Bakıda hava +25°
USD 0.7844 AZN
EUR 1.0421 AZN
22 avqust 23:10S.N. Kash ki,ay QARA QIZ......:( 22 avqust 23:09S.N. Shimaracak kimsen olmayinca,hayat seni kocaman adama cevirir 22 avqust 23:01QARA QIZ Kaşki vaxtı geriye qaytamaq olaydı 22 avqust 22:06HUSNA Pervane bacim,men de tebrik edirem,xosbextlik arzulayiram
27131

Təbii və qeysər əməliyyatlı doğuşun fərqləri

Təbii və kesər əməliyyatlı doğuş fərqləri Təbii və kesər əməliyyatlı doğuş fərqləri

Doğuş prosesi necə baş verir? Nə qədər vaxt qalıb? İndi o hansı mərhələdədir? Doğan qadın özünə və gələcək körpəsinə necə kömək edə bilər? 
Təbii ki, qadın nə qədər çox bilərsə, bir o qədər az qorxar.
Əvvəla qadın öz bədənini və qəlbini həyatının bu vacib anına hazırlamalıdır.
Xüsusi gimnastik hərəkətləri bir qrup lazımlı əzələlərin möhkəmləndirilməsinə yönəltmək zəruri olardı. Hamilə qadınlar üçün nəzərdə tutulmuş və hazırlanmış xüsusi hovuzlarda tənəffüsün necə idarə olunması və həmçinin doğuşda iştirak edən vacib əzələlərin dartılması və boşaldılması üçün xüsusi məşqlər keçirilir. Hətta ilk baxışda lazımsız görünən tənəffüsə də xüsusi önəm verilməlidir. Əgər doğan qadın tənəffüsü düzgün idarə edirsə, o, ağrının öhdəsindən gəlib bir az sakitləşə bilər və bu, qadına uşağı gücənib ana bətnindən çölə itələməyə kömək edə bilər. Lakin fiziki olaraq hazırlıq hələ hər şey demək deyil.
Hamilə qadının keçirdiyi sağlam həyat tərzi də onun sağlam hamiləlik və müvəffəqiyyətli doğuşuna dəlalət edəcəkdir. Düzgün qidalanma çox miqdarda və kalorili yeməklərin yeyilməsi kimi başa düşülməməlidir. Hansı ərzaqları yemək və hansından imtina etmək də vacib şərtlərdən biridir. Misal üçün, hamiləliyin axırıncı həftələrində hamilə qadının rasionuna çox miqdarda bitki yağlarının əlavə edilməsi tövsiyə olunur ki, buda əzələ kütləsinin elastik olmasını təmin edir. Lakin ət, duz və turşuya qoyulmuş ərzaqlardan imtina etmək məsləhət görülür.
Təbii doğuş:
Bu haqda "Hamiləlik və uşaq" rubrikasının "Sevinc gətirən doğuş" yazısında ətraflı məlumat verilmişdir.
Kesər (qeysər) kəsiyi əməliyyatı:
Kesər kəsiyi basıq (boşluq) əməliyyatıdır; bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir; bu anesteziyanın təsiri ilə uşaq həyata gətirən qadının bədəninin aşağı hissəsinin hissiyyatı itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir xələl yetirilmir. Epidural anesteziyanın (arterial təzyiqin qəflətən düşməsi) aparılması zamanı başlıca təhlükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa, bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr vardır. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyə edirlər, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun.
Kesər kəsiyi necə aparılır?
Əvvəlcə qarın divarı ya orta xətt boyunca, ya da qasığın yuxarısında eninə istiqmətində kəsilir. İkinci vasitə daha yaxşı kosmetik effekt verdiyindən o, hazırda tez-tez tətbiq edilir və ondan sonra nadir hallarda ağırlaşma halları baş verir. 
Yırtılma prosesindən sonra uşağı ehmalca əllə və ya alətlərin köməyi ilə - maşa və ya vakuum-ekstraktorla çıxardırlar. Qan itirmə riskini azaltmaq məqsədilə uşaqlıq yoluna uşaqlıq yolunu daraldan vasitə daxil edirlər. Uşaqlıq yolunun əllə yoxlanmasından və döllük yumurtanın kənarlaşdırılmasından sonra uşaqlıq yolunu tikirlər, daha sonra peritona, qarın əzələsinə və dəriyə tikiş qoyurlar. Qanaxmanı dayandırmaq üçün əməliyyatdan sonra iki saat yarım ərzində qarına buzla dolu kisəcik qoyurlar. 
Doğuşdan sonrakı ilk həftələr ərzində zahı xüsusi doğuşdan sonrakı palatada qalmalıdır. Bu zaman ərzində ona həkim-anestezioloq nəzarət edir. 
Əməliyyatdan sonrakı ilk həftələrdə yalnız limon şirəli su içməyə icazə verilir. Yemək əvəzinə vena daxilinə damcısayan vasitəsilə qida qarışıqları yeridilir.
Növbəti sutkalarda artıq yeni ana olmuş qadına toyuq bulyonu, şəkərsiz meyvə şərbəti içmək; ətçəkən maşınından keçirilmiş və qaynadılmış ət, sıyıq və yağsız kəsmik yemək olar. Adi qida rasionuna isə yalnız dördüncü-beşinci həftələrdə qayıtmaq olar.
Kesər kəsiyindən iki-üç sutka sonra oturmaq və minimal məsafəyə hərəkət etmək mümkündür. Bununla yanaşı, həftə ərzində hər gün tikişi təmizləmək və sarğını dəyişmək lazımdır.
Amma hazırda lazer üsullu tikiş deyilən bir prosesdən də istifadə edilir ki, bu zaman tikişdə istifadə edilən ipləri sökməyə ehtiyac qalmır, iplər orqanizm tərəfindən tədricən udulur.
Qadın doğum evindən yeddinci-onuncu sutkadan sonra hər hansı ağırlaşma halları baş vermədikdə xaric edilir.
Kesər kəsiyindən sonra növbəti hamiləliyi iki ildən sonra planlaşdırmaq daha məsləhətlidir. Bu zaman ərzində orqanizm əvvəlki hamiləlikdən və aparılmış əməliyyatdan sonra bərpa olunmağa müvəffəq ola bilər.

Təbii və kesər əməliyyatlı doğuş fərqləri

Kesər kəsiyi ilə bağlı yanlış fikirlər:
1. Qadın üçün doğuşdan sonrakı normal cinsi həyatı üçün adi doğuşda olduğu kimi problem yaratmır. Yəni vaginal doğuş zamanı uşaqlıq yollarının enlənməsi ucbatından onunla cinsi əlaqə zamanı partnyorunu təmin edə bilməyəcəyindən ehtiyatlanır. 
2. Körpənin uşaqlıq yolundan keçərkən zədələnməsi ehtimalını heçə endirərək, onun sağlam dünyaya gəlməsinə daha çox təminat verir.
3. Yaşı artıq 27-i keçmiş anaların artıq təbii doğuş həyata keçirmək iqtidarında olmaması haqda təsəvvürləri dəstəkləyir .
4. Bu əməliyyat zamanı qadın adi doğuşda olduğu kimi qanaxma riskindən sığortalanıb və s.
Kesər kəsiyi əməliyyatının müsbət və mənfi cəhətləri:
Bütün əməliyyatlar kimi kesər kəsiyi əməliyyatının da müsbət və mənfi cəhətləri var. Şübhəsiz kesər kəsiyinin ən əsas üstünlüyü uşağın və ananın həyatları təhlükədə olduğu təqdirdə uşağın doğumudur.
Kesər kəsiyi ilə təbii yolla doğuş arasında seçim olduğu təqdirdə, nəyin yaxşı, nəyin pis olması barədə fikir yürütmək olar.
Tez-tez eşidirik ki, kesər kəsiyi yolu ilə doğuş etmək tez və ağrısızdır, doğum edən qadın və uşaq doğuş əziyyətlərindən yayınır və buna görə də kesər kəsiyi əməliyyatına üstünlük verilməlidir. Əlbəttə əməliyyat ağrısız aparılır. Ancaq əməliyyatdan sonrakı ağrı adi doğuşdan sonrakı ağrıya nisbətən daha ağır və daha uzun müddətli ola bilir.
Doğuşun tezliyinə gəlincə isə vəziyyət yenə eynidir. Təbii doğuşa nisbətən əməliyyata daha az vaxt sərf olunur. Ancaq ondan sonrakı məhdudiyyətlərin vaxtı daha çoxdur. Narkozdan ayılma, qarındakı yaraların sağalması, qanaxmadan sonrakı bərpa olunma, infeksion ağırlaşma ehtimalının yüksək olması, südün əmələ gəlməsi ilə bağlı problemlər, hərəkətdə məhdudiyyətlər, uşağın qaldırılmasına qadağa, o ağladığı zaman qucağa götürülməməsi - bütün bunlar kesər kəsiyi əməliyyatından sonra qadının həyatını mürəkkəbləşdirir.
Əməliyyatın mənfi cəhətlərindən biri də doğum edən qadının psixoloji vəziyyəti ilə bağlıdır. Bu isə hormonal problemlərlə izah olunur. Orqanizm doğumun olması barədə siqnal almır, bununla da natamamlıq, baş verənlərin yanlışlığı hissi yaranır. Təbii doğuşdan fərqli olaraq əməliyyatdan sonra əgər qadın uşağı əmizdirmirsə, uşaqlığın yığılması elə də intensiv olmur.
1. Bu əməliyyatlar zamanı analar arasında ölüm faizi dünya statistikasına görə 1/2500-ə təşkil edirsə, vaginal doğuş zamanı bu rəqəm 1/10000-ə qədər, yəni 4 dəfə azdır.
2. Körpənin bu əməliyyatlar zamanı sağ qalma ehtimalının daha yüksək olması yayılmış fikirlərə rəğmən, bu sahədə aparılan tədqiqatlar "qeysəriyyə körpələrinin" adi doğuşda olduğuna nisbətən ölüm faizinin bəzi ölkələr üzrə 70 faizə çatdığı qənaətindədirlər.
3. Ümumdünya göstəricilərinə görə, Anqar şkalası üzrə qeysəriyyə körpələrinin təbii yolla dünyaya gələn körpələrə nisbətən daha az bal alması faktı mövcuddur. Burada bu körpələrin sərbəst həyata dözümsüzlüyü kimi onların cərrahi müdaxilə zamanı əlavə stress alması amili əsas gətirilir.
4. Körpənin vaxtından əvvəl dünyaya gəlməsi (planlaşdırılmış doğuş tarixi zamanı) və deməli bəzi fəsadların üzə çıxması ehtimalı daha böyükdür.
5. Cərrahi müdaxilə zamanı ananın orqanizminə infeksiya ötürülməsi faizi də vaginal doğuşda olduğundan yüksəkdir.
6. Qeysəriyyə əməliyyatı zamanı mütləq tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər.
7. Körpələrin döl yanı sudan azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması riski var. Bu faktorla keysəriyyə yolu ilə dünyaya gələn südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksək olması hallarının daha çox rast gəlinməsini də izah etmək olar.
8. Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, habelə bağırsaq mikroflorasının daha çox problemliliyi faktını üzə çıxarıb.
Yalnız zərurət yarandıqda kesər kəsiyi əməliyyatı ana və uşaq üçün xilaskar metod ola bilər. Lakin həm ana, həm də uşaq üçün təbii doğuş daha üstündür.

Səslərin sayı: 39
71
29154
Şərhlər
Offline
.
Allah butun ana olmaga hazirlasan qadinlara komek olsun. Amin!
8 may 2014 16:43
Offline
Qizil Gul
Men bele esitmisem ki, emeliyyatla olan usaqlar xerceng xesteliyi riskini artirir. Bu dogrudurmu?
15 yanvar 2014 23:31
Offline
Jalə Məmmədli
SUSEN MUELLIME,
bele iyne vurulanda basda ve belde agri olur
25 noyabr 2013 14:32
Offline
S.S.N M
MEN KEYSERIYYE OLMUSAM USAGIMDA GOSTERILENLER YOXDUR AMMA TANISI 3 USAQ OZU DOGIB EKSINE ONUN USAQINDA ALIRGIYYA TRAVMA VE S VAR
AMMA MEN INDIYE KIMI BEL VE BASDAN EZIYYET CEKIREM YEQIN EMELIYYATDANDIR
24 noyabr 2013 20:45
Offline
ceren ceren
mende normal dogusun terefindeyem.cox isterdim usagimi normal yolla dunyaya getirim.emeliyyat oldum ve tessufki hekim usagin olsa keserle olacaq dedi.pis oldum. ALLAH mene ve ana olmaq isteyen butun xanimlara tez zamanda ana olmagi, ovladimizi qucagimiza almagi nesib eder
15 noyabr 2013 19:54
Offline
anonim
ne qeder ovlad hesretiynen gozu yolda qadinlarimiz var allah onlara komek olsun..biz ovladimiz ucun 2-3 saatliq agriya dozmeyeceyikse niye ozumuze ana deyirik her bir qadin ana olmaq ucun can atir ona gorede ovladimizi saglam almaq ucun hekimimizi dinlemeli sebrli ve ovladimizi sevmeliiyikki dozerek ovladimizi qolarimiza ala bilek..allah hmiya komek olsun menede 14 heftelk balaca balamada..olmuyanlar ucun olsun insalah amin
14 oktyabr 2013 15:42
Offline
gurcustanli qiz
Men qizimi normal yolla dunyaya getirdim ne agri ne sizi hamisi 3-4 saatliq birseydi oda dozulmeyecek bir agri deyil,elinizden geldiyince normal dogusa usdunluk verin,bezen cox bilmisder hamileleri qorxuzdurmaq ucun normal dogusun pis yanlarindan danisirlar unutmayin normal dogusun hecbir pis qorxulu yani yoxdu 7gun evvel dogus etmisem,cox sukur qizimda mende sapa saglamiq,hemikin sozlerine qulas asildigi muddetce hecbirsey qorxulu deyil!


Hemcinin onuda qeyd edim keyseriyye emeliyatinda adinanda melum oldugu kimi EMELIYYAT kecirilmis olur dogusdan sonra agrisi daha cox olur,ancaq dogus normal yolla olduqda dogus sonrasi agri hec olmus!!!Yalniz mecburiyyet qarsisinda olduqda keyseriyye...Basqa vaxd NORMAL!
4 oktyabr 2013 13:03
Offline
konul ezizova
Tebii dogus qadinin saglamligidir. Butun hamile qadinlara allah komek olsun
3 oktyabr 2013 19:27
Offline
♥AyTaDj HəSəNzAdə♥
cox sgolun ceylan xanim mence normal dogus yaxsidir bezi xanimlarimiz varki canlarini eziyete vermirler ve kesir eleyirler ama bezileride mecburiyetden kesir eletdrirler mence normal dogus...
28 sentyabr 2013 18:55
Offline
Rzayeva Guler
normal dogus yaxsidi qeyser emeliyati olduqdan sonra cox agrilar olur
24 sentyabr 2013 22:31
Offline
Aylin
sag olun meslehete gore.mende problem olduguna gore axira yaxin qeyseriye emeliyati ile usagi dunyaya getirmisem emeliyyat ugurlu heyata cekirilib ancaq usagda beyin teyziqi yarandi.
18 sentyabr 2013 18:29
Offline
Reyna cebiyeva
normal dogum ellbetdeki yaxsidi ama agrilar dozulmezdi
4 sentyabr 2013 16:36
Offline
Farida_Asadova
Yalniz normal dogum!

Raziyam sizinle , elbetde ki eks gosteris yoxdusa tebbii dogum vacibdi
19 avqust 2013 17:21
Offline
Dəniz84
Elbetdeki ehtiyac yoxdusa tebii dogush en yaxshidi ama ananin ve ya ushagin heyati tehlukede olanda kesere el atilalr

İndi həkimlərimizin çoxu ehtiyac oldu olmadı ananı keysəriyyə əməliyyatı edirlər çünki onun pulu çoxdu. Ancaq Analar bilməlidir ki, ehtiyac olmasa keysəriyyə etdirmək heç də alimlər tərəfdən dəstəklənmir.
19 avqust 2013 15:12
imza: Hər kəsin möcüzə haqqında öz anlayışı var. Lakin bir möcüzə sizi ana və ata deyə çağıra bilər!
Xəbər hazırlama qaydaları


http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
AYSUN MEMMEDOVA
Gulsen  Isi,
alla ozu size komek olsun saq salamat korpenizi dunyaya getiresiz
7 avqust 2013 14:35
imza: İki şeyi unut; yaptığın iyiliği ve sana yapılan kötülüğü. iki şeyi unutma; ALLAH’ı ve ölümü.
Yeni istifadeçilər xeber hazrlamaqda çətinlik çəksəz kömək edə bilərəm.
Offline
Gulsen Isi
men bu xeberi yarimciq oxudum o qarindaki kesiyi gorub qorxdum,15 16 heftelik hamileyem insallah ozum dogumu ederem,yoxsa dozmerem keysere.allah hamimiza guc versin ki korpemizi dunyaya getirib ozumuz dogaq goyde Allah yerde hekimlerin komeyie
7 avqust 2013 14:26
Offline
AYTEN AGAVERDIYEVA
MELUMATA GORE COOX SAG OL GELNIMIZ TEBII DOGU ISTEYIR INSALLAH DUA EDIN GELINIMIZE DOSTLAR )))))))))))
5 avqust 2013 18:25
Offline
gurcustanli qiz
Yalniz normal dogum!
21 iyul 2013 21:41
Offline
Shokolad Tvix(Evli)
Elbetdeki ehtiyac yoxdusa tebii dogush en yaxshidi ama ananin ve ya ushagin heyati tehlukede olanda kesere el atilalr.Allah hamiya ovlad sevinci bexsh etsin!
10 iyul 2013 05:05
Offline
Sevil Abbasova
21i qizim oldu,

Tebrik edirem.Allah hamiya qismet elesin
10 iyul 2013 03:32
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )