Tanınmış reper Hüseyn Dəryanın ölümü ilə bağlı ekstrasens Aqil Məhərrəmovun səsləndirdiyi fikirlər yeni müzakirə açıb. Bu il martın 15-də qəzaya düşmüş reperin ölümündə təqsirkar birinci həyat yoldaşının olduğunu söyləyən ekstrasens maraqlı açıqlamaları ilə diqqət çəkib. “Hüseyn Dəryanın ölümü üçün cadu edən birinci həyat yoldaşıdır. Hüseyn Dəryanın şəklini qəbiristanlıqda basdırıblar. Səbəb də o olub ki, Hüseyn özü o xanımdan ayrılıb, onu atdığı üçün o xanım bunu qəbul edə bilməyib”, - deyən ekstrasens bu cadunu təmizlətdirmək üçün mərhumun ona da müraciət etdiyini bildirib:“Hüseyn və Sonanın toy şəklinə cadu olunub və Bakıxanov qəbiristanlığında basdırılıb. Hüseyn Dərya hətta özü də bilirdi ki, onda cadu var və o, özü də bu cadunu təmizlətdirmək üçün falçıya müraciət etmişdi. Həmin adam onun tam cadusunu təmizləməmişdi. Sonra H.Dərya mənə müraciət etmişdi. Ancaq alınmadı, görüşə bilmədik onla... Çünki mən Rusiyada idim. Bu çox-çox düz xəbərdi. Mən əminliklə deyirəm bunu... Həmin cadu hal-hazırda Dəryanın ikinci xanımına da təsir edir. Eyni situasiyada o da Dərya kimi vəfat edə bilər. Sonanı ölüm gözləyir. Çünki Hüseyn Dərya ikinci həyat yoldaşını həqiqətən çox sevib, evlənib. Amma birinci həyat yoldaşı ilə Dərya ailəsinin təkidi ilə evlənib”.Bu açıqlama “həqiqətən, cadu, əməl varmı” sualını bir daha aktuallaşdırdı. Filologiya elmləri namizədi, münəccim Firudin Qurbansoyun sözlərinə görə, insana təsir etməyin bir yox, bir çox üsulları var. Onlar sırasında cadu və əməlin də yer aldığını deyən, ədəbiyyatçı-alim bunların əsasən imanı olmayan insanlara tez təsir etdiyini söylədi: “İnsana fərdi təsir üsulları sırasında hipnozu da qeyd edə bilərik. Həmçinin ağıllı sözlə təlqini, əyani nümunələri və sair. Eyni zamanda bu, şeytani əməllərlə də mümkündür. Bu üsul imanı zəif olan insanlara daha tez təsir edir. Hətta Qurani-Kərimdə də əməlin olmasına dair ayə var. Ümumən isə buna din məsələsi kimi yox, iman və ibadət olaraq yanaşmaq lazımdır. Allaha ibadət üsulları müxtəlifdir”. Tanınmış yazıçı, konspiroloq Həmid Herisçi isə bildirdi ki, bu cür məsələlərdən daha çox məxfi qurumlar istifadə edir. Bunların elmdə suqqestiya adlandırıldığını deyən H.Herisçi mövzu barədə bu fikirləri söylədi: “Bu mövzuya dair ciddi kitablar var. İngilis, rus dillərində xeyli nəşr tapmaq olar, bilmirəm, onlar Azərbaycan dilinə tərcümə edilib ya yox. Həmin kitablarda tək fərdə deyil, ümumən kütlələrə, millətlərə təsirdən bəhs edilir. Bunun da müxtəlif yolları var. Ümum təsiri qida vasitəsilə, suya qatılan xüsusi maddələrlə, elektromaqnit dalğaları ilə təmin edirlər. Həmçinin təhsil proqramlarında buraxılan boşluqlar. Xüsusi təsir imkanları yaradır. Televiziya proqramlarının özü də birbaşa insanların zombiləşməsinə xidmət edir. Bunlarla insanın şüuruna deyil şüuraltına təsirə çalışırlar. Bu, Amerika metodur”.İnsanlara ən güclü təsiri şou-biznesin bağışladığını deyən H.Herisçi insanların mütəmadi olaraq musiqi sədası altında saxlandığını bildirdi: “İnsanlara sükut vermirlər. Hara gedirsən hər yerdən musiqi sədaları gəlir. Bunların hamısı düşünülmüş əməllərdir. Nəzər salsaq, görərik ki, son 20 ildə elə bir keyfiyyətli mahnı ərsəyə gəlməyib, amma hamı oxuyur. Budur əsl məsələ də. Estetik dəyəri olmayan, səfeh-səfeh mahnılarla insanların başını qatırlar. Psixoanalitiklər bunu yaxşı bilir. Əslində din oxuyub-oynamağın əleyhinədir. Əsas odur bunu biləsən. Ondan sonra cadu filan insana təsir etmir. Necə deyərlər, cadu elə şeydir bildin, oldu sənin eşşəyin. Tilsimi sınır. Bunu bilən insan cadunu əks istiqamətə də yönəldə bilər”. Astroloq Səbuhi Rəhimli isə cadu, əməl kimi terminləri qəbul etmədiyini bunları xurafat adlandırdığını bildirdi:
“Onu adətən şou əhli edir ki, maraqlı olsun. Məni ora qatmayın. Mən ibadət edən, Allahı tanıyan biriyəm”.“Cadu edilmək və yaxud cadu olunmaq bu insanların probleminin səbəbini hansısa gözə görünməz əşyaya və insana bağlamaq yollarından və düşünmək əziyyətindən qurtulmaq yollarından biridir”. Bunu isə psixoanalitik İbrahim İbrahimli dedi. Onun sözlərinə görə, insanların həyatdakı uğursuzluqları belə məsələlərlə əlaqələndirilir:“Kimsə həyatını düz qurmur, evlənərkən düzgün seçim etmir, sonra da plansız həyat tərzi ona problemlər yaratdıqda bütün uğursuzluğunda kimisə, hansısa qüvvəni günahkar kimi görür. Çünki o insan elə həyatını plansız qurarkən də hansısa gözə görünməz qüvvəyə inanıb. Xüsusən çıxılmaz vəziyyətdə olan insanlarda bu şübhələr, cadu olunmaq düşüncəsi çox olur. Bütün bu problemlərin səbəbini mistik qüvvələrdə axtarmaq insanları bir az düşünməkdən azad edir və bir az rahatladır. Xüsusən şərq ölkələrində bu cür hər şeyi sirli qüvvələrlə əlaqələndirmək daha çoxdur. Çünki, həmin ölkələrdə determinist düşüncə daha azdır. Şərq ölkələrində bir işə başlayarkən mütləq hansısa müqəddəs qüvvəyə müraciət edilir və işin məsuliyyətini o müqəddəs qüvvə daşıyır. Bu, insanlarda bir az güvən hissi yaradır, artıq həmin qüvvə onların işini sığortalayıb. Məsələn, biz uzun yola çıxarkən mütləq Bibiheybət məscidinə nəzir qoyuruq. Beləliklə həmin məsciddəki qüvvənin bizi yolda qoruyacağına və bizi qəzadan sığortaladığına inanırıq. Yaxud avtomobilimizə hansısa müqəddəs saydığımız şəxsin şəklini qoyuruq ki, avtomobilimizi sığortalasın və s. Bu düşüncə şəkillərinin hamısı bir-birinə bağlıdır. Gördüyünüz kimi, bizim inanclarımız bizim həyatımıza və məntiqimizə nə qədər təsir edir və eyni zamanda da bir hadisənin səbəbini eyni yanlış məntiqlə araşdırırıq. Axırda da nəticə çıxarırıq ki, bizə kimsə cadu edib”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Temperatur enir - Sabahın HAVAsı
Südlü düyü şorbası (foto resept)
Cəbhədə güclü atışma
Avropanın ən ucuz şəhəri seçilib
Kəbədə yağış gözyaşına qarışdı
Şahzadənin toyu ərəfəsində qalmaqal yaşanıb - FOTO
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Can Yamanı onlar da müdafiə etdilər
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
Uşaqlarda yalanın səbəbləri
Vulkan nəhəng lava gölü yaradıb-video
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Astronavt müəmmalı VİDEO paylaşdı
Yaşlanmağın qarşısını alan maska
Lobya (foto-resept)
Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə
Tarixdə minlərlə insanın ölümünə səbəb olan 3 virus
Azərbaycanda terrora qarşı mübarizə gücləndirilir
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Bakının bazarları niyə "yanır" ?
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Apple və Motorola barışır
"Milan" baş məşqçsini qovdu
Qarabağda şəhid olmuş əsgərlərin övladları indi qisas alır - VİDEO
Küçə sənəti - 2
Acun onu izləməyə aldı-FOTO
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
National Geographic foto müsabiqəsi-5 (son)
Anamın ətli sırdağı (foto resept)
Facebook-da YENİLİK
Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Cizgi film deyib yan keçməyin! (II hissə)
2011 şərfləri
Azərbaycanda Nazirlikdə "SOS"!
8 mart üçün fincan formalı açıqca
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Ağ ciyər qıtlığı var
Şagirdlərin tətil günlərinin sayı açıqlandı
Qubadlı rayonundan görüntülər - VİDEO
Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya
Hansı halda qapanmaya gedilə bilər?
Nə üçün asqırdıqdan sonra şükür edirik
Mətbəx məsləhətləri
ABŞ-da iPad Air satışları başlandı
Rəsm olduğuna inanmayacaqsınız
- ŞƏRHLƏR