Bakıda hava 23°
USD AZN
EUR AZN
10:36Surayye qizlarim qiillarim necesiz gormuyeli 08:56Xəyalə Murad Sabahınız xeyirli, gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41065

Nəsrin Cavadzadə

Nəsrin Cavadzadə Bakıda anadan olub. Ailəsinin böyük əksəriyyəti həkimdir. Anası Nəsrinin uşaqlığı boyunca tutduğu gündəliklərdə onun danışmağa çox erkən başladığını və hələ üç-dörd yaşlarındaykən bir çox şeiri əzbərdən oxuduğunu yazıb. Nəsrin bir çoxlarının həkim olduğu, yumor hissi güclü olan, sənətə hörmət edən insanların arasında böyüyüb.

Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

Anasıyla birlikdə İstanbula köçdükdə on yaşında idi. Türkcə bilmədiyi üçün Bakıda bitirdiyi halda Cent Kollecində yenidən dördüncü sinifdə təhsil almaq məcburiyyətində qalır. Lakin anasının narahatlıqlarına rəğmən, türkcədə çox qısa bir müddətdə ana dili qədər yaxşı danışmağa başlayır. Orada oxuyarkən məktəbin teatr bölümünə qatılır. Teatrın səhnələşdirəcəyi "Türkmən toyu" adlı tamaşada rol almağa haqq qazanır. Oyun Şişlidəki Teatr Karedə səhnəyə qoyulur.

Təhsilinə Şişli Tərəqqi Liseyində davam edir. Burada da vaxt itirmədən teatra yazılır. Cüneyt Yalaz Nəsrinin həyatında həm əhəmiyyətli bir dönüş nöqtəsi, həm də böyük bir ilham qaynağı olur. Kollecin ikinci sinfində oxuyarkən Cüneyt Yalazın "Hiper Meqa Market" adlı tamaşasında rol aldıqda aktrisa olmağa qərar verir.

Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

Mərmərə Universitetinin Gözəl sənətlər fakültəsinin Kino-televiziya bölməsinə yazılır. Universitet təhsilini beş ilə tamamlayır. Fakültədə oxuyarkən beş qısa film çəkir. Filmləri müxtəlif daxili və xarici festivallarda göstərildi, mükafatlar aldı.
Universitetdən sonra "Yersiz, yurdsuz " adlı televiziya serialında baş rolu boynuna götürən Nesrin bu dövrdə rejissor Camal Şanla tanış oldu. O, bunu həyatının ikinci dönüş nöqtəsi sayır. Camal Şan serialın dərhal ardından Nəsrinin "Dilbərin səkkiz günü" adlı filmində oynamasını təklif etdi. Nesrin bu filmdəki roluyla Ərzurum, Bursa və Ankara Film Festivallarında "Ən yaxşı qadın oyunçu" mükafatlarına layiq görüldü. Dərhal ardından yenə bir Camal Şan filmi olan "Acı" ilə də yenidən Ərzurum Film Festivalında "Ən yaxşı qadın oyunçu" mükafatının sahibi oldu. Bu filmin ardından ara verdiyi televiziya karyerasına  ATV ekranlarında nümayiş etdirilən  "Samanyolu" adlı serial ilə davam etdi.

Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

2011-ci ildə "Al Yazmalım" serialında rol aldı. Eyni il içində Həsən Tolga Pulatın "Gözəl günlər görəcəyik" və Murat Saraçoğlunun rejissorluq etdiyi "Yanğın var" filmlərində baş rolda oynadı. "Gözəl günlər görəcəyik" filmiylə Antalya Film Festivalında "Ən yaxşı köməkçi qadın oyunçu", Ankara Film Festivalında və Maqazin Jurnalistləri Dərnəyi Mükafatlarında "Ən yaxşı qadın oyunçu" mükafatlarını aldı. "Yanğın var" filmiylə yenə Ankara Film Festivalında və Sadri Alışık Mükafatlarında "Ən yaxşı qadın oyunçu" mükafatlarına layiq görüldü.
Nəsrin çay içməyi, evdə bişirilən mürəbbələri, xəmir xörəklərini sevir. Bəzən idman etməyə, musiqi dinləməyə, rəqs etməyə, jurnal oxumağa, ən yaxın yoldaşıyla Zencefilə getməyə, gözəl ətri olan sabunlara, sevgilisiylə film izləməyə, heyvanlara xüsusi məhəbbəti var. Xüsusilə pişikləri Apiku, Ciko, Mico və Haikuyu, isti yay günlərində dənizə getməyi, anasıyla gəzintiyə çıxmağı, bir gün çəkəcəyi uzun metrajlı filmin ssenarisi üzərində işləməyi çox sevir.
O, türk dilindən əlavə rus və ingilis dilində danışır, fransızcası isə gündən-günə pisləşir.

Səslərin sayı: 10
45
7967
loading...
Şərhlər
Offline
Aysel İ.
"Yanğın var" filmiylə yenə Ankara Film Festivalında və Sadri Alışık Mükafatlarında "Ən yaxşı qadın oyunçu" mükafatlarına layiq görüldü.
24 fevral 2015 09:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Mələksima
Gözəl zərif xanımdır.
10 fevral 2015 23:11
Offline
S.S.E.
bu xanimi al yazmalim serialindan taniyiram
4 fevral 2015 21:01
Offline
Xanim_Xatun
Bu xanımı Küçük ağa serialından tanıdım ondan sonra bildimki Azərbaycanda doğulub.

Ordan artiq cixib.gorən indi hansi seriala cəkilir..
27 yanvar 2015 10:14
Offline
Pərvanə
Bu xanımı Küçük ağa serialından tanıdım ondan sonra bildimki Azərbaycanda doğulub.
11 yanvar 2015 02:43
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
H.M
"Samanyolu" adlı serial ilə davam etdi.

Bu xanimi ele o serialdan taniyib beyenmiwdim, melumat ucun tewekkurler.
3 yanvar 2015 02:15
Offline
Xanim_Xatun
Aktirisa kimi bəyənirdim.mma bilmirdimki həmyerlimizdi
11 noyabr 2014 22:40
Offline
°ღ Zayka •.°ღ
Inanirsiz bu xanimin Turk kinolarina baxmisam amma Azerbaycanli oldugunu bilmirdim
25 oktyabr 2014 15:23
Offline
Davetsiz Misafir
Tanimiram ki men
24 avqust 2014 12:01
Offline
. : . Sonta_Xatun . : .
Tanimiram bu xanimi
27 iyul 2014 01:56
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Küçük ağa serialında oynayırdi.Amma ki orda rolunu beyenmedim.Daha doğrusu,Nesrini yox,oynadığı rolu beyenmedim.Onsuzda rolda da çıxdı getdi deyesen.Gelen sezon olmayacaq Kucuk Ağa-da.Çunki artıq Sinemle Alinin ikinci qızı oldu,inanmıram Ali çixib getsin onun yanına.
19 iyul 2014 21:06
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
♥♥S.Nur♥♥
AAAAAA....AZERBAYCANLI OLDUQUNU BILMIRDIM. DAHA COX SEVECEM ONU.
4 iyul 2014 23:49
Offline
♥NiLuFeR♥
GülnaR, give_ros
PƏRVANƏ ƏLİYEVA......, give_ros
Iceberg, give_ros
Tom and Cerry, give_ros
pari, give_ros
Əhədli Əhəd, give_ros
Elvira Melek, give_ros
Minira Aslanzade, give_ros
ESNA, give_ros
30 iyun 2014 21:24
Offline
AFƏR
Azerbaycanli oldugunu bilirdim ve fexr edirem ki,bir azeri kimi turkiyede cox taninmish aktrisadi indide hal hazirda "kucuk aga "serialinda istirak edir.Nilufercim cox sag ol canim
26 iyun 2014 12:02
Offline
Minira Aslanzade
Bu aktrisanin hansi kinosunasa baxmisam,azeri oldugnu bilmirdim,xebercin tesekkurler.
25 iyun 2014 21:55
Offline
Elvira Melek
Mən bu xanımı Küçük ağada görmüşəm.Amma Azəri olduğunu bilmirdim
15 iyun 2014 18:25
Offline
Əhədli Əhəd
Maraqlı idi.. təşəkkürlər...
11 iyun 2014 18:11
Offline
PERI
Halal olsun sene Azerbaycan coreyi.

10 iyun 2014 15:43
Offline
Tom and Cerry
Kucuk Agadaki roluna gore qicik oluram bu xanima dash laughing
10 iyun 2014 14:33
Offline
Iceberg
Tanıyıram, və çox bəyənirəm bu xanımı
10 iyun 2014 13:13
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış