İnsan beyni ilə əlaqədar araşdırmalar bizə hər keçən il müxtəlif yeni məlumatlar verir. Beyin hələ də tam araşdırılmamış müəmmadır. Bu məqaləmdə Mümin Sekmanın "Her şey beyinde başlar" adlı kitabında olan 3-lü beyin nəzəriyyəsini və onunla əlqədar bəzi məlumatları sizinlə bölüşəcəm.
İnsan beyni ilə əlaqədar ən məşhur qruplaşdırma, 1960-cı ildə amerikalı psixoloq və nevropatoloq Dr. Paul Mcleana aiddir. Belə ki, o ortaya maraqlı fikir qoyaraq, beynin qatlardan ibarət olduğunu söyləmişdir. Bununla ortaya insan yaranandan bu yana inkişaf edərək gələn 3 qat olduğunu müəyyənləşdirilmişdir. Bunlar aşağıdakı kimidir:
Alt Beyin → R - Kompleks → Sürüngən Beyin
Orta beyin → Limbik sistem → Hissi beyin
Üst beyin → Neo – Korteks → Düşünən beyin (Məntiqli beyin)
Bu üç beyin qatının bir-biri ilə əlaqəsinin yaxşı araşdırılması bizə bir çox insan davranışlarının öyrənilməsində yardımcı olacaqdır. Üçlü beyin nəzəriyyəsinin köməkliyi ilə biz rasional və irrasional insan davranışlarının səbəbini daha yaxşı başa düşə bilərik. İnsanın daxili və xarici dünyası eyni zamanda intuisiyaları və məntiqi ilə olan toqquşmaları məhz beyində, daha konkret desək, bu üç beyin qatının bir-biri ilə olan münasibətindən doğur. Mcleanın üçlü beyin nəzəriyyəsi sadəcə beynin öyrənilməsində bizə köməkçi vasitədir. Bioloji olaraq beynin sərhədləri hələ də tam müəyyənləşdirilməmişdir. İndi isə daha ətraflı.
R –Kompleks: Bu beyin qatı kərtənkələ, tısbağa və ilan kimi sürünənlərdə çox yüksək dərəcədə inkişaf etmişdir. İnsanda da var, amma əsas fərq insanda bu beyin qatının çox kiçik, amma sürünənlərdə isə beyinlərinin bütününü əmələ gətirməsidir. Bu beyin qatının əsas iki məqsədi var: Həyatda qal və çoxal. İnsanlarda da olur ki, bu beyin qatı daha çox inkişaf edir. O insanların davranışları kobud və yöndəmsiz olur. Recep İvedik buna yaxşı nümunədir. J. Dr. Mcleana görə R-Kompleksin xarakteristik xüsusiyyətləri aşağıdakı kimidir:
Sürüngən beyin düşünməz. Avtomatik və intuisiyaya əsaslanaraq hərəkət edər.
R-Kompleksin hərəkətləri müəyyən qaydalara dayanır və təkrarlanandır.
Dəyişikliklərə qarşı çox qapalı və fərqlilik sevmir.
Ətrafınıza diqqətlə baxsaq və insan davranışlarında R-Kompleksin izlərini axtarsaq bunları görərik: Müxtəlif sosial qruplarda insanların liderlik bacarıqları. Çünki R-Kompleks tez təsirlənir və liderlər liderliklərini məhz bu beyin qatına təsir göstərməklə əldə edirlər. Həyatda qalmağın nəticəsidir əslində. Canlılar aləmində də populyasiyalarda liderlik qazananlar var ki, R-Kompleksin nəticələridir.
Tarixdə R-Kompleks: Hitler, Mussolini və Stalin lider və şəxsiyyət kimi R-Kompleksləri üstün olan insalar olmuşlar. R-kompleks nə idi? Həyatda qalmaq və çoxalmaq. Əgər sizə kimsə haqsızlıq edirsə, sizi incidirsə və siz onları ciddi təhlükə hesab edirsinizsə, yuxarıda olan və onlara bənzəyən digər insanlara rahatlıqla inanacaqsınız. Max Horkheimer – "Ağıl tutulması", Eric Hoffer – "Şübhəsiz inananlar" və Eric Fromm – "Azadlıqdan qaçış" adlı kitablarında bunu araşdırmağa çalışmışlar. Yuxarıdakı insanlar tərəfdar qazanmaq üçün, kütlənin R-Kompleksinə müraciət etmişlər. Yəni kütlələr bu liderlərdə nə tapırdı? Əsas olan onların “eynilik psixologiyasından ” istifadə etmələridir. Öz həyatlarında məğlub, əzilmiş, kompleksli insanlar bu cür gücü və avtoriteti təmsil edən liderlər vasitəsiylə müdirlərindən, yuxarı təbəqədən qisas alırdılar. Bu liderlərin ən böyük sirri özlərini qisasçılar olaraq qələmə vermələri olmuşdur. Mesajları isə əslində belə olmuşdur: Mən də sənin kimi birisiyəm amma sənin olmadığın bir yerdəyəm, mənə güc ver, nifrət etdiyin hər kəsin dərsini verim!
Unutmayın: R-Kompleksin insan üzərində hökmranlığı heç də yaxşı nəticələrə gətirib çıxarmır (müharibələr). Biz düşüncəmizi dərinləşdirib, özümüzə güvəndikcə R-Kompleksi müəyyən qədər idarə edə bilərik.
Limbik sistem: Hisslərdən məsuliyyət daşıyır. Ona görə də hissi beyin adı da verilir. R-Kompleksi əhatəyə alımış vəziyyətdə olub beynimizin 20%-ni əmələ gətirir. Limbik sistem yaddaş üzərində çox böyük təsir gücünə malikdir. Şiddətli sevinc və kədəri seçir və yaddaşımıza yazır. Ona görədir ki, uşaqlıqda aldığımız müxtəlif psixolojik travmalar yaddaşımızda həmişəlik qalır. Sanki dünən olmuş kimi. Qəbul imtahanında keçirdiyim peşmançılıq və digər müxətlif qarmaşıq hissləri indiyə kimi xatırlayıram. Sağ olsun Limbik sistem. Hissi beyin qadınlarda kişilərə nisbətən daha çox inkişaf etmişdir. Ana şəfqəti, sevgisi, başqa insanların problemlərini başa düşmək, empatiya, qısqanclıq, paxıllıq və sevdiklərimizə elədiyimiz fədakarlıqlar məhz bu hissədə yaranır və inkişaf edir. Məməlilərin sürünənlərə nisbətən balalarını daha çox sevməsi və qayğı göstərməsi, onlarda limbik sistemin sürünənlərə nisbətən daha çox inkişaf etdiyinin nəticəsidir. Limbik sistem olmasaydı, insan davranışları dəniz tısbağalarından fərqlənməzdi. BBC-nin dəniz tısbağaları haqqında hazırladığı sənədli filmlərdə tısbağaların yumurtalarını quma qoyaraq necə çıxıb getdiyini görürük. Artıq onları balalarını aqibəti maraqlandırmır. Çünki onlarda limbik sistem inkişaf etməmişdir. Tısbağa balalarının çoxunu ciddi təhlükələr gözləyir. Onların əsas məqsədi dənizə çatmaqdır amma bəziləri yırtıcılara yem olur.
Neo-Korteks (Düşünən beyin): Zaman içində ortaya çıxan, məntiqimizin, mədəniyyətimizin, ağlımızın mərkəzidir. Korteksin hərfi mənası “qabıq”-dır. Beynimizin 70%-ni əhatə edir. Bu bizim ağıllı olduğumuzu deyil, ağıllı ola bilmə potensialını göstərir. Yəni bizim hər birimizdə potensial olaraq yüzlərlə kitab oxumaq, bir neçə xarici dil öyrənmək, piyano və qitarda ifa etmək və hətta ən çətin riyazi məsələləri həll etmək bacarığı var. Bizi digər canlılardan üstün elən bütün xüsusiyyətlər məhz korteksdə toplanmışdır. Korteks digər canlılarda da var, amma bizdəki qədər inkişaf etməmişdir. Korteksin köməkliyi ilə biz qərar verir, plan hazırlayır, xəyal qurur, seçim edirik. Neo-Korteksin ən xoşuma gələn xüsusiyyəti isə, insan oğlunun qənaətetmə bacarığının məhz burada yerləşməsidir.
İbrahim
XƏBƏR LENTİ
Azərbaycanda qar yağır
AFFA "Binə" klubunu qismən bağışladı
Putin NATO-nu şoka saldı
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Təbii qidalanmağın gözəlliyə təsiri
Günəşdə qəfil qasırğa
Ringelman effekti
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Günün qoroskopu: Tələsin!
Çiyələkli dondurma (foto-resept)
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Türkiyəyə qar yağdı
ABŞ "İŞİD"ə müharibə elan etdi
Yeni ildə bir həftə iş olmayacaq
Yumurta qabığı - evdə köməkçiniz
İştahı kəsən qidalar
Möhtəşəm səhər yeməyi (foto resept)
Qızıl bahalaşdı
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Günün ulduz falı
Hamiləliyin əlamətləri
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Mənim əl işlərim
Hellouində yadda qalan kostyumlar
Qorxulu buludlar
Tağı Əhmədova yeni vəzifə verildi
Qəlbim qırıldı...
İslam dünyası ayağa qalxacaq
Apple bazarı "işğal" edib
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Ronaldo Evləndi-FOTO
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Nyu-York rəngləndi
Lavaş arası toyuq (foto resept)
Qat-qat xəmirdən pirojki (foto resept)
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Hindli xanımların gözəl geyimləri
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Həyatımızda rənglər hansı mənanı verir?
Koronavirusla bağlı zarafat etdi və xəstəliyə yoluxdu - VİDEO
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Oriqami ilə gül düzəldilməsi
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
- ŞƏRHLƏR