Uşağınız xəstələnir və evdə müalicə üçün həkiminiz ona dərmanlar yazır. Valideynin borcu dərmanları düzgün və vaxtında uşağa vermək, müalicəsini axsatmamaqdır. Bunun üçün dərmanları həkim reseptində yazılan həcmdə vermək, ehtiyat üçün dərman təlimatlarını oxumaq vacibdir. Ən əsası həkim yazan müalicəni sonadək etməkdir. Bəzən ana uşaqdakı müsbət dəyişikliyi görüb müalicəni dayandırır. Bu, əsasən antibiotiklərin qəbulu zamanı baş verir. Lakin ununtmaq olmaz ki, müalicənin orqanizmə tam təsiri və xəstəliyin yenidən qayıtmaması üçün müalicəni sonadək etmək lazımdır.
Sulu dərmanları necə verək?
Hazırda uşaqlar üçün dərmanların çox hissəsi sulu halda istehsal olunur. (sirop, supsenziya, damcılar) Bu halda şprisdən yaxud dərin içlikli qaşıqdan istifadə edilməlidir. Əgər reseptdə 5 ml yazılıbsa, onun yarısı uşağın üzərinə dağılırsa, ana işini yenidən davam etməli və yazılan həcmi tam uşağa yedizdirməlidir. Bu zaman uşağı dizinizin üstünə otuzdurun, ayaqlarını dizlərinizin arasına alın, sol əlinizlə onun əllərini tutub sağ əlinizlə dərmanı verin. Bu cür dərmanlara azacıq su qatıb uşaq şüşəsində də vermək olar.
İndi sulu dərmanlar meyvə dadında olduğu üçün onu uşağa çətinlik çəkmədən vermək olur. İşinizi ehtiyatla görün ki, uşağın çənəsini, dilini və dişlərini zədələməyəsiniz.
Dərmanların düzgün hazırlanması
Əgər yazılan dərmanlar supsenziya halındadırsa, onu evdə hazırlayarkən təlimatı diqqətlə oxumaq lazımdır. Hər supsenziyanın öz su həcmi var. Flakona su tökərkən yazılan həcmə əməl edilmirsə, alınan nəticə təbii ki, müsbət olmayacaq.
Toz tipli dərmanları qaşıqda suyla qarışdırıb uşağa vermək lazımdır. Əgər dərmanı soyuducuda qoymaq tələb olunursa, onu otaq temperaturunda qoymayın.
Tabletkaların verilməsi
Uşağınız 1 yaşına çatıb və həkim ona həb yazıb. Çətinlik çəkmədən onu əzin, toz şəklinə gətirib uşağa suyla qarışdırıb yedizdirin. Dərman acıdırsa, onu mürəbbə suyu və meyvə püresinə qarışdırıb verin. Əsas element dərmanların yeməklə əlaqəsidir. Əgər dərman yeməklə bir qəbul edilirsə, onun orqanizmə təsiri gecikir. Tez təsir üçün dərmanı yeməkdən 1 saat əvvəl yaxud yeməkdən 2 saat sonra verin. Çünki o zaman uşağın mədəsi boş olur və verilən dərmanı orqanizmə ötürür. Dərmandan 20-25 dəq. sonra uşaq qusarsa, yenidən dərmanı uşağa vermək düzgün deyil. Növbəti saatı gözləyin.
Burun damcıları
Hər hansı bir damcını buruna tökməzdən əvvəl buruna bir dəfə sprey fısqırtmaq yaxşıdır. Bu, apteklərdə dəniz suyu adı ilə (Akvamaris) satılır. Ondan sonra burnu qulaq çöpü ilə azacıq təmizləyib damcını tökün. Daha təhlükəsiz vasitə burun dəsmallarıdır. Çünki çöplə uşaq burnunu zədələyə bilərsiniz. Damcı tökərkən uşağın tərpənməməsi üçün köməkçiniz olarsa, bu lap yaxşı olar. Uşağı uzadıb damcını tökmək ən yaxşı vasitədir. Əsas şərtlərdən biri həcmi çoxaltmamaqdır. Həkim 1 damcı yazıbsa, 2 damcı tökməyiniz işinizə yaramaz və bu gələcəkdə burunda artıq ət (Adenoid) kimi fəsada gətirib çıxardar.
Qulaq damcıları
Əksər hallarda qulaq damcıları qulaqda soyuqdəymə olarkən həkim tərəfindən yazılır. Bu halda damcı otaq temperaturunda olmalıdır. Yoxsa qulaq orqanları soyuqlayar və əks proses gedər.
Bəzən uşaqlar qulaq təmizləməyə imkan vermədiyi üçün içəridə çirk yığılıb qulaqda tıxac yaradır. Bu zaman uşaqda zəif eşitmə hiss olunur. Həkimə getmək mütləqdir. Həkim yazılana əməl etməklə bu müvvəqqəti problemi aradan qaldırmaq mümkündür. Həkim damcı yazacaq. O damcıdan əvvəl qulaga 3 faizli pereksdən 1 damcı tökün. Qulaq çöpü ilə ehmalca qulaq borusunu azacıq təmizləyib damcını tökün. Hər damcıdan sonra uşağı 15-20 dəq bir tərəfli uzadın ki, damcı içəriyə tam yeridilsin. Sonra o qulağa pambıq tıxayıb eyni prosesi digər qulaqla da təkrarlayın. Uşağın qulağını çöplə eşələməyin.
Göz damcıları
Göz damcıları prosesi olduqca ehtiyatlı və təhlükəsiz olmalıdır. Həkim məsləhətindən yan keçmək fəsadlar yaradar. İlk olaraq əllərinizi yuyun. Yanınızda köməkçiniz olmalı və uşaq tərpənməməlidir. Oyuncaqla uşağın nəzərini yuxarı çəkin. Damcının otaq tempraturunda olması şərtdir. 1 damcıdan artıq istifadə etməmək vacib amillərdən biridir.
Göz mazları isə göz qapaqlarının iç hissəsinə qulaq çöpü ilə çəkilir. Sonra uşaq gözlərini azacıq yummalı, ehmalca gözü masaj edin ki, maz içəridə düzgün yayılsın. Mazdan azacıq istifadə edilməlidir. Axı o əriyir və həcmi böyüyür, bu isə gözün göynəməsinə və yaşarmasına səbəb olur. Müalicə isə əhmiyyətsiz olur.
Şamlar
Uşağı sağ tərəfə düz uzadıb, şamı anal dəliyə baş barmağınızla yeridin. 2-3 dəqiqə uşağı eyni vəziyyətdə tutun ki, şam içəri getsin. Əks halda yenidən qayıdar. 1 yaşadək uşaqları bel üstə uzatmaq, ayaqlarını yuxarı qaldırıb şamı istifadə etmək mümkündür. Bundan sonra dümdüz qarın və ayaqlarını tutun ki şam tam yerini alsın.
Balalarımız hər zaman sağlam və dərmansız olsun.
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR