Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam
38086

Yaxşı ana olmağın sirləri

Yaxşı ana olmağın sirləri

Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur. 

Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq. 

Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir.

Sevginizi ifadə edin! 

Övladınızı dünyadakı hər şeydən çox sevə bilərsiniz, lakin bunu ona hiss etdirməlisiniz.  Onu qucaqlayaraq, nəzakət ilə təqdir edərək və ya yalnız üzünə baxıb gülümsəyərək onu nə qədər çox sevdiyinizi və dəyər verdiyinizi sözlərinizlə, davranışlarınızla göstərin. Sevilməyə hər uşağın, hətta hər canlının ehtiyacı vardır.

Yaxşı ana olmağın sirləri

Ünsiyyət qurun 

Danışmaq, ünsiyyət qurmaq ana və uşaq arasındakı əlaqəni quran ən güclü körpüdür. Açıq və aydın danışın, uşağınız münəccim deyil ki, sizin qəlbinizdən keçənləri bilsin! Qaydalarınız və tələbləriniz dəqiq olsun, uşağınız nə istədiyinizi anlasın. Zzaman ayırıb onları dinləyin və siz də duyğularınızı onlarla paylaşın. 

Onlara vaxt ayırın

Yaxşı ana olmaq istəyirsinizsə, onlarla vaxt keçirmək, zaman ayırmaq əsl vəzifəniz olmalıdır. Onların bahalı oyuncaqlara deyil, sizə ehtiyacı var. Əgər işləyən anasınızsa, ilk sırada uşaqlarınız olsun! Onlarla keyfiyyətli zaman keçirmək uşaqların xarakterinin formalaşmasında çox təsirlidir.

 Dəstək vacibdir

Nə zaman ehtiyacları olsa, onların yanında olun. Müvəffəqiyyətlərini təqdir edin və uğursuzluqlarında isə səssizcə təsəlli verin. 

Onları gözəl hədəflərə çatmaq üçün cəsarətləndirin.

Yaxşı ana olmağın sirləri

Yaxşı nümunə olun

Yaxşı ana olmağın 10 sirrindən biri ona yaxşı nümunə olmağınızdır. Ana uşağı üçün bu həyatdakı ən qiymətli varlıqdır. Bu vəziyyət uşaqlara pisi və ya yaxşını öyrətmək üçün qızıl fürsətdir. Onlara daim doğrunu, yaxşını öyrədin, bunu öyrədə bilmək üçün davranışlarınıza diqqət edin. Unutmayın, davranış hər zaman sözdən çox daha təsirlidir. Uşağınızın yalan söyləməyən, dedi-qodu etməyən, sevgi dolu bir uşaq olmasını istəyirsinizsə, siz belə olun ki, uşağınız bunları sizdən görsün və tətbiq etsin.

Uşağınızın görüş və fikirlərinə hörmət edin

Ailəylə əlaqədar hər hansı qərarı qəbul edərkən onların da düşüncələrini öyrənin. Onlara hörmət etməyiniz sizə güvənmələrini təmin edəcək və aranızdakı əlaqəni gücləndirəcək.

Səbrli olun

Uşaqlarınıza hirslənərkən belə ona sevginizi hiss etdirin. Övladınız bilsin ki, onun faydası üçün hirslənirsiniz. Uşaqların səhvləri, yaramazlıqları qarşısında hirslənmək çox asandır, lakin səbrlə və sakit yaxınlaşmaq ən yaxşısıdır.

Yaxşı ana olmağın sirləri

Məsuliyyət sahibi olun 

Analıq nələri tələb edirsə, bunu bilin və üzərinizə alın. Sərhədlərinizi də aşmayın. Qoyun uşağınız ayaqqabısını özü bağlasın, 

yeməyini özü yesin. Belə etsəniz, məsuliyyət sahibi, öz ayaqları üzərinə möhkəm duran bir övlad yetişdirmiş olarsınız. Bundan əlavə, uşaqlarınızın xüsusi günlərini yaddan çıxarmayın və bu günləri onlarla gözəl bir şəkildə keçirin.

Səhvlərini anlamalarına fürsət verin! 

Onların bir səhvini gördükdə dərhal əsəbləşməyin. Bu cür davranış sizi uşağınızdan uzaqlaşdırar. Hər zaman əsəbiləşib danlasanız, uşağınız arsızlaşar. "Nə etsəm hirslənəcək" deyib, özünü pis vərdişə aludə edər. Böyük səhvlər deyilsə, bəzi şeyləri görməzlikdən gəlin və uşaq bir səhv etdikdən sonra həmin səhvin pis cəhətlərini və nəticələrini açıqlayın ki, uşaq bir daha həmin səhvi etməkdən uzaq dursun.

Özünüzü inkişaf etdirin

Özünüzü uşaq təhsili haqqında oxuyaraq inkişaf etdirə və uşağınıza necə davranmanız lazım olduğunu öyrənə bilərsiniz. Uşağınızdan sizin uşaqkən etdiklərini istəməyiniz yersizdir. Çünki hər dövrün özünün tələbləri var. Əsas odur ki, vicdanlı və tərbiyəli bir övlad böyüdəsiniz.

Səslərin sayı: 8
37
7120
loading...
Şərhlər
Offline
Emma Svon
Ana olmağın məktəbi yoxdur. O körpə ilə birlikdə bətndən formalaşır, böyüyür və instikt kimi yaranır. O sevgiyə məhz övladını ilk gördüyün anda çevrilir. Ana olmaq gözəl hissdir. Bütün xanımlarımıza bu gözəl duyğunu yaşamağı arzu edirəm

Eyni ilə bu fikirlə razıyam.
9 aprel 2016 10:12
Offline
Aysel İ.
Nə zaman ehtiyacları olsa, onların yanında olun. Müvəffəqiyyətlərini təqdir edin və uğursuzluqlarında isə səssizcə təsəlli verin.

Onları gözəl hədəflərə çatmaq üçün cəsarətləndirin.
8 aprel 2016 19:12
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Ana olmağın məktəbi yoxdur. O körpə ilə birlikdə bətndən formalaşır, böyüyür və instikt kimi yaranır. O sevgiyə məhz övladını ilk gördüyün anda çevrilir. Ana olmaq gözəl hissdir. Bütün xanımlarımıza bu gözəl duyğunu yaşamağı arzu edirəm
8 aprel 2016 17:49
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
gulya akhundzada
Menim korpem hele 1 ayliqdir.deyirem ne vaxt boyuyer.
8 iyun 2014 22:03
Offline
Gulhane qobustanli
Tesekurler xebere gore
26 may 2014 15:56
Offline
Deniz N-va
Maraqli xeberdir canikomm fellow
26 may 2014 12:18
Offline
Asi
Ovladima cox duskun bir anayam tecrubesiz olmaqima baxmayraq mence mende yaxsi alinir analiq

gozelim tecrubesiz olduguva uzulme cunki sen gozel qelbe sahibsen ve Emisiminde senin kimi gozel urekli olacagina eminem ve her zaman onunla fexr edeceksen. give_hea
movzu cox gozledir tesekkurler her kese ovladina numunevi ana olmagi arzulayiram give_ros
26 may 2014 11:54
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Seva Mamedova
Terane Allahverdiyeva bele demeyin ALLAH boyukdur INWALL size de qismet olar
Menim de ovladim olmurdu ama ALLAHIM nesib etdi indi 4ayliq qizim var size de qismet olsun INWALLAH
25 may 2014 23:50
Offline
Terane Allahverdiyeva
Yalvarib yaxarmaqdan yorgunam ki,allah menede ver.Dawa donub Allahim vermir ki,vermir.esebi heyat yawayiram.Qocaldig bir ana ata deyenimizde olmadi.maraqsiz heyat.edaletsiz Allahim.
25 may 2014 19:12
Offline
AYKA
Maraqli xebere gore tesekkurler
25 may 2014 02:50
Offline
AFET
Sebrli olmaga calisiram,lazimli xeberdi cox sagolun.
24 may 2014 23:31
Offline
Gulhane qobustanli
Usaqlari cox sevirem meslehete gore tesekur
24 may 2014 16:26
Offline
איסון ממדוב.
Biraz sebrli olsam her sey yaxsi olacaq amma sebr ve aramda mesafeler cox uzundu dash
24 may 2014 08:05
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Yasemen
Ovladima cox duskun bir anayam tecrubesiz olmaqima baxmayraq mence mende yaxsi alinir analiq
24 may 2014 00:28
Offline
ilhame ibrahimova
Men cox narahat insanam usaqlarin ustunde cox esirem,ideal olmaga calisiram
23 may 2014 23:22
Offline
AFƏR
Men yaxshi ana olmaga calishiram, ovladlarimi geleceye xeyirli bir ovlad olaraq yetishdirirem
,maraqli xeber ucun tesekkur edirem Gulshen xanim,balanizida allah saxlasin. girl_ten
23 may 2014 20:54
Offline
HUSNA
Gozel ana olmaga calisiram,bilmirem bu mende ne derecede alinir,ancaq elimden geleni edirem ki,
ovladlarimi layiqli,terbiyyeli olaraq boyudum.Usaqlar evin guzgusudur,neyi gorseler ,onuda gostererler
Gulsen xanim,maraqli movzu idi...Cox sag olun give_ros
23 may 2014 20:07
Offline
Sedef
İyi fikir tesekkur
23 may 2014 19:41
Offline
Şımarık kız
İnsallah mende ana olacam cox heyecanliyam tesekkur meslehet ucun give_ros
23 may 2014 18:24
Offline
Ulker.Agamali
Göz gözəl xəbərdi Gülşən xanım mümkün olduqca əməl etməyə çalışıram dinləməyidə,nümunə olmağı da ,qayğı göstərməyi də Səhvlərindən əsəbləşməmək isə etdiyi hərəkətə bağlı olur,çox az adam olar ki,buna maksimum səbirlə yanaşsın amma yenə də çalışıram ki,izah edəm! empathy
23 may 2014 18:14
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır