İnsan yaşa dolduqca, qocaldıqca, yaxud da həyatın çətinliklərini gördükcə bu həyatın vəfasızlığına, bu həyatın fani olmasına daha çox əmin olur. Mən hərdən düşünürəm ki, bu həyat qatarda yolçuluğa bənzəyir, sürətlə gedən bir qatarda olan yolçuluğa... Bu qatar bəzən dayanır - artıq düşmək zamanı çatanların dayanacağında... Kimisi düşür, kimisi də yeni sərnişin olur bu qatara... Beləcə, gedir, gedir bu qatar.
Gediləcək bir yolun varsa, sona bıraxma...Bir sözün varsa, heç susma...
Görməyin lazımdırsa birini, get yanına... Oxşaman gərəkən bir ürək, bir saç varsa, əsirgəmə əlini... Həyat çox zalımdır. Elə bir an gələr ki, əlini, gözünü, yolunu, ürəyini alar səndən... O zaman istəsən də toxuna, görə, gedə, söyləyə bilməzsən! Həyat çox qısadır və sən bu qısa yolda tələs... Sənə ehtiyacı olanlara tələs! Sənin bir gəlişini səbirsizliklə gözləyənlərə tələs! Nə olar, tələs, zaman gedir. Deyirlər ki, zaman ən ədalətli hakimdir, ən yaxsı həkimdir və bir də deyirlər ki, o, həyatda insana cox seyi unutdurur. Düzdür, coxlari axırıncı fikirlə razılasmayaraq bunu insanların öz unutqanlıqlarına bəraət qazandırmaq üçün özlərinə verdikləri təsəlliyə bənzədirlər. Mən isə belə duşunurəm ki, zaman sadəcə insanın ətrafa olan baxıslarini dəyişir. Yəni bir neçə il əvvəl hər hansı hadisəyə olan reaksiya sonradan insanda əvvəlki hissləri oyatmır.
Zaman ağrıkəsici dərman kimidir, ağrını azalda bilir, amma səbəbini müalicə edə bilmir. Deməli, heç nəyi unutdura bilmir. Sadəcə alışdıır... Acıları çəkməyə alışdırır... Əslində hər şeyin zamana ehtiyacı var, zamanın isə bizə... Hərdən "Kaş ki, bəzi hadisələri unutmaq olsaydı" deyəcəkdim, amma unutmasaq yaxşıdır deyirəm. Çünkü həyatımızdakı hadisələri unutmamaq bizə çox vaxt doğru seçim etməkdə kömək edən başlica amillərdən biridir.
Elə isə əziz oxucu, sən tələs. Bu tələsən zaman qatarında sən tələs... Yol qısa, zaman azdır... Bu həyatda sən küsdürdüklərinlə hallalığa tələs. Səni küsdürənlərin isə vicdanlarını öz yaxşı halınla tərbiyələndir, sən get onunla barışmağa, yaxud da qoy səndən üzr istəsinlər. Çünkü zaman qısadır. Bilmirik, bəlkə bizim də yolçuluğumuzun son vaxtlarıdır. Dayanacağa çatmaq üzrəyik... Tələs... İnsanlara gülümsəməyə tələs... Küskün könülləri barışdırmağa tələs... Tələs, çünki zaman səndən də çox tələsir.
Xuraman Nuru
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ebru Şallının yoldaşı məhkəməlik oldu-SƏBƏB
"Fəzailət xanım və qızları" məhkəməlik oldu-FOTO
Çürüyən uşaqlar Bakıya gətirildi
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA
Futbolda yeni qayda
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Sərnişinlər Gəncəyə ikimərtəbəli qatarlarda gedəcəklər
Zeytun yarpağının çayı ilə arıqlayın
Hindistanda güclü zəlzələ
Ağ çayın faydaları
Bu gün 2019-cu ilin ilk iş gündür!
Bərbərxana və gözəllik salonları bu gündən açılır
Kosmosda 344 gün qalmış Kell evləndi-FOTO
40 min illik soxulcanlar dirildilər-FOTO
Bakıya duman gələcək
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
Bijüteriya asqıları
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Yeni il ağacı şirniyyatı (foto-resept)
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Fitness testi
Paint tutorial
Ledi Qaqa Maurisio Quççinin qatili olacaq
Arıqladan kokteyllər - RESEPTLƏR
İsa peyğəmbər haqqında daha bir şok iddia
Di Kaprio və Bred Pitt “Oskar” uğrunda rəqabət aparacaq?
"Jara Music Awards" keçirildi - FOTO
Qarğıdalı unlu, kişmişli keks (foto resept)
Azam Ali – Ov
Dünyanın ən yaxşı 10 yeni il yarmarkası - FOTO
Körpələrdə sağ və sol beyin çalışdırması(DVD)
İşıqlı gecələr və zülmət gündüzlər şəhəri
Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Əmrah Çəlikəl: ""Qarabağ" üçün yenə transfer olmalıdır"
İşləyən analar günahkarlıq hissindən necə xilas ola bilər?
Yay hamilələrinə tövsiyələr
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Göbələkli toyuq filesi (foto resept)
Repçilər Şekspiri geridə qoydu
200 manatlıq "gözəllik" sizi eybəcər edə bilər
Eynşteynə aid olduğu bilinməyən 4 ixtira
Əfsanəvi keşiş büllur tabuta qoyuldu
"Yeşilçam"ın məşhur aktyoru öldü
İncə tac nümunələri
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Ölkədə işləyən əcnəbilərin sayı artdı
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Kəsmikli-limonlu peçenye (foto resept)
- ŞƏRHLƏR