Bakıda hava 30°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:02PERI aaa mende de var imis indi fikir verdim 13:01Sima hansi olkenin adamlaridi goresen)))) 12:55Surayye Mənədə baxırlar gic gic adamlardı bos ver 12:41Sima bu ecaib nikler kimdi baxir proflime 09:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40776

15 iyun Milli Qurtuluş Günüdür

15 iyun Milli Qurtuluş Günüdür

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.   

15 iyun Milli Qurtuluş Günüdür

1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.

Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağırışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı. 

Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. İki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar.  

15 iyun Milli Qurtuluş Günüdür

İyunun 14-də Nəvahi yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. 

Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. 

15 iyun Milli Qurtuluş Günüdür

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.  

Səslərin sayı: 3
12
2586
loading...
Şərhlər
Offline
AFƏR
Gecdə olsa bayramımız mubarək olsun
20 noyabr 2014 22:46
Offline
toma676
Azadliq boyuk xosbextlikdir.
12 iyul 2014 22:02
Offline
Tər Naz Elm Nur
Elbetdeki bugun yaxwi yawiyiriqsa oda H.E gore tewekkurler allah I.E can sagligi versin amin
4 iyul 2014 09:00
Offline
Nigar
Bayramimiz mubarek nece bele bayramlara
15 iyun 2014 20:00
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Qəribə
Qurtuluş günü münasibəti ilə her birinizi ürəkdən təbrik edirəm.

Bayramınız mübarək Əziz Qadin.Netlilər!!!


Tesekkur edirem Xeyale xanim.
give_ros
15 iyun 2014 16:12
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Hacət-i Vuslat
Dünya belə ağıllı siyasətçiləri az görüb.Həqiqətən də onsuz Azərbaycanın necə olardı görəsən?..
15 iyun 2014 13:54
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ruhəngiz
Sayt heyətini,istifadəçilərimizi səmimi qəlbdən təbrik edirəm! give_ros
15 iyun 2014 13:45
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ibrahimova Gulya♥S♥
Bayraminiz mubarek olsun eziz qadin.netliler, Musteqilliyimiz daimi olsun, xalqimiz saglam,hemiwe hemrey olsun olsun Aminn girl_ang
15 iyun 2014 10:43
Offline
Aysel İ.
Bayramınız mübarək Əziz Qadin.Netlilər.

Sağ ol Xəyalə, Azərbaycanımızı Qurtuluş günü münasibəti ilə ürəkdən təbrik edirəm.
15 iyun 2014 10:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Bayramınız mübarək Əziz Qadin.Netlilər.
15 iyun 2014 10:34
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
leman
Menim yadimdadir H.Eliyevin muracietin ewidende menim atam da o meydana getmiwdi. ..
Bayraminiz mubarek eziz Qadin.netlilerim
15 iyun 2014 07:37
Offline
Ulker.Agamali
Onun haqqinda cox danismaq olar! O bir dahi idi! Heqiqeten de onun sayesinde indi azerbaycan var ve inkisaf edir!
15 iyun 2014 01:07
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 13:05 - Müəllif: PERI
    Susuzluğun əlamətləri (1)

    Susuzluğun əlamətləri

    Tərləmək orqanizmin sərinləməsinin təbii sistemidir, odur ki, yüngül paltar geyinin ki, bədən çox qızmasın.
  • 13:03 - Müəllif: PERI
    İlan yağı ilə saç baxımı (1)

    İlan yağı ilə saç baxımı

    - Əsil ilan yağı apteklərdən təmin edilməlidir. Az miqdar ilan yağını şampuna əlavə edərək hər çiməndə bu şampunla saçınızı yuya bilərsiniz.
  • 12:57 - Müəllif: Sima
    Mənsur və Sitarə I (hekayə) (1)

    Mənsur və Sitarə I (hekayə)

    Əcəba, bu qız kimdir və kimə qismət оlacaq!? Bu qız Aslanın оlub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi оğlu.
  • Bürclərin həyatına mane olan GİZLİ SƏBƏBLƏR

    Burclərdə belə şey də olurmuş
  • Bir zamanlar lağ obyekti olub, indi isə...-FOTO

    Allahın yaratdığı bəndədir niyə lag ediblər
  • Bu kişinin beyninin 50 faizi yoxdur

    Onda biz də yarim beyinli olsaydıq normal olardıg
  • Tarkan izləyicilərindən kömək istədi

    mehsur oldun beledidee
  • Bürclərin həyatına mane olan GİZLİ SƏBƏBLƏR

    Əlbəttə ki, bəzi vərdişləri tərgitmək çətin ola bilər, lakin siz bunlarsız özünüzün ən yaxşı versiyasını yarada biləcəksiniz. Unutmayın ki, mümkün çətinliklərə baxmayaraq, bununla öz missiyanızın yerinə yetirilməsinə yaxınlaşacaqsınız.
  • Bu kişinin beyninin 50 faizi yoxdur

    60 yaşlı kişinin parabeyin olduğu aşkarlanıb. Belə ki, onun beyninin 50 faizinin olmadığını görən həkimlər kişidə hər hansı qüsurun olmadığını müəyyənləşdiriblər
  • 12:42 - Müəllif: Sima
    HAVA Xəbərdarlığı (1)

    HAVA Xəbərdarlığı

    Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!