Müdrüklük
Zirvədə dayanıb müdrük adamlar,
Hər kəs o zirvəyə çıxa bilməyir.
Ayaq üstə ölür köklü ağaclar,
Əcəl öldürsə də, yıxa bilməyir.
Kimi südə çəkir, kimisi qana,
El verir qiyməti yaxşı, yamana.
Göz çəpsə, neyləsin ona zamana?
Düz yola düzünə baxa bilməyir.
Gücü eldə axtar, hikməti sözdə,
Dönüklük eyləmə saldığın izdə.
Qayalar uçuran sel də, dəniz də
Yerindən çalxanır, axa bilməyir.
Zülfüqar, hey gedir ömür karvanı,
Qayıdan vardırsa, göstər, o hanı?
Tutmaq istəyənlər bütün cahanı,
İldırım olsa da, çaxa bilməyir.
Tuş gələcəkdi
Külçə qızıl ilə bazara gedən,
Xırda pul olmasa, boş gələcəkdi.
Yalana aldanıb, xeyrini güdən,
İstər arabaya qoş, gələcəkdi.
Əgər mərdin işi düşsə xəsisə,
Dövlət əldən gedər, boş qalar kisə.
Sığınsan namərdə, uysan nakəsə,
Hər addım başına iş gələcəkdi.
Var-dövlət bölünər, ağıl bölünməz,
Alın yazısını silsən, silinməz.
Zülfüqar, dünyanın işi bilinməz.
Kim kimin oxuna tuş gələcəkdi.
Mənəm
Özüm də özümə qənim olmuşam,
Döyülən də mənəm, döyən də mənəm.
Yaxşı ki, mən özüm mənim olmuşam,
Söyülən də mənəm, söyən də mənəm.
De, niyə borcludu aqil nadana?
Bu hikməti kim anlaya, kim qana.
Hamının oduna hey yana-yana,
Yanmaqla özünü öyən də mənəm.
Dost istəsə, min şölə var çıramda,
Haqq buyurub, əlim yoxdur haramda.
Zülfüqaram, qurd olmuşam yaramda,
İçimdə özümü yeyən də mənəm.
Məni
Ölüm, qalım dünyasıdı,
Nə gözləyir görən məni?
Daşa dönsəm, divarlara,
Tapılarmı hörən məni?
Bu dövrandan gəldim zara,
Beş gün gördüm, üçü qara.
Xaraba qalmış damlara
Eylədilər kərən məni.
Kimlər üçün doğulmuşam?
Qəm gölündə boğulmuşam.
Dövran sıxıb, yığılmışam.
Niyə yoxdu görən məni?
Zülfüqaram, üzüm gülməz,
Gedən günlər geri gəlməz.
Palaz olum, üstümdə gəz,
Etmə pərən-pərən məni.
25. 10.1996
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ərəb şeyxi rəsmi qarşılandı
Ginnesin rekordlar kitabına düşmək üçün görün nə etdi -VİDEO
2000 adam işıqsız qaldı - Səbəb pişik
Bakıda belə yollar da varmış
Günü 2 stəkan su ilə başlamaq üçün 5 səbəb
Toxumağı öyrənək. Dərs 4
Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ
Qar dənələrinin sehri
Aforizmlər
Uzun kirpiklərə necə sahib olmalı?
"S" hərfi ilə başlayan adların mənası
Günün ulduz falı
Bezeli piroq (foto resept)
Günün qoroskopu:Sevdiklərinizə dəyər verin!
Epidemioloqlar Gürcüstanda şəhər sakinlərini evdə qalmağa çağırırlar
Twitter-dən yenilik
Qarabağda müharibə yaxınlaşır?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
İT şirkətlərində maaş niyə yüksəkdir?
Britni Spirs yenidən məhkəməlik oldu-SƏBƏB/FOTO
Ingilis dili-XXVII-dərs
Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ
Qiymət artımına nəzarət gücləndirilir
Cəbhədə gərgin gecə
Hicablı xanımlar üçün geyimlər
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Bacı-qardaş davası
Windows Phone platforması iOS-u ötəcək
Burcu Sinanı belə unutmağa çalışır
“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu
Günün qoroskopu: Münaqişə etməyin!
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Azərbaycanlı atlet Türkiyə yığmasına 2 qızıl medal qazandırdı
Nədir milli ruh?
"Qvadalupe" serialının qəhrəmanları illər sonra - FOTO
Müalicəsi olmayan bəla
Bürclərə uyğun ətirlər
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: sabah Bakıya QAR YAĞACAQ
“Facebook” istifadəçilərinə çoxdan gözlənilən YENİLİK GƏLDİ
Azərbaycanın orta məktəblərində islahatlar belə olacaq
Yeməkdən sonra bunları etməyin
Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım
Dodaqlar
Birce Akalay
Yeni təhsil formasında müəllimlərin maaşı necə hesablanacaq?
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
Bergüzar Koreldən ŞOK ADDIM
Quru əncir mürəbbəsi (foto-resept)
Çin bu sahədə dünya lideridir
- ŞƏRHLƏR