Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
17 yanvar 11:46leylahuseynova Salam gununuz ugurlu olsun 17 yanvar 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun!
37972

Döyənək

 

Döyənək

Mən müəllim ailəsində anadan olmuşam, yəni həm anam, həm də atam müəllim olub. Hələ bu azmış kimi babam, əmilərim, dayılarım - hamısı müəllimlik fəaliyyəti ilə məşğul olublar. Amma qəribəsi budur ki, heç vaxt ziyalı ailəsinə mənsub olmağımla fəxr etməmişəm. Daha doğrusu, fəxr edə bilməmişəm və ən qəribəsi isə odur ki, müəllim ailəsindən olduğum üçün həmişə mənə yuxarıdan aşağı baxıblar. Valideynlərimin nə işlə məşğul olduğu ilə maraqlananda isə hamının bir cavabı olub: “Müəllimdir də, acından ölən müəllim”. Bu sözlər ömrüm boyu qulaqlarımda cingildəyib. Valideynlərimin bizi necə əzab və məhrumiyyətlərlə böyütdüklərini məndən yaxşı heç kəs təsvir edə bilməz. Ona görə də bu şərəfli və məsuliyyətli peşəyə lap uşaqlıqdan nifrət etmişəm. Ona görə nifrət etmişəm ki, o günləri bir də həyatımda yaşamayım. Mən çəkdiyim əzab-əziyyəti övladlarım çəkməsin. Evimiz məktəbi xatırladardı. Təsəvvür edin ki, qohumlarımız bizə qonaq gələrdilər və ancaq dərsdən, dərs bölgüsündən, məktəb rəhbərliyinin haqsızlığından danışardılar. Bir də çatışmazlıqlar. Bəlkə də bu sənətə nifrət etməyimin səbəbi bununla bağlı idi. Amma ən əsas səbəb isə barmağımdakı döyənək idi. Məktəbi bitirməyimə az qalırdı. Test imtahanları hələ yeni tətbiq olunmağa başlayırdı. Şəhər uşaqlarından fərqli olaraq biz – kənd uşaqları testin nə olduğunu, necə işləndiyini bilmirdik. Müəllimlərimiz əllərindən gələni edirdilər ki, şagirdlər imtahanda öz biliklərini lazımınca nümayiş etdirə bilsinlər. Bizim sinif uşaqlarından Fərman kimyaya aid test tapşırıqları kitabçası əldə etmişdi. Sinfə gətirəndə hamının marağına səbəb oldu. Kitabça əl-əl gəzdi. Təbii ki, istəyən də çox oldu. Uşaqlar Fərmandan xahiş etdilər ki, onlar üçün də kitabça gətirsin. Pulunu da verəcəklər. Siyahı tutuldu. Hamının adı yazıldı, təkcə məndən başqa. Çünki evdəki vəziyyəti bilirdim. Bilirdim ki, mənə üç min manatı (o vaxtkı pulla) verə bilməyəcəklər. Ona görə istəmədim.

Döyənək

Nəhayət, test kitabçaları gəldi. Bütün sinfə paylandı, məndən başqa. Sinfin əlaçı şagirdi idim. Müəllimlərin sevimlisi! Mənim kitabça almamağım hamını təəccübləndirdi. Uşaqlar hərə bir söz dedi:  "Özünə arxayındır", "Testi neyləyir, bilir ki, qəbul olacaq!", "Bizim kimi deyil ki!"  Amma əsl səbəbi heç kim bilmədi, demədim. Özümə sığışdırmadım bunu. Heç valideynlərimin də xəbəri olmadı. Kimdənsə kitabçanı baxmaq üçün istəyə bilmirdim. Daha doğrusu, necə istəyəcəyimi bilmirdim. Elə bu zaman sinif yoldaşım Adilə mənə yaxınlaşdı: "Sənə bir işim düşüb, amma heç kim bilməsin." Təəccübləndim. Maraq məni bürüdü. Çünki Adilə, adətən, mənə yaxınlaşmazdı. Bəzən salamı da dilucu verərdi. Onun öz “kruqu” var idi. İndi mənə yaxınlaşıb belə deməsi maraqlı idi. Kənara çəkildik. Pıçıltı ilə: "Test kitabçasını sənə versəm, cavabları mənim üçün yazarsan?" Sevincimdən özümü itirdim. Çünki bayaqdan kitabçaya baxmaq istəyirdim. Amma kimdən istəyəcəyimi bilmirdim. İndi Adilənin belə deməsi mənim üçün göydəndüşmə oldu. Nə deyəcəyimi bilmədim. Susduğumu görən Adilə: "Yazmaq istəmirsənsə..." Tez-tələsik dilləndim: "Yazaram, niyə yazmıram."  "Səhər verərsən." "Yaxşı". "Amma heç kim görməsin ha!" Bunu deyib əlindəki dəftərin arasında gizlətdiyi testi gizlincə mənə verdi. Alıb tez gizlətdim. Uçmağa qanadım yox idi. Evə gəldim. Paltarımı dəyişib, yemək yeyən kimi tapşırıqları həll etməyə başladım. Bu zaman ağlıma qəribə fikir gəldi: kitabı bütövlükdə köçürtmək! Bütün gecəni yazdım. Bütün gecəni! Səhər dərsə getmək üçün məni yuxudan güclə oyatdılar. 16 yaşlı uşaq üçün bütün gecəni yatmayıb yazmağın necə əzab olduğunu özünüz təsəvvür edin! Məktəbə gəldim. Testi cavablarla birlikdə Adiləyə qaytardım. Heç “Sağ ol” da demədi. Mən də incimədim. Dərsdə otura bilmədim. Yuxu məni aparırdı. Həm də barmağım ağrıyırdı, şişmişdi. Yazı yaza bilmədim. Çünki sağ əlimin orta barmağı döyənək olmuşdu! İcazə alıb evə gəldim. İndi də o döyənək barmağımdadır.

Döyənək

Bircə onu deyim ki, sinfimizdən ali məktəbə təkcə mən qəbul oldum! Ali məktəbə hazırlaşanda özüm-özümə söz vermişdim ki, nə olursa-olsun müəllim olmayım. Amma heyhat, sən saydığını say, gör fələk nə sayır. Fələk mən saydığımı saymadı. Bu bəlkə də həyatın bir istehzası idi. Mənim və valideynlərimin hər cür müqavimətinə baxmayaraq müəllim oldum. Fikirləşməyin ki, peşmanam. Əksinə, indi sevirəm bu peşəni. İndi valideynlərimi daha yaxşı başa düşürəm. Başa düşürəm ki, az əməkhaqqı almalarına, hər cür çətinliklərə baxmayaraq, onlar da seviblər bu sənəti. Bəlkə də bu bir alın yazısıdır. Mən indi “Müəllim olmaq istəyirəm” deyən şagirdlərimə bir cavabım var: ”Düşünün! Çünki bu peşə şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir!”

Səslərin sayı: 8
29
4012
loading...
Şərhlər
Offline
Wirin Qiz
xebelre gore twklr
15 yanvar 2015 09:41
Offline
Fatime Mammadova
Men hele 9 ci sinfde oxuyram mellimin emeyi mende boyukdu ele bir insan olasin ki vaxtdinda mellimin emeyi onda olmasin.
11 yanvar 2015 15:10
Offline
ملاك
Ele bir insan yoxdur ki, onun omur yazisinda muellimin emeyi olmasin, men de muellimem, lakin ixtisasima qiymet verilmediyine gore ixtisasim uzre islemeyi dusunmurem...Muellimlerin attestasiyasinda, deyilenlere gore, muellimlerin ekseriyyetini ortayasli qadinlar teskil edir, yenice muellim ixtisasina yiyelenmis bir kisi ve ya qadin muelim islemeyi dusunmur, bunun da sebebi gun kimi aydindir......

hrkayeni cox beyendim ve tesirlendim
22 dekabr 2014 15:46
Offline
Aysel İ.
Əslində prezidentdən tutmuş nazirə, deputatdan tutmuş həkimə və sadə peşə sahiblərinə kimi bu yerə çatmalarında müəllimin böyük rolu var. Müəlimin verdiyi savad sayəsində hər birimiz müəyyən yerlərə gəlirik.Lakin təəssüflər olsun ki, bu gün müəllimlərə layiqincə qiymət verilmir. və mən o müəllimləri qınamıram.ki, dərs keçmir.Çünki, onun aldığı maaş onun ay ərzində keçirdiyi əsəb və stresin dərmanlarını ödəmir. Nəyinki, yol pulusunu, və ya geyimini.Təsəvvür edin ki, kişi müəllimlərimiz var ki, bu maaşla ailə dolandırır. Həqiqətən də müəllimlərin indi halı çox acınacaqlıdır.
Gələcəyimiz isə təhlükə altındadır. çünki, imkanlı şəxslərin uşaqları fərdi müəllim yanına gedir və təhsil alır. kasib insanlar isə savadsız böyüyür. Və bu bizi uçuruma aparır.
26 may 2014 01:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sedef
Iyi haber hazirlamishsiniz tesekkur
25 may 2014 09:38
Offline
Fatma xanım
Mən də ziyalı ailəsindən olmamışam , amma qızlarını müəllim , oğlanrarını həkim görmək istəyirdi təssüfi ki heç biri olmadı ,bu günümüzə də şükür
amma kim müəllimə nə deyir desin mən həmişəm müəllimlərə hörmətlə yanaşıram , onların işi doğurdan da çətin di,doğurdan da şərəflidi
25 may 2014 09:33
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
AFET
Maraqli xeberdi cox sagolun.cox gozel yazmisiz maraqla oxudum.
24 may 2014 22:47
Offline
ilhame ibrahimova
MARAQLI HEKAYENIZ VAR,MENDE UNIVERSITETI BASQA SAHE UZRE BITIRMISEM,AMMA INGILIS DILI DERSI DEYIREM MUELLIMLIK EDIREM
23 may 2014 23:34
Offline
Gulhane qobustanli
Tesekkurler xebere gore.
23 may 2014 09:32
Offline
Realist
Mən də ziyalı ailəsində böyümüşəm. Atam iqtisadçı, anam isə Rus dili müəlliməsi olub. Mənim ailəm, öz alın təri ilə çörək pulunu qazanıb. Zəngin ailə olmamışıq, ancaq hər zaman təhsil-təhsil, deyib-eşitmişik. O zamanlar, kişi müəllimlərinə, rəğbət, qiptə çox idi. İşinin məsuliyyətlisi, zəkalısı müəllim, barmaq ilə göstərilirdi. Amma indiki cəmiyyətdə, kişi müəllimi, ironiya ilə qarşılanır. Maraqlısı da odur ki, heç oğlanlar özü də müəllimliyi özünə yaraşdırmır. Hamısı, aşağı əmək haqqının və cəmiyyətin sıxışdırma yönündəki hərəkətləridir, bunu labüd edən. Qadın üçün ən gözəl peşə, müəllimlik peşəsidir. Lakin savadın, qabiliyyətin buna imkan, verirsə...Anamın sənətini bir tək mən davam etdirdim. Mən, tarix müəllimliyini seçdim. Müəllimlik fəaliyyətim, hələlik yoxdur, ancaq bir müddətdən sonra, Allahın izni ilə başlayacam. Təsirli, həyat hekayəniz var. Allah, hər zamn zehninizi açıq etsin. Amin.
22 may 2014 23:50
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Alina
Bizdə isə mühəndislik sənəti bütün nəsli bürüyüb.Atam,qardaşım,dayım,dayoğlanlarım,əmimoğlu,hətta yoldaşım belə mühəndisdi.Nifrət eləyirəm bu sənətə dash .Uşaqlıqdan bəri yazı-pozu ilə atam məşğul olub.İndi də yoldaşım.Bu sənəti oxumasam da yaxşı bilirəm. crazy Baxmayaraq ki,özüm Beynəlxalq Münasibətləri bitirmişəm. bully
Yazınız mükəmməl alınıb.Hələ sondakı cümlə.Lap gözəldi.Təşəkkürlər,hekayə üçün give_ros
22 may 2014 23:33
Offline
Ruhəngiz
Çox gözəl,duyğusal hekayədir.Təşəkkürlər,Səbinə xanım.
Müəllimlik müqəddəs
Bir sənətdir həyatda.
Müəllimin hər sözü
Həqiqətdir həyatda.

Üz-gözü,pal-paltarı
Mürəkkəbli körpələr.
Çırpınan ürəkləri.
Xoş mətləbli körpələr.

İlkin Vətən sözünü,
Müəllimdən öyrənir,
Mənliyini,özünü.
Müəllimdən öyrənir.

Müəllimlik ən sevdiyim peşələrdən biri olmuşdur.Rəhmətlik valideynlərim də müəllim idilər.Bəlkə də o üzdən bu peşəni lap uşaqlıqdan arzulamışam.Amma təəssüf ki,bəzən hadisələr biz istədiyimiz kimi baş vermir
22 may 2014 22:32
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Gulhane qobustanli
Cox duyguladirdi
22 may 2014 21:57
Offline
Xəyalə Murad
Müəllimlik çox şərəfli peşədir. Mənim araum tarix müəllimi olmaq idi. Anam isə mənim həkim olmağımı istəyirdi. SOnda nə onun, nə mənim istəyim olmadı. Mənim müəllim kimi cəmi 3 il yarımlıq təcrübəm var. Bu isə çox azdır. Müəllim özü də gərək üzərində işləsin, öyrənsin. Bilirsiz indiki zəmanədə uşaqlar müəllimə elə sual verir ki, müəllim belə o cavabı bilməyə bilir. İndi internetin hər evə daxil olduğu yox hər cibə daxil olduğu vaxtdır. Hamı dünyadan xəbər tutur. Elə müəllim də gərək uşaqlarla ayaqlaşa, onların yaşadığı zəmanənin bütün yeniliklərindən xəbərdar ola. Səmimi etirafınız üçün çox sağolun Səbinə xanım. Müəllimlik bir qadın üçün ən ideal sənətdir. Mən yenə də arzuma sadiqəm. bir gün mütləq tarix müəllimi olacam.
22 may 2014 19:26
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Gulum
Maraqlı bir heyat terzidi hem de şereflidi Menim de her iki valideyinim müellim olub Atam neinki qesebemizdə hetta Qaradağ rayonunu tanınmış müellimi olub Hemişə onlarla fexr dtmişəm onların müellim olmasının biz evladlara hec bir cetinliyi olmayıb hetda 5 qapıdan 3-ünü özümüz acmışıqsa 2-si elə onların adına görə acıq olub bizimcün Onların müellim olmağının mene yegane dırnağarası ziyanı o olub ki mektebde üreyim isteyen decelliyi ede bilmemişem ki ne var ne var deyerler ki bax eee müellim qızıdı amma hereketinə bax buna görədə her atdığım addıma evvelcedən fikir vermişəm Amma indi buna cox sevinirəm ki ne yax ki bucüre etmişəm cünki bu yaşımda da atacağım addımda ilk olaraq kimin qızı olduğumu düşünürem
22 may 2014 18:42
Offline
Qəribə
Xebere gore teshekkurler. give_ros
22 may 2014 16:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
HAPPY SMİLE :)
Ayy ele heyecan , ele maraqla oxudum ki,coox maraqli hekayedir give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros
22 may 2014 16:43
Offline
GülnaR
Atam fəhlə olub,əəəən boyük arzusu bizi müəllim gormək olub,arzusuna çatdı qardaşım və mən müəllimlik oxuduq,mən ailə qurdugum üçün işləmədim,qardaşım isə 100-200man.alar deyə 5-10 min ödəməliydi deyə işləmədi.Amma əsas odu oxuduq,müəllimlik çooooooooooooooooooox gozəl peşədir,olduqca hormətim var o peşəyə,o insanlara,cavan müəllimələrin əksəriyyətini çımaq şərtiylə
22 may 2014 16:37
Offline
S. Tapdiq
Fikirleriniz mene aiddir?
22 may 2014 16:14
Offline
Sonay Quluzade
Öz adıma deyirəm, istəyirsiniz, inanın, istəyirsiniz yox. Mənim üçün hələ uşaqlıqdan "acından ölən müəllim" kəlməsini eşitmək xoş olub, nəinki "varlı oğru" kəlməsi. Hələ 4-5 sinif şagirdi mən əmimqızına deyirdim ki, sənin atan oğurluq edir (revizor idi, yəni müfəttiş), amma mənimki yox, heç ağzını açmağa imkan vermirdim.
Bir nəfərə belə olsa nəyisə öyrətmək insanı həqiqətən də bu dünyada önəmli bir şəxsmiş kimi hiss etdirir.

Bu dəqiqə mən fikirləşirəm ki, azdan-çoxdan olan savadımı ümmətim üçün sərf eləmirəmsə, işləməyimin nə mənası?
22 may 2014 15:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • 03:42 - Müəllif: TrodwirlOS
    Quranla ünsiyyət (2) (32)

    Quranla ünsiyyət (2)

    VLC media player cannot only convert between completely different video formats but it also does the same with changing audio codecs. MP4 recordsdata can contain video and sound data. It's a file container that supports different multimedia content types equivalent to a number of audio streams, subtitles, SECOND and 3D picture frames. MP4 is also used for streaming media providers (on-line or digital TV). This file kind supports the control of transmission speeds for media signal, in addition to correcting corrupted frames. Due to comparatively low system requirements, MP4 is now the most well-liked container sort for sharing media. Lastly, it's best to select the output format and audio quality. Within the MP4 dialog field, select the format settings for the final MP4 information. Depending on high quality you want, choose the bitrate of the file, sample charge and the number of channels. You will most likely lose some audio content material if you happen to choose the mono possibility. You can choose what sample price you need to use. forty four.1 kHz (or 44100 Hz) is the sample rate utilized by audio CDs. Lower than that and you may begin to hear the loss in quality. Set your output location by clicking on the "Settings" button from the toolbar. Click on the "Browse" button by "Vacation spot folder for transformed files" to pick an output destination for the brand convert cda to mp4 new MP4 information. Click "OKAY" if you find yourself performed to shut the settings window. Insert your CD into your pc. The CD must go brand-up into the CD tray. It will open the CD's contents in the Any Audio Converter window. This model of Find out how to Convert CDA to MP3 was reviewed on November eleven, 2017. Whenever you convert audio tracks utilizing the Total Audio Converter app, you may have access to choices that assist to provide you extra control over the finished product. Obtain and set up the Digital Media Converter from the DeskShare website. The download is free and there is a free trial. Simply simply download and have a strive. Right here can be tutorial about easy methods rip cda to mp4 to convert CDA to MP3 format. The DVD format was developed within the pc age so DVDs comprise regular information identical to those on your exhausting disk. Which means they'll merely be copied from the DVD to your laptop. Click on MP3 Audio. Doing so will select MP3 as your information' conversion output. Batch mode for a number of recordsdata conversion job. The software is converting CDA tracks into MP4 format. A: The CDA to MP4 Converter download for COMPUTER works on most present Windows working systems. A file conversion is just a change of the file that was created in one program ( MP4 file) to a type intelligible for one more program (i.e. CDA format). There are a lot of websites offering file conversion of MP4 to CDA files "Online" - with out having to obtain a special program to your computer. However, if you have not found the suitable MP4 file converter within the Web, you should use our list of packages to cope with the conversion of the MP4 to CDA file.
  • 01:19 - Müəllif: PoolioryZP
    Quranla ünsiyyət (2) (32)

    Quranla ünsiyyət (2)

    Sans logiciel audio tel que MAGIX Audio Cleanic , le format CDA de CD de musique n'est malheureusement pas facile à lire ou à convertir dans votre ordinateur sous Windows. Aiseesoft mac convertisseur vidéo ultimate est un logiciel de conversion parfait pour les utilisateurs mac aiseesoft mac convertisseur vidéo final convertisseur cda à mp3 est un logiciel de conversion parfait pour les utilisateurs mac aiseesoft mac convertisseur vidéo final est un logiciel de conversion parfait pour les utilisateurs mac qui peut convertir les fichiers vidéo/audio en 2d et 3d avec une haute vitesse de conversion. Consideration car c'est un logiciel allemand et son web site est disponible uniquement en allemand ou en anglais. Je vais enfin pouvoir mettre les exercices oraux de mes cours de FLE sur clé et les lire through mon moveable en classe dans l'ordre de mon schéma de cours. Ensuite pour ce qui est du sort de lecteur à privilégier : d'expérience, pour des disques en bon état, la plupart des marques/modèles se valent et donnent des résultats strictement identiques. Il vous reste alors à déterminer le type de compression qui vous interesse (sans perte ou avec perte) , puis de choisir un format compatible avec votre matériel. La seconde consiste à directement faire un glisser-déposer de vos fichiers vers le programme. Utilisateur de SDR Free CDA to MP3 Converter, vous pourriez être intéressé également par ces outils : Free MP3 Cutter, DJ Music Mixer ou Replay Media Catcher. Après avoir téléchargé Cdex et converti les fichiers, je n'ai pas été capable de retrouver mes fichiers MP3. Si vous avez le Lecteur Home windows Media Player 10, vous pouvez compresser vos CD audio en MP3 en quelques secondes, et éviter ainsi de devoir toujours mettre le CD dans le COMPUTER. Cda to mp4 batch converter download see this website: the way to convert cda to mp4 free preserve relate convert my cda music to mp4 could Most media gamers want a special codec to play one of these file, not to mention the poor assist for the OGG format available on the market of moveable gamers. Parmi eux, le plus connu est le lecteur Windows Media (Home windows Media Player) qui est le lecteur multimédia de Microsoft. Convertisseur de fichiers audio pour mp3 wav et 20 autres formats de fichiers.. Convertissez wma en mp3 avec switch convertisseur de fichiers audio pour windows. Au fait, j\'ai encore une query : comme clic droit/propriétés ne débouche sur aucune choice de réglage si on a choisi de créer CD-Rom ISO pour rester en MP3, j\'ai le même problème que précédemment concernant les filtres (par ex. de normalisation du volume convertir cda en mp3). Mp3 est un format propriétaire, c'est-à-dire qu'il faut un encodeur/décodeur Lame pour lire et convertir les Mp3. Privilégiez le Ogg/Vorbis 320kb qui respecte mieux le spectre audio que le MP3 320kb et encodage tjs a taux Variable. Ferme ensuite Home windows Media Participant puis relance-le et retourne dans les options, au même endroit et vérifie si les réglages (en particulier le format d'extraction) est bien resté sur MP3. Tlcharger Version Gratuite Simplement parce que Media-Convert est la meilleure manire de convertir des. La lecture de tous les formats de médias comme les video cd mp4 mpg m4v mov mkv avi flv wmv mpeg rmvb mp3 wma aac ac3 asf 3gp and many others.. free média player supporte gratuitement dvd et d'autres codecs médias sur computer , Free média participant peut gratuitement supporter presque tous les formats de médias et dvd y compris les vidéos de 10. C'est très simple commencez par ouvrir le lecteur en allant dans le menu démarrer puis tous les programmes et enfin dans la liste des programmes qui apparait devant vos yeux cherchez et cliquez sur le lecteur Home windows Media. Vidéo en audio Convertisseur pour extraire MP3, WMA et d'autres fichiers audio à partir des codecs vidéo populaires.
  • Evlənmək üçün Everestə çıxdılar

    Evlənmək üçün Everestə çıxmağa ehtiyac yox idi :-)
  • Dünyanın ən gözəl 12-i qadını

    Gözəl xanımlardır. Ancaq Dünyanın ən gözəli demək düz olmaz. İceberg deməli Asiyalılar o qədər də gözəl deyillər.
  • Yaponlar yeməyi niyə çubuqla yeyir?

    Yaponlar hesab edir ki, çubuqlar xüsusilə güclü iştahı olan insanlara lazımdır. Çünki qaşıqla yemək daha rahatdır, taxta çubuqla biri tikəni tutmağa çalışana qədər ağızda olan yeməyi daha çox və diqqətlə çeynəməyi çatdırmaq mümkün olacaq. Yəni, ağızda olan qida iri-iri udulmayacaq. Yeməyə başlayandan 15-20 dəqiqə sonra toxluq hissi gəlir və orqanizm artıq qida tələb etmir. Bundan başqa, mədə çox çeynənmiş qidanı daha yaxşı həzm edir.
  • Evlənmək üçün Everestə çıxdılar

    Kişinin başında papaq var)) yenə canın fikirləşib
  • Qadınların daha dözümlü olduğunu göstərən xüsusiyyətlər

    Qadınlarin daxilində o potensial var, lazım olanda üzə çıxır
  • Pəhriz zamanı bu qidalardan uzaq durun

    meyvə qurusunu şirniyyat ehtiyacını ödəyir deye eşitmişdim amma
  • Dünyanın ən gözəl 12-i qadını

    Asiyalılar çoxda gözəl deyildi məncə
  • Rihanna və Cenniferdən sonra Demet Akalın geyindi - FOTO

    Bu da yeni trend oldu. daha nə edəcəklər??
Maraqlıdır