Bakıda hava 15°
USD AZN
EUR AZN

Saçlar üçün çaytikanı yağı ilə maskalar

Saçlar üçün çaytikanı yağı ilə maskalar

Çaytikanı yağı həddən artıq faydalı maddələrlə zəngindir. Belə ki, ondan saçlara qulluq edilməsi zamanı da istifadə olunur. Çaytikanı yağından adətən saç köklərini möhkəmləndirmək və saç uzanmasını tezləşdirmək üçün istifadə edirlər. O, həmçinin saçlardakı kəpək problemini də aradan qaldırır.

Bu parlaq, narıncı meyvəlləri olan bitkinin faydaları çox qədimdən məlum olub. Qədim yunanlar və romalılar müharibələr zamanı onun yağından yaraların və yanıqların sağalmasında istifadə ediblər. Bu yağdan mədə xoraları zamanı da istifadə olunur. Gəmiçilər bu bitkini diş qanamaları zamanı qan durdurucu kimi istifadə edirdilər. Qədim Yunanıstanda çaytikanı meyvələrindən döyüşqabağı atların yemlərinə əlavə edirlər ki, həm qüvvətli olsun, həm də tükləri parlaq görünsün.

Keçək əsas məsələyə. Parlaq və havalı, yumşaq və hamar saçlara kim sahib olmaq istəməz ki? Qüdrətli təbiət insanlara bu gözəllikləri vermək üçün vasitələr bəxş edib. Kim ki, çaytikanı yağından saçları üçün istifadə edib, məsələnin nə yerdə olduğunu anlayacaq! Kosmetoloqlar çatyikanı yağını çox gözəl regenerasiya və bərpaedici xüsusiyyətinə  və stimullaşdırıcı qabiliyyətinə görə yüksək qiymətləndirirlər. O, saç zədələnmələrində reabilitasiya zamanı istifadə olunur. Belə ki, o saçlara parlaqlıq və güc bəxş edir. Ondan güclü saç tökülmələrinin və dazlaşmanın qarşısını almaq üçün də istifadə olunur.

Saçlar üçün çaytikanı yağı ilə maskalar

Saç tökülməsi əleyhinə maska: 2-3 xörək qaşığı yağı su hamamında qızdırın. Asta masaj hərəkətləri ilə bir neçə dəqiqə saç dərisinə yeridin, sonra narın daraqla saçı darayın. Yağın qalığının saçların uzunluğu boyu yayılmasını təmin edin, saçınızı sellofanla bağlayıb, dəsmalla sarıyın. 1 saatdan sonra saçınızı bol su və şampunla yuyun. Konsentrasiya olunmuş yağdan istifadə məsləhət görülmür, əgər təmiz yağ tapmamısınızsa, o zaman bir neçə yağı qarışdırmaq lazım gələcək. Bu məqsədlə 1:1 nisbətində arqan, gənəgərçək və ayıpəncəsi yağından istifadə olunur. Bu zamanı yağ saçda 30 dəqiqə qalmalıdır. Bu üsulu həftədə 1-2 dəfə yarım ay müdətində etmək bir qədər fasilədən sonra yenidən təkrara etmək olar.

Həlim və çaytikanı ilə saçları möhkəmləndirən maska: 3 xörək qaşığı gicitkən yarpağı 1,5 stəkan su ilə qaynadılır. 12-15 dəq. dəmə qoyun, qarışıq qatı kütlə halına gətirilir və 5 x/q çaytikanı yağı əlavə edib yaxşıca çalınır. Saç diblərinə çəkərək 30 dəq saxlanılır və sonra saçlar yuyulur. 

Saçlar üçün çaytikanı yağı ilə maskalar

Saçları möhkəmlədən çaytikanı yağı maskası: çaytikanı yağı ilə yumurta sarısını çalın. Qarışığı saçınıza sürtün və başınızı bağlayın. 20 dəqiqədən sonra bol su ilə yuyun. Yumurtanın sarısını təmiz ayırmaq lazımdır, əks halda saçlarınızda yumurtanın ağını qalıqları ola bilər. Belə maskanın təsiri ilk istifadədən sonra görülür. Preseduru 5-10 dəfə təkrar etmək olar.

Kəpək əleyhinə çaytikanı yağı maskası: 2x/q çaytikanı yağı otaq temperaturunda qızdırılmış zeytun yağı ilə qarışdırıb barmaqlarımızın ucu ilə saçınızın dibinə yeridin. Başınızı polietilen sellofan və qalın yaylıqla bağlayın. 40 dəqiqə saxlandıqdan sonra şampunla yuyun. Maskanı 2 ay müddətində həftədə 2 dəfə olmaqla istifadə etmək effektiv nəticə verir.

Səslərin sayı: 7
20
59540
loading...
Şərhlər
Offline
ملاك
Tesekkur edirem, faydali xeber ucun
24 dekabr 2014 10:18
Offline
AyLa H-va
Sacda sacqirana qarwi basqa meslehetler paylasa bilersiz bizle?
24 iyun 2014 14:43
Offline
ღМоя большой любовьღ(Ailəli)
Düzünü desem Çaytikanı bitkisinin bu qeder faydalı olduğundan melumatım yox idi, sizin sayenizde melumatlandim teşekkürler
20 iyun 2014 01:59
Offline
Ulker.Agamali
Ellada Babayeva,
Deynez ezizim xosdu
19 iyun 2014 22:59
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ellada Babayeva
Ulker.Agamali,
Çox sağ olun.Yazan əlləriniz yorulmasın. give_ros
19 iyun 2014 18:03
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ulker.Agamali
Ellada Babayeva,eks gosterisleri var,amma xeber sirf onun saclara qulluguna aid olduguna gore qeyd etmemisem! Sizin ucun,medealtivez problemi,ishal, qanda sekerin seviyyesi yuksek olduqda ve xolesterolun yuksek seviyyesinde qebulu meslehet gorulmur
Q,
give_ros
 BEATIFUL  GIRL,Istifade edib faydalanacaginiza eminem give_ros

...ŞiRiN_QıZ...,
Ne gozel,men de sevindim ki xeberim sayeinde coxlari melumatlanir
19 iyun 2014 17:16
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Narin...
Dəyərli məlumatlar üçün təşəkkürlər Ülkər xanım. kiss Sizin xəbərlərinizi sevərək oxuyuram və faydalanıram good Çaytikanı yağı barədə məlumatım var idi necə deyərlər təkrar biliyin anasıdır sayənizdə bir daha təkrarlamış oldum və bilmədiklərimi öyrəndim give_ros Keçən il mədəmlə bağlı bir balaca problem yaşamışdım mənə həkim məsləhət görmüşdü hər gün səhər tezdən 1 çay qaşığı ac qarına bu yağdan içirdim. smile Keçək maskalara hərdən hiss edirəmki saçlarım cansızlaşıb İnşAllah məsləhət gördüyünüz maskalardan edib effekti baradə yazaram. girl_ang
19 iyun 2014 01:41
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ulker.Agamali
Ceylan Mumoğlu,
Təbabətdə çaytikanının əsasən meyvələrindən istifadə olunur ki, bu meyvələrin tərkibi də “B” qrup vitaminlər, eləcə də vitamin “C”, “A”, “E” üzvi turşular, limon turşusu və mikroelementlərlə zəngindir. Çaytikanı meyvəsinin şirəsi bir çox xəstəliklərin, o cümlədən mədə-bağırsaq, ürək-damar, sinir sistemi xəstəliklərinin müalicəsi zamanı effektli sayılır. Amma tibbdə çaytikanından alınan yağ daha faydalı vasitə kimi tətbiq olunur. ev şəraitində çaytikanı meyvələrindən şərbət, cem, jele, püre kimi müxtəlif məhsullar hazırlamaq olar. Məsələn, onun meyvələrindən şərbət hazırlamaq üçün bunları bilmək lazımdır: 5 kq şirəyə 5 kq şəkər əlavə edilir. 75 dərəcəyə qədər qızdırılır, hissə-hissə şəkər əlavə olunur. Həll olunana qədər qarışdırılır. Cem hazırlamaq üçün 1 kq meyvəyə 800 qram şəkər əlavə olunur. Qızdırılır, meyvəsi yumşalır, qatılaşanda bankalara yığılır.
Yeqin ki sizin de isinize yarayan melumat oldu wink

Dəniz84,
Cox sag olun! Men de her defe faydalana bileck melumatlar hazirlamaga calisiram! Cox sag olsun Xeyale xanim bu isde mene yardimci olur

Xəyalə Murad,
Istiqamet verdiysize gore men size tesekkur edirem give_ros

azeri kizi :-), give_ros
Gulum,
Beli,gerek bunu da qeyd ederdim! SHaxta deyenden sonra meyvenin yagin almaq olur! Ona gore qeyd etmedim ki xeberim bitkinin yalniz saclaara qulluq vastesi kimi tesirinden idi give_ros

 mehin ,
♥NiLuFeR♥,
Serhleriiz ucun siz de tesekkur edirem
18 iyun 2014 18:18
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ruhəngiz
Faydalı xəbərə görə təşəkkürlər,Ülkər.
Çaytikanını qaynatam təmizləyib,maşından çəkir və şəkər tozu ilə qarışdırıb qışda qəbul edir.Olduqca xeyirlidir.
18 iyun 2014 17:42
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Düzünü deyim heç bu bitkini tanımırdım o ki qaldı yağını))) pardon Çox sağolun Ülker xanım,tanıtdınız bizlərə))) biggrin Xəbərə görə təşəkkürlər!
18 iyun 2014 17:10
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
BEATIFUL GIRL
Çalisraam ki tapib hazirlayim teşekkur edirem
18 iyun 2014 17:00
Offline
Qəribə
Faydali xebere gore tesekkur,çox sağolun Ulkər xanım. give_ros
18 iyun 2014 16:08
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Mənim anama həkim yazmışdı çaytikanı yağını.Qəbul edirdi.Həzm çətin idi anamda əməliyyatdan sonra.Köməyi var.

Mənim saçımda problem var sınamağa dəyər.

Ceylan Mumoğlu,
Əks göstərişləridə var çaytikanın.Qida kimi istifadə eləmək olar,amma acı,turşdu bildiyimə görə.Yaraları yaxşı sağaldır uşaqlıqdan yadımdadı anam yarasına sürtürdü.Dodaq uçuqlamalrında yaxşıdı çaytikanı meyvəsi.
18 iyun 2014 15:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥NiLuFeR♥
Lazımlı xəbərdir,təşəkkürlər give_ros
18 iyun 2014 15:01
Offline
jdhiahdjksadkasnjdkjsand ksajndkjahdka khjdsa
Maraqli ve faydali xebere gore tesekkur.
18 iyun 2014 14:40
Offline
Gulum
Caytikanını cox sevirem Baldızımgıl hemişe onu hazırlayıb menimcünde gönderirler girl_ten Hazırı malmelat kimi kesilir tezyiqin esl dermanıdı bully Onu da bilirem ki caytikanını mütleq qar yagandan sonra yığırlar cünkü deyirler ki caytikanı şaxta görmese hec vaxt alınmır Amma yagını aptekden alıram saclarcun faydalı oldugunu bilirdim Amma bu qeder maskalar bilmirdim teşekkür sene Ülkercim give_ros
18 iyun 2014 13:44
Offline
azeri kizi :-)
Maraqli melumatdir
18 iyun 2014 13:11
Offline
Xəyalə Murad
Çox lazımlı xəbərdir. Bildiyimə görə dodaq boyası da hazırlanır bu bitkidən. Ətraflı məlumat üçün və dəyərli maskalar üçün çox sağolun Ulkər xanım
18 iyun 2014 13:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Xəbər super. bəyəndim. Saçlarımla bir problemim yoxdur şükür. Ancaq vaxtı-vaxtında maskalar etmək lazımdır ki, sonra da problem yaşanmasın.
18 iyun 2014 12:58
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Xoşum gəlir bu bitkidən. Ülkər xanım, bəs qida kimi istifadə edilirmi çaytikanı?
18 iyun 2014 12:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )