Bakıda hava
USD AZN
EUR AZN

Neslihan Atagül

Neslihan Atagül
Neslihan Atagül 20 Avqust 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası rus, atası çərkəz mənşəlidir. Hələ 8 yaşındaykən aktrisa olmağı istəyirdi. 13 yaşında Sevinc Erberkin sahibi olduğu Erberk Ajansın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydini etdirmişdir. Bir ay sonra da bir reklam çarxında oynamışdır.
Yeditepe Universitetində teatr bölümündə oxuyur.
2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atdı.
2006-cı ildə ilk uzun metrajlı filmi "İlk eşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynadı. Bu filmdəki rolu ilə Qızıl Koza Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını aldı.
Neslihan Atagül
18 Noyabr 2011-ci ildə atv-də yayımlanan, Mahsun Kırmızıgülün senaristliğini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adı serialda Neslihan Atagül, Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla oynamışdır.
2012-ci ildə Yeşim Ustaoğlunun yazıb idarə etdiyi, baş rollarında Neslihan Atagül, Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi və avtobusların uğradığı bir fasilə yerində çalışan iki gəncin əhvalatını izah edən "Əraf" filmində, gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini gözlə bir şəkildə göstərdi.
Neslihan Atagül
Neslihan Atagül 2013-ci ildə Peyami Safanın eyni adlı romanından uyğunlaşdırılan baş rolları Kadir Doğulu, Yunus Emre Yildirimer ilə paylaşdığı televiziya serialında rol aldı.
Mükafatları:
2013 - 45-ci Kino Yazarları Dərnəyi Mükafatları,  "Ən yaxşı aktrisa mükafatı" ("Əraf")
2012 - 25-ci Tokyo Beynəlxalq Film Festivalı, "Ən yaxşı aktrisa mükafatı" ("Əraf")
2012 - Qızıl Koza Film Festivalı, "Ümüd verən gənc aktrisa mükafatı" ("Əraf")
2012 - Moskva Sabah Film Festivalı "İndinin və gələcəyin ən yaxşı aktrisası mükafatı" ("Əraf")
2007 - Qızıl Koza Film Festivalı, "Ümüd verən gənc aktrisa mükafatı" ("İlk eşk")
Filmləri:
2013 - "Fatih-Hərbiyyə"
2011-2012 - "Həyat davam edir"
2012 - "Əraf"
2011 - "Qəlbim səni seçdi"
2011 - "Canım atam"
2006 - "İlk eşk"
2006-2010 - "Yarpaq tökümü"
Səslərin sayı: 7
38
8108
loading...
Şərhlər
Offline
Aysel İ.
Gozel xanimdir, beyenirem, tewekkurler.
24 fevral 2015 08:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Mələksima
Gözəl qızdı maşallah olsun.Yapraq tökümündə gedirdi.
10 fevral 2015 23:07
Offline
S.S.E.
yaprak dokumunden taniyiram
5 fevral 2015 11:23
Offline
Xanim_Xatun
Anası rus imiş Heç bilmirdim.

Əksəriyyət aktrisalar təmiz türklrə deyilər.

Anası rus imiş Heç bilmirdim.

Əksəriyyət aktrisalar təmiz türklrə deyilər.
27 yanvar 2015 09:58
Offline
Pərvanə
Anası rus imiş wassat Heç bilmirdim.
11 yanvar 2015 02:44
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
H.M
Gozel xanimdir, cox beyenirem, tewekkurler.
3 yanvar 2015 02:04
Offline
Xanim_Xatun
Bəzən çox soyuq aparsada gözəl xanımdı..Maraqla kinolarını izləyirəm
29 noyabr 2014 18:48
Offline
Davetsiz Misafir
AY MASALLAH
24 avqust 2014 12:00
Offline
°ღ Zayka •.°ღ
Bu xanimi ilk defe Yaprak dokumu serialinda gormusdum smile
12 avqust 2014 12:00
Offline
Shokolad Tvix(Evli)
Sonuncu defe Ozcan denizle hansisa serialda cekilemyini eshidmishdim
17 iyul 2014 10:37
Offline
LaleQurbanova
Çox beyenirem bu aktrisani
17 iyul 2014 02:03
Offline
°ღ Zayka •.°ღ
Beyenirem ele burda yaza yaza kinoya FATIH HARBIYE kinoya baxiram
15 iyul 2014 19:17
Offline
Zumrud Nurullayeva
Mende beyenirem,Fatihde izleyirem,ugurlari bir yana bu menden 5yaw kicik imiw dash men bundan usaq gorunurem crazy tewekkuler xeber ucun give_ros
15 iyul 2014 18:57
Offline
♥NiLuFeR♥
♥Gizem♥, give_ros
Gülçin Rüstəmova, give_ros
15 iyul 2014 17:16
Offline
Gülçin Rüstəmova
Aaaa bu qiz o qederde gozel qiz olmasada gozel aktrisadi
11 iyul 2014 14:50
Offline
♥Gizem♥
Neslihan Atagül sevdiyim aktrisadır.Bəyənirəm.Yaprak Dökümü,Hayat Devam Ediyor və hal-hazırda isə son izlədiyim serialı isə Fayih Harbiye-dir.Məlumat üçün təşəkkürlər.
7 iyul 2014 21:17
Offline
♥NiLuFeR♥
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm give_ros
30 iyun 2014 21:42
Offline
Bellizza
Men de FATIH HARBIYE izleyicisiyem cox beyenirem winked
27 iyun 2014 23:24
Offline
Qedirova Mətanət
Xosum gelir ona Fatih Harbiyede baxiram
26 iyun 2014 20:17
Offline
xatire hebibova
Qeseg xanimdir xebere gore tesekkuller
26 iyun 2014 13:21
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!