Evdə hazırlayacağınız pilinq tipli kremlər dünyada satın ala biləcəyiniz bütün kremlərdən ən yaxşısı və ən keyfiyyətlisidir. Sadəcə təbii oldqları üçün yox. Dərinizin gənc və yumşaq olacağına zəmanət verdikləri üçün. Əgər cildinizdəki artıq maddələrdən xilas olmaq və cildinizi gözəlləşdirmək istəyirsinizsə, o zaman aşağıda qeyd edilən pilinqlərdən tənbəllik etməyən faydalanmağa başlayın.
1. Qəhvə, lavanda, şəkər tozu: Əgər cildiniz qızararaq sizi narahat edirsə, o zaman bu qarışımdan istifadə edin. Qəhvə cildinizə pilinq təsiri verərkən lavanta dərinizi sakitləşdirəcək və şəkər isə ona parlaqlığını geri qaytaracaqdır.
2. Şəkər tozu və zeytun yağı: Bu iki qarışım ən məşhur pilinq növüdür. Həm pilinq təsiri verir, həm də dərini nəmləndirir. Bu qarışım cildinizi ölü hüceyrələrdən təmizləyəcək və onu yumşaq saxlayacaqdır.
3. Duz və limon: Əgər dəriniz yağlıdırsa və bu sizin üçün daim problem yaradırsa, sakitləşin. Artıq bunun da çarəsi var. Duz və limonun qarışımından hazırlanan pilinq vasitəsilə cildinizin idarəsini öz əlinizə alacaqsınız. Limon suyu dərinizdəki artıq yağları təmizləyəcək, duz isə ölü hüceyrələri uzaqlaşdıraraq onları sıfır dərəcəsinə endirəcəkdir. Bu qarışım həqiqətən də işə yarayır!
4. Çiyələk və bal: Əgər siz də çiyələkdən vaz keçə bilmirsinizsə və əgər üzünüzdə qabarcıqlar varsa, demək, bu qarışıq məhz sizin üçündür. Çiyələk dərinizi yumşaldarkən bal üzünüzü qidalandıracaqdır. Allergiyalı xanımlar bu qarışımdan uzaq dursunlar.
5. Əzilmiş çiyələk: Dərinizin yetərincə yumşaq olmağına baxmayaraq yenə də yağlıdırsa, tam sizə görə bir məsləhətimiz var. Bir neçə çiyələyi bir qabda əzin və üzünüzə çəkin. Bir qədər sonra isə ovaraq təmizləyin və yuyun. Elə həmin an artıq yağlardan qurtulduğunuzu görəcəksiniz. Onu da qeyd edim ki, allergiyalı xanımlar çiyələyi qəti olaraq üzlərinə vurmasınlar.
6. Epsom duzu və su: Epsom duzları dünyadakı ən saf duzlar cərgəsində ilk sıralardadır. Maqnezium sulfatdan yaranan bu duz detoks və rahatlamaq üçün əla vasitədir. Vanna qəbul edərkən suya qata bildiyiniz kimi, onunla pilinq də edə bilərsiniz. Yoxlayın və dərinizin elə ilk dəfədən canlandığına əmin olun.
7. Bal və şəkər tozu: Balın dəriyə bir çox faydası var. Onu şəkər tozu ilə qarışdırdığınız zaman mükəmməl bir pilinq kremi hazırlamış olarsınız. Bu qarışım cildinizi canlandırdığı kimi ona parlaqlıq da bəxş edəcək.
8. Qəhvəyi şəkər tozu: Qəhvəyi şəkər tozunu təkbaşına və ya bir qədər su ilə qarışdıraraq üzünüzə çəkin və ovun. Fərqi elə həmin an hiss edəcəksiniz.
9. Turş şirni maskası: Bir qədər yuxarıda limon və duzun qarışımından edə biləcəyiniz pilinq növü qeyd etmişəm. Gəlin onu bir qədər şirinləşdirək. Yarım ədəd təzə limona yarım stəkan çəkər tozu, bir çay qaşığı zeytun yağı və bir çay qaşığı da bal əlavə edin. Bu qarışımı təkcə üz yox elə bədən pilinqi üçün də istiafdə edə bilərsiniz. Zeytun yağını istəyə görə artıra və ya azalda bilərsiniz.
10. Kokos yağı və şəkər tozu: Bir yemək qaşığı kokos yağını 20 saniyə mikrodalğalı sobada isidin. Sonra isə içinə 3 yemək qaşığı şəkər tozu əlavə edin. Qarışdırdıqdan sonra cildinizə çəkin və ovun.
11. Pomidor və şəkər tozu: Bir pomidoru iki yerə bölün və ətli tərəfini şəkər tozuna batırın. (1 yemək qaşığı şəkər tozu olmalıdır.) Şəkər tozuna batırılmış pomidoru dairəvi hərəkətlərlə üzünüzə masaj edərək çəkin. Proses bitdikdən sonra qabıqları 10 dəqiqə ərzində sifətinizdə saxlaya bilərsiniz. Sonra isə üzünüzü yuyun.
12. Bal və yulaf unu: Stəkanın dörddə biri qədər yulaf unu götürün üzərinə bir o qədər su və iki çay qaşığı da bal əlavə edin. Bu qarışım dərinizi ölü hüçeyrələrdən təmizləyəcəkdir.
13. Darçın: 1 stəkan qəhvəyi şəkər tozu, yarım stəkan kokos yağı, yarım çay qaşığı E vitamini və yarım çay qaşığı darçın. Bunları qarışdırın və dərinizə çəkin.
14. Dəniz duzu və uşaq yağı: Yarım stəkan uşaqlar üçün olan yağa bir stəkan dəniz duzu əlavə edin. Bu qarışımı 24 saat saxlayın. 14-cü saat tamam olandan sonra onu yaxşıca qarışdırın və dərinizə çəkin.
15. Papaya (qovun ağacı) və yulaf: Yarım papayanın içinə iki yemək qaşığı yulaf unu tökün və bir yemək qaşığı qədər də badam yağı əlavə edin və qarışdırın. O saat, gözlətmədən dərinizə çəkin. Bu qarışımın artıq qalanını qətiyyən saxlamayın və tullayın.
XƏBƏR LENTİ
Nişan üçün don modelləri
İspanaqlı toyuq ruleti
Devid Kemeron bizdən danışdı
Wi-Fi-da ciddi təhlükə aşkarlanıb
"Qaqa" sözü necə yaranıb?
2013-cü il məzun gecəsi paltarları
Yumurtalıq xərçəngi
İlin Ən Nüfuzlu insanları seçildi-SİYAHI
Selluliti aradan qaldırmaq üçün təbii yollar
Düzmə küftə (foto resept)
Ayda niyə "Heyvanlara yem verməyin" yazılıb?
Evdəki bu əşyalar xərçəngə səbəb olur
Çuğundurlu ətli şorba
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Dişlərin ağardılma üsulu (1)
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
İş yerində yanlış davranışlar
Məşhur modelyer Hadiseni tənqid etdi-FOTO
Abid Şərifov "Sovetski" sakinlərinə söz verdi
Fərqli gəlinlik modelləri
Hellouində yadda qalan kostyumlar (2)
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: Üç nəfər vəfat etdi
Türkiyədə Facebook və Twitter-ə yasaq
Gecə yatarkən qıvırcıq saçları qorumağın 3 yolu
Çingiz Abdullayevdən yeni təyinatlar
Diktator 4 yaxın mənzilli raket buraxdı
Mayli Sayrusun fanatı həbs edildi-SƏBƏB
Tüklənən geyimlər necə təmizlənməlidir?
XANIMLAR ÜÇÜN GEYİMLƏR
Məşhurlar 80-ci illərdə
Bu yazı gözü zəif olanlar üçündür
Zaç Posendən yeni kolleksiya
Leydi Qaqanın tərzi
HAVA necə olacaq?- 11 MAY
Çində robot polislər xidmətə başladı
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Günəş evinizdən doğsun
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Çemodan əhval-ruhiyyəsi
Şahzadə toyuna xalqı da ÇAДћIRDI
Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"
İSS kamerasına düşən naməlum obyektlər çaşqınlıq yaratdı - Video
Qadın.Netlə birgə hamiləlik (7-ci həftə)
Şimali Koreya yeni raket sınağı keçirib
Ayran şorbası
Məşhur aktyor "Çukur"dan ayrıldı
Günün ulduz falı
"Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz maraqlarını qoruyan bir ölkə kimi tanınır"
Sızanaqlar üçün 3 maska
Eyni anda 6 seraldan təklifi aldı-FOTO
- ŞƏRHLƏR