur. Realda mənim 3 yaxın rəfiqəm var ki, bizim dostluğumuz çətin sınaqlardan keçmiş bir dostluqdur. Bu həyatda bir insanı sınamadan ona dostum demək, güvənmək gözü bağlı bir şəkildə özünü hündür yerdən atmaq kimi bir şeydir. Həyatda yaxşı dost olduğu kimi pis dost da var, ancaq Allaha şükürlər olsun ki, dost seçimində yanilmamışam və o insaların da məni yanildacağını düşünmürəm. Bu həyatda hər kəsə əsl dosta sahibi olmağı arzu edirəm. Dostluqda sadiq olmağı unutmayın ən əsası da sirr saxlamağı bacarın. Bu xəbərdə mənə iştirak etməyi təklif etdiyi üçün virtualda tanıdığım və çox sevdiyim mənimçün əvəz edilməz insanlardan birisi olan canım dostuma təşəkkür edirəm. 

Dost dedikdə - 1

♥♥♥ Elena♥♥♥  

Əvvəla, canım bacım, belə gözəl mövzuya toxunduğun üçün çox sağ ol. Dostluq qırılmaz zəncirdir və dostluğu belə təsəvvür etmələri də təsadüfi deyil. Çünki səmimi, möhkəm dostluq hisslərini heç nəylə sarsıtmaq mümkün deyil. İnsanlar arasında hər xoş münasibəti də dostluq adlandırmaq olmaz. Əsl dostluq illərin sınağından çıxır. Bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. Dostun olması böyük xoşbəxtlikdir.Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə, filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır. Mənim də məktəb vaxtlarında çox səmimi, dürüst dostlarım varıydı. Belə bir deyim var: "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mənim onlardan sonra həyatımda çox tanışlar oldu, amma köhnə dostlarımın yerini heç kim tutmadı və tutmayacaq da. Hamıya dostlarıyla birlikdə uzun ömürlər diləyirəm.

MAVIS KIZ , BAHAR CICEYI

Nece deyərler, dostsuz insan qanadsız quş kimidir. Dost insan üçün çox vacibdir. Dərdini dinləyən, pis günündə səni tək qoymayan, səni sevən bir dostunun olmasını hər kəs istər. Əsl dost səni ancaq yaxşı günündə deyil, pis günündə də yalnız qoymamalıdır, hər an sənə sirdaş olmalıdır. Elə bu keyfiyyətlərin hamısına sahib olan, eziz dostum Röyanı misal göstərmək istərdim. Onunla birinci sinifdən bəri həm parta yoldaşı, həm də ürək yoldaşı olmuşuq. Bir-birimizlə bacı kimi rəftar edər, hətta bir-birimizi "baci" deyə çağırardıq. Axır universitetə də bir girib eyni peşəni seçdik. Ümidvaram ki, iş yerimiz də eyni olar və təkcə o deyil, eziz Qadın.Netlilər içində də özümə gözəl dostlar tapa bildim. Üzlərini görməsəm də yazılarından, şirin söhbətlərindən, sözlərindən gözəl insan olduqları bəllidir. Hamınıza sevgilər diləyirəm.  

Dost dedikdə - 1

 

Leman

Əsl dost yanında olmalıdır, çətin günlərində, sevincli günlərində. Əsl dost bax belə olmalıdır. Dost ölümə gedirəm deyəndə nə üçün yox, nə vaxt gedirik deməlidir. Mənim real həyatda bir dostum var, o da Nurlanadır. Onu çox istəyirəm. Hər zaman mənimlə ölümə belə gedirdi canım dostum. Real həyatda sadəcə bir dostum Nurlanadır, amma Qadın.Net saytında dostlarım, əsl dostlarım Nuriyyə, Asi, Gülçin, Qəribə, Nəzrin, gözəl gözlüm Rəvanədir. Onları çox istəyirəm. Bunlardır çətin günlərimdə mənə hər zaman dayaq duran. Əsəbi vaxtımda belə məni güldürməyə qadir olan dostlarım, sizi çox istəyirəm. Yaxşı ki, varsınız, yaxşı ki, mənimləsiniz.

PrİnCeSsA 

Öncə xəbərində mənə yer verdiyin üçün çox sağol, canım. Bəzi insanlar deyir ki, dostluq yoxdur, amma mənim fikrimcə elə deyil. Dostluq var. Mənim əsl dostum var. Əsl dost hər zaman yanında olmalıdır. Sevincinə sevinib, kədərinə üzülməlidir. Aranızda güvən, sədaqət olmalıdır. Nə olursa olsun, bir-birinə dayaq olmalıdırlar. Mənim əsl dostum bu cürdür. Mən də ona qarşı beləyəm. Mənim əsl dostluq anlayışım belədir. 

Dost dedikdə - 1

♥Allahin qulu♥

Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Dostluq dəniz qırağındakı daşlara bənzər. Əvvəl bir-bir yığarsan, sonra isə bir-bir dənizə atarsan, amma bəziləri vardir ki, atmağa qıymarsan. Bax sən o qıymadıqlarımdansan dediyin dost əsl dostdur!

Minira Aslanzade 

Dostluq çox gözəl duyğudur. Dost insana dar gündə də, yaxşı gündə də dayaq olmalıdır. İnsan həyatda ürəyini ən yaxın bilən dostuna açır, dərdini onunla bölüşür ki, qarşısındakı dost da ona gözəl məsləhətlər verib öz fikriylə paylaşsın. Bəzən yaxınına, anana, bacına deyə bilmədiyin dərdini insan özünə yaxın bilən dostuyla paylaşır. Həqiqətən də, içindəki acını səni başa düşən bir insanla paylaşanda adam yüngülləşir. Mən bunu sınamışam, doğrudan da, belədir. Əsl dost real olmalidi. Virtual dostluğa inanmıram, çünkü insanı sadəcə yazısıyla yox, yaxından tanıyiıb necə insan olduğunu bilmək istərdim. Mən tərif çıxmasın, dostluqda sadiqəm. İstərəm dostumu görüm, tanıyım, danışanda onda yüz faiz olmasa da doxsan faiz əmin olaram ki, mən istəyən dostdur. Mənim də ən yaxin dostum var. O da mənimlə həmişə dərdini bölüşür, həm sevincini, həm də kədərini. Həyatda hamıya arzu edərdim ki, dost seçimində yanılmasınlar. Çünkü dostun vəfasız, satqın çıxanda peşmanlıq çəkməyəsən.

Dost dedikdə - 1

Melek

Çox təəssüf ki, əsl dostum olmadı heç bir zaman, çünki insanlar çox vəfasızdır. Bu barədə nə deyə bilərəm ki, bacım əsl dostum olmadıqdan sonra. Amma əsl dost əlbəttə ki, hər kəsin də bildiyi kimi vəfalı olmalıdır, onun pis günündə yanında olmalı, onun acısını özüdə hiss etməli, sevindiyi, xoşbəxt olduğu zaman isə ondan daha çox sevinməlidir dostunun xoşbəxtliyinə. Əsl dost elə olmalıdir ki, ən böyük sirrini belə heç düşünmədən onunla bölüşə bilməlisən. Əsl dost insanı heç vaxt darda qoymaz, öləcəyini bilsə belə. Amma indiki zamanda belə dostluq çox həm də çox azdır.Qadin.Netdə məni daha çox itirib-axtaran, mən burada olmayanda belə mənə yazan Moya Bolwaya Lyubov nikli qizdı. Çox vəfalı biridir tanıdığım qədəriylə, bir də buradan tanıdıqlarımdan əsl dost ola bilinəcək insanlar Ruhengiz xalamdı önce, sonra ise elə biri sən Asi və bir neçə qadın istifadəçilərimiz.

Səslərin sayı: 9
35
6548
loading...
Şərhlər
Offline
Asi
İndi dost var,amma əsl dost yoxdur!Dost dediklərimizi dar gündə sınamaq lazımdır.Xoş günümdə neyimə lazım dost,dost dediyin pis günündə yanında olmalıdır.İndi hamı özünü düşünür,insanın ən yaxın dostu onun ailəsidir,vəssalam!Kənardan kimsədən xeyir gəlməz!!!Mən buna şahid oldum və anladım.

Haqlisiz esl dost ailedir yaxinlarimizdir ve ALLAH/ amma yadlar bezen ele olurki dogma insandanda sene yaxi olur inaninki esl dost var yeqin sizin qarsiniza cixmayib INSALLAH esl dostla qarsilasasz ve o zaman dediklerimi tesdiqleyeceksiz
10 fevral 2015 22:17
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
GÜLÇİN
İndi dost var,amma əsl dost yoxdur!Dost dediklərimizi dar gündə sınamaq lazımdır.Xoş günümdə neyimə lazım dost,dost dediyin pis günündə yanında olmalıdır.İndi hamı özünü düşünür,insanın ən yaxın dostu onun ailəsidir,vəssalam!Kənardan kimsədən xeyir gəlməz!!!Mən buna şahid oldum və anladım.
12 dekabr 2014 19:21
Offline
Asi
PEMBE DEFTER,
Serhe gore cox sagol canim.
23 sentyabr 2014 19:11
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Xalidə Həsənzadə
COX GOZEL XEBERDIR...ELLERINIZE SAGLIG..
14 sentyabr 2014 17:51
Offline
Asi
¤ Leman¤,
Melek,
Ask Denizi:),
cox sagolun give_ros
23 iyul 2014 15:24
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Deniz N-va
Asi meleyim menim xeberinde yer almaq serefdir menim ucun
22 iyul 2014 22:19
Offline
Melek
Canim bacim menim xeberinde menede yer ayirdigin ucun cox sag ol, cox maraqli xeberdir give_ros

Ruhəngiz,
Cox sag olun gozel xalam ALLAH razi olsun, ALLAH sizide ailenizle ovladlaninizla xowbext etsin InwaAllah..o hormeti siz ozunuz qasanmisiniz xalam menim air_kiss
14 iyul 2014 23:14
Offline
_Mavi Gözlüm_
Xebere gore cox sagol Asi canim xeberin davamli olsun
6 iyul 2014 14:15
Offline
Asi
PƏRVANƏ ƏLİYEVA......,
Ruhəngiz,
♥♥♥ Elena♥♥♥,
Tesekkurler give_ros
2 iyul 2014 13:17
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
♥♥♥ Elena♥♥♥
Canim movzu super yazilar super girl_ang davamli olsun give_ros menede yer verdiyin uun sonsuz tewekkurler air_kiss
29 iyun 2014 19:26
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
Ruhəngiz
Maraqlı xəbərdir.Təşəkkürlər,Asi.
Bu mövzuda çox yazmaq olar.Mən də çətin anlarımda dostlarımı daha yaxından tanıdım.Bir kəlimə ilə demək istəyirəm ki,Allah hər kəsin ürəyincə versin Amin ya ALLAHIM,
Mələk canım mənim,dəyərin,hörmətin üçün sənə sonsuz minnətdaram. give_ros ALLAH səni xoşbəxt eləsin Amin.
27 iyun 2014 14:59
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Xəbərin cox maraqlı alınıb.qızlarin dost haqqinfa olan fikirlərini oxudum.hər kəsin fikrinə boyuk hormətim var.xəbərin davamlı olsun canim.
26 iyun 2014 23:44
Offline
Asi
Dəniz84,
AYSUN MEMMEDOVA,
♥Tutu♥,
ESNA,
Q,
Shefeq N.,
♥♥♥ SƐ√ƓĪĿĪSĪ�?Ī�? Ɠ♥ZƐĿĪ ♥♥♥,
Nely,
Xəyalə Murad,
xatire hebibova,
Gülbəniz,
Yasemen,
Gulum,

Cox sagolun give_ros
26 iyun 2014 21:50
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Gulum
Asıcım xeberin cıxıb hem də maraqlı alınıb Xəbərdə iştirak edən qızlarında fikirleri maraqlədə her birinə hörmətlə yanaşıram Allah hec kimi dostla sınağa cekmesin
26 iyun 2014 21:03
Offline
Yasemen
Tebrik edirem baci xeberin cixib ve ela alinib...Davamli olsun girl_ang
25 iyun 2014 23:40
Offline
Gülbəniz
Maraqli xeberdir ugurlu ve davamli olsun
25 iyun 2014 23:03
Offline
xatire hebibova
Xeberin cox gozeldir canim amma menim vaxtim yox ki yazmaqa xeyirli olsun insallah
25 iyun 2014 22:45
Online
Xəyalə Murad
Çox maraqlı xəbər alınıb Asi xanım. Davamlı olsun. Dostlarına dəyər verən Qadın.Netliləri tanımaq xoş oldu.
25 iyun 2014 21:51
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
SON
Princessam dostun kimdiki? Asi xeber supersi inwallah ikincide olacam mende
25 iyun 2014 21:46
Offline
Narin...
AAAAAAAAA sHERHIM HARA GETDI??

Bu dey burdadı crazy saytda problem var yəqin səhifəni F5-in köməyiylə yenilə görəcəksən şərhiniair_kiss
Cox gozel xeberdi ,menimde bir gozel ,goycek dostum var taaaa orta mekteb illerinden dostluq edirik 14 ildirki refiqeyik,oda ailelidi mende ,o rayonda olur ,mense Bakida amma uzaqda olsaq mesafeler bizi ayirmir skaypnan tez tez danishiriq men rayona gedende gorusuruk bele bu qeder.....
"DENIZ DERINDIR DURULMAZ.DOSTLUQ EBEDIDIR UNUDULMAZ...."
25 iyun 2014 21:34
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış