əl-Munafiqun (Münafiqlər) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
- Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
- Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
- (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
- Onlara: Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
- Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
- Onlar: Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər! deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
- Onlar: Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər münafiqlər) ən zəifləri (ən həqirləri Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar! deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
- Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
- Birinizin ölümü çatıb: Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
- Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
XƏBƏR LENTİ
Dərman bitkilər
Mixəyin faydaları
Bədəndə yağlanmaya səbəb olan vərdişlər
Bakını daha təmiz və gözəl görmək üçün.
Çardaqdan otaq yaradın
Sobada soman balığı (foto resept)
Günün qoroskopu: Münaqişələrdən uzaq olun!
"Ayıcıq" keksi (foto resept)
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Avropaya son 2 vəsiqə
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Azərbaycanda 35-dən sonra bəxti açılanların sayı artıb
Koronavirusun yeni ştammı öldürücüdür?
Uçan avtomobil
İnsan olduğumuzu unutmayaq...
Tuşun tarixi
Fabletlər sürətlə populyarlaşır
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Rəqəmli pazllar (4)
Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım
Bir gün internet olmazsa...
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
Ən qəribə toy adətləri
Azərbaycanda meşələr niyə yanır?
Ay Yerə YAXINLAŞIR
Kredit alanları sevindirəcəklər
Alimlər 47 metr uzunluğunda dəniz canlısını lentə aldılar – VİDEO
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Dəlidir, nə etsə yeridir...
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları
Manatı unudun, daha "qlobal" dərdimiz var
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı barədə sübutlar üzə çıxdı
Mövqelərimiz atəşə tutuldu
Facebook-dan gözlənilən yenilik
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Məşhur müğənnidən gözlənilməz qərar
Sezarın ölümü haqqında bilmədiklərimiz...
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
Pendirli kotlet (foto-resept)
Bunlar səhvən icad olunub
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Doğuşdan sonra edilən idman hərəkətləri
Qadın üstünlüyü
Favorit reseptlərimiz
Qaranlıqda saxlanılan ölüm
Hansı bürcə ən çox nə yaraşır?
Boyunuza görə ideal kilo necə hesablanır?
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Azərbaycanda yağış yağacaq
- ŞƏRHLƏR