Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 fevral 23:45Feride Sürayyə gələn qız Katarinadı yaman qızdı ha.Çempion olacaq 18 fevral 17:45Surayye Ayla yunanlara kim gəlir? niyə gəlir?Türklərə kim gələcəy? 18 fevral 15:30Ayla Ayla Gunortaniz xeyir qizlar! Peri moda xeberinde ne yazmisan? 18 fevral 14:33Xəyalə Murad Çox sağ ol,İceberg
39952

Talehin taleyi...(İkinci hissə)

Talehin taleyi...(İkinci hissə)

Aylardır maaş almayan ərinin məhlədəki dükana, aptekə borcunun olmasını Zemfira onun ölümündən sonra Talehə danışdı.Dükandan aldıqları gündəlik tələbat malları,ərzaqlar idi.Aptekdənsə ağrıkəsici dərmanlar, iynələr almışdılar.Hələ bu borclar bir yana, indi yenə pul lazımdır.Dəfn, cümə axşamları, qəbiristanlıqda torpaq pulu və s.üçün.Bu yaşadək belə çətinliyə düşməmişdi hələ Taleh.Qardaş yox, qohum yox.Məsləhət , ən əsası isə maddi kömək alacaq bir kimsə yox.Səlim kişi ilə Zemfira toylarından az sonra  ucqar bir rayondan gəlmişdilər bu qəsəbəyə.Burada qohum-əqrəbaları demək olar yox idi.Atasının dostları, yoldaşları da müəllim yoldaşlarıydı.Onların da vəziyyəti ürəkaçan deyildi.

...Səlim kişini dəfn etdilər.Qəbiristanlıqda dəfn üçün götürülmüş yerin haqqı isə hələ ödənilməmişdi.Yol boyu  ana ilə oğul dinib-danışmadılar.Hər ikisini düşündürən eyni sual idi:”Bu qədər borcu necə qaytaracağıq?”Qəbiristanlıqdan evə qədər olan 20 dəqiqəlik yol 2 saat kimi gəldi keçdi.Zaman da dayanmışdı elə bil...Xoşbəxt dəqiqələr sanki uçur, belə ağır dəqiqələrsə heç keçmək bilmir.Nəhayət evə gəlib çatdılar.Üzücü bir sükut var..

-Nə fikrə getmisən oğlum?-Zemfira cansıxıcı sükutu pozaraq soruşdu.

-Zamanımız çox azdır.Üç gün içində həm dəfn, həm ehsan üçün pul tapmalıyıq.

-Allah yoxun üzünü qara etsin, bala.Olan qır-qızılımı da satıb atanın dərmanlarına xərclədik.Satılası qiymətli bir şeyimiz qalmayıb daha.

-Atama layiqincə ehsan verməliyik.Nə olursa-olsun.Mən bir azdan çıxacam.Gedim məhlədəki tay-tuşlarla, qonşularla da məsləhətləşim.Soraqlaşım, görüm kimdən pul tapa bilirəm.

-Gözlə, gedim sənə çay-çörək gətirim.Səhərdən acsan.Axşam da Allah bilir nə vaxt qayıdacaqsan.

Taleh yeməyini yeyib evdən təzəcə çıxmışdı ki, həyət qapısı yenidən döyüldü.Zemfira elə bildi gələn Talehdi.Yəqin nəyisə unutduğu üçün qayıtmalı olub.

Gələn Sevda idi.Qonşuları Sənəm arvadın qızı.Talehlə on il bir sinifdə oxumuş, bir parta arxasında oturmuşdular.Talehin xətrini çox istəyirdi.Elə Taleh də onu həmişə hər yerdə müdafiə edərdi.Məktəb illərində ən yaxın dost olmuşdular.Bir-birlərindən gizli sirrləri demək olar ki, yox idi.Məzun olandan sonra az-az rastlaşırdılar.Sevda ali məktəbə hazırlaşdığı üçün bütün yayı evdə dərslərilə məşğul olrdu.9-cu sinfədək əlaçı olan Talehsə  axırıncı il həm oxuyub həm də işlədiyi üçün dərslərindən bir az geri qaldı.Gecə işdən evə yorğun gələndən sonra çox vaxt yeməyini də yemədən yatırdı.Dərs oxumağa vaxtı hardaydı?Ancaq məktəbdə oxuya bilirdi.Qiymətləri o qədər də pis olmasa da arzuladığı ixtisas üçün yuxarı qiymətlər almalı idi.Arzusu hüquqşünas olmaqdı.İmtahana üç ay qalmış işdən çıxıb ancaq dərslərilə məşğul olsa da imtahanları verə bilmədi.Yenidən işinə qayıtdı.Sevda isə tələbə oldu.Atası kimi müəllim olacaqdı o da.Qonşu olsalar da bir-birlərini görmürdülər..Elə gün olurdu ki, Taleh sübh tezdən hamı yuxudaykən evdən çıxar, gecə isə hamı yatandan sonra evə qayıdardı.İşlədiyi müddətdə xeyli arıqlamışdı.Zemfira oğlunun bu halına qəlbi sızlasa da, işləməməsi üçün yalvarsa da Talehi fikrindən döndərə bilməmişdi.18 yaşı tamam olandan sonra hərbi xitmətə növbəti çağırış zamanı könüllü olaraq hərbi komissarlığa getdi.O zamandan iki ilə yaxın bir vaxt keçib.Bu iki ildə Sevda Talehin üzünü görməsə də onu unutmamış, o əsgərlikdə olanda tez-tez gəlib Zemfiraya baş çəkərdi.Boş vaxtı olan kimi onlara gələr, Zemfiranı tək qalıb darıxmağa qoymazdı. .Ev işlərində ona kömək edər, bəzən xörək də bişirərdi.Zemfira da ona çox öyrəşmşidi.Sevdanın dərsləri çox olub gəlməyəndə, gözü qalardı həyət qapısında.Çox yaxınlaşmışdılar.Ana-qız olmuşdular...

 -Sənsən, qızım?Taleh elə indicə çıxdı.Elə bildim gələn odu, nəyisə yadından çıxarıb.Nə yaxşı gəldin.Təklikdən lap bağrım çatlayırdı.

-Talehin getdiyini gördüm.Bildim ki, təksiz.Ona görə gəldim.

-Bayaqdan həyətdəcə oturmuşam.Evə keçməyə həvəsim yoxdur.Ayağım da getmir.Səlimin otağına necə keçim, yatdığı çarpayını boş görməyə necə dözüm?

-Hava soyuqdur, xala, xəstələnərsiz.Gəlin keçək evə.Mən yanınızdayam, qorxmayın.Bir-iki günə keçib gedər bu qorxularınız da.

Birlikdə evə keçdilər.Zemfira mətbəxə keçdi ki, çay hazırlasın.Adəti idi, hər gün gördüyü adam da olsa evinə gəlibsə onu qonaq kimi qarşılayardı.Heç nəyi olmasa da mürəbbəli, şirniyyatlı çaya qonaq edərdi.Bu xüsusiyyət oğluna da keçmişdi.Elə dəfn pulundan, köhnə borclardan daha çox hər cümə axşamı atasına layiqincə ehsan verməkçün pul axtarırdı.

Zemfira mətbəxə keçəndə Sevda da otaqlara baş çəkdi.Onun da adəti bu idi.Hər dəfə gələndə bir-bir otaqlara baxar, sahmana salardı.Talehin əşyalarını da ayırıb səliqə ilə otağına yığmış, bu otağa xüsusi diqqət edərdi.Dağınıq halda olan məktəb şəkillərinin itməməsi üçün şəkil albomu alıb şəkilləri ora yığmışdı.Bu şəkillərin çoxunda Talehlə yanaşı dayanmışdılar.

Yenə həmin otağa keçmək istədi.Açıq qapıdan içəri nəzər saldı.Taleh gələndən otağın görünüşü bir az dəyişsə də o şəkil albomu yerindəydi.Stolun üstündə.Sevda onu bura qoymuşdu ki, Taleh gələn kimi görsün.Həmişəkindən fərqli olaraq bu dəfə otağa girməyə tərəddüd etdi. Sanki Taleh otaqdaymış kimi utandı.Otağa girmədən geri döndü.Zemfira çay süfrəsi açmışdı.

-Gəl, qızım.Gəl, əyləş,çay içək.Boğazım quruyub.Bir qurtum içim boğazım yaşlansın,rahat danışaq..

Çay içib bir az söhbət etdilər.Başları söhbətə elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbərləri də olmadı.Həyət qapısının döyülməsinə hər ikisi həyətə çıxdı.Hava artıq qaralmışdı.Gələn Taleh idi.Talehlə həyətdə üz-üzə gələn Sevda bu qəfil rastlaşmadan özünü itirdi.Taleh də onu görəcək həyəcanlandı.Onunla öz həyətlərində rastlaşacağını gözləmirdi.

-Sağ olun, mən artıq getməliyəm.Çox gecikdim.Gecəniz xeyrə qalsın-Sevda tələm-tələsik ayaqqabılarını geyinib getmək istədi.

-Dayan, bu qaranlıqda tək hara gedirsən?Qoy Taleh ötürsün səni-Zemfira dedi.

Bu  təklif ürəyincə olduğu üçün Sevda etiraz etmədi..Yolboyu dinib-danışmadılar.

Ürəkləri danışırdı ancaq bir-biriylə:

-"Nə gözəl olmusan, Sevda.İndi sən hara, mən hara.Yəqin daha bəyənməzsən mənim kimiləri."

-"Səni görəndə tanımadım heç. Taleh.Çox dəyişmisən.Daha yaraşıqlı olmusan."

Sağollaşıb ayrıldılar.Hər ikisinin beynində eyni sual dolanırdı:-"Görəsən sevdiyi varmı??"

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səslərin sayı: 17
45
6504
loading...
Şərhlər
Offline
Ulker.Agamali
Bele olacagini gozleyirdim hec ne tesaduf olmur heyatda empathy
14 dekabr 2014 16:21
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
♥NiLuFeR♥
Çox maraqlıdır,təşəkkürlər
28 fevral 2014 17:36
Offline
Kemale Memmedova
7hisseni bir defeye oxuyacam.
2 dekabr 2012 23:20
Offline
oksana
hmm ardini indi oxuyacam
1 sentyabr 2011 23:08
Offline
Pervane
Super heleki eladir,indi men bu hekayenin hamisini oxumadan nece yatim Gulsen xanim,kecdim 3cu hisseye..................
22 mart 2011 01:38
Offline
Nara 87
OOOOOOOO bu ki,romantiklikdi ki,gecenin bir ailemi....,amma urekler susur.
1 fevral 2011 17:31
Offline
Revane
Gulşen saq ol ikinci hisseni başim qarişiq olmuşdu oxumamişdim. İndi kecim 3-cu hisseni oxuyum....
1 fevral 2011 03:46
Offline
Gulshen_q
lovable_madam,
Həftənin 1-ci günü, inşaallah.Ardı, amma son deyil )
26 yanvar 2011 21:19
Offline
Flowers
GULŞEN XANIM, her 2 hisseni oxudum,ozu de cox boyuk maraqla, ardi ne zaman olacaq INŞAALLAH?
26 yanvar 2011 20:14
Offline
AyKa 87
SONU GORESEN NECE OLACAQ,COX MARAQLIDIR MENE?!
26 yanvar 2011 17:14
Offline
Gulshen_q
.

Firushka,
Xeyr, sizinlə razılaşmıram.Hekayə porno şəkil, video deyil ki, mötərizədə yaş həddi yazıla))
Bir də ki, bu saytda Selinin, sanamkanın və sizin xəbərləri çıxsaq bütün xəbərlər 18 yaşdan yuxarılar üçündür.Əgər yalnız yaşınıza uyğun olanları oxumaq istəyirsizsə yalnız onların yazılarını oxuyun))
Hekayənin burda yazdığım hissəsi isə hekayənin onda bir hissəsidir.Bəs məktəbdə, ədəbiyyat dərsində bu həcmdə olan hekayələri oxumursuz?Hələ 5-ci sinif ədəbiyyat dərsliyində bu həcmdə hekayələr var.Şikayətlənməkdənsə özünüzü alışdırın kitab oxumağa.Bu hekayənisə oxumasaz da olar.Sizdən tək xahişimsə oxumadığınız xəbərlərə şərh yazmayın, mümkünsə...
26 yanvar 2011 05:42
Offline
Naza
Yəqin oğlan sonradan pullanıb bütün borclarını örtüb qonşunun qızını alar da ))
25 yanvar 2011 23:02
Offline
Feride
Gulsen_q,
eger xeberinizi oxumamaqla siz edebsizlik etdimse meni bagilsyin Sizin eziyyetinize hormetsizlik etmek istemezdim/Amma ki men bele hekayeleri oxumaga cekinirem mence hekayeleri yazanda moterizede yas heddini bildirmek lazimdir?!Menimle razilasirsiniz?
25 yanvar 2011 22:26
Offline
musi
hemise maraqli yrinde kesilir ,seriallar kimi wink sebirsizlikle gozleyirem
25 yanvar 2011 20:11
Offline
Gunka
yox amma men tersine fikirlewirem mence yaxwi bitecek. wink
25 yanvar 2011 19:38
Offline
Luna
ardini sebirsizlikle gozleyirem cox maraqlidi
25 yanvar 2011 19:22
Offline
Gulshen_q
Gulya-nur,
Niyə elə düşündünüz ki? )
25 yanvar 2011 16:48
Offline
Gulya-nur
Elə hiss edirəm ki, sonu yaxşı bitməyəcək.... : sad
25 yanvar 2011 16:43
Offline
Naza
Ada, görək davamında nə olacaq )
25 yanvar 2011 15:21
Offline
leylahuseynova
Hec turk seriallarini bela hesretde qoymurlar hec olmasa gelecek hefte haqqinda qisa da olsa reklam verirler ee sen ay Gulsen yaxsi ki rejissor olmamisan lap ireyimizi cekerdin vallah love
25 yanvar 2011 14:51
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )