Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9671 AZN
20 iyun 16:12Sima peri hara getmisdiki sayt? 20 iyun 16:12Sima necesiz qizlar 20 iyun 15:49PERI OLEYY SAYTIMIZ GERI GELDI 20 iyun 15:09Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
38752

Yuxularımız bizə nə deyir?

Yuxularımız möcüzəli nağıllar, maraqlı hadisələr, romantika, döyüş və hadisələrdir. İnsan yuxularında bəzən olan hadisələri, yaşadığı stress və şən anları görür. Yuxu yeganə amildir ki, biz qısa bir müddətdə sevə və ayrıla bilərik, hündürlüyə qalxa və ordan anidən yerə enə bilərik, eyni anda ehtiras və qorxu hiss edə bilərik. Uça bilərik və bu da biz insanları həm maraqlandırır, həm təbii olaraq qorxudur. Ən əsası da odur ki, biz özümüz yuxularımızın yaradıcısıyıq. Lakin yuxudan oyandıqdan sonra bu sualı özümüzə veririk adətən. "Bu nə yuxu idi? Görəsən məni nə gözləyir? Bu yuxu mənə nə demək istəyir?

Yuxularımız bizə nə deyir?

Biz yuxu görərkən nə baş verir?

Adətən, biz yatdıqdan 1 saat sonra yuxu görməyə başlayırıq. Bəzən buna "gecə filmi" də deyilir. Bir yuxu 10 dəqiqəyə qədər davam edə bilər. Bir gecədə biz 4-6 yuxu görə bilərik. Elə ona görə də çox zaman insanlar səhər oyandıqda gecə yuxuda nə gördüklərini unudurlar. Nə qədər xatırlamağa çalışsaq da, hər gördüyümüz yuxudan bir fraqment gözümüzün önündən keçir və anlaya bilmirik. Yuxular ağ- qara və rəngarəng olur. Alimlər düşünürlər ki, rəngarəng yuxunu 20 faiz insanlar görür. Bu insanlar fantaziyası güclü olanlardır.  Yuxunun ağ-qara və ya rəngarəng olması həm də bizim əhvalımızdan asılıdır. Ağır iş günündən sonra yuxuda yalnız ağ-qara film izləmək olar. Ağ-qara yuxunu görən insanlar 2-3 həftə bu yuxunu unutmurlar. Belə insanlar güclü hafizəyə və dərrakəyə malikdirlər. Bu insanlar həyatda da yalnız öz ağıllarına və instiklərinə güvənirlər. 

Yuxularımız bizə nə deyir?

Rəngarəng yuxu isə insan beyninin daha dərinliklərinə işləyir və belə insanlar bu yuxuların təsirindən uzun müddət çıxa bilmirlər. Hətta onu da deyim ki, belə yuxu görən insanlar yuxuda dincəlirlər. Rəngarəng yuxuların təsiri 3 aya qədər insanı tərk etmir. Psixoloq alimlərin araşdırmalarına görə, yuxular nə qədər parlaq və rəngarəng olarsa, bir o qədər insan həyatına təsir edə bilər.

Yuxular necə olur? 

Yuxularımız bizə nə deyir?

Bəzi yuxular bizim keçmişimiz, indiki və gələcəyimizlə bağlı olduğu halda, bəziləri psixikamızın vəziyyəti ilə bağlı olur. Bəzi yuxular real həyatda başımıza gələn hadisənin eynisidir. İlham gətirən yuxuları, əsasən incəsənət insanları görür - şairlər, rəssamlar və s. Belə yuxuları adi insanlar da görə bilər və bu o deməkdir ki, bu insanın da fitri istedadı var, lakin hələ də tam dərk etmir. Bəzən eyni yuxunu dəfələrlə görürük. Həkimlər bu yuxuların həyatımızda baş verən hadisələrlə sıx əlaqəsi olduğunu söyləyirlər. Bu yuxular beynimizdə hələ də cavab tapa bilmədiyimiz hadisələri təbliğ edir və deməli, beynimiz eyni problemi dəfələrlə düşünür və bu bizi narahat edir. Bəzən serial kimi davam edən yuxular görürük. Bir neçə gecə eyni yuxunun davamını izləyirik. Bu o deməkdir ki, həyatımızda baş verən hadisələri sonunda qaydasına qoya biləcəyik.

Yuxularımız bizə nə deyir?

Əgər yuxuda yüksəklikdən aşağı doğru düşdüyünüzü, zəlzələnin baş verdiyini, qırıx mebel, ayaqlarınıza batan daşlar və s. hadisələr görürsünüzsə, bu yuxular sizi planlarınızın və ideyalarınızın məhv olmaq həddində olmasını bildirir və sizə xəbərdarlıq edilir ki, artıq həyatınızda nələrisə dəyişməyin vaxtıdır.

Yuxuda hər hansı bir vəzifəli şəxsi görürüksə, deməli, həyatda bizi narahat edən problem uğurlu olacaq. 

Yuxularımız bizə nə deyir?

Bəzi yuxular isə gələcəkdə baş verəcək hadisəni tam sürətdə bizə agah edir və belə yuxular çox zaman real olur. Bu yuxular alimlər tərəfindən çox araşdırılıb və insanlarda olan 6-cı hiss bu yuxuları bizə film kimi izlədir. Beynimiz gələcəkdə baş verəcək hadisələrə bizi hazırlamaq üçün bu yuxuları bizə izlədir və bəzən biz bu hadisələrə hazır oluruq, bəzən isə yox.

Səslərin sayı: 3
23
7894
loading...
Şərhlər
Offline
Qəribə
Bəzi yuxular bizim keçmişimiz, indiki və gələcəyimizlə bağlı olduğu halda, bəziləri psixikamızın vəziyyəti ilə bağlı olur.
ALLAH yuxularımızı xeyirliyə calasın.Amin.
27 yanvar 2015 19:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
Yuxularimiz bize cox shey deyir
26 yanvar 2015 21:45
Offline
Qəribə
Maraqli idi tesekkur edirem.
26 yanvar 2015 21:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Men hemishe yuxu gorurem ve oz yuxularimi da ozum yoza bilirem.Buna gore de cox vaxt yuxularimdan qorxuram.Hetta evdekiler men yuxu danishanda deyirler ki,sen allah sn imkanin varsa,hec danishma

Allah yaxşı yuxularını çin etsin. pis yuxu nəsib etməsin sənə)
25 yanvar 2015 00:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥♥S.Nur♥♥
Men hemishe yuxu gorurem ve oz yuxularimi da ozum yoza bilirem.Buna gore de cox vaxt yuxularimdan qorxuram.Hetta evdekiler men yuxu danishanda deyirler ki,sen allah sn imkanin varsa,hec danishma. biggrin
22 iyul 2014 13:54
Offline
Aysel İ.
Cox vaxt yuxu gormurem ancaq soz sohbet olanda nese pis bir sey olanda yuxu gorurem.

Bu yuxular beynimizdə hələ də cavab tapa bilmədiyimiz hadisələri təbliğ edir və deməli, beynimiz eyni problemi dəfələrlə düşünür və bu bizi narahat edir.

He birdeki usagligimdan bu gunume kimi yuxuda cox vaxt tullaniram.

Maraqlıdır. Hardan tullanırsınız?
22 iyun 2014 12:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Turkan Bayramli
Ne vaxt yatsam,1anliqda olsa gozumu yuxu tutsa ne ise 1wey gorurem tesaduf olarki gormuyum bezi vaxtlardada cin cixir.Xebere gore tesekkurler canim
22 iyun 2014 10:18
Offline
Gülbəniz
Yuxularimin rengini bilmirem amma cox vaxt yuxularimin hamisi yadimda qalir.Yuxularimdacox vaxt qebir gorurem yadaki gorurem mene ne ise olub.Meselen dunen yuxuda gormusemki bogazima gulle deyib berk agridir sanki real idi butun gunu yuxumun tesiri altinda olmusam hec yadimdan cixmiyib.He birdeki usagligimdan bu gunume kimi yuxuda cox vaxt tullaniram.
Maraqli idi tesekkur bacim
22 iyun 2014 01:24
Offline
Yagmur_23
Men usag vaxti yuksek bir yerden yere deydiyimi ve yuxunun tesirinden diksinib ayildigim cox olub. Cox pis olurdum heyecandan ter basirdi. Mrnimde yuxularim cox vaxt cin olur. Cox vaxt yuxu gormurem ancaq soz sohbet olanda nese pis bir sey olanda yuxu gorurem. Ona gore men yuxu gormekden cox qorxuram no

Xebere gore tewekkurler
22 iyun 2014 00:13
Offline
Ulker.Agamali
Yuxularin realliqla elaqesine inaniram cin cixan yuxularim da olub! Maraqli melumatlar ucun cox sag ol Deniz xanim
21 iyun 2014 23:15
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
mira-kerim
Men daha cox yuxuda yükseklikden düşürem ve qaciram qaaca bilmirem... diablo
21 iyun 2014 22:42
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Ellada Babayeva
Bəzi yuxular isə gələcəkdə baş verəcək hadisəni tam sürətdə bizə agah edir və belə yuxular çox zaman real olur. Bu yuxular alimlər tərəfindən çox araşdırılıb və insanlarda olan 6-cı hiss bu yuxuları bizə film kimi izlədir. Beynimiz gələcəkdə baş verəcək hadisələrə bizi hazırlamaq üçün bu yuxuları bizə izlədir və bəzən biz bu hadisələrə hazır oluruq, bəzən isə yox.

Düzdü.Mənim yuxularım çin çıxır.Ona görə istəmirəm yuxu görəm.Elə yuxularım olub ki,təsirindən pis olmuşam.
Bəzi yuxular bizim keçmişimiz, indiki və gələcəyimizlə bağlı olduğu halda, bəziləri psixikamızın vəziyyəti ilə bağlı olur.

Düzdü..
21 iyun 2014 22:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
jdhiahdjksadkasnjdkjsand ksajndkjahdka khjdsa
Men yuxulara inaniram.Tesekkurler.
21 iyun 2014 22:04
Offline
Elvira Melek
Maraqlı xəbərdir
21 iyun 2014 21:30
Offline
Gulum
Denizcim teşekkürler senə Men 5 deqiqelik de gözüm yuxuya getsə elə həmin an yuxu görürem blush Arada ayılanda yuxu yadımda qalır qalan vaxt isə yuxularımı xatırlaya bilmirem dash Bezen olur ki neyisə realda görəndə yadıma düşür ki HEE men bunu yuxuda görmüşdüm

21 iyun 2014 20:57
Offline
Aysel İ.
Şərhləriniz üçün minnətdaram xanımlar. İnşallah hər birimizin yuxusu xeyirli olsun. Amin.
21 iyun 2014 20:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
sebine ismayilova
O gece olmasun men yuxu gormuyum hec bırıde cıxmır yenı qorxuku bırwey gorsem seherı bawıma hecne gelmır wukur
21 iyun 2014 19:41
Offline
Qəribə
Maraqli xeberdir Canim,yuxularimiz xeyirli olsun.Amin. kiss give_ros
21 iyun 2014 19:40
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Deniz N-va
Dogurdan da men gorduyum yuxularin ne reng oldugun bilmirem ama geribedir ki indiye qeder gorduyum bir cox yuxu yadimdadir pardon
21 iyun 2014 19:37
Offline
איסון ממדוב.
Denizim super xeberdi men axi hec yuxu gormurem bu normaldi?
21 iyun 2014 17:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış