Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Xəyanət haradan başlayır

Xəyanət haradan başlayır

Heç bu barədə düşündüyünüz zamanlar olubmu? Xəyanət haradan başlayır? Məncə, ürəkdən başlayır, amma sevgi ilə başlayır. Özünə xəyanət, eşqə xəyanət, yaşadığın ölkəyə xəyanət, vətənə xəyanət, dosta xəyanət, ailəyə xəyanət… Adı bəllidir, amma kimə qarşı olduğunun önəmi də sevgidəndir.

Eşq deyirlər ki, iki nəfərlikdir. Sənin bəzən iki nəfərlik olmağını tələb edən hallar yaranır. Deyildiyi kimi, eşq iki nəfərlikdir. Necə anlamaq istəyirsənsə, eləcə də anla.  Necə olmaq istəyirsənsə, elə də olarsan. Bir şeyi anla ki, bu zaman sən artıq təkbaşına qərar verə bilmərsən, təkbaşına düşünə bilmərsən. Çünki sən artıq tək deyilsən.

Eşq təhdiddir, məcburiyyətdir, təslimiyyətdir və eşq xəyanətdir!

Xəyanət insanın özü ilə başlayar və ilk xəyanət etdiyi adam da elə özüdür. Xəyanət öncə insanın özünü sevməsi ilə başlayır. Başına nə gəlirsə, özünə güvənindən gəlir, sonra isə deyər ki, bütün doğrular mənim doğrularımdır. Halbuki, bütün doğruları bir yanlışa görə silibdir – xəyanətə görə! 

Xəyanət haradan başlayır

İnsan həyatı boyunca özünə tuta bilməyəcəyi sözlər verir və ilk tutduğu söz son xəyanət etdiyi söz olmayacaq. İnsan özü-özünü aldadır və elə ilk olaraq da özünə xəyanət edir.

Xəyanət sevgi ilə başlayır. Məsələn, yaşadığın ölkəni çox sevərsən və olduğun məqamı, vəzifəni hər nə olursa olsun, pis yönlərı istifadə etdiyin zaman sənə verilən sual niyə xəyanət etdiyin olur. Sən isə tək cavab vermə haqqını istifadə edərək deyirsən: Sevgimdən ötrü!

Eşq xəyanətdir. Aşiq olduğun zaman ətrafında çəhrayı dünya dönər və hər şeyi sənə fərqli tərzdə göstərər. Sən isə ona inanaraq özünə xəyanət etmiş olarsan. Kor-koranə bu aləmə aldanarsan və bir gün özünü xəyanətin içində taparsan. Heç bir cümlə xəyanət qədər çılpaq yazılmaz. Heç bir xəyanətin də təsəllisi, səbəbi olmaz.

Xəyanət bədənin içində başlayar, kənara sıçrayan isə onun kölgəsidir. Səbəbli, səbəbsiz – fərq etməz. Ədəbli və ya ədəbsiz deyə də ayrılmaz. 

Xəyanət haradan başlayır

İstər qəlbində olsun, istər beynində, istər dərində olsun, istər sə də ruhunda, fərqi yoxdur – xəyanət sevgi ilə başlayır.

Qarşındakını aldatdığını düşünərsən. Amma aldatdığın əslində o içində yaşadığın eşqin tək nəfərlik olan tərəfidir. İki nəfərlik olanı isə qısa bir müddətlik şəbəkə xaricinə düşüb artıq.

Bu, bəlkə də həyatın qanunu deyil, amma xəyanət tək nəfərlikdir. Xəyanət edən adama özəldir. Ortaq bir nöqtədə xəyanət edə bilməzsən. Məsələn, xəyanət beyində başlayar. Beynindəki hüceyrələrdən biri o birinə xəynət etsə, iflic olarsan. Bunu heç düşündünmü? Milyonlarla hüceyrələrdən yalnız birinin xəyanət etməyi bunun üçün kifayətdir!

Xəyanət edən şəxs də milyonlarla insanlardan biri ola bilər. Amma önəmli olan bu deyil. Önəmli olan onun bunu niyə etdiyidir.

Çünki beyin qəlbdən asılı olmayaraq işləyir.

Sən nə qədər inkar etsən də digər orqanların məsum və günahsızdır.

Səslərin sayı: 10
39
6749
loading...
Şərhlər
Offline
Aysel İ.
İnsan həyatı boyunca özünə tuta bilməyəcəyi sözlər verir və ilk tutduğu söz son xəyanət etdiyi söz olmayacaq. İnsan özü-özünü aldadır və elə ilk olaraq da özünə xəyanət edir.
30 aprel 2016 00:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
samir
mene xeyanet edenin basin keserem
26 aprel 2015 14:20
Offline
°elif •.°
xayanet basqa alfdatmag basqa xeyanet cox pis seydi dozulmez aldatmaga qaldi o tamam bas
24 aprel 2015 20:14
Offline
Tərlan Əliyev
Nemis Deniz Duz deyirsiz eyer bele bir wey olsa idi 90% i bowanlami olardi feel
29 mart 2015 23:07
Offline
Nazlım
tesekur;ler xebere gore maraqli idi.
25 fevral 2015 12:43
Offline
Gunew
oleremde men ne aldatmaqi nedeki xeyaneti baxislamaram
10 fevral 2015 18:42
Offline
Wirin Qiz
oleremde xeyanati affetmem
8 yanvar 2015 23:34
Offline
Wirin Qiz
xeyanet ne qiza ne oglana yarasan pis weydi insan sevdiklerine xeyanet etmez tekce sevgide deyil dosta ve ezizleirne ama yenede bezi adamlr aldatmadan dura bilmiler bir insanin qaninda varsa xeyanet olene qeder xeyanet ederek omru kececek
4 yanvar 2015 20:03
Offline
Nemis Deniz
Xeyaneti hec vaxt bagiwlamaram, deyenler hec vaxt deme hec vaxt
15 dekabr 2014 04:32
Offline
Deniz N-va
Cox gozel movzudu heqiqeten de tesekkur edirem love
16 noyabr 2014 14:05
Offline
HUSNA
Gozel yazidi,maraqla oxudum
11 noyabr 2014 21:45
Offline
Aida M-ova
Xəyanət necə sevgilə başlayır anlamadım düzü scratch_
11 noyabr 2014 21:40
Offline
sevinc musayeva
XEBER UCUN TESEKKURLER XEYANET INSANIN YASADIGI MUHUTDENDE ASLIDI.
19 iyul 2014 13:07
Offline
nigar dadasova
Uyda Allah hec kesin basina getirmesin diablo
9 iyul 2014 18:49
Offline
Aysel İ.
Xəyanət fərqi yoxdur sevdiyinin sənə xəyanəti, dostunun , rəfiqənin, yaxın adamının bacı və qardaşının çox pis hisslərdir. Çox şükür yoldaşımın xəyanətini hiss etməmşəm. Məncə xəyanət sevgidən yaranmır. Xəyanət qanında çirkinlik, qəlbi təmiz bir sözlə pis insanların əməlidir.
Gözəl yazı üçün təşəkkür edirəm.
16 iyun 2014 16:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Mence xeyanet ailedeki problemlerden soz sohbetlerden bashliyir.Yadaki gerey ne qeder qudurasan yolunu azasanki xeyanet edesen.Men hec vaxt hiss etmemishem yalan demiyim.Qisqancliq sehnelerim cox olub..Bezdirmishemde bezen yaziq yoldashimi.Sonra sehfimi basha dushmushem..Amma Allah elememish men xeyanete uqrasam yoldashimi baqishliyaram..Cunki seven insan baqishlamaqida bacarmalidi.Durum deyimki asaram, keserem,oldurerem, boshanaram, Yoxxxx..Allah kimseye yashatmasin.Cox maraqli movzudu canim..coxsaqol.. give_ros
7 iyun 2014 22:28
Offline
AYTEN
Eh ,xeyanet,cox cetin meseledir,melumat ucun tesekur.
7 iyun 2014 21:44
Offline
5 iyun 2014 03:12
Offline
❤PRENSES♥♥♥ YAGMUR✰
İndiki dovrde heyanet ustunde aileler dagilir xeyanetide asla bagisdamaram
18 may 2014 21:16
Offline
Nilay Elizade
Xeyanetle qarsilasmamisam.....qarsilassam esla bagislamaram...
18 may 2014 18:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
loading...
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!