Əziz Qadin.Netlilər! Bugün sizə bir neçə sadə, lakin həyatınıza müsbət təsiri olacaq məsləhətlər təqdim edirəm. Hər ailədə rast gəlməsək də, bəzi ailələrdə aşağıda qeyd etdiklərim mütləq vardır. Məhz bu baxımdan diqqətlə oxuyub, nəticə çıxarmağa çalışın.
1. Əks cins nümayəndələri qadınların arzu və istəklərini oxuya bilmirlər. Biz qadınlar nə qədər küsülü qalsaq da, incik davransaq da, dodaq büzsək də, qəzəblənsək də, kişilər nə üçün belə etdiyimizi anlamayacaqlar. Odur ki, ürəkli olun və yaxınlaşıb öz istəyinizi deyin. Nəticə etibarı ilə ya istəyinizə nail olacaqsınız, ya da nail olmayacaqsınız.
2. Gün ərzində yoldaşınıza ən azı 48 dəfə zəng etməyin! Bəzi jurnallarda qeyd edildiyi kimi, axmaq mesajlar yazmayın. Cibinə axmaq cümlələr yazılmış kağız parçaları qoymayın. Əgər yoldaşınız çox işləyirsə, bütün bunlar ona əsəbdən başqa heç nə verməyəcək. Kişilərin istədikləri odur ki, işdən yorğun evə gəldiklərində rahatlığa qovuşsunlar. Evdə müsbət aura və təmizlik olsun. Ona qulluq edin. Yorğunluqdan televizor önündə yuxuya gedibsə, onu oyatmağa tələsməyin. Yastıq və ədyal ilə yerini rahatlayın. Sərt şəkildə oyatmağa gərək yoxdur. Xüsusən də yorğunluqdan xoruldayırsa.
3. Çox zaman evdar xanımlar gündəlik ev işlərinə görə baxımsız olurlar. Lakin işdən evə gələn kişinin ilk növbədə diqqətini çəkən yanağınızdakı təbəssüm və üzərinizdən gələn xoş ətirdir. Təmiz və səliqəli geyinin. Onu qaş-qabaqlı və yemək qoxusu verən geyiminizlə qarşılamağınız heç də düzgün deyil. Bunu qəti unutmayın: Əgər kişi xanımından razıdırsa, qadını istəkli, baxımlı və cazibədardırsa, onun üçün çiy balıq ətindən olan suşini belə gözü yumulu yeməyə razı olar.
4.Keçmişi gələcəyə daşımaq mümkün deyil. Əgər köhnə sevgilinizdən ayrılmısınızsa, demək ayrılmısınız. Köhnə sevgilinizlə dostluq əlaqələrinə davam edirsinizsə, bir də buna yoldaşınızın gözü ilə baxın. Bu hazırkı yoldaşınıza əlavə gərginlik və narahatlıq bəxş edir. Yoldaşınız üçün, onun inamını və etibarını qazanmaq üçün hər şeyə razısınız? Onda bilin ki, bu vəziyyətə uzun müddət səbr etmək və susmaq hər kişiyə nəsib olmur. Hər şeydə nöqtəni nida ilə əvəz edin. Köhnə sevgilinizlə dostluğunuzu məsafədən davam edin və yaxud tamamilə kəsin. İnanın ki, bu yoldaşınız üçün edə biləcəyiniz ən xoş hədiyyə olacaq.
5. Kişilərə evin gəlir mənbəyi olaraq baxmayın. O da insandır. Onun da nəvazişə, xoş sözə ehtiyacı var. Hər şeyi yoldaşınızdan gözləməyin. Onunla mehriban davranın. Axı o da kiminsə oğlu, kiminsə qardaşıdır. Axı o da qayğı və sevgi içində böyüyüb. Siz balalarınızı əzizlədiyiniz kimi, bir zamanlar o da əzizlənib. Çalışın ki, arzu və istəklərinizə nail olmaq üçün onu gəlir mənbəyi olaraq deyil, həyatınızın və ömrünüzün yol yoldaşı olaraq görəsiniz. Ona hər zaman dayaq olun və dəstək olmağa çalışın. Mənəvi rahatlıq və xoşbəxt qadın kişilər üçün əsl bəxtəvərlikdir.
XƏBƏR LENTİ
Tanış olun: iPhone bu qadının səsi ilə danışır
Aprelin 1-dən Azərbaycanda 80 mindən çox vətəndaşın təqaüdü artırılacaq
Kakao yağının dərimizə faydaları
Səmadan şokolad yağdı
2011-ci ilin milyarderləri
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Sabahın HAVAsı
​Mart ayında 6 gün dərs olmayacaq
Mətbəx üçün künc dəstləri modelləri
Sinqapurda yeni super otel tikiləcək
Ermənilərdən yeni təxribat
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Bitkilər üçün 3 təbii gübrə
Hava haqqında
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Keniya gözəlinə ölüm hökmü - Şok səbəb
Belə ömrü kişilər yaşayır...
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
"Bu iş qadınlar üçün deyil"
Bu da Toyota Avalon
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Türkiyədə matəm elan olundu
Cəbhədə atəş səsləri eşidildi
Berkay olan otelə fanatları hücüm etdi
Yeni il qabağı avtomobillərə qadağa
Ağ Evin qarşısında atışma
Siqaret tərgitmək üçün.
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Makiyajı kremlə təmizləmək
Günün ulduz falı
Həzi Aslanov yad edildi
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
20-50 yaşlı dolu xanımlara stil təklifləri
Noxud şorbası (foto resept)
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Müsəlman ixtiraçılar dünyaya nə veriblər?
Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO
İnsanı öldürən 10 ərzaq
Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA
Muncuqlu və qızıl-gümüş bilərziklər
Qiyməli kartof dolması (foto-resept)
Azərbaycanın adı dünyaca məşhur serialda
Rəngarəng ideyalar
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Səhər yeməyində 3 qidadan uzaq olun
- ŞƏRHLƏR