Qədim Misirdə qara və dişi pişiklər Tanrı tərəfindən göndərilmiş hesab edilirdi...
Pişik müqəddəsdir? Pişiklər insan həyatına təxminən 9000 il öncə girib. Hər halda, araşdırmaçılar belə hesab edir. Kiprin cənubunda bir məzarda insan sümüklərinin yanında bir pişiyin qalıqları tapıldıqdan sonra bu qənaətə gəlindi. Məzarın yaşının 9000 olduğunu hesab edən araşdırmaçılar pişiyin də elə o zamanlar insan həyatına girdiyini düşünürlər.Qədim Misirdə pişiklər müqəddəs bir canlı hesab edilirdi. Misirlilərə görə, qara pişiklər hətta Tanrı tərəfindən göndərilmiş hesab olunurdu. Pişiklərin qorunması, ölümlərinin azalması, xəstəliyə yoluxmamaları üçün bəzi qanunlar da qəbul edilmişdi. Qədim Misirdə pişik tanrıçası belə vardı. Bastet adlanan bu tanrıçanın heykəli - murtisi hər bir evdə önəmli yer tuturdu.Misirlilərin inanclarına görə, Bastet pis ruhları qovur, məhsuldarlıq, sevinc və sevgini təmsil edirdi. Misir qanunlarına görə, pişik öldürənin cəzası edam idi. Pişiyi ölən ailə yas tutur, yasda olduğunu bildirmək üçün bütün ailə qaşlarını qırxırdı və ölən pişiklər ev sahbinin varlı, ya kasıb olmalasına baxmayaraq, mumiyalanar, ən bahalı ipəklərə bürünər, ən bahalı daş-qaşlarla birlikdə dəfn edilərdi…Misirlilərə sirli görünən ən önəmli şey də pişiyin yüksəklikdən atılarkən yerə həmişə ayaqları üzərində düşməsi idi. Pişiyin doqquz canı olması barədə bir deyim var, eşitməmiş olmazsınız, həmin bu deyim də misirlilərdən qalıb. Farslar və misirlilər arasındakı döyüşdə farslar misirlilərin pişikləri müqəddəs qəbul etdiklərini bildikləri üçün onları canlı qalxan olaraq istifadə ediblər.
Pişiklərə nifrətin başlanğıcı və ya “mədəni” Avropanın vəhşiliyi
Misirlilərin müqəddəs saydıqları bu kiçik heyvanlar xristian aləmində uğusuz hesab edildi. Xristianlıqdan öncə pişiklərlə bağlı mövcud olmuş bütün simvollar məhv edildi. Pişikləri “hiyləgər”, “nankor”, “inadkar” kimi tanıtdılar. Avropada da qara pişik uğursuz hesab edilirdi. Orta əsr Avropasında pişiyin şeytan olduğu və gündüz pişik, gecə qaranlıqda isə şeytan olması barədə söyləntilər var idi.Xristianlığın yeni yarandığı dövrlərdə pişik saxlayanlar olduqca az idi, barmaqla sayılacaq qədər az. Bunlar da tək, kimsəsiz və qoca qadınlar idi. Qara pişiklərdən qorxmağın səbəbləri kimi də onların uğursuz olduqlarına olan inanc idi. Xüsusən də cadugər qarıların evində qara pişiklər bəsləməsi cox narahatlıqla qarşılanırdı.Hətta xalq arasında belə bir deyim də gəzirdi ki, qara pişiklər gecələr şeytana çevrilərək cadugərə cadu etmək üçün ilham verir. Bu şayiə o qədər söyləndi ki, doğruluğuna inanıldı. Pişik bəsləyən xeyli qoca qadın pişiyi ilə birlikdə öldürüldü və ya diri-diri yandırıldı. Kral XIII Luis bunu qadağan edənədək hər il minlərlə pişik və sahibi yandırıldı.İslamda pişik anlayışıMüsəlman inanclarına görə, pişik öldürməyin günahı çoxdur və pişik öldürən günahını yumaq üçün yeddi məscid inşa etdirsə də, bağışlanılmaz. Deyilənlərə görə, müsəlmanların pişiyə xüsusi qayğı ilə yanaşmalarının bir səbəbi də Məhəmməd Peyğəmbərin (s) bu heyvanı sevməsi olub.Hətta belə bir rəvayət də var: “Dincini almaq üçün oturan Peyğəmbərin qucağına bir pişik dırmanır. Çuxasını çəkişdirir və üstündə yatır. Peyğəmbər tələsirmiş və heyvanın yatdığını görəndə onu oyatmağa qıymır, çuxasının bir tərəfini, üstündə pişik yatan hissəni kəsir və pişiyi tumarlayır”. Elə o vaxtdan da pişiklər İslam inancında qutsal hesab edilir.
Qara pişiyin “hünəri”
Yaxın qohumlardan birinin evində qara bir pişik vardı. Olduqca ağıllı və sakit bir heyvan idi. 3 dənə balaca qaraca balası da vardı. Evin böyüyünün bel ağrısından şikayəti vardı. Tez-tez beli tutular, yeriməyə belə çətinlik çəkərdi. Uzaq qohumlardan olan yaşlı bir nənə həmin adama qara pişiklə təmasda olmağı, tumarlamağı tapşırdı. Nə vaxt ki beli ağrıdı, pişik bunu hiss edirdi, ev sahibinin belinə dırmanırdı. Ağrıyan nöqtəni tapıb üstündə otururdu. Cox maraqlıdır ki, bir neçə dəqiqədən sonra ağrı sakitləşirdi və pişik sakitcə qalxıb yerə enirdi.indiki kimi yadımdadır, mən balaca olanda nənəm bir yerə getmək üçün evdən çıxanda geri dönüb bir az gözləyər, sonra yenidən çıxardı, ya da həmin gün səfərini təxirə salardı. Belə hadisə dəfələrlə olmuşdu. Səbəbini soranda da “uğuruma qara pişik çıxdı” deyərdi. Maraqlıdır ki, digər nənəmin həyət-bacası həmişə pişiklərlə dolu olardı, çoxusu da qara pişik, amma heç vaxt bədbəxt bir hadisə olmazdı...
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Meyvə-tərəvəzləri belə görmüşdünüzmü?
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
"iPone-7" üçün 23 gün küçədə yaşadı
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Artıq çəkidən xilas olaq
Fıstıqlı peçenye (foto resept)
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Məşhur futbolçu ebolaya yoluxub?
BQXK nümayəndələri Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıya baş çəkiblər
XXI əsrdə bizi qul edən nədir?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Peugeot 3008 cipə bənzəyəcək
Ruslar Azərbaycan narından məhrum oldular
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Toshiba televizorlarının istehsalı dayandırılır
Bu saç modellərindən uzaq dayanın
Burrito (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycana 4G şəbəkəsi gəldi!
Ukrayna 10 rus desantını geri qaytardı
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq
Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı
Xoşbəxt olmaq istəyiriksə...
Hadisə sahib olduğu hər şeyi satır
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşaqlarınızı isti havalardan qoruyun!
Dağda ruhlarla danışdılar
Mila Yavoviç üçüncü dəfə ana oldu-FOTO
Müğənni Kris Kelmi vəfat edib
Evdə uşaqlarla oynaya biləcəyiniz 2 oyun
Qalın bilərziklər
Zəvvarların növbəti qrupu yola düşdü
Qanaxmanı 10 saniyədə dayandıran üsul
Ən çox kim yaşayır?
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
Qadınlara yaraşan kişi geyimləri
Fırtına 40 metrlik 2 minarəni aşırdı
Ləziz salat (foto resept)
Ürküdücü yerlər-2
3 il əvvəl boşanan məşhur cütlük yenidən evlənir-FOTO
Yığmamızın kapitanı karyerasını başa vurdu
Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”
Putinin 62 yaşı olur
Gigi Hadid ana olacaq-FOTO
BMW-dən eksklüziv velosiped
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
3D Yataq dəstləri(2)
Günün ulduz falı - 26.08.2013
Frutti Di Mare Pizza (foto-resept)
- ŞƏRHLƏR