Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Hansı daha vacibdir

Hansı daha vacibdir

Sizin üçün hansı duyğu daha önəmlidir. Gəlin bir neçəsini sadalayaq. İçindən sizə ən uyğun olanını seçin.

         1. Eşq

         2. Güvən

         3. Sədaqət

         4. Sevgi

         5. Heç biri

Bu da seçim etməli olduğunu beşlik. Sonuncu bənd hissiyyatsızlar üçün seçilib. Son zamanlar bir çox insanlar bu dəyərli hissləri artıq itiriblər. Bu, danılmaz bir faktdır. O qədər odun olmağa başlayıblar ki, əl vursan bəlkə də elə odun səsi gələr bədənlərindən.

Hər keçən gün kiməsə güvənimizi itiririk. Şəxsən mənim həyatda heç kimlə heç bir problemim yoxdur. Amma ətrafımızda o qədər belə insanlar var ki. Ətrafımızda bu hissləri gözləyən, amma onlardan məhrum olan o qədər insanlar var ki. Onlar ömürləri oyu qarşılarındakından sevgi, inam gözləyirlər və ya öz sevgilərini, inamlarını, sədaqətlərini bəxş etmək üçün əsl insan axtarırlar.

Gəlin, bu hisslər barədə bir qədər geniş danışaq.

Hansı daha vacibdir

  1. Eşq  - Hər birimiz aşiq olmaq istəyirik, elə deyilmi? Amma daha da çox istəyirik ki, kimsə bizə aşiq olsun. Eşqi də “mən”-imizə (eqo) aludə edə bildik axırda. Axır ki, eşqi də ticarət halına gətirə bildik. Bu hiss üçün hətta xüsusi günlər də kəşf etdik. Bəli, bəli, mən elə bütün dünyada qeyd edilən sevgililər günündən bəhs edirəm. Hələ bəzi ölkələrdə sevgililər günündə sevgililər digərləri ilə yarışırlar da. Artıq bir oğlan sevgilisinin satılmasına tamaşa etməli olur bu yarışmalar zamanı. Məsələn, biri səhnədə oturur, digərləri pul verib qəbz alır və nəticədə qəbzi qıza verir, qız isə əvəzində onu öpür. Nə qədər də iyrəncdir. Sonra da deyirik ki, heç kim eşqə güvənmir, əks cinsə görəsən nə olur?  Hər kəs qarşı tərəfdən istifadə edir. 

Faydalar üzərində qurulan gündəlik münasibətlər hər kəsin gözü qarşısında yaşanarkən eşq necə önəmli bir hiss ola bilər ki? Heç kim inciyib eləməsin. İnsanlar artıq eşqin də zayını çıxarıblar.

Hansı daha vacibdir

  2. Güvən – Məndən soruşsanız, artıq bu hissin də zayı çıxıb. “Atama da güvənmirəm” – sözünü boşuna deməyiblər ki. Bunu mən demirəm ki, yüz illərdir ki, dildən-dilə dolaşır. Bu saat ətrafımızda söz verib sözünü yerinə yetirməyən insanlar azdırmı? İnsalara paxıllıq edib onlara quyu qazanlar azdırmı?  İnsanın ən doğması belə bir də görürsən ona xəyanət edir. Çoxları ətrafındakı insanların sadiq və güvənli biri olmağını, mükəmməl olmağını istəyir. Amma problem burasındadır ki, o insanlar əvvəlcə özlərinə nəzər yetirmirlər. Düşünmürlər ki, bəlkə də səhv və ya qüsur elə onların özlərindədir. Bu dünyada heç kimə güvən yoxdur, amma güvənsiz də həyat yoxdur. Necə də gözəl bir paradoksdur.

Hansı daha vacibdir

 3. Sədaqət – Bu hissi gerçəklərşdirmək üçün çoxumuz ailə həyatı qururuq. Qarşı tərəfi özümüzə bağlamaq istəyirik. Çoxumuz düşünürük ki, biri ilə ailə quraraq onu sədaqətli olmağa dəvət edərik. Bəyəm bu həqiqətən də belədir? Yəni buna inanırsınız? Bir şeyi unutmayın ki, evlilik çox az adamın xarakterini dəyişmək qüdrətinə malikdir. Çünki insan özü istəmədikcə əsal dəyişməz. Əgər bir insan güvənilir biri deyilsə, heç bir ailə şəraiti onun dəyişməyinə kömək etməyəcəkdir. Çoxlarınız bunu inkar etməyə çalışa bilərsiniz. Amma faktlar bunun belə olduğunu göstərir. Yenə də təkrar edirəm, əgər insan qəlbən dəyişmək istəməsə, yer üzərində heç bir qüvvə onu dəyişdirə bilməz.

Hansı daha vacibdir

 4. Sevgi – Dar mənada sevmək, geniş mənada isə sevilmək deməkdir. Sevə bilmək çox çətindir və sevərkən də sevilməyini tələb edən insan ya yoxdur, ya da ki, çox azdır. Sevginin bir çox növləri var artıq: anaya olan sevgi, təbiətə olan sevgi, vətənə olan sevgi, heyvana olan sevgi, insana olan sevgi, yeməyə olan sevgi. Sevgini sevə bilməyəcəyimizin fərqində ola-ola parşalamışıq artıq.  Məsələn, heyvanları sevirəm amma gəmiricilərdən zəhləm gedir.  Belə düşünən və deyən o qədər insan var ki. Bir şeyi unutmuşuq ki, sevgi elə sevgidir. Sevgi birdir və bölünməzdir. Sevgi formasını dəyişə bilər amma heç bir zaman parçalanmaz.

Hansı daha vacibdir

        5. Heç biri – indi isə növbə sonuncu bəndimizə çatdı. Əgər aramızda bu duyğulardan birini seçən oldusa, bilin ki, onlar hər zaman əksik hisslər yaşayacaqlar. Çünki bu hisslər ömür boyu bir-biri ilə zəncir kimi bağlı olur. Necə? Aşiq olarıq. Evlənmək üçün güvən axtararıq. Güvəndikdən sonra isə evlənərik və illər sonra eşqi yola salıb onun yerinə sevgini gətirərik. Sədaqətli olanlar bu uğurlu yolda davam edərkən “heç biri” bəndini seçənlər yarı yolda qalaraq həyatında etdiyi səhvlər barədə özünü və ya ətrafdakıları sorğu-suala çəkər.

Əzizlərim, bir şeyi unutmayın ki, bu həyat insan yalnız bir dəfə verilir və hər anın da öz hökmü var. Heç birimiz bir saniyə belə sonra nə baş verəcəyini təxmin belə edə bilmərik. Bizə verilən bu həyat bizim bilmədiyimiz bir zamanda əlimizdən alınacaqdır. Elədirsə, onda niyə bu hissləri dolu-dolu yaşamayaq ki? Niyə həyatdan zövq almağa çalışmayaq ki? Kim deyir ki, həyat asandır və qəm, kədər yoxdur? Kim sizə söz verib ki, həyatınızda hər şey uğurla bitəcək? Həyatda hər şey baş verir. Ancaq bütün bunlara baxmayaraq ayaq üstə durmağı və yaşamağı bacarmalıyıq.

Səslərin sayı: 6
34
3888
loading...
Şərhlər
Offline
Elvira Melek
Təşəkkür edirəm give_ros
16 iyun 2014 18:57
Offline
Coco
Eshq ve sevgi duzgun olaraq ayrilib men de onlarin eyni mena dasimadigini qebul edirem!Asiq ola bilersen amma ona guvenmeye de bilersen,amma sevgi guverilecek birinedi,seadet bexs edeceyin birinedir
9 iyun 2014 18:12
Offline
Aysun Memmedova
Menim ucun hamsi vacibdir.Gozel xeber ucun tesekkur.
9 iyun 2014 13:23
Offline
Gerda Gerda
Mence, hec kimi gunahlandirmaq olmaz. Bu hissler hamimizda var...sadece zamanla, vacibliyi yerini deyishir. Insan psixologiyasi o qeder murekkebdir ki...Men hamiya ve ozume arzulayardim ki, hamimiz o qeder heyatimizdan razi ve xoshbext olaq ki, butun bu hissleri daim yashayaq. Insan xoshbext olmayanda ve heyati arzulamadighi kimi olanda butun bu deyerlerin ehemiyyeti itir...
29 may 2014 17:54
Offline
Agats_fan
Çox maraqlıdır, həyat bunların hamısını bir-bir yaşadaraq öyrədir. Nə xoşbəxtdir o kəs ki, bunları yaşamadan öyrənə bilə.
23 may 2014 14:33
Offline
איסון ממדוב.
Maraqli xeberdi mence hamisi vacibdi
20 may 2014 08:03
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Alina
Mən seçim etməzdim,çünki,bu 4 hissin bütünü olub bizdə.Mən onu sevdim və güvəndim,çox Şükürlər ki,güvənim boşa çıxmadı.Sədaqətli olduq həmişə,bir-birimizi az-az görsək belə heç bir zaman sadiqliyimizini itirmədik.Əgər əsl sevgidirsə,o sevgidə güvən də,sədaqət də olur.Dəyərli xəbərə görə Təşəkkürlər:)
19 may 2014 23:59
Offline
Aysel İ.
Ağat, çox gözel xeberlere imza atırsan. Halal olsun. Men hansını seçim bilmedim. Çünki menim üçün her biri vacibdir bu heyatda.
19 may 2014 23:58
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ulker.Agamali
Bütün sadalanlarin hamisi birlikde xosbextlikdir sonda ümümnlesdirdiyiniz kimi aşik oluruq guvenirik aile qururuq ve sonra sevgi dogulur.Sev ginin qedrini bilənlər yalniz seadət tapa bilir.Maraqli oldu! cox sag ol
19 may 2014 23:30
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Nurka Glamurka
Çox maraqli idi tewekkur edirem guveni secdim onsuz guven olmayandan sonra qalani bos seydir fellow
19 may 2014 23:19
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Sevgi movzusunu oxudum maraqli idi
19 may 2014 22:53
Offline
Gulum
Əslində bunların hamsı olsa daha yaxşı olardı Əger secim qarşısında qalsam Güveni secerdim Çünki güven olan yerdə sedaqetde özünü dogrultmuş olacaq Ve ancaq sedaqetli ve sevdiyin insana sevgin ve hörmətin ola biler ve ele ondan da sevgi ve hörmet ala bilersen Qaldı ki eşqe mence bunlar olan yerde o şzü caresiz qalıb sizden el cekmeyecek Bu heyatda esas GÜVƏNDİR bye
19 may 2014 22:32
Offline
Seninle Bir Omur
Men esqi secirem love Cunki eger o gercek esqdirse orda guven de sedaqet de xususile sevgi de olacaq
19 may 2014 21:13
Offline
AFET
Maraqli xeberdi, guveni secirem guven olanda ailede qalanlari oz yerini tapacaq.
19 may 2014 20:30
Offline
♥Sevgilimi çox sevirəm♥
Xəbərə görə təşəkkürlər
19 may 2014 19:58
Offline
sebine ismayilova
Menım ucun sedaqet.bu mence onemlıdır.xebere gore teşekkürler give_hea
19 may 2014 19:17
Offline
yagmur atasoy
Agat hanim hangisini seciyim bilemedim.hepsi cok onemli.fakat bana guvenmek daha cok lazim.Cunku o,kadar guvenmeye ihtiyacim varki..........haber icin cooookkkk tesekkurler.
19 may 2014 17:50
Offline
Qəribə
Maraqı xəbərə görə təşəkkürlər,Aqat xanim. kiss give_ros
19 may 2014 17:27
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xalidə Sadiqova
Ay bacı,mən anlamadım.sədaqəti seçdim, açılışını oxuyanda o sözlərin sədaqətə uyğun olmadığını gördüm.sədaqət kimisə dəyişmək deyil axı feel
19 may 2014 17:23
Offline
Elnure Quliyeva
Maraqli xeberdi menim ucun 4dude vacibdi cun sevgi olmasa guven olmaz, guvenmesen sedaqetli olmazsan sedaqetli olmasan sevgi olamaz bunlar bir birine zencirlenmis hisslerdi.Hz.Zeyneb kerbala hadiseseinde 17 sehid verdikden sonra yezid ondan sorusandaki kerbelada ne gordun?Ohezret Allahi oqeder sevirdi Ona guvenib sedaqetli idiki cavabinda Gozellikden basqa hec ne gormedim dedi.cun bu heyatda her sey Allaha xatirdi ve onu sevib ona guvenib ona sedaqetli olsaq Allah terefindende sevilerik ve heyatda her seye deyer verib yasayariq
19 may 2014 16:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış