Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Bollivud aktrisaları

Bollivud aktrisaları

Madhuri Dikşit 

Hindistanın Bollivud əfsanəsidir. 8 yaşından rəqslə məşğuldur. Hindistanın ənənəvi rəqsi olan kahaq üzrə təhsil almışdır. Tam adı Madhuri Şankar Dikşitdir. Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin sonbeşiyidir, özündən böyük iki bacısı - Rupa və Bharati və bir qardaşı - Acit var. Ailəlidir, iki oğlu var.

Bollivud aktrisaları

Kacol  Mukherci 

5 may 1974-cü ildə  Mumbay şəhərində anadan olmuşdur. Kacol Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Məhşur aktrisa Rani Mukerherci  Kacolun əmisi qızı sayılır. Tam adı Kacol Mukherci Devqandır. Bollivud aktyoru Acay Devqanla ailəlidir, iki övladı var.

Bollivud aktrisaları

Rani Mukherci 

Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir. Məhşur aktrisa Kacol Raninin əmisi qızıdır. Ailəlidir.

Bollivud aktrisaları

Karişma Kapur 

25 iyun 1974-cü ildə Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Tam adı  Karisma Kapur Radhirdir. Tanınmış Bollivud aktrisası Karina Kapur Karişmanın bacısıdır. Ailəlidir, iki övladı var.

Karina Kapur 

Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır. Bollivud aktyoru Saif Ali Xanla ailəlidir.

Bollivud aktrisaları

Tabu

Akrisa, şair, müğənnidir. Əsl adı Təbəssum Xaşmidir. 4 noyabr 1970-ci ildə Heydərabad şəhərində anadan olmuşdur. İki dəfə "Ən yaxşı aktrisa" adına layiq görülmüşdür. Tabu urdu, teluqu, hind, ingilis dilində danışmağı bacarır. Subaydır.

Bollivud aktrisaları

Ayşvariya Ray Baçhan

Aktrisa və modeldir. 1 noyabr 1973-cü ildə Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə  "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsili almasına baxmayaraq, o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır. Dörd dildə sərbəst danışır: hind, ingilis, tamil və urdu. Bir neçə il Salman Xanla nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə dözməyərək ondan ayrılıb bir  müddət  Londonda yaşamalı olur. Ayşvariya Ray "Ala Toran" filminə dəvət olunur. Lakin filmdə çəkilməyi rədd edir. Abhişek Baçhanla ailəlidir, bir qızı var.

Bollivud aktrisaları

Katrina Kef 

Hind aktrisası və modeldir. 16 iyul 1984-cü ildə Honq-Konqda anadan olmuş, uzun müddət Havay adalarında yaşamış, sonra Londona köçmüşdür. Katrinanın yeddi bacısı var. Katrina hələ uşaq olarkən valdeynləri boşanmışdır. Anası Suzanna britaniyalı, atası Muhəmməd Kef hindistanlıdır, amma Britaniya vətandaşı sayılır. Subaydır.

Səslərin sayı: 15
39
31578
loading...
Şərhlər
Offline
gunay
Beyenirem bu aktirisalarin her birin
22 yanvar 2015 19:09
Offline
Ellada Babayeva
 MİRiyeva,
Zayka,
leman,
Fidan Məmmədova,
Xanim_Xatun,
Hər birinizə şərhləriniz üçün çox sağ ol deyirəm. give_ros give_ros give_ros
2 yanvar 2015 18:02
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xanim_Xatun
Bu aktrisaların kinolarina elə maraqla baxirdim...
2 yanvar 2015 14:26
Offline
Fidan Məmmədova
Aisvari Rayı aktrisa və gözəl qadın olaraq çox beyenirəm.Təşəkkürlər
5 noyabr 2014 10:45
Offline
leman
Tewekkurler maraqli melunatlara gore. ..Aiwvariyami cox sevirem.
14 iyul 2014 00:14
Offline
°ღ Zayka •.°ღ
Hamiya salam bele maraqli xeberlere gore cox sagolun menim favaritim Aisvara Raydi bu aktirisani sox sevirem ozude cox gozeldi give_ros
3 iyul 2014 16:28
Offline
MİRiyeva
Katrina Kaifi çox bəyənirəm good
1 iyul 2014 00:34
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Ellada Babayeva
kamile,
Hamsını hazırlamışam deyə qarışıq düşüb yerləri.Üzürlü hesab edin.Cuhi şirin aktrisadı.
26 iyun 2014 00:33
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
kfk
Bir ikisini içlerinde tanımadim çox sag olun
25 iyun 2014 16:05
Offline
kamile
Dəniz84,
men de birinci Aisvariyani gozleyirdim)
amma ais ve kajol taninmayanda yeni biz onlarin varligindan bele xeber tutmayan Cuhi en gozel ve sevilen aktrisa idi,gerek birinci oonu qoyaydin)butun aktrisalar istedadlidi burdakilar,Madhuri ve Aish reqs edende men heyranliqla baxiram onlar kimi hec kim reqs ede bilmir.Bir de baci Aish 7 dilde danisir,ozu musahibesinde deyib,cox savadli ve istedadli qadindi heqiqeten,Allah ona her sey verib.Katrinani ise ne ise bollivoda yarasdirmiram o deq bilinirki hindli deyil,o hollivodda cekilse yaxsi olar.Karina qeder ozunden razi ikinci bir aktrisa inanmiram olsun)cox lovgadir,sahid kapoorla mun asibeti ise nea tesekkur air_kiss
22 iyun 2014 13:42
Offline
Deniz N-va
Beli bezilerini taniyiram tesekkurler dance1
20 iyun 2014 22:08
Offline
Xəyalə Murad
Mənim sevimli aktrisamdı.Gözəlliyini qoruyub.Heç bilmirdim hind həvəskarı olduğunu.

Həm də necə))
16 iyun 2014 09:53
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Hə bacı varlı olacam, Mənəm dana tanımadın

air_kiss air_kiss give_ros give_ros
15 iyun 2014 22:34
Offline
15 iyun 2014 17:55
Offline
Ellada Babayeva
Xəyalə Murad,
Mənim sevimli aktrisamdı.Gözəlliyini qoruyub.Heç bilmirdim hind həvəskarı olduğunu. kiss

ღNarınღ,
Xoşdu.Məndə balaca olanda elə deyərdim.. give_ros

Şərhləriniz üçün çox sağ olun. girl_smi
15 iyun 2014 01:27
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
PERI
AYSVARYA VE KATRINANI COX BEYENIREM VE FILMLERI CO MUASIR VE MARAQLI OLDUGU UCUN BAXIRAM.TESEKKURLER XEBERE GORE.LAP UREYIMCEN OLDU.
14 iyun 2014 23:37
Offline
Narin...
Nə yalan deyim Ayşvariya Ray Baçhandan başqasını tanımadım dash bacım xəstəsidi bunların hamsını tanıyır arvaddı kişili crazy uşaqlıqdan həmişə deyirki imkanım olsaydı hindistana gedif bunnarın hamsını görərdim biggrin Təşəkkürlər Ellada xanım paylaşdığınız üçün. kiss
14 iyun 2014 21:27
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ruhəngiz
Bu aktrisalardan təkcə Ayşvariya Rayı tanıyıram.Digərləri haqqında da məlumatım oldu.
Təşəkkürlər,Ellada
14 iyun 2014 20:30
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Qəribə
Bu xanimlarin hamisi haqda melumatim var.Sağ ol Ellada məlumatlandirdigin üçün təşəkkür edirem. kiss give_ros
14 iyun 2014 20:20
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Şımarık kız
Men bunlarin heyatlari haqda bilmirdim
14 iyun 2014 19:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!