Ağlı-qaralı dünya
Uşaq ikən oynayardıq bağçada,
Aclıq nədir, hətta salmazdıq yada.
Unuduldu o xoş günlər, qaldı arxada,
Ah, o dərdsiz, o qəm-sərsiz günlərim,
Həm asudə, həm kədərsiz günlərim.
Bayram olcaq dağ başına çıxardıq,
Fərəh ilə kəndimizə baxardıq.
Şafqamıza gül-çiçəyi taxardıq,
Sonra dağdan "hellən-qara" qoyardıq,
Söylə, məgər biz heç ondan doyardıq?
Çantamızda halva-quymaq olardı,
Axşam isə yemlik ilə dolardı.
Yoldaşlardan, bir söylə, kim qalardı?
Səhər gedib axşam evə dönərdik,
Günəş ilə birgə yanıb-sönərdik.
Axşam olcaq, naxırları izlərdik,
Kol dalında heyvanları gözlərdik.
Xoduqları minib, sonra bizlərdik,
Sahibləri bizi qovub söyərdi,
Kimi tutsa, kötəkləyib döyərdi.
Son çərşənbə, qızlar yığışıb dama,
Duzlu kömbə hazırlardı axşama.
Yuxusunda su verdiyi oğlana,
Sevdiyi qız həsrət ilə baxardı,
Yağış kəsib, sonra qurşaq doğanda,
Çömçə, qaşıq tapılmazdı tavanda.
Çömçələri "qodu" deyə hər yanda
Hey uşaqlar qodu-qodu deyərdi.
Bəxşiş alıb sonra da baş əyərdi.
Yay gəldikdə, el yaylağa köçərdi,
Nənələrmiz hey ölçərdi, biçərdi.
Dağ döşündə münasib yer seçərdi,
Səhər tezdən durub ocaq qalardı,
Acı tüstü dəyəmizə dolardı.
Çox sevərdik baldırğanı, yemliyi,
Doldurardıq şapkaları, önlüyü.
Cırılanda şapkamızın günlüyü
Nənələrmiz ipə-sapa yatardı,
Hər ilməni laylasına qatardı.
Dağ döşündə qoyun, quzu gəzərdi,
Cərgələnib yamacları bəzərdi.
Çoban baxıb oğrun-oğrun süzərdi
Eşidəydim yenə çoban tütəyi,
Arı olub doldurardım pətəyi.
Hərdən yağış, çiskin-boran olardı,
Hamı qaçıb dəyələrə dolardı.
Nənələrmiz yorğan-döşək salardı,
Yorğan altda qulağmızı tutardıq,
Səsdən-küydən qorxub sakit yatardıq.
Ana
Həsrət qaldım, ana, gülər üzünə,
Dürlü-dürlü söhbətinə, sözünə.
Qurban olum sənin ayaq izinə,
Nazarlaram deyə, niyə qıymadım?
Bir doyunca sənə baxıb doymadım.
Azarlasam, başım üstün alardı,
Bulud kimi boşalardı, dolardı.
Ağlayardı, hətta saçın yolardı,
Qonşularmız hey təsəlli verərdi,
Kiçik bacım hörüyünü hörərdi.
Ayağıma hərdən tikan batanda,
Çıxarardı mən yuxayıb yatanda.
Çox sevindi məktəb yaşım çatanda
Dedi, oğlum böyük alim olacaq,
Kimsəsizə kölgəsini salacaq.
Bilirsənmi oğlun necə gündədi?
Taleyimiz qanmazlar əlindədi.
Bilən yoxdur, gecə nədi, gün nədi,
Nə biləydim dövran belə olacaq
Günahsız bəndədən qisas alacaq?
Nə deyim dövranın haqq-hesabına,
Dözdüm cəfasına, hər əzabına.
Çörək qoydum çoxlarının qabına
Heç birisi gəlib salam vermədi,
Xəstə düşdüm, əhvalımı sormadı.
Ömür getdi, yarpaqlarım saraldı,
Hicran çəkdim, gen yollarım daraldı.
Göz tozlandı, dünya niyə qaraldı?
Nə olaydı bu zülmətdən çıxaydım
İşıqlı dünyaya açıq baxaydım.
Aman Allah, günlər niyə pis oldu?
Xoş havamız tüstü oldu, his oldu.
Hamı bizə həm yağı, iblis oldu,
Yadlar bizi ayaq altda aldılar,
Təpikləyib cəhalətə saldılar.
Həyatımız, suda üzən samandı,
Arxasızlıq ölümdən də yamandı.
Kimə deyim kömək eylə, amandı?
Nəyimiz var taladılar, aldılar,
Yaxşı idik, yaman günə saldılar...
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 3 MAY
Timatinin oğlu İLK DƏFƏ - FOTO
Avtoşların işi çətinləşir: yeni cəzalar
Tito Vilanova "Barselona"ya qayıdacaq
Şamla şəkil çəkmə üsulu
İlham Əliyev: "Hər iki tərəfdən günahsız insanlar ölür"
Paxla salatı (foto-resept)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
Təmizlik əvəzinə...
Hər şeyin çoxu ziyandır
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Qar və buz festivalı
2019 Bahar Trendləri
Azərbaycanda pulsuz internet olacaq?
Yeni il tortları
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Bayramda neçə gün iş olmayacaq?
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - FOTO
Qısa Saç Modelləri 2012ci il Trendi
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Hər qadının qarderobunda olmalı ayaqqabılar
Sibel Can pəhrizi ile 2 aya 10 kilo
Qara sarımsağın inanılmaz faydaları
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Kənan yeni ev axtarışındadır - FOTO
Notr-Dam kilsəsinin sirli tarixi
Günün ulduz falı
Fərdi kompüter satışları azalır
Ağsu aşırımında təhlükə
Kəmərlə cazibədar görünə bilərsiniz
Bu günün tarixi (07.09.2015)
Şahzadə tənqid olundu-SƏBƏB
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Xəyallarını de, düşüncələrini göstərim
Sarımsaq deyib qaçmayın
İlham Əliyev: “Paşinyan bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı”
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
Doğulmamış körpəni əməliyyat etdilər-QEYRİ-ADİ ƏMƏLİYYAT-FOTO
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir
Könüllü müraciət edənlərin sayı 8500-ə çatdı
Evdə yetişdirmək üçün şəfalı bitkilər
Peşman olmayan insanların xüsusiyyətləri
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 3 Dekabr
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
Prezidentdən əfv sərəncamı
Bu ərazilərdə qaz olmayacaq
Asan salat (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
- ŞƏRHLƏR