Bakıda hava 11°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Xoşbəxtliyimizin açarı

Xoşbəxtliyimizin açarı
“Dünya əvvəlki dünya deyil.”, “Yaman pis zəmanədə yaşayırıq.”, “Heç nəyin ləzzəti qalmayıb.”, “İnsanlar saxtadırlar.”, “Sevgi yoxdur.”... İnsanların dilindən düşməyən, dünyagörüşlərini, əhval-ruhiyyələrini dərindən əks etdirən bədbin cümlələr...
Bəzən sadəcə uşaqlarla ünsiyyət qurmaq istəyir insan. Çünki yetkin insanların əksəriyyəti ünsiyyət olaraq ancaq bu mövzuları seçirlər. Mütəmadi olaraq həyatdan, zəmanədən, insanlardan şikayət edirlər. İnsanlardan həyatın heç bir mənasının olmadığını eşitmək həqiqətən də ürək ağrıdan vəziyyətdir.  Bu narazılığın, bu giley-güzarın səbəbi də gün kimi aydındır. Sadəcə sevgisizlik. Həyatdan bezməyin səbəbi sevgisizlikdir. Təkcə bunun yox, dünyaya baxaq. O qədər qarışıqlıq, fəsadlar, cinayətlər, sənətin, estetikanın getdikcə zəifləməsi, intiharların artması və daha nələr. Hamısının kökündə dayanan sevgisizlikdir.
Xoşbəxtliyimizin açarı
Əslində hər insanda az-çox sevgi duyğusu var, fitrətində Allah yaradıb bu duyğunu. Amma ki, sevginin əsl mənbəyindən uzaq düşdüklərinə görə insanlar bədbəxtliyə sürüklənirlər. Sevginin mənbəyi Allahdır. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada xoşbəxt olmaq mümkün deyil.  Allah sevgisi olmadan insan məhv olur. Özünə bu qədər gözəlliyi təqdim edən, bu qədər yaxşılığı lütf edən Allaha laqeyd yanaşan, onu başqalarıdan sonraya, ikinci plana atan insan əlbəttə ki layiq olduğu qarşılığı alır, bədbəxt olur. Allah sevgisiz insanların üzərindən bərəkəti götürür. Xəstəlik, sıxıntı və bəlaları ard-arda ona yollayır. Bir Quran ayəsi var:  “..əgər şükür etsəniz, həqiqətən də sizə artıraram...”(İbrahim surəsi, 7) Həm Allahın hər an təqdim etdiyi nemətlərdən faydalanıb, həm də Allaha dönüb yönəlməyən bir insan adətən “şükür etmirəm” demiş olur. Dili ilə deməsə də, hərəkətləri, davranışları və düşüncələri, niyyətləri ilə şükür etmədiyini göstərir. “Allahın verdyi neməti istifadə edirəm, amma qul olmağı qəbul etmirəm” demiş olur. İndi mən soruşuram sizdən, bu necə əxlaqdır? Allah meyvələr, tərəvəzlər yaradacaq, maşınlar yaradacaq, evlər yaradacaq, texnologiya yaradacaq, televizor, radio yaradacaq, amma insan “mən hamısını istifadə edirəm, sahibi isə məni maraqlandırmır” deyəcək. Bunu deyən bir insan zamanla böyük ruhi çöküntü yaşayacaq.  Varlı, ali təhsilli olması, ətrafında say-seçmə adamların olması, hər cür imkana sahib olması bu şəxsi artıq razı salmayacaq, onu rahatlığa qovuşduran nələrisə axtaracaq. Amma yanlış mənbələrdə axtardığına görə rahatlığa qovuşmayacaq.
Xoşbəxtliyimizin açarı
Allah insanlar üçün ən yaxşısını istər, “ağıllı olmalarını, ən yaxşı şəkildə, ən vicdanlı olaraq” yaşamalarını istər. Rəbbimiz “şükür edin, Məni sevin, Mən də sizi sevim” deyir. Yəni bu pis təklifdir ki? İnsanlar nəyə görə bu təklifi rədd edirlər. Allahın təklifi çox gözəl, çox xoş və çox hikmətli bir təklifdir. Rəbbimizin yolu ilə gedən insanların həyat keyfiyyəti artır, zənginlik, bolluq bərəkəti artır. Lakin insanların çoxu “xeyr, biz dünyanı yaşayacağıq” deyir və yenə insanları, zəmanəni gedişatı qınayırlar, şikayət edirlər. Amma bilmirlər ki, bütün sıxıntılarını yaradan da Allahdır. Deyirlər ki, məsələn, iqtisadi böhran var, bizim bilmədiyimz bir səbəbdən iqtisadiyyat kilidlənib. Halbuki, iqtisadi böhranı da yaradan Allahdır. İqtisadiyyatın vəziyyəti hər kəsə məlumdur. Ticarət, banklar, dollarlar, pul hələ insanların nəzarətindədir. Amma Allah insanların nəzarət edə bilmədiyi metafizik bir hikmətlə iqtisadi böhranı yaradır. Bəlkə insanlar bunun hikmətini axtaralar, tapalar deyə. Ona yönələlər deyə.
Xoşbəxtliyimizin açarı
Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir. İnsan qəddarlığa, sevgisizliyə meyillidir. Niyə axı?! Ən gözəl, ən qüsursuz şəkildə yaranmışıqsa, ən gözəl duyğuları da yaşamalıyıq. Sevgi, mərhəmət, şəfqət, bağışlayıcılıq duyğusu, comərdlik çox zövqlüdür əslində. Məsələn, bir uşağa hədiyə alanda necə sevinir, necə xoşbəxt olur, üzündə necə gözəl ifadə yaranır. Sadəcə o uşağın sevincini görmək belə insanı xoşbəxt edə bilər. Yoxsulların evinə yemək aparanda çox sevinirlər. Gözlərində sevinc işığı parlayır. Sadəcə o gözündəki sevinc parıltısını görməkdən də həzz almaq olur. Televizoru açırıq, qəzeti açırıq, interneti açırıq, çölə-bayıra çıxırıq, kimsə kimləsə dalaşır, mübahisə edir, sözlə, hərəkətlə önə çıxmaq istəyir, sevgiyə deyil, dava-dalaşa meyillidirlər insanlar. Halbuki, dünya o qədər böyükdür ki, bütün insanlara çatar. Dünyanın bütün əraziləri ucsuz-bucaqsızdır, çox nadir yerlərdə şəhərlər var və bomboşdurlar. Bu qədər dava-dalaşa, boğuşmağa, nifrətə dəyməz. Bu dünya hamımıza çatar. Sevgi ilə, imanla dünyanı gözəl bölüşmək olar. 
Səslərin sayı: 6
22
4308
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Yoxsulların evinə yemək aparanda çox sevinirlər.
7 yanvar 2016 23:41
Offline
S.S.E.
Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı
sevməlidir.
6 yanvar 2015 04:05
Offline
H.M
Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir. İnsan qəddarlığa, sevgisizliyə meyillidir.

Kawki bu deyilenlere hami emel etse...
6 yanvar 2015 01:57
Offline
Xanim_Xatun
insanlar azğınlaşıb Allah sonumuzu xeyir etsin

Amin
6 yanvar 2015 01:55
Offline
Xalidə Həsənzadə
Xoşbəxtliyin açarı insandadı .. təşəkkür xəbərə görə
10 noyabr 2014 14:03
Offline
leman
Ellerinize ureyinize sagliq çox gozel yazmisiz. Insan nedense pise meyilli olur, qadagalara maraqli olur ona gore de esrler boyu davam eden bu didiwme cetin qurtara. Allah Ozu komek olsun bizlere .Tewekkur
14 iyun 2014 08:37
Offline
Deniz N-va
Xosbextliyin aqcarimi dedinn scratch_
26 may 2014 13:25
Offline
PERI
GOZEL MOVZUYA TOXUNMUSUNUZ,HEQIQETEN DE HEC KESDE HEYATA SEVGI QALMAYIB.TESEKKURLER XEBERE GORE.
25 may 2014 19:22
Offline
Qəribə
Xeber ucun tesekkurler çox həssas bir mövzuya toxunubsunuz. girl_ang
25 may 2014 12:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ruhəngiz
Mövzunu çox bəyəndim.Çox sağ ol.ALLAH ürəyincə versin.Amin.
İnsan özünü,dünyanı dərk edəndən özünə belə bir sualla müraciət etməlidir:mən dünyaya niyə gəlmişəm,vəzifəm nədir,Yaradanımın buyurduqlarına əməl edirəmmi?
Çox təəssüf ki,insanlar nə edirlərsə özləri özlərinə edir.Çünki ALLAHIMIZ yaratdığı bəndəsinə zülm etməz.
25 may 2014 12:34
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Gülbəniz
Çox gözəl yazıdır bacım əllərinə sağlıq.
Bəli düz buyurursan Allaha yaxın olmalıyıq.İnsanların bu cür dəyişməyinin səbəblərindən biridə şeytanın idarəçiliyi ilə dünya həyatına alüdə olmalarıdır.Müdriklərdən biri çox gözəl deyib"Ey dünya mən yox idim sən var idin mən yenə olmuyacam amma sən yenədə olacaqasan.Belə fanisən niyə mən meylimi salmalıyam sənə"
25 may 2014 09:50
Offline
Sedef
Ne kadaguzel yazmishsiniz
25 may 2014 09:42
Offline
Fatma xanım
Bilmirəm Allahın insanlara sevgisi azalıb, yoxsa insanların Allaha amma bir şeyi bilirəm ki doğurdan da çox pis ləşmişik zəmanının günahı yoxdu ,insanlar azğınlaşıb Allah sonumuzu xeyir etsin
25 may 2014 09:20
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aybeniz
Cox gozel movzuya toxunmusuz yazan elleriniz yorulmasin
25 may 2014 08:16
Offline
AYKA
Heddinen artiq maraqli movzudu insani dusunkeye vadar edir cox sagol xebere gore
25 may 2014 01:58
Offline
Deniz N-va
Dogrudur canim her kesde insanliq var qelbinin derinliyinde her kesin sizlayan bir vicdani varrr yes
24 may 2014 23:42
Offline
sebine ismayilova
blum smile Teşekkürler maraqlı dı
24 may 2014 22:56
Offline
Şımarık kız
İnsanlar her adi bir seye eseblesirler axiri ya xetaxanaliq yada hebsxanaliq unknown Allah bize sebr veersin amin insallah girl_ang
24 may 2014 22:09
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Maraqli melumatdi tesekkurler
24 may 2014 21:52
Offline
♥♥S.Nur♥♥
ALLAHA BILMEYECEYIMIZ OLUM. CEKE BILMEYECEYIMIZ YUKLRERI,DERDLERI VERMESIN.SHERDEN,BELADAN QORUSUN BIZI.AMIN!

ALLAHA QURBAN OLUM.
24 may 2014 21:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!